Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə89/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   106

Ümumiyyətlə   kənd   təsərrüfat  

  məhsullarının

artırılması  ekstensiv yolla, əkinəyararlı sahələri artırmaq

hesabına   deyil,   istifadə     edilən     mövcud   torpaq

fondundan     daha   səmərəli     və   intensiv   istifadə   etmək,

torpağın   münbitliyini   artırmaq üçün kompleks tədbirlər

həyata keçirmək istiqamətində aparılmalıdır. 

Konkret   torpaq-coğrafi   şəraiti     nəzərə   almaqla   əkin

sahələrinin  səmərəli istifadə edilməsi  müasir  dovrün  ən

mühüm  problemlərindən biridir.

211



XXIII FƏSİL

AZƏRBAYCAN RESPUBLİKASININ TORPAQ

ZONALARI VƏ ONLARIN MÜXTƏSƏR

SƏCİYYƏSİ

Azərbaycan respublikasının ərazisi təbii – coğrafi

xüsusiyyətlərinə görə çox müxtəlifliyi ilə fərqlənir. Burada

yer   kürəsinə   xas   olan   bütün   landşaft   və   iqlim   tiplərinin

(tropik   meşə   və   qismən   savanna   –   landşaftlarından

başqa) hamısına rast gəlinir. Keçmiş SSRİ məkanının heç

bir   yerində   Azərbaycan   ərazisində   olduğu   kimi   torpaq

müxtəlifliyi nəzərə çarpmır. Belə heyratamiz müxtəlifliyin

səbəbi torpaqəmələgətirən amillərin – relyef, iqlim şəraiti,

torpaqəmələgətirən süxurlar, bioloji amillər, torpağın yaşı

və antropogen amillərin birgə təsirinin nəticəsidir. Burada

relyefin   kəskin   dəyişməsinə,   biocoğrafi   xüsusiyyətlərin,

hidrotermik   rejimin   və   başqa   amillərin   də   kəskin

dəyişməsinə,   torpağın   şaquli   zonallıq   qanununun

yaranmasına,   bir–birini   əvəz   edən   ayrı–ayrı   torpaq

tiplərinin, yarımtiplərinin morfoloji, kimyəvi, fiziki – kimyəvi

və   elecədə   mineroloji   xassələrinin   müxtəlifliyinə   səbəb

olmuşdur.   Bunu   Gamış   dağdan   Axvay   dağının

zirvəsinədək   tərtib   olunmuş   köndələn   torpaq   profilindən

də aydın görmək olar (Şəkil 23.1.).

Coğrafi

 

vəziyyəti



 

 



orogeomorfoloji

xüsusiyyətlərindən   asılı   olaraq   Azərbaycan   ərazisində

yayılmış torpaqları iki böyük qrupa – dağlıq və düzənlik

torpaqlarına bölmək olar.

Torpaqəmələgəlmə xüsusiyyətlərindən asılı olaraq

dağlıq   ərazi  torpaqları   morfoloji   cəhətdən   profilinin

nisbətən   qısalığı,  əksərən  yuxalığı,  skeletli   və   daşlı 

212



Şəkil 23.1. Böyük və Kiçik Qafqaz dağ sistemlərində torpaqların

şaquli   zonallıq   üzrə   paylanması   (profili   Ş.G.Həsənov   tərtib

etmişdir)

213



çınqıllı olması ilə fərqlənir, çox zaman bunların tərkibində

müxtəlif   süxur   qırıntıları   və   zəif   aşınma   ilkin   minerallar

olur. Bura üçün eroziya və denudasiya prosesləri və həm

də ibtidai torpaqəmələgəlmə prosesi xarakterikdir.



Düzənlik   ərazi  torpaqları   aşınma   mineralları   və

çökmə süxurlar üzərində əmələ gələrək özünün qalınlığı,

müxtəlif   dərəcədə   şorlaşması,   şorakətləşməsi   və

bataqlaşması   ilə   nəzəri   cəlb   edir.   Burada   torpağa

suvarma rejiminin də təsiri böyükdür. Torpaqların şaquli

zonallıq   qanununu   əsas   götürərək   Azərbaycan

Respublikası   ərazisində   yayılmış   torpaq   tiplərinin

müxtəsər   səciyyəsini,   bu   torpaqların   coğrafi   yayılma

areallarını Azərbaycanın torpaq xəritəsindən də görmək

olar (Şəkil 23.2.).



1. Dağ tundra torpaqları zonası

Dağ     –     tundra     torpaqları    Azərbaycan

ərazisində   Böyük     Qafqaz       dağlıq   vilayətində       və

qismən     də   Kiçik     Qafqaz   dağlarında     3000     metrdən

yüksəkdə   yerləşən   sahələri   tutur.   Burada   sıldırım

uçurumlu çılpaq yamaclar, yalları ara bir qar  ləkələri  ilə

örtülmüş qayalıqlar geniş sahə tutur.   Sıldırım   dağların

ətəkləri   süxur       uçqunları       və       daşlı       səpəlintilərlə

örtülmüşdür.   Bu     zona     keçmişdə buzlaqların   təsirinə

məruz qalmışdır ki, bunu karların, morenlərin  izləri və sal

süxurların cilalanmış səthi ilə müəyyən etmək olur.

Qar     uçqunları     və     buzlaqların     hərəkəti

nəticəsində   buzlaq   eroziyası baş verir   ki,   bu   da   öz

növbəsində     ya   moren     yığınları   əmələ   gətirir,   ya   da

ağırlıq   qüvvəsinin     təsiri     altında     “quru”     selini   (süxur

şəlaləsini)  yaradaraq yamac-aşağı hərəkət edir.

214



215


Bitki   örtüyü   demək   olar   ki,   yoxdur,   yalnız

qayalıqlar, aşınmış daş parçaları üzərində rast gələnşibyə

və yosunlardan ibarətdir. 

Burada   torpaqəmələgəlmə   prosesi   başlıca

stadiyadadır. Relyefin nisbətən batıq  və   hamar   səthə

malik     elementlərində   ovxaq   aşınma   materialları

toplanaraq   torpağın   narın   hissəsini   törədir.   Xüsusilə

fiziki     aşınmanın     təsirindən yaranmış   bu   materiallar

getdikcə  bioloji təsirə məruz qalır. Məhz bunun nəticəsidir

ki, belə hamar sahələrdə ya tam inkişaf etməmiş, ya da

ibtidai   profilə   malik   torpaqlara     rast     gəlinir.     Belə

torpaqlar     sal     süxurlar,     yaxud   moren   çöküntüləri

üzərində inkişaf edərək ilk əvvəl yalnız  “ humus ” qatına

malik olur.

Dağ   tundra   torpaqları   ilk dəfə     1925–1927–ci

illərdə   Azərbaycan   torpaqlarını   öyrənən   zaman

S.A.Zaxarov tərəfindən müəyyən edilmişdir.

Yüksək  dağlıq   zonada  kəskin parçalanmış relyef

şəraitində xırda ləkələr halında  tala  –  tala sahə tutan bu

torpaqlar   zəif   inkişaf   etməklə   hələlik   fraqmentlər

şəklindədir.    Məhz     buna     görə   də   həmin     torpaqların

yayıldığı     dağ–tundra   zonasını   bəzi   mütəxəsislər   inkar

edirlər.

Bununla     belə   dağ   tundra   torpaqlarının     genetik

xüsusiyyətlərinin   öyrənilməsi,     qar     və     buzlaqların   bu

torpaqların əmələ gəlmə prosesinə təsiri lazımınca tədqiq

edilməmişdir.

2. Dağ-çəmən torpaqları zonası

Dağ çəmən   torpaqları alp və subalp   zonasında

yayılmaqla   Azərbaycan   ərazisinin   8,5%-ni   təşkil edir.

Ərazicə ən çox Böyük və Kiçik  Qafqaz  dağlarında,  Talış

216



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə