Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə97/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   106

delüvial çöküntülər üzərində inkişaf etmişdir. Bitki örtüyü

hirkan tipli enliyarpaqlı meşə bitkilərindən ibarətdir.

Bu torpaqlar morfoloji cəhətdən humus qatının az

qalınlığı   (10-20   sm),   üst   qatların   bozumtul-küləşi,   alt

qatların isə küləşi-sarımtıl rəngi ilə fərqlənir. Lakin relyefin

çökək elementlərində narın torpaq qatının qalınlığı artır,

profil   boyu   yaxşı   differensiallıq   yaranır.  Dik   yamaclarda

rast   gələn  torpaqlar   səthi  yuyulmaya   məruz    qalmaqla,

xeyli skeletlidir.

Sarı   dağ-meşə   torpaqların   profili   gilləşmə

prosesinin olması ilə nəzəri cəlb edir. Normal profilə malik

torpaqlarda fiziki gilin miqdarı 74-77% arasında dəyişir ki,

bunun da 20-50% lil fraksiyasının hesabınadır. Humusun

miqdarı   üst   qatlarda   3-8%   ,   ümumi   azot   isə   0,2-0,3%

arasında  dəyişir. C:N-in nisbəti üst qatlarda 10-14, aşağı

qatlarda   isə   5-ə   kimi   dəyişir.   Torpaq   yüksək   udma

tutumuna   (25-47   mg-ekv)   malikdir.   Udulmuş   əsaslar

içərisində   Ca   (20-30   mg-ekv.)   və   Mg   (7-12     mg-ekv.)

üstünlük təşkil edir. Al (1,0 mg-ekv.-dən az) və H (0,3-6,0

mg-ekv) kationları tabeli vəziyyət daşıyır, həm də axırıncı

profilin orta hissəsində artır.

Çox  təsadüfi  hallar  müstəsna  deyilsə  karbonatlar

yoxdur. Torpaq mühiti turş reaksiyaya (pH su məhlulunda

4,3-6,0   duz   məhlulunda   isə   1,5-2,0   vahid   az)   malikdir.

Sarı   dağ-meşə   torpaqlarının   profili   dəmir   biryarım

oksidləri   (7-12%)   və   alüminium   (20-26%)   ilə   zəngindir.

Profilin   üst   hissəsində  silisiumun  miqdarı  orta  və   aşağı

qatlara nisbətən yüksəkdir. SiO

2

-nin Al


2

O

3



-ə olan nisbəti

üst qatlarda 4,0, aşağı qatlarda isə 2,5-3,5 təşkil edir ki,

bu   da   podzoləmələgəlmə   prosesi   ilə   əlaqədar   olaraq

241



biryarım oksidlərin profil boyu dərin qatlara zəif hərəkəti

nəticəsidir.

Bu torpaqların yayıldığı ərazi əsas etibarilə meşə

örtüyü  altındadır.  Meşədən azad edilmiş  maili yamaclar

çay bitkisi və dənli bitkilər altında istifadə edilir.

Podzollu   sarı   torpaqlar.  Dağətəyi   düzənlikdə

delüvial-prolüvial   çöküntülər   üzərində   rütubətli   subtropik

iqlim şəraitində inkişaf edir. Əvvəllər bu torpaqlar hirkan

tipli düzən meşələri altında olmuşdur. Hazırda bu meşələr

demək olar ki, hər yerdə qırılmışdır.

Torpağın     təşkili   prosesində   dövrü   üst   qat   suları

fəal   iştirak   edir   ki,   bu   da   səthdə   qleyləşmə   və

podzoləmələgəlmə   prosesi   üçün   şərait   yaradır.

Podzollaşma   dərəcəsinə   görə   zəif,   orta,   şiddətli

podzollaşmış torpaqlar fərqləndirilir.

Bu   torpaqların   mexaniki   tərkibi   gillidir,   üst   qat

nisbətən   yüngüldür.   Fiziki   gilin   miqdarı   65-80%,   lil

hissəcikləri isə 45-55%  təşkil edir. Üst qatlarda humusun

miqdarı   2-3%,   ümumi   azotun   miqdarı   isə   0,15-0,30%

arasında   dəyişir   və   aşağı   qatlara   kəskin   düşür.  C:N-in

nisbəti   üst   qatda   8-11-dir.  Podzollu   sarı   torpaqların   üst

qatında   udma   tutumu   bir   qədər   aşağı   (12-20mq-ekv.),

illüvial qatda isə yüksəkdir (20-37 mq-ekv.). Belə bir halı

profil   boyu   lil   hissəciklərinin   paylanma   vəziyyəti   ilə

əlaqələndirmək   olar.   Bu   torpaqların   mühiti   zəif   turş   və

turşdur. Lakin bəzən 120-150sm dərinlikdə konkresiyalar

şəklində kalsium karbonat birləşmələrinə rast gəlmək olur.

Podzoləmələgəlmə prosesinin ifadəlilik dərəcəsinə

görə   akkumulyativ-elüvial   qatdan   profil   boyu   biryarım

oksidlərin   illüvial   qata   toplanması   nəticəsində   torpaqda

242



silisium   birləşmələrinin   miqdarı   artmışdır.   Belə   bir   faktı

SiO


2

-nin Al


2

O

3



-ə olan nisbəti də təsdiq edir. Belə ki, həmin

nisbət   profil   boyu   üst   qatda   6,0,   illüvial   qatda   4,0

rəqəmləri ilə ifadə olunur.

Yüksək   gilləşmə,   yüksək   udma   tutumu,   udulmuş

əsasların çox doymuş olması və buna uyğun olaraq az

dəyişən turşululuq və podzollaşmanın zəif ifadə edilməsi

təsvir etdiyimiz bu torpaqları şimal podzol torpaqlarından

kəskin   dərəcədə,   Qərbi   Gürcüstanın   subtropik

(podzollaşmış) torpaqlarından isə bir qədər fərqləndirir.

Bu torpaqların  ərazicə  aşağı  hissələri  çay  bitkisi,

üst sərhəddi isə dənli bitkilər əkini altinda istifadə edilir.

Qleyli-podzollu sarı torpaqlar. Rütubətli subtropik

iqlim şəraitində dəniz sahili ovalıqda qrunt və dövri səth

sularının   təsiri   ilə   aşınmış   sarımtıl     aşınma     qabığının

üzərində inkişaf  etmişdir.

Bu   torpaqların   xarakter   xüsusiyyəti   onların

nisbətən inkişaf etməsi və genetik qatların profil boyu zəif

diferensiallığıdır   ki,   bu   da   dənizsahili   ovalığın   geoloji

yaşca cavan olmasının nəticəsidir. Humus qatı (40-60sm)

bozumtul-küləşi, qalan qatlar isə göyümtül çalarlığı olan

sarımtıl-qonur   rənglə   fərqlənir.   Podzollaşma   zəif   ifadə

edilmişdir. Strukturası yaxşıdır. Relyefin nisbətən yüksək

elementlərində   bu     torpaqlar   normal   inkişaf   etmişdir.

Başqa   sözlə,   torpaq   profilində   qleyləşmə   zəif   ifadə

olunmuş qatların differensiallığı nisbətən aydındır.

Bu torpaqların mexaniki tərkibi üst qatlarda yüngül

və   ağır   gilicəli,   aşağı   qatlarda   gillicəli-qumsaldır.   İzafi

rütubətlənmə   şəraiti   burada   qleyləşmə   prosesini   ifadə

etməklə   yüksək   rütubət   sevən   bitkilərin   inkişafına   və

243



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə