42
ASLAN QABİL OĞLU ATAKİŞİYEV
Azərbaycanın Milli Qəhrəmanı Əlyar Əliyevin ilk çağırışına
cavab verənlərdən biri Aslan Atakişiyev olub.
Aslan Atakişiyev 1953-cü il avqustun 16-da Qubadlının
Muradxanlı kəndində anadan olub. Qarabağ hadisələri başlayanda o,
müəllim işləyirdi. Vətən torpaqlarının təhlükə altında olduğunu görən
Aslan öz doğma peşəsindən ayrılıb cəbhəyə yollandı. O, torpaqlarımız
uğrunda gedən döyüşlərdə həmişə öz cəsarəti və hünəri ilə seçilirdi.
Cəbhə rəhbərliyi həmişə onun bü cəsarətini yüksək qiymətləndirirdi. Bu
hünər və cəsarət az vaxt içərisində onu tabor komandirinin müavini kimi
məsuliyyətli bir vəzifəyə gətirib çıxardı. Lakin tabor komandirinin
müavini olmasına baxmayaraq öz əsgərləri içərisində qızğın yerlərdə
döyüşə birinci atılırdı. Bu hünər və cəsarət çoxuna nümunəyə çevrilirdi.
1992-ci il avqustun 7-də Sussuzdağ yüksəkliyi uğrunda qızğın
döyüşlər gedirdi. Elə onun son döyüşü də burada oldu. Yağı düşmən
çoxdan idi ki, onu nəzarətə almışdı. Döyüş zamanı Aslan Atakişiyev əsl
mənada qəhrəmanlıq göstərib həlak olub. Lakin vətən onun bu igidliyini
yüksək qiymətləndirdi və ona Azərbaycanın Milli Qəhrəmanı adını
verdi.
Məzarı Bakıdakı Şəhidlər xiyabanındadır.
43
VASILI ƏHMƏD OĞLU ƏLİYEV
Qubadlı torpağının yetişdirdiyi igid oğlanlardan biri də Vasili
Əliyev idi. O, 1959-cu il yanvarın 19-da Qubadlı şəhərində anadan olub.
Polis sıralarında qulluq edirdi. Qarabağ uğrunda savaş başlayanda öz işi
ilə vidalaşıb könüllü olaraq cəbhəyə yollanır. Vasili ilk gündən özünü
qızğın döyüş yerlərinə atır. Buna səbəb onun torpağımıza göz dikən
düşmənə qarşı olan böyük nifrət və qəzəbi idi. Nəhayət, bu nifrət onu
Topağac yüksəkliyi uğrunda gedən qızğın döyüşlərə gətirib çıxarmışdı.
Lakin onun cəsarətli döyüşü yağı düşmənin gözyndən yayınmadı . O, bu
döyüşdə həlak oldu. Lakin onun bu şücaəti Azərbaycan Respublikasının
Prezidentinin 11 may 1993-cü il fərmanı ilə çox yüksək qiymətə layiq
görüldü. Qubadlının şəhidlər xiyabanında uyuyan Vasili Əhməd oğlu
Əliyevin məzar daşındakı onun milli qəhrəmana xas olan baxışları hər
gün hörmətlə yad edilir. Onun övladları bir qızı və bir oğlu ataları ilə
fəxr edirlər.
44
ƏLƏKBƏR HƏSƏN OĞLU ƏLİYEV
Ələkbər Əliyev 1955-ci ildə Qubadlının İşıqlı kəndində dünyaya
göz açıb. Sumqayıt politexnik texnikumunu bitirib. Təhsilini başa
vurduqdan sonra əvvəlcə Qubadlı rayon kimya biriliyinin sədri, sonra isə
kəndlərində sovxoz direktorunun müavini vəziyəsində işləyib.
Əfsanəvi qəhrəman Əlyar Əliyevin çağırışına ilk cavab
verənlərdən biri olub. Azərbaycan torpaqları uğrunda gedən vuruşlarda
həmişə öz cəsarəti və döyüşkənliyi ilə fərqlənib. Çox qorxmaz bir
döyüşçü olub. Sonuncu döyüşü Laçının Suarxası kəndində olub. 1992-ci
il avqustun 7-də gedən bu döyüşdə təkbaşına 20-ə qədər erməni
quldurunu məhv edib. Özü isə qəhrəmancasına həlak olub. Bu
qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə
ona (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adı verilib. 4
övladı var.
45
SƏFA FƏTULLA OĞLU AXUNDOV
Vətən torpağı uğrunda gedən vuruşlarda qəhrəmanlıq nümunələri
göstərən oğullarımızdan biri də Səfa Fətulla oğlu Axundovdur.
Səfa Fətulla oğlu Axundov 19 iyun 1958-ci ildə anadan olub.
Təyyarıçilik məktəbini bitirib. Qarabağ səmasında düşmənin başına güllə
yağdıran Mİ-8 vertolyotunda ikinci pilot olub. Bir sıra döyüşlərdə
havadan düşmənin canlı qüvvəsinə böyük təlafat verib. Məlum olduğu
kimi 1992-ci ilin yanvarında Xankəndi uğrunda qızğın vuruşlar gedirdi.
Biz o vaxt, qələbəyə çox yaxın idik. Lakin öz içərimizdən olan
satqınların xəyanəti və düşmənin başqa dövlətlərlə əlaqəyə girməsi
nəticəsində biz bu qələbəni əldən verdik. Elə həmin günlər 1992-ci ilin
yanvarın 28-də Səfa Axundovun da içərisində olduğu təyyarə "Stinker"
raketi ilə vuruldu. 3 heyət və 40 nəfər sərnişin faciəli şəkildə həlak oldu.
Həmin döyüşdə böyük qəhrəmanlıq göstərdiyinə görə Səfa Axundova
Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Məzarı Bakıdakı Şəhidlər
Xiyabanındadır.
46
BƏYLƏR TAPDIQ OĞLU AĞAYEV
Mən Qarabağ savaşında həmvətənlərim olan şəhidləri xatırladıqca
həm onların həyatdan vaxtsız getdiklərinə görə bir tərəfdən ürək ağrısı
keçirirəm, digər tərəfdən isə belə igidlərimiz olduğu üçün qürur hissi
keçirirəm.
Bəylər Tapdıq oğlu Ağayev belə igidlər sırasına daxildir. O, 1969-
cu il fevral ayının 3-də Qubadlının Qarağaclı kəndində anadan olub.
Vətən və torpaq uğrunda vuruşa-vuruşa bölmə komandiri vəzifəsinə
qədər bir yol keçmişdir. Hələ ailə qurmamışdır. Bu məsələ barədə söhbət
düşəndə həmişə deyərdi ki, "öncə vətəndir". Bu ümidlə də həmişə
düşmən üzərinə atılırdı.
1992-ci il avqustun 6-da Xanalıqlar kəndi uğrunda qızğın döyüşlər
gedirdi. Bəylər Ağayev həmişə olduğu kimi ön sırada düşmənin üzərinə
atılmışdı. Lakin bu onun üçün son döyüş oldu. Qəfil atılan düşmən
gülləsi onun həyatına son qoydu. Lakin onun vətən uğrunda göstərdiyi
şücaət, qəhrəmanlıq layiqincə qiymətləndirildi. Ona "Azərbaycan
Respublikasının Milli Qəhrəmanı" adı verildi. Məzarı Qarağaclar
kəndindəki Şəhidlər xiyabanındadır. Həmyerliləri onu unutmur, hər an
onun məzarını tər qərənfillərlə yad edirlər. Təəssüf ki, belə igid
övladlarımızın məzarları erməni tapdaqlarında qalmaqdadır.
Dostları ilə paylaş: |