Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə15/748
tarix31.12.2021
ölçüsü3,8 Mb.
#81589
1   ...   11   12   13   14   15   16   17   18   ...   748
Cild 20 1

Ağarəhim                                                                                                     Əsərlər 

 

14 



nasibət  bildirmək  bacarıqları  aşılayır,  qazanılmış  bilikləri  şüurda 

canlandırmaq və onu müxtəlif şəraitdə təcrübəyə tətbiq etmək qabi-

liyyəti yaradır; 

2) uşaqların məktəbə gəldikləri gündən lüğət ehtiyatını zəngin-

ləşdirir,  onlarda  söz  və  ifadələri  ədəbi  tələffüz  normalarına  uyğun 

tələffüz etmək, sərbəst cümlə qurmaq, fıkirlərini şifahi və yazılı şə-

kildə aydın, dəqiq, obrazlı və məntiqi ardıcıllıqla ifadə etmək baca-

rıq və vərdişləri aşılayır; 

3) şagirdlərdə düzgün, dəqiq, səlis və savadlı yazmaq bacarıqla-

rı formalaşdırır; 

4)  şagirdlərdə  düzgün,  sürətli,  ifadəli  və  şüurlu  oxu  bacarıq  və 

vərdişləri yaradır; 

5) məktəblilərdə dilə həssas münasibət aşılayır. 

İbtidai siniflərdə ana dili tədrisinin vəzifələrinə aşağıdakılar da-

xildir: 

 1) ibtidai siniflərdə ana dili təliminin məzmununun, həcminin, 

sərhədinin və sisteminin müəyyənləşdirilməsi

2) savad təlimi, Azərbaycan dili, oxu təlimi üzrə şagirdlərə zə-

ruri bilik, bacarıq və vərdişlərin verilməsi

3) şagirdlərə rabitəli nitq üzrə bacarıq və vərdişlərin aşılanması; 

4) təlim prosesində qarşıya çıxan çətinliklərin, onların səbəblə-

rinin öyrənilməsi, aradan qaldırılması yollarının aşkara çıxarılması 

və tövsiyələrin verilməsi

 

 



5) tədris materiallarinın  məzmununun dərindən mənimsənilmə-

sinə,  öyrənilənlərin  praktikaya  düzgün  tətbiqinə  və  şagirdlərin 

ümumi  hazırlığının  inkişafına  xidmət  edən  vasitə  və  metodların 

müəyyənləşdirilməsi. 

 


Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   748




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə