Əsil və sadələşdirilmiş məttılər "ÖNDƏr n ə Ş r iy y a t "


D İR SƏ  XAN  O Ğ LU  BUĞ AC  XAN  BOYU



Yüklə 175,22 Kb.
Pdf görüntüsü
səhifə45/92
tarix21.06.2018
ölçüsü175,22 Kb.
#49895
1   ...   41   42   43   44   45   46   47   48   ...   92

D İR SƏ  XAN  O Ğ LU  BUĞ AC  XAN  BOYU
Bir  gün  Qam   Gan  oğlu  B ayındır  xan  yerindən  durmuşdu.  Şami 
günlüyünü  yer  üzündə  qurdurm uşdu.  Hündür  alaçığı  göy  üzünə 
dirənm işdi.  M in yerdə  ipək xalça  döşənmişdi...
Xanlar xanı  Bayındır xan  ildə bir dəfə  şadlıq edib,  oğuz  b əylərini 
qonaq edərdi.  Yenə  şadlıq  m əclisi  qurub,  atdan  ayğır,  dəvədən  buğra, 
qoyundan qoç qırdırmışdı. B ir yerdə ağ otaq, bir yerdə qırmızı otaq, bir 
yerdə qara otaq qurdurmuşdu.  “Kim in oğlu-qızı yoxdursa,  qara otaqda 
oturdun,  altına  qara keçə  döşəyin,  önünə  qara  qoyun  ətinin  qovurm a- 
sından  gətirin.  Y eyir-yesin,  yem irsə  -   dursun  getsin”  demişdi.  “Oğlu 
olam ağ otağa, qızı olanı qınnızı otağa yerləşdirin.  O ğlu-qızı  olm ayanı 
Allah  qarğıyıb,  biz də  qarğayarıq;  qoy bilsin”  demişdi.
Oğuz bəyləri bir-bir gəlib yığılmağa başladılar. Dirsə xan deyilən bir 
bəyin oğlu-qızı yox idi.  Ozan  soylamış,  görək,  xanım, nə  soylamışdır:
Salxım -salxım   dan  yelləri  əsdikdə,
Saqqallı,  boz,  ac  torağay ötdükdə,
Saqqalı  uzun tat kişi  azan  çəkəndə,
B ədəvi  atlar yiyəsini  görüb  kişnədikdə,
“A ğlı” ,  “qaralı”  seçilən  çağda,
K öksü gözəl  qaya dağlara  gün  dəyəndə,
İgid bəylər,  pəhləvanlar bir-b irilə  güləşəndə
D irsə xan sübh tezdən qalxıb, yerindən durdu; qırx igidini dəstəsi- 
nə  qatıb  B ayındır xanın  m əclisinə  gəldi.
Bayındır  xanın  igidləri  D irsə  xam  qarşıladılar,  gətirib  qara  otaqda 
oturtdular,  altına qara keçə döşədilər,  qara qoyun qovurm asından önü- 
nə gətirdilər.  “Bayındır xanın əm ri belədir, xanım !”  dedilər.  Dirsə xan 
deyir:  “Baym dır  xan  m ənim   hansı  əksikliyim i  gördü?  Qıhncımdanmı 
gördü,  süfrəm dənm i  gördü?  M əndən  alçaq  kişiləri  ağ  otaqda,  qırmızı 
otaqda oturtdu.  M ənim   günahım   nə  oldu  ki, qara otağa yerləşdirdi?”.
D edilər:  “Xamm , bu gün  B ayındır xandan buyruq  belədir ki, oğlu- 
qızı  olm ayanı  Tanrı  qarğayıbdır;  biz  də  qarğayırıq” .
D irsə xan yerindən qalxdı: “İgidlərim , qalxıb yerinizdən durun!  Bu 
böyük  eyib  m ən ə  ya m əndən,  ya arvaddandır”,-dedi.
Dirsə  xan  evinə  gəldi.  Çağırıb qadınını  soylayır,  görək,  xamm,  nə 
soylayır.  Soylama.  Deyir:
Bəri  gəl,  başımın  baxtı,  evimin  taxtı!
Evdən  çıxıb yeriyəndə sərv boyium!
Topuğuna  sarmaşanda qara saçlım!
Qurulm uş  yaya  bənzər çatma  qaşlım!
Qoşa  badam  sığm ayan  dar ağızlım!
Payız  almasına  bəıızər al  yanaqlım!
Qadınım,  dayağım,  döl  verənim!
Görürsənm i  nələr oldu?
Bayındır xan  qalxıb  yerindən  dunnuş,  bir yerdə  ağ  otaq,  bir  yerdə 
qırm ızı  otaq,  bir  yerdə  qara  otaq  tikdirmişdir.  “Oğullulaıı  ağ  otaqda, 
qızlını  qırmızı  otaqda,  oğlu-qızı  olmayanı  qara  otaqda  oturdun;  altına 
qara  keçə  döşəyin,  önünə  qara  qoyun  ətinin  qovurmasını  gətirin: 
yeyir-yesin.  yem irsə,  dursun-getsin.  Bir adamııı  ki.  oğlu-qızı  olm aya, 
onu  Allah  qarğayıbdır,  biz də  qarğayırıq”  -  demişdir.
G olib  qarşıladılar,  qara  otaqda  oturtdular,  qara  qoyun  ətindon  qo- 
vurm anı  önüm ə  gətirdilər.  “Oğlu-qızı  olmayanı  Tanrı  qarğayıbdır,  bil 
ki,  biz  də  qarğayarıq” -  dedilər.  “Səndənm idir,  m əndənm idir,  n əd ə n - 
dir  Allah  bizo  bır yetkin  oğul  verm ir?”  -  dedi.  Soyladı:
Xan  qızı,  yerim dən  durummu?
Y axandan-boğazından  tutummu?
Qaba  dizim in  altına  salımmı?
Böyük,  iti,  polad  qılıncımı  əlim ə  alımmı?
Öz  gövdəndən  başını  kəsimmi?
Can  şirinliyini  sono  bildirimmi?
Alca  qanını  yer üzünə  tökümmü?
Xan  qızı,  səbəbi  nədir,  dc  mənə!
Qatı  coza  verorəm   indi  sənə!  -  dedi.
Dirso  xanın  qadım   soylamış,  görok,  nə  soylamışdır:
Ay  D irsə  xan,  monə  qəzoblonmə!
İnciyib  acı  sözlor söylomə!
Y erindən  qalx,  ayağa  dur,
Yer üzündə  böyük  çadır qur!


Ayğır,  buğra,  qoç  qırdır!
İç  Oğuzun,  Daş  Oğuzun  bəyləıini  iistünə  yığ!
Ac  görsən,  doydur;  çılpaq  görsən,  geyindir!
Borclunu  borcundan  qurtar!
T əpə  kimi  ət yığ,  göl  kimi  qıtnız sağdır!
B öyük  şadlıq m əclisi  qur,  Allahdan  arzunu  dilə!
B əlkə  bir ağzı  dualımn  alqışı  ilə
Tanrı  bizə  bir yetkin  övlad verə,  -  dedi.
Dirsə  xan  arvadının  sözü  ilə  böyük  məclis  qurdurdu,  A llahdan 
istəyini  dilədi.  Atdan  ayğır,  dəvədən  buğra,  qoyundan  qoç  qırdırdı.  İç 
Oğuz,  Daş  O ğuz  bəylərini  ora  topladı.  Ac  gördüsə,  doydurdu.
Yalın  gördüsə,  geyindirdi.  Borclunu  borcundan  qurtardı.  T əp ə  k i- 
mi  ə t  yığdı.  Göl  kimi  qım ız  sağdırdı.  Ə1  götürüb  arzularını  dilədilər. 
Allah  bir  ağzı  dualının  alqışı  ilə  övlad  verdi.  Arvadı  ham ilə  oldu.  Bir 
neçə  m üddətdən  sonra  isə  bir oğlan  doğdu.  Oğlancığı  dayələrə  verdi, 
saxlatdı...
At ayağı  iti,  ozan dili çevik  olur.  Y iyəsi  olan  yekəlir,  qabırğalı  bö- 
yüyür.  Oğlan  ən   beş  yaşına  girdi.  Oğlanın  atası  köçüb  Bayındır xanın 
adamlarm a qarışdı.
D eyilənə  görə,  Bayındır  xanın  bır  buğası  və  bir  də  buğrası  vardı. 
O  buğa  bərk  daşa  buynuz  vursa,  un  kimi  üyüdərdi.  Bir  yazda,  bir  də 
payızda buğa ilə buğranı savaşdırırdılar.  Bayındır xan Qalın Oğuz bəyləri 
ilə  tam aşaya  baxır,  əylənirdi.
Bir  dəfə,  sultanım,  yenə  yazda  buğanı  saraydan  çıxardılar.  D əm ir 
zəncirli  buğanı  üç  kişi  sağdan,  üç  kişi  də  sol  yandan  tutmuşdu.  Gəlib 
m eydanın ortasında qoyub getdilər.  Bu vaxt Dirsə xanın oğlu üç uşaqla 
meydanda  “aşıq -a şıq ”  oynayırdı.  Buğanı  qoyub  gedəndə  oğlanlara 
“qaç”  dedilər.  Oğlanların  üçü  qaçdı,  Dirsə  xanın  oğlu  qaçmadı.  H ün- 
dür  meydanın  ortasında durdu-baxdı.  Buğa  da  hücuın  edib  oğlana  sarı 
gəldi.  İstədi  ki,  oğlanı  holak  etsin.  Oğlan  buğanın  alnına  çəpəki  bir 
zərbə  vurdu.  Buğa dal-dalı  getdi,  geri  qayıdıb oğlana hücum etdi.  O ğ- 
lan  yenə  buğanın  alnına  m öhkəın  bir  yum ruq  vurdu;  bu  dəfə  buğanın 
alnına yum ruğunu  dayadı,  itələyib  meydanın  başına  çıxardı.
Oğlanla  buğa  xeyli  çəkişdilər.  Buğanın  iki  kürəyi  üstündə  köpük 
