17
verərdilər. İndi isə bir də baxırsan ki, tanımadıqları, bilmədikləri bir
adamın qapısına getdilər və qız almağa gəldiklərini bir kənara qoyub,
başqa problemlərdən danışmağa başlayırlar. Odur ki, qız evi çox zaman
elçilərin kimliyini bilmədiyi üçün razılıq vermir və ya da elçilik baş
tutmur.
Bu
işdə, necə deyərlər, ikinci mərhələ toyun keçirilməsi idi.
Toylar oğlan və qızın həyatında uzun zaman yadda qalan bir hadisəyə
çevrilərdi. Əvvəllər toy mərasimi bir neçə gün çəkərdi. Toylar ya qara
zurna, ya da aşıqların iştirakı ilə keçirilərdi. Qara zurnanın səsi kəndi
bürüyərdi, xəbəri olmayan da xəbər tutardı. Xüsusilə, kəndimizdə İlyas
və Mustafanın zurnaçılar dəstəsinin keçirdiyi toylar kənd camaatının
qəlbində uzun zaman yaşayardı. Onlar o qədər məharətlə zurna
çalardılar ki, şaxtalı günlərdə onların zurnasının səsi qonşu kəndlərdə də
eşidilərdi. Zurnaçılar çalanda yalnız rəqs edərdilər. Hamının diqqəti bu
rəqslərə yönələrdi. Rəqslər xüsusi adamların iştirakı ilə keçirilərdi. İndiki
kimi heç kəs hoppanıb ortaya düşməzdi. Ayrıca bir adam oynamaq
istəyən adamın hansı havaya oynayacağını soruşar, onu çalğıçılara
çatdırar və çalğıçılar havanı çalmağa başlayardılar. Bir sözlə, hər şeydə
olduğu kimi, bu işdə də bir qayda-qanun vardı.
Sonra
isə aşıqlar, necə deyərlər, dövran edərdilər. Bu, əsasən
gecələr baş verərdi. Hamı bir nəfər kimi aşığa qulaq asardı. Əlavə səs-
səmirə yol verilməzdi. Aşıqlar o qədər şirin saz çalar və şirin oxuyardı
18
ki, bir də görərdin ki, səhər açılıb. Hamı şad-xürrəm toy sahibini təbrik
edib, oğlan və qıza xeyir-dua verib evlərinə dağılardılar.
Nə oyun zamanı, nə aşıq nağıl deyəndə adamların qabağında
yemək olmazdı. Yeyib-içmək toy keçirilən yerlərdən kənar, ayrıca
mağaralarda olardı. Bu, duz-çörəyə böyük hörmətdən irəli gəlirdi. Daha
indiki kimi duz-çörək ortalıqda ola-ola ortalığa tullanıb oynamazdılar.
Toyun
sonrakı mərhələsi qızın köçürülməsi olardı. Gəlini gətirmək
üçün çalğıçıların müşayiəti ilə qız evinə gedər, bir neçə saat qız evində
çalıb oynayardılar. Sonra isə hay-harayla qızı oğlan evinə gətirərdilər.
Kəndin cavan qız və gəlinləri toyu olan qızın ətrafına yığılar, onu xeyir-
dua ilə oğlan evinə qədər müşayiət edərdilər. Oğlan evinə çatanda çalıb
oynamaq yenidən qızışar, gəlinin ayağının altına sındırmaq üçün qab
atardılar, başına isə rəngarəng noğul səpərdilər. Uşaqlar biri-birini
itələyə-itələyə yerdən noğul yığardılar. Gəlinə gəldiyi evin böyükləri
xeyir-dua verər və onu təmtəraqla otuzdurardılar. Nəhayət, gəlinə cehiz
verilərdi. Kim necə bacarırdısa, o cür də cehiz verərdi. Cehiz heç zaman
yeni qohumlar arasında söz-söhbətə səbəb olmazdı. Cehiz əsasən
yorğan-döşəkdən, qab-qacaqdan, bəzən isə inək və başqa iri buynuzlu
heyvanlardan ibarət olardı. Bünövrəsi möhkəm qoyulan bu ailələrdə
boşanma halları da olmazdı. İndi isə on ailədən beşində ya boşanma
halları baş verir, ya da dedi-qodu baş alıb gedir.
19
Elin-obanın qarşıladığı bayramlar içərisində Novruz xüsusi yer
tutardı. Bir qayda olaraq Novruza qabaqdan hazırlıq görülərdi. Bayrama
təxminən bir ay qalmış uşaqlar yumurta döyüşdürər, hellən qoyar,
torpağa basdırardılar. Çərşənbələr xüsusilə bayram əhval-ruhiyyəsi
içərisində keçirilərdi. Bu çərşənbələrdə tonqal qalanar, müxtəlif oyunlar
keçirilərdi. Axır çərşənbələr xüsusilə təmtəraqla keçirilərdi. Gündüzlər
adamlar sovqat tutub bir-birinin evinə qonaq gedər, bir-birini bayramın
gəlişi münasibətilə təbrik edərdilər. Lakin gecəni hamı öz evində
keçirərdi. Bu gecələrdə qapı pusular, qapı pusanlar isə yaxşı söz eşitmək
istəyərdilər. Uşaqlar evlərin bacasından torba salıb bayram payı
istəyərdilər. Novruz bayramı günü xüsusilə təmtaraqlı olardı. Zurnaçılar
dəvət olunar, çalıb oynayardılar. Çox təəssüflər ki, sonrakı illərdə
Novruza yasaq qoyulmuş və onu dini bayram kimi qiymətləndirmişlər.
Belə bir cəhət nəzərə alınmamışdır ki, Novruzun qarşılanması islamdan
çox-çox əvvəl mövcud olmuş və onun dinlə heç bir əlaqəsi olmamışdır.
İslam dini qəbul olunduqdan sonra bu bayram daha da təmtəraqla
keçirilməyə başlamışdır.
Belə bir cəhəti də qeyd etmək lazımdır ki, Novruza qadağa
qoyulduğu illərdə də xalq bunu gizli şəkildə qeyd etmiş və onu
yaşatmağa çalışmışdır.
Müstəqillik əldə etdikdən sonra Azərbaycan dövləti Novruzun
qədim xalq bayramı kimi keçirilməsinə böyük önəm vermiş və bayram
20
günləri təqvimə düşmüşdür. İndi xalqımız bu günün gəlişini hər il
səbirsizliklə gözləyir və onu böyük təmtəraqla keçirirlər.
Adətlərimiz, mərasimlərimiz çoxdur. Bunların hamısında ümumi
cəhət o idi ki, bunlar uzun əsrlər boyu xalq tərəfindən yaradılmış və
inkişaf etdirilmişdir.
Rayonumuzdan, o cümlədən Aşağı Molludan yaxşı el sənətkarları
yetişib. Bunlardan Aşıq Elmanı, Aşıq Abdullanı, Aşıq Həmzəni,
zurnaçılardan Mustafanı və İlyası göstərmək olar. Bu sənətkarlar çox
zaman təmənnasız elin-obanın toylarını yola verən insanlar olublar.
Zurnaçalan İlyas haqqında bir hadisə bu gün də yadımdan çıxmayıb.
Kəndin kənarındakı evlərdən birində toy keçirilirdi. İlyas öz dəstəsilə
məclisdə idi. Günəşli bir gün idi. Kəndin qoyunları yamaca səpələnib
otlayırdı. Məclisdə iştirak edənlərdən biri İlyasa dedi ki, sən elə bir hava
çala bilərsənmi qoyunlar yamacdan düzə ensinlər? Özü də sən bunu
etsən, sənə 100 manat pul verəcəyəm. Bu hadisə təxminən 1948-1950-ci
illərdə baş vermişdi. İlyas cavab verdi ki, bacararam. İlyas bir hava çaldı.
Yamacda otlayan qoyunlar əvvəlcə duruxdular, zurnanın səsinə qulaq
asdılar, sonra yavaş-yavaş düzə töküldülər və yenə də qulaqlarını
şəkləyib qulaq asmağa başladılar. Məclisdə oturanlar sakitliklə bu
mənzərəyə tamaşa edirdilər. Sifariş verən adam əlini cibinə saldı və 100
manat çıxarıb «halaın olsun» deyərək İlyasa uzatdı. Biz məclisdəkilər isə
İlyasın bu sehrinə ovsunlanmışdıq. Əlbəttə, bunu heç də hər bir sənətkar
Dostları ilə paylaş: |