110
də təqdir olunacaq səviyyədə. Atanızın etimadını doğrultduğunuz üçün
Sizə çox sağ olun deyirik, Klara xanım!
Klara
xanımın boya-başa çatdığı ailədə təsadüflər də olub,
zərurətlər də. Lakin aqilliyi ilə daha çox fərqlənən Salam kişi həmişə
cəmiyyət üçün daha faydalı olan işlər barədə düşünüb. Bu düşüncə tərzi
onun övladlarına da irsən keçib.
Klara
xanım həkimlik peşəsinə yiyələnməyə ona görə üstünlük
verib ki, bu peşə ilə insanlara daha çox fayda vermək olar. Bu amalla o,
özünə bu peşəni seçib və seçimində yanılmayıb.
Bilmirəm Klara xanım mənimlə razılaşar, ya yox. Mənə belə gəlir
ki, bu müqəddəs peşəni bir də ona görə seçib ki, əziz anasını ölümün
qara pəncəsindən xilas edə bilməyən həkimlərin intiqamını əzraildən ala
bilsin. Hər halda bu seçimə bu amil də təsir etməmiş olmaz.
Klara
xanım xoşbəxt insandır. Bu xoşbəxtliyin səbəbi təkcə neçə-
neçə insanlara şəfa verib həyata qaytarması deyil, həm də ondadır ki,
onun mərd bir ömür yoldaşı var, gözəl balaları, istəkli nəvələri var.
Nəvələrinin toyunu görəsən, Klara xanım!
Klara
xanım seçdiyi həkimlik peşəsinə yiyələnəndən sonra bir
çoxları kimi şəhərdə özünə rahat iş axtarmayıb, ilk növbədə çörəyi və
suyu ilə böyüyüb boya-başa çatdığı elinə-obasına xidmət etməyə
üstünlük verdi və belə də etdi. Eli-obası da onun əməyinə yüksək qiymət
verdi, hörmətini uca saxladı. Təkcə Qubadlıya yox, böyük bir bölgəyə -
111
Zəngilan, Laçın camaatına xidmət göstərdi. İndi bu bölgənin adamları
onun adını, peşəsini hörmətlə dilə gətirirlər.
Klara
xanım Qubadlı üçün çox ağır olan o illərdə, Qarabağ savaşı
dövründə Xanlıqda yaralılara xidmət etdi, həmvətənləri ilə bir yerdə
oldu.
Yağı düşmən o yerlərə yiyələnəndən sonra Bakıda ən məşhur
səhiyyə ocaqlarında əhalimizə xidmət göstərir. Harada işləməsindən asılı
olmayaraq orada yaxşı bir iz qoyub gedir. Hazırda o, "Azərsutikinti" adı
ilə tanınan xəstəxanada öz sevimli peşəsi ilə insanların xidmətində
dayanıb. Klara xanım 45 ildir ki, ailələrə xidmət göstərir, övlad həsrətilə
yaşayan insanlara SEVİNC bəxş edir. Bundan yaxşı nə ola bilər.
Salam
kişinin çörəyi, Əminə xanımın südü sənə halal olsun, Klara
xanım!
112
MƏFKURƏ SALAM qızı ADIGÖZƏLOVA (HÜSEYNOVA)
Adıgözəlovlar ocağının yetişdirdiyi övladlarından biri də Məfkurə
xanımdır. Məfkurə xanım 1939-cu ildə Qubadlı rayonunda anadan
olmuşdur. Adlı-sanlı insanlar olan Salam kişinin və onun həyat yoldaşı
Əminə xanımın tərbiyəsindən çıxmış Məfkurə xanım hələ orta məktəbdə
oxuyarkən ictimai-siyasi işlərə maraq göstərmiş, 1958-ci ildən 1962-ci
ilə qədər olan dövrdə Qubadlı rayon komsomol komitəsinin birinci
katibi olmuşdur. Hələ erkən onun təbiətində özünü biruzə verən bu
fəallıq sonrakı dövrlərdə də onun yol yoldaşı olmuşdur. Məfkurə
xanımın işgüzarlığı, yerinə yetirdiyi işlərdə tələbkarlığı onu respublika
komsomol komitəsində məsul vəzifələrə gətirib çıxarmışdır. O, 1966-cı
ildə təhsilini Azərbaycan Dövlət Universitetində başa vuraraq filoloq
ixtisasına yiyələnmişdir. Fəallığına, çalışqanlığına görə tay-tuşlarından
fərqlənən Məfkurə xanım Bakıda Ali Partiya məktəbinə daxil olub və
oranı başa vuraraq, ikinci ali təhsil almışdır.