durdu.  N ə  oğlan,  nə  də  buğa  üstün  gəlirdi.  Oğlan  flkirləşib  öz-özünə 
dedi:  “Bir  dam a  dirək  vururlar,  o  dama  dayaq  olur.  M ən  niyə  bunun 
alnına  dayaq  olub  dururam ?”  Yumruğunu  buğanırı  alnından  çəkib,
yolundan  atıldı.  Buğa  ayaq  üstündə  dura  bilm ədi,  yıxıldı;  toposi  üstə 
düşdü.  Oğlan  bıçağına əl  atdı.  Buğanın  başını  kəsdi.
O ğuz  bəyləri  gəlib,  oğlanın  başına  toplaşdılar,  əhsən  dedilər. 
“D ədəm  Qorqud gəlsin,  bu oğlana ad qoysun:  öziiylə  götürüb,  atasının 
yanına  getsin.  Atasından  oğlana  bəylik  istəsin,  təxt  alıb  versin” - 
dedilər.
Ç ağırdılar,  D ədə  Qorqud  gəldi.  Oğlanı  götürüb  atasmın  yanına 
getdi.  D ədə  Qorqud  oğlanın  atasma  soylamış,  görək,  xanım,  nə  soy- 
lam ış -   demişdir:
Hey  D irsə  xan!  O ğlana bəylik  ver,
T əxt ver,  -güclüdür,  ərdəmlidir!
Boynu  uzun  bədəvi  at  ver,
Qoy  minsin,  hünərlidir!
Yaylağından  on  qoyun  ver,
Bu  oğlana  şişlik  olsun,  ciissəlidir!
Qaytabandan  qızılı  dəvə  ver bu  oğlana,
Qoy  yükləsin,  hünərlidir!
Qızıl  tağlı  hündür ev  ver bu  oğlana,
Kölgə  olsun,  ərdəm lidir!
Çiyni  qıışlu  cübbə-don  vcr son  bu  oğlana,
Qoy  geyinsin,  hünərlidir!
Bu  oğlan  Baymdır xanın  uca  mcydanında  vuruşmuşdur.  Sənin  oğ- 
lun  bir  buğa  öldürmüşdür,  qoy  adı  “Buğac”  olsun.  Adım  mən  veıdiın, 
yaşını  A llah  versin,  -dedi.
D irsə  xan  oğlana  bəylik  vcrdi,  taxt  verdi.  Oğlan  taxta  çıxdı,  atası- 
nın qırx  igidini  unutdu.  O qırx  igid həsod çəkdi,  kin saxladı.  B ir-birinə 
söylodilər:  “G əlin,  oğlanı  atasının gözündən  salaq.  Bolkə atası  onıı  öl- 
dürə,  hörm otim iz onun  atası  yanında yenə xoş ola, aılıq  ola” ,  -dedilor.
Bu  qırx  igidin  iyirmisi  bir yana,  iyirmisi  do  o  biri  yana  gctdi.  Ə v- 
vəlcə  iyirmisi  gedib,  Dirsə xana bu xəbori  gətirdi:  “Görürsəıımi,  Dirso 
xan,  nolər  əldu?  Yarımasın  sənin  oğlun,  nankor  və  forsiz  çıxdı.  Qırx 
igidini  dəstəsinə  qatıb,  Qalın  Oğuzun  üstünə  yürüş  etdi.  Harada  gözəl 
vardısa,  çəkib  aldı.  Ağ  saqqallı  qocanın  ağzına,  ağ  birçəkli  qarının 
siidüno  söydü.  Axan  duru  sulardan,  çılpaq  yatan  Ala  dağdan  söz-sov


Yüklə 175,22 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə