137
Dəhşətlisən ev oğrusu
*
*
*
Haram
çörək yeyir ailən
Sənsə bunla fəxr edirsən
Əlli-ayaqlı gedərsən
İnşallah, sən, ev oğrusu
*
*
*
Fikrin,düşüncən yalandı
Ucbatından çoxları talandır
Başa düş ki, yaxşılıq qalandır
Peşman olarsan ev oğrusu.
*
*
*
Etibara
təpik
atma
Çörəyinə
haram
qatma
Beş qəpiyə adam satma
Ev
oğrusu, ev oğrusu.
*
*
*
Cinayətin
yoxdu
sonu
Gəl
aldatma
onu-bunu
Geyinmə sən iblis donu
Ev
oğrusu, ev oğrusu.
*
*
*
138
Zərbə vurma kürəklərə
Nifaq salma ürəklərə
Haram qatma diləklərə
Ev
oğrusu, ev oğrusu.
*
*
*
İfritədir onun adı
Tanımır qohumu-yadı
Bilinməyir heç soyadı
Dəhşətlidir ev oğrusu.
*
*
*
Sən özünə quyu qazdın
Bilə-bilə yolun azdın
Əməlinə höküm yazdın
Ev
oğrusu, ev oğrusu.
*
*
*
Əməlinlə evin yıxdın
Axırına özün çıxdın
Uçdu
sənin tacın-taxtın
Ev
oğrusu, ev oğrusu.
*
*
*
Saxta
sənət əlindədir
Bol yalanlar dilindədir
139
Əyri bitən belindədir
Ev
oğrusu, ev oğrusu.
*
*
*
Yalanların
qatar-qatar
Tora
düşən edər
hazar
Beş qəpiyə adam satar
Ev
oğrusu, ev oğrusu.
*
*
*
Şirin dildə bir dənəsən
İnanırlar yalan desən
Mələk donuna girmisən
Ev
oğ rusu, ev oğrusu.
*
*
*
Kimi
desən aldadırsan,
Sinəsinə od vurursan
Evsiz-eşiksiz
qoyursan
Ev
oğrusu, ev oğrusu.
*
*
*
Dost
ƏŞİRi də aldatdın,
Ona da bir qədər atdın
Yamanca
günaha
batdın
Ev oğrusu, ev oğrusu.
140
*
*
*
Dillənəndə can demişik,
Tonlarla
çörək yemişik.
Əhdə peyman demişik
Yalançısan ev oğrusu.
141
OĞUL DƏRDİ
Qabilin qətlinə
Gəlib çatdı acı xəbər
Varlığımı aldı kədər
Bütün
ömrümə bəs edər
Oğul dərdi, oğul dərdi.
* * *
Evimin
səfi
pozuldu,
Cüt
balanın
gözü
doldu,
Mənə hamıdan
çox
oldu
Oğul dərdi, oğul dərdi.
* * *
Qürbət öz qoynuna aldı
Düşmən səni tora saldı
Ahım göylərə ucaldı
Oğul dərdi, oğul dərdi.
* * *
Dizimin
taqəti
getdi,
Gözümün
işığı
itdi,
Pəhləvan bir oğul getdi
Oğul dərdi, oğul dərdi.
* * *
142
Cənazəsi ağır getdi,
Ana-bacı fəryad etdi,
Bununla
şad
günüm
bitdi
Oğul dərdi, oğul dərdi.
* * *
Ayrılığa
dözümüm
yox,
Ömür
qısa, dərd isə çox
ƏŞİR, dərdinə çarə yox
Oğul dərdi, oğul dərdi.
Dostları ilə paylaş: |