119
Ana tərəfdən də mənim çoxlu qohumlarım var ki, mən onları
həmişə özümə əziz adamlar saymışam və bu gün də sayıram. Bunun bir
səbəbi də yuxarıda qeyd etdiyim kimi anamın və ana qohumlarımın
mənə olan böyük hörmət və məhəbbəti ilə bağlıdır. Anam mənə həm ata,
həm də ana olub. Mən yalnız onun qayğısı və himayəsi sayəsində bu
günə gəlib çıxmışam.
Anam ana tərəfdən eldə-obada "Xixelər", ata tərəfdən isə
"Hüseynilər" kimi tanınıblar. Anamın ən yaxın qohumlarından biri
İldırım kişi olub. Mən yuxarıda anam haqqında danışarkən bu insan,
onun anamın üzərində zəhməti və əziyyəti barədə söhbət açmışam. Bəlkə
də o ağır müharbə illərində anamın belə bir himayəçisi və arxası
olmasaydı, Allah bilir anam hansı əzablara düçar olardı. Anam ölənə
qədər bu insanı böyük məhəbbətlə xatırlayır, onu dönə-dönə dilinə
gətirirdi. Mərd, əsl kişi xarakterinə malik olan bu insan eldə-obada da
böyük hörmət və nüfuz sahibi olmuşdur.
İldırım kişinin üç oğlu və uç qızı olub. Oğlanları Əli, Vahid,
Zakir, qızlarə isə Gülzar, Zərif və Suruş adlanırdı. Gülzar və Zərif
dünyalarını dəyişiblər, Suruş isə ailə və uşaq sahibidir.
Anamın yaxın qohumlarından biri də xalası oğlu Qaraşdır. Qaraşın
bir oğlu, iki qızı olub. Çox təəssüflər olsun ki, Qaraş kişinin yeganə oğlu
Fazil 1993-cü il hadisələri zamanı itkin düşüb. Qızları Diliş, Rasta isə
120
ailə və uşaq sahibidirlər. Anamın digər xalası oğlu Talıbın iki oğlu və bir
qızı olub:Asif, Şükür və Sitarə.
Anamın üç xalası qızı olub: Ağca, Balaxanım və Şüşə.
Balaxanımn iki qızı, üç oğlu, Şüşənin isə iki oğlu, dörd qızı var.
Anamın Dursun adında bibisi olub. Onun Minə və Gilə adlı iki
qızı var. Kiçik qızı Gilənin üç qızı, üç oğlu var.
Anamın əmisi Səməd kişinin iki oğul övladı olub: Saleh və Musa.
Salehin üç oğlu, üç qızı var. Anamın əmisi qızı Güllünün Həmzə, İslah,
Yusif adında üç oğlu olub. İslah cavan yaşlarında vəfat edib.
Anamın dayısı Əvəz kişinin dörd oğlu, üç qızı olub.
Sonra mənim ana tərəfdən bir neçə qohumum var. Ana tərəfdən
yaxın qohumum Sayad xalanın üç oğlu və bir qızı olub: İlkin, Pənah,
Sahib və Çiçək.
Zili, Xanhüseyn, Aysabah, Gülsabah, Xansənəm, Gülsənəm
anamın qohumlarıdır. Gülsənəmin Muradxan, Süleyman, Aynişan,
Feyruz, Sumaya və Milaya adlı övladları olub. Zili 1941-ci ildə
müharibədə yaralanıb və vəfat edib. Xanhüseynin iki qızı və iki oğlu var.
Nəhayət, Qaçaq Nəbinin həyat yoldaşı Həcər xanım anamın yaxın
qohumu olub. Anamın söylədiyinə görə Həcər xanım yaxşı at sürər və
hədəfə yaxşı güllə atarmış. Anamın yaxın qohumlarından biri də Atakişi
və onun övladları Ağamalı, Qəmsiyyə, Gülbahar və Mərziyyədir.
