25
Mən yuxarıda Qubadlı ərazisində mövcud olan tarixi və memarlıq
abidələri haqqında danışmışam. Lakin yerinə düşərdi ki, rayonumuzun
bir sıra kəndlərində mövcud olan bəzi tarixi abidələrin də adını çəkəm.
Bunlardan rayonumuzun Kürçülü kəndindəki Günbəzi, Göy qalanı,
Çibikli kəndindəki Məscidi (bu məscid albanlardan qalmadır),
Xocamsaxlıdakı qalanı, Dəmirçi Dondarlıda Hacı Bədəl körpüsünü
göstərmək olar.
Aşağı Molluda bir sıra yer adları olmuşdur Bunlardan kağ yerini
(bu yer mənim babam Fətəli kişiyə mənsub olub, ona görə də həmin yerə
Fətəlinin kağ yeri deyiblər), kiçik qarovul, böyük qarovul, sarı təpə,
düyü torpağı, Babaxan kələyi, Kəklik bulağı, Kəlbə İsmayıllılar,
Nəzərin sulu qobusu, Muncuqlu kələk, sınıq qaya, Sətinin qayası, Böyük
dərə, Kağ dərəsi, səf dərə, dik daş, əyri dərə, tapan dərə və s. kimi xalq
arasında adı dillərdə gəzən yer adları olub.
Molluda
camaatın savad alması üçün çalışan xeyirxah adamlar
sırasında ilk olaraq Qulu Yüzbaşının adını çəkmək lazımdır. O,1924-cü
ildə Molludakı evində ilk məktəb təşkil edib.
Mollaburan
kəndindəki ilk pristav binasını isə mənim babam
Fətəli kişi tikdirib. Sovetləşmədən sonra isə həmin bina əvvəlcə kənd
sovetinə verilib, sonra isə oradan məktəb kimi istifadə etməyə
başlayıblar.
26
Molludan ilk təhsil dalınca gedən Molla Əhməd olub. O,
Xorasanda təhsil aldıqdan sonra kənddə molla məktəbi açaraq dərs
deməyə başlayıb. Molla Əhmədin oğlu Nəhməd kişi də çox savadlı olub.
Yaşlı adamların dediyinə görə o, Qurani-Kərimi əzbər bilirmiş.
Sovetləşmə dövründə dini təbliğ etmək yasaq olduğu üçün ölü namazını
gizlin qılar və imkan daxilində bu sahədə camaata kömək edərmiş.
Aşağı Mollu kəndində ilk inqilabçı və ilk kommunist Həbib
Quliyev olub. Ona camaat arasında Qara Həbib də deyərlərmiş. Bunu da
qeyd edim ki, mən də onu xatırlayıram. İlk sovetləşmə dövründə
banditlərin tərksilah edilməsində onun böyük xidmətləri olub. Uzun
müddət rayonumuzda müxtəlif kənd sovetlərində sovet sədri olub.
Kəndimizin camaat tərəfindən sevilən adamlarından biri də Bəylər
Orucov olub. O, həm bənna, həm dülgər, həm də dəyirmançılıq
sənətlərini bilirmiş. Dəyirmanda üyüdülən taxılın muzdu ilə çox-çox
aclara və kasıblara kömək edib. Mən də bu insanı xatırlayıram. Sahib
olduğu bütün peşələrlə kənd camaatına təmənnasız kömək edərdi.
Kəndin yaşlı adamlarının dediyinə görə bizim Mollu camaatının
babaları İranın Şamolular kəndindən gəlmədir. Bu ağlabatan bir fikirdir.
Çünki o dövrdə İran hökmdarları başqa ərazilərdə etnik dayaq yaratmaq
üçün əhalinin bir qismini başqa yerlərə köçürmüşlər.
27
CƏBRAYIL YÜZBAŞI
Əslən Aşağı Mollu kəndindən olan Cəbrayıl yüzbaşı eyni zamanda
mahalın adlı-sanlı adamlarından biri olub. Cəbrayıl yüzbaşı həm
xeyirxah, həm də əliaçıq bir adam olub. Deyilənə görə Mir Cəfər
Bağırov bir gün rayonun Həmzəli kəndinə gəlir və Kəbla Mikayılın
evində yüzbaşı Cəbrayılı yanına çağırır. Əlyanlı meşəsində yuva salmış
banditlərin tutulmasında ona kömək etməyi təklif edir. Çünki deyilənlərə
görə heç kəs yüzbaşı Cəbrayılın sözündən çıxmırmış. Bu işdə o,
M.C.Bağırova kömək edir. Sonra M.C.Bağırov ona söz verir ki, sənə
yaxşı bir vəzifə verəcəm. Lakin Cəbrayıl kişi camaat içərisində
nüfuzunu itirməmək üçün İrana çıxıb gedir və ölənə qədər orada yaşayır.
M.C.Bağırov isə onun rayondan getdiyini eşidib çox təəssüflənir.
28
ACILI, ŞİRİNLİ AİLƏ HƏYATIM
Bu
başdan qeyd edim ki, bu kitabda belə bir məsələyə
toxunmaqda heç də özümü təbliğ etmək məqsədi güdməmişəm. İlk
növbədə məqsədim ondan ibarət olub ki, keçmişimiz, ata və babalarımız,
onların necə insanlar olduğu barədə nəvələrimə və ailəmizə yaxın olan
insanlara məlumat verim.
Mənim babam Fətəli Dünyamalı oğlu orta kəndli olub. Sürü ilə
qoyunu, mal-qarası və dükanı olub. İki qardaş olublar. Babamın BƏŞİR
adında bir oğlu və Tamaşa adında bir qızı olub. Yuxarıda dediyim kimi
onun özünə məxsus kağ yeri olub. Deyilənə görə babam hazırcavab, söz
götürməyən və cəsarətli bir adam olub. Kəndimizin yaşlı adamlarının
dediyinə görə o, yüzbaşı ilə tez-tez mübahisəyə girərmiş, dediyindən
dönməzmiş. Babam həm də podratçılıqla məşğul olub. O, dövlətdən pul
götürüb tikinti işləri görərmiş. Yuxarıda qeyd etdiyim Mollaburhan
kəndindəki böyük binanı o tikdiribdir.
Babamın Camal adında bir qardaşı olub. Camal kişinin 3 qızı olub.
Onun qızının biri erkən dünyasını dəyişib. Qalan iki qızının isə
kəndimizdə nəvə və nəticələri var.
Babamın oğlu və mənim atam Dünyamalıyev BƏŞİR Fətəli oğlu
sadə əməklə məşğul olan bir kolxozçu olub. 1941-ci ildə müharibə
başlayanda dünyasını dəyişib. Hazırda iki qardaş və iki bacım var.
29
Qardaşımın adı Nüsrət, bacılarımın adı isə Diləfruz və Hamatıldır. Atam
vəfat edəndə mənim 5-6 yaşım olub. Demək olar ki, mən ata qayğısı
görməmişəm və onunla bağlı heç bir xatirə yadımda qalmayıb. Erkən
atamı itirməyim mənim sonrakı həyatıma da güclü təsir edib və mənim
sonrakı həyatım anamla bağlı olub. Bir sözlə, anam mənim bütün
qayğımı öz üzərinə götürüb. Odur ki, anamla bağlı xatirələrim zəngindir.
Anam
Dünyamalıyeva Xurşud Hüseyn qızı Yuxarı Mollu
kəndindəndir. Anamın taleyi ilə mənim uşaqlıq taleyim arasında bir
oxşarlıq olub. O da uşaq ikən əvvəlcə atasını, sonra isə anasını itirib.
Onu ana babası Haqverdi kişi saxlayıb. Anamın Qardaş adında bir xalası
oğlu və İldırım adında dayısı oğlu olub. Müharibə başlananda
müharibəyə gediblər və müharibədən sonra anama çox kömək ediblər.
Xüsusilə, anamın dayısı oğlu İldırımın anama və mənə çox köməkliyi
dəyib. Mənim böyüyüb ərsəyə çatmağımda anamın əməyi ömrümə həkk
olub.
Müharibənin ağır günlərində o, həmişə kolxozda işləməklə
məndən heç bir şey əsirgəməyib. Bir sözlə, anam mənim həyatımın
himayəçisi olub.
Bu
gün
yaşımın ahıl çağında da anamı böyük məhəbbətlə
xatırlayıram, onu yad edəndə indinin özündə də kövrəlirəm. Süfrə
başında oturanda onun mənim qarşıma qoyduğu duzu, çörəyi yada
Dostları ilə paylaş: |