1971-ci
ildən başlayaraq həyatını Azərbaycan Dövlət Tibb
İnstitutuna bağlayıb, əvvəlcə Azərbaycan dili kafedrasında müəllim,
sonra baş müəllim və nəhayət, dosent vəzifəsini tutmuşdur.
1984-cü
ildə "Müasir Azərbaycan dilində xəbərlik kateqoriyası"
mövzusunda dissertasiya işi müdafiə edərək, filologiya elmləri namizədi
adını alıb. Hazırda "Azərbaycan dili" kafedrasında dosent vəzifəsində
113
işləməklə, Universitetin ictimai işlərindən iştriak edir. Həmkarlar
komitəsində mədəni-kütləvi komissiyaya rəhbərlik edir. Onun respublika
mətbuatında dilçiliyimizin müxtəlif sahələrinə dair 30-a yaxın məqaləsi
və üç metodik işi nəşr olunmuşdur.
Məfkurə xanım ata ocağında görüb-götürdüyü müqəddəs bir işi öz
ailəsində də davam etdirir. O, həyat yoldaşı Yaşar müəllimlə birlikdə üç
övlad tərbiyə etmiş, onlara ali təhsil vermişdir.
114
SOYKÖKÜMÜZ VƏ GƏLƏCƏYİMİZ
Mən yuxarıda Qubadlı və ana yurdum Mollu əhalisinin mənşəyi
haqqında danışarkən qeyd etmişdim ki, bu bölgənin əhalisi İrandan
gəlmələr olmuşdur. Onlar da bütün Azərbaycanın əhalisi kimi türksoylu
əhalidən ibarət idilər. Belə bir proses III-VII əsrlərdə mövcud olmuş
Sasanilər imperiyası, IX əsrdə ərəb xilafəti və sonralar Səfəvilər
imperiyası dövründə də davam etmişdir.
Kitabın yazılmasında belə bir məsələyə toxunmağımı heə də
əvvəlcədən nəzərdə tutmamışdım. İkinci bir tərəfdən mən soykökümüz
və gələcəyimiz dedikdə yalnız öz nəslimiz barədə və onların gələcək
davamçıları haqqında müəyyən məsələlərə toxunuram. Bunun səbəbi isə
odur ki, qoy bizim nəslə mənsub olanlar bilsinlər ki, bizim ata və
babalarımız kimlərdən ibarət olublar. Başqa sözlə, mən nəslimiz barədə
gələcək övladları barədə hesabat vermək istəmişəm.
Bu bir həqiqətdir ki, Azərbaycanın bütün kəndlərində hər bir
tayfanın öz adı olmuş və onlar bu adı uzun tarixi dövr ərzində öz
üzərlərində yaşatmışlar. Bizim kənddə də belə bir ənənə demək olar ki,
əsrlərlə yaşamış və bu gün də yaşamaqdadır. Məsələn, kəndimizdə
Məşədi İsmayıllılar, Köçərilər, İbişlər, Məmmədlər, Korlar və s. kimi
tayfa adları olmuş və indinin özündə də bu adlar yaşayır və heç şübhəsiz
Dostları ilə paylaş: |