121
Bir neçə kəlmə qardaş və bacılarım haqqında . Mən bu barədə
yuxarıda danışmışam. Burada isə bəzi məsələlərə aydınlıq gətirmək
istəyirəm. Böyük bacım Diləfruzun Adilə, Fəridə, Yasəmən, Kifayət,
Pərvanə adında beş qızı var. Adilənin Camal adında bir oğlu və Günay
adında bir qızı var. Yasəmənin Bahadır adında bir oğlu və Minə adında
bir qızı var.
Kifayət bacımın Əfsanə adında bir qızı, Ramil adında bir oğlu
var. Pərvanə bacımın da bir oğlu və bir qızı var: İsmayıl və Pərvin.
Həmayil bacımın iki oğlu və bir qızı var: Elçin, Vəfadar və Könül.
Həmayilin dörd nəvəsi: Vəfa, Şəfa, Bəxtiyar, Elməddin.
PAŞAYEVA FƏRİDƏ FAZİL qızı
Bacım qızı Fəridə haqqında ayrıca olaraq bir neçə söz demək
istəyirəm. Paşayeva Fəridə Fazil qızı 1966-cı ildə Həmzəli kəndində
anadan olub. Orta məktəbi qurtardıqdan sonra Bakı Maliyyə-kredit
texnikumuna daxil olub. Texnikumu qurtardıqdan sonra mühasib
ixtisasına yiyələnib. Əmək fəaliyyətinə Qubadlı rayonunda əmanət
bankında başlayıb. 1999-cu ildən isə isə Yeni Azərbaycan Partiyasının
Qubadlı rayon şöbəsində mühasib işləyir. O, hal-hazırda Gəncə Dövlət
Pedaqoji Universitetində təhsilini davam etdirir. Fəridə xanım harada
işləməsindən asılı olmayaraq kollektivin hörmətini qazanmışdır.
122
Qardaşım Nüsrətin üç oğlu və bir qızı var. Böyük oğlu Habilin iki
qızı və bir oğlu var. Qızları Xurşud və Nərmin, oğlu isə Pərvin adlanır.
Nüsrətin ikinci oğlu Qüdrətin iki oğlu var: İsmayıl və Pərviz.
Nüsrətin üçüncü oğlu İslamdır. Nüsrətin qızı Sevdanını isə bir qızı var:
Gülnisə.
Atam və anam tərəfdən haqqında danışdıqlarım insanlar yaşından
və cinsindən asılı olmayaraq mənim doğmalarımdır. Mən onların hər biri
ilə fəxr edirəm. Cavanlar və həyata yeni qədəm qoymuşlar qoy mənim
onlar qarşısında bu hesabatımı oxusunlar və bir-birinə arxa olsunlar.
SON SÖZ
Mən, Qubadlı və onun əməksevər insanları haqqında xatirələrimi
başa çatdırıram. Lakin bu kitab mənim ana vətənim, ata yurdum
haqqında ilk kitabım olduğuna görə yəqin ki, hər şeyi əhatə edə
bilmədim. Mən burada daha çox keçdiyim həyat yolu, ailəmiz, ata və ana
tərəfdən yaxınlarımız barədə ətraflı danışdım. Əsas məqsədim isə
ermənilərin başımıza gətirdikləri müsibətlər və onların doğma
torpaqlarımız barədə yalan uydurmalarına cavab verməkdən ibarət
olmuşdur. Getdikcə bütün dünyaya aydın olur ki, hazırda erməni
tapdağında olan bütün ərazilər tarixin bütün dövrlərində türklərə-
azərbaycanlılara məxsus olmuşdur. Bütün bunları tək biz yox, xaricdə də
buraxılan cild-cild kitablar da təsdiq edir.
123
Mən bütün xalqımızla birlikdə əminəm ki, biz bu yerlərə yenidən
qayıdacağıq və öz sərhədlərimizi bərpa edəcəyik. Kitabda oxucuları qane
etməyən məsələlər barədə bu başdan üzr istəyirəm.
Dostları ilə paylaş: |