90
HÜMBƏTƏLİYEV RÖVŞƏN ZÜLFÜQAR oğlu
Mollu
kəndinin yetişdirmələrindən, eldə-obada hörməti və nüfuzu
olan ziyalılarından biri də Rövşən Zülfüqar oğlu Hümbətəliyevdir. O,
1970-ci ildə Qubadlı rayonunun Mollu kəndində anadan olmuşdur. Orta
təhsilini başa vurduqdan sonra 1996-cı ildə Bakı Dövlət Universitetinin
mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Elə
həmin il Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat-Mexanika
institutunun aspiranturasına daxil olur. 2000-ci ildə aspiranturada
təhsilini başa vuraraq, namizədlik dissertasiyası müdafiə edir və fizika-
riyaziyyat elmləri namizədi adını alır və dosent vəzifəsini tutur.
Hümbətəliyev Rövşən hazırda Azərbaycan Milli Elmlər
Akademiyası Riyaziyyat-Mexanika institutunun funksional-analiz
şöbəsində aparıcı elmi işçi vəzifəsində işləyir və eyni zamanda doktorluq
dissertasiyası üzərində işini davam etdirir. Alimin işlədiyi sahəyə aid bir
neçə qiymətli əsəri nəşr olunub.
91
İSMAYILOV RAFİQ HÜSEYN oğlu
İsmayılov Rafiq 1950-ci ildə Qubadlı rayonunun Mollu kəndində
anadan olub. İbtidai və orta təhsilini Mollu və Hal kəndlərində başa
vurub.
1968-ci
ildə Azərbaycan Dövlət Pedaqoji İnstiututunun biologciya
fakültəsinə daxil olub, 1973-cü ildə həmin institutu qurtararaq bioloq
ixtisasına yiyələnib.
İnstitutu qurtaran kimi