ƏŞİR BƏŞİR oğlu
XATİRƏYƏ DÖNƏN GÜNLƏR
(sənədlər və xatirələr)
BAKI - 2005
2
Redaktoru:
fəlsəfə doktoru Bəhram Salman oğlu Avılov
ƏŞİR BƏŞİR oğlu FƏTƏLİYEV
«Xatirəyə dönən günlər»
Bakı-2005, səh. 225
Bu kitabı həyatdan cavan getmiş oğlum Qabilin əziz xatirəsinə həsr
edirəm.
Müəllifin Qubadlı haqqında ilk qələm təcürbəsi bu kitabda son illərə
qədər yaşadığımız Qubadlı və Aşağı Mollu haqqında xatirələri öz əksini
tapmışdır. Digər tərəfdən bu kitabı daha çox gələcək nəsillərə Vətənə
sevgini, elə məhəbbəti çatdırmaq üçündür.
B
2005
098
56
4702000000
−
−
−
N
Qrifli nəşr
©
BƏŞİR oğlu, 2005
3
ƏŞİR BƏŞİR oğlu
(FƏTƏLİYEV ƏŞİR BƏŞİR oğlu)
ƏŞİR BƏŞİR oğlu (FƏTƏLİYEV ƏŞİR BƏŞİR oğlu) 3
noyabr 1935-ci ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində
anadan olub.
1969-cu ildə V.İ.Lenin adına APİ-nin ibtidai təhsil
pedaqogikası və metodikası fakültəsini bitirib. 36 ildir ki,
müəllim işləyir.
4
MÜƏLLİFDƏN
Son zamanlar Azərbaycanın dilbər guşələrindən biri olan Qubadlı
haqqında bir sıra kitablar, monoqrafiyalar, jurnal və qəzet məqalələri
nəşr olunub, oxuculara təqdim olunmuşdur. Bu nəşrlər arasında heç bir
fərq qoymadan hamısını qiymətli mənbə hesab edir və onların
müəlliflərinə öz təşəkkürümüzü bildiririk. Bu nəşrlərdən bir neçəsinin
adını çəkməyimizi özümüzə borc bildik. Bunlardan Almaz
Əhmədovanın 2001-ci ildə "Qanun" nəşriyyatı tərəfindən buraxılmış
"Biz Xallavarda yaşayırdıq", şair, nasir və jurnalist Cahangir Taryelin
1998-ci ildə "Günəş" nəşriyyatı tərəfindən buraxılmış "Vətən oğul
istəyəndə", şair və jurnalist Elburus Şahmarın 1995-ci ildə "Səda"
nəşriyyatında çap olunmuş "Söz-söhbətli Bərgüşadım, Həkərim", 1994-
cü ildə çap olunmuş "Çiçək məhəbbətim Qubadlı", 2004-cü ildə
"Nurlan" nəşriyyatında çap olunmuş "Ocaq yanğısı", şair Əliağa Aslanın
"Kərəm ahı", "Ayrılıqlar içində", "Mən dünyaya qərib gəldim", "Tanrı
sevgisi", Nəsib Nikbinin "Həkərim, Bərgüşadım yoxdursa", Yaşar
Fətiyevin "Zaman" nəşriyyatında çap olunmuş "Qubadlı, görüşünə
gəlmişəm", görkəmli dövlət xadimi Kamran Hüseynovun "Quruculuğa
həsr olunmuş ömür", Ziyəddin Sultanovun "Qarabağ gündəliyi", "Xocalı
faciəsi", "Burdan bir atlı keçdi", Mirzə Mehdinin "Düşüncələr" və s.
5
kitablarını göstərmək olar. Mən isə ilk qələm təcrübəm olan bu kitabda
ötən günlər haqqında xatirələrimi, ata yurdum və ana vətənim haqqında
düşüncələrimi verməyə çalışmışam. İlk qələm təcrübəm olduğu üçün
oxuculardan nöqsanlarımı bağışlamaqlarını xahiş edirəm.
6
Döğma yurdum Qubadlı
Ata yurdum, doğma vətənim Qubadlı haqqında söz deməyə
başlayanda ürəyimdən nisgil bir gizilti keçdi, kövrəldim, göz yaşlarım
gilələnib qarşımdakı vərəqləri islatdı, ürəyim sinəmdə yanmağa başladı.
Özümə təsəlli bildiyim isə hələlik qələmə aldığım bu sətirlər oldu.
Vətənim Azərbaycanın bütün bölgələri, bütün guşələri mənim
üçün əzizdir. Bizim hər birimiz bir səyyah olub dünyanı gəzsək, ölkələr
keçsək axırda belə bir qərara gələrik ki, Azərbaycan bütün dünyanın
gözüdür. Dünyada onun təbiəti, dağları, bulaqları, çayları ilə heç bir ölkə
müqayisəyə girə bilməz. Bu mənim qəti qərarımdır və şübhəm yoxdur
ki, vətənini, elini-obasını sevən hər bir azərbaycanlının da fikri belədir.
Yenə də səyyah olub ölkələr dolaşsaq Azərbaycan xalqı kimi mehriban,
qonaqpərvər, ürəyiaçıq bir xalqa rast gəlmərik. Böyük yaradan bu
xalqdan yaxşı nə varsa, heç bir şeyi əsirgəməyib. Bütün bunlara görə
doğma yurdum, Vətənim Azərbaycanla fəxr edirəm.
Azərbaycanın bir parçası olan Qubadlı mənim anadan olub, boya-
başa çatdığım gözəl guşələrdən biri hesab olunur. Tarixi mənbələrin
verdiyi məlumata görə Qubadlı əhalisinin keçmiş nəsli XVI əsrin
sonunda Azərbaycana gəlmiş səlcuq türklərinin nəslindəndir.
Qubadlı Azərbaycan SSRİ-nin tərkibində inzibati rayon kimi
1933-cü ildə təşkil olunmuşdur. 1963-cü ildə isə ləğv edilərək ərazisi
7
Zəngilan rayonu ilə birləşdirilmişdir. Bir il sonra, yəni 1964-cü ildə
yenidən müstəqil rayon olmuşdur. Səksəninci illərin məlumatına görə
Qubadlı rayonunun əhalisi 30 min, sahəsi isə 802 min kvadrat kilometr
olmuşdur. Yenə də səksəninci illərin məlumatına görə Qubadlı
rayonunun ərazisində 94 kənd mövcud olmuşdur.
Qubadlı dağlıq rayonudur. Onun ərazisində yerləşən hündürlüyü
2010 m Topağac, 1316 m hündürlüyündə Pirdağ, Bərgüşad silsiləsinin
şimalında hündürlüyü 1277 m Qartız, Qarabağ yaylasının cənub-şərq
qurtaracağı olan və Bazarçayla Həkəri çayı arasında yerləşən heyranedici
Yazı düzü uzanır.
Bəzən düşünürəm. Görəsən o yerlərin halı necədir? Görəsən
Həkəri çayı yenə də axırmı? Görəsən Topağac, Pirdağ, Qartız dağlarının
vüqarı sönməyib ki?! Görəsən çöllərin gülü-çiçəyi yaz gələndə açırmı?
Bu görəsənlər beynimi didib-parçalayır. Mənə belə gəlir ki, bu yerlər də
bizim kimi qəm içindədir, dağların, çöllərin gülü-çiçəyi açmır, günəşi də
həmişəki istisini bu yerlərə paylamır, ay da gecələr çıxmır. Biz onlar
üçün darıxdığımız kimi, onlar da bzim üçün darıxır, səbirsizliklə
yolumuzu gözləyirlər. Gözləyin, elim-obam. Məndə belə bir yəqinlik
yaranıb ki, biz mütləq o yerlərə qayıdacağıq, o yerləri düşmən
tapdağından azad edəcəyik. Lakin qüssəm odur ki, görəsən bu qayıdış
mənim kimi yaşlı Qubadlılara qismət olacaqmı? Allahdan o yerlərə
qayıdacağım il və ay qədər ömür istəyirəm. Artıq heç bir şey istəmirəm.
Dostları ilə paylaş: |