8
Çöllərə atılmış daş parçasının
Ömrü saya gəlmir, yaşı bilinmir
Bu
dünyanı qurub-yaradan insan
Bu
sirrin
önündə bəs niyə dinmir?
Gileyim
yaranmışların əşrəfi olan insan ömrünün azlığındandır.
İşğal altında olan Qubadlıda qədim tarixə malik bir sıra memarlıq
abidələri vardır. Bunların sırasında dördüncü əsrə aid Gavur dərəsindəki
mağara-ibadətgahı, Muradxanlıdakı və beşinci əsrə aid «Qalalı» qalası,
XIV əsrin yadigarı Dəmirçilər kəndindəki iki türbə və məscid, yenə də
on dördüncü əsrə məxsus Yazı düzündəki Cavanşir türbəsi, Əliquluuşağı
kəndindəki mağara-ibadətgah, Göy qala, Laləzər və Hacıbədəl körpüləri
xalqımızın qəhrəmanlıq tarixindən xəbər verən abidələrdir. Bütün bunlar
Qubadlını görənlərin, orada doğulub, boya-başa çatanların hamısının
ürəyini sızıldadır, yuxularını ərşə çəkir.
Qubadlıdan didərgin düşənlər öz vətənlərinin necə və hansı
yollarla əldən getdiyini çox yaxşı bilirlər. Bəs, oradan kənarda
doğulmuşlar necə? Biz onlara necə cavab verməliyik? Axı, onların ata və
anaları Qubadlılardır. Tarix bizi bənzəri çox az təsadüf edilən bir
hadisəylə qarşılaşdırıb. Axırını gözləyək.
Bir
də ki, təkcə Vətən dərdi olsaydı nə vardı? Ermənilər işğal
etdikləri bütün Azərbaycan torpaqlarını, o cümlədən qədim tarixə malik
9
Qubadlını da özlərininki hesab edir. Guya bu yerlər onların ata-baba
torpaqlarıdır, biz bu yerləri onların əlindən almışıq. Bu məxluqlar nə
qədər həyasız imişlər?! Bunun üçün hər cür iftira və yalandan istifadə
etməyi bacaran ermənilər belə bir uydurma irəli sürürlər ki, guya indi
Azərbaycanda yaşayan azəri türkləri gəlmədirlər. Özü də bu uydurmalar
bu günün işi olmayıb, onların on illərlə bundan əvvəl qaldırdıqları hay-
küylərdir. Ermənilər 50-ci illərdən başlayaraq daha da həyasızlaşaraq
«Böyük Ermənistan» ideyasını irəli sürmüş və bu barədə cild-cild
kitablar buraxmağa başlamışlar. Onların son zamanlar tərtib etdikləri
qondarma xəritələr indi bütün dünyanı dolaşmaqdadır.
Sual olunur: bu torpaqlar sizinki olubsa, onda nə üçün iddia
etdiyiniz Azərbaycan torpaqları ərazisində lap qədimdən bu günə qədər
erməni adı ilə bağlı bir kənd, bir dağ, bir çay adlarına rast gəlinmir.
Hələ Azərbaycanı demirəm, Sizin indi yaşadığınız ərazidə də erməni
mənşəli bir yer adına rast gəlinmir. Biz danışmaq əvəzinə, siz
danışırsınız.
ABŞ tarixçiləri Makkarti qardaşları Azərnəşr tərəfindən 1996-cı
ildə «Turki i arməni» adlı bir kitab nəşr etdiriblər. Bu kitabda erməni-
azərbaycanlı həqiqətlərinə dair bir sıra faktları açıqlayıblar. Görün bu
yad ölkənin tarixçiləri nə yazır: «Ermənistan respublikasının indi
yerləşdiyi ərazi, ermənilərin deyil, azərbaycanlıların (türklərin) olub. Elə
10
bu səbəbdən də Ermənistan ərazisində olan coğrafi adların əksəriyyəti
azərbaycanlılara məxsusdur» və s.
Onda
belə bir sual meydana çıxır ki, bəs ermənilər Azərbaycan
torpaqlarında nə vaxtdan peyda olublar? Sualın cavabı hamıya, o
cümlədən başqa ölkələrə də gün kimi aydındır. Belə ki, 1828-ci il
«Türkmənçay müqaviləsi» ilə Azərbaycan torpaqları Rusiya ilə İran
arasında bölüşdürülərkən İran və Türkiyə ərazisində yaşayan ermənilər
Azərbaycan torpaqlarına köçürülməyə başlamışdır. Əlbəttə, Rusiyanın
köməyi və himayəsi ilə. Bu tarixdir və son dövrlərə qədər ermənilərin
özləri də bu həqiqəti təsdiq edirdilər.
Lakin
məsələnin başqa bir cəhəti vardır ki, bunun üçün biz, yəni
tarixçilərimiz, bir sıra dövlət başçılarımız çox günahkardırlar.
Tarixçilərimiz susmuş, vaxtında ermənilərə cavab verməmiş ,
Azərbaycana rəhbərlik edənlərin bəziləri isə ermənilər torpaqlarımıza
qarış-qarış yiyələnəndə «Allah xeyir versin» – demişlər.
Getdikcə bir çox Azərbaycan əraziləri, o cümlədən vaxtilə
Qubadlının da daxil olduğu Zəngəzur torpaqları ermənilərin məskəninə
çevrilmişdi. Elə bil kə, çətini bu əclafların ayaqlarının bu yerlərə
açılması idi. Sonra addım-addım yerlərini möhkəmləndirməyə başladılar.
1948-50-ci
illərdə respublikamızın ərazisinə ermənilərin növbəti
axını başlandı. Vaxtilə Azərbaycan şəhəri olan İrəvan, Gəncə, Dağlıq
Qarabağ və digər ərazilərimizdə ermənilərin sayı artdı.
11
Azərbaycanlıların açıqürəkliliyindən, qonaqpərvərliyindən istifadə
edib, yaxşı evlərə və vəzifələrə yiyələndilər. Qəlbimizi oğurlayıb
qızlarını oğlanlarımıza ərə verdilər.
Ermənistan deyilən məkanda isə azərbaycanlıların sayı getdikcə,
ilbəil azalmağa başladı. Bir də gözümüzü açdıq ki, ata-baba yurdumuz
Qərbi Azərbaycanda bir nəfər azərbaycanlı qalmayıb. İndi isə dünyanın
beyninə belə bir fikir aşılayırlar ki, Azərbaycanın böyük bir hissəsi
bizimdir. Nə isə bu əclafların «niyyətlərini» sadalamaqla qurtaran deyil.
Erməni əclaflarının hərəkətlərini bir daha yada salmaqda
məqsədim ondan ibarətdir ki, bu günkü faciələrimizin əsas səbəbi
onlardır. Əhalimizin qaçqın və köçkün vəziyyətinə düşməsinin, ağır
vəziyyətdə yaşamasının ilk səbəbi onların pis niyyətləridir.
Lakin
bu
işdə sapı özümüzdən olan baltaların da rolu çoxdur.
Hakimiyyət uğrunda içərimizdə gedən mübarizə, ayrı-ayrı
qruplaşmaların ümumi işə vurduğu zərbələr, respublikaya rəhbərlik
etmiş dırnaqarası liderlərin hadisələri vaxtında qiymətləndirə bilməməsi
və çox zaman isə xəyanəti bizim bu günə düşməyimizdə az rol
oynamayıb.
Bütün bunlardan sonra nə qədər qayğı da görsək . günümüz xoş
da keçsə Vətən həsrəti, doğma yurd nisgili hər gün bizi sıxır və qayıtmaq
arzusu ilə yaşayırıq. Arzumuz isə hələlik ürəyimizdə qalır. Qaçqın və
köçkün düşməyimizdən 15 ilə yaxın vaxt keçir. İki-üç ildən sonra
Dostları ilə paylaş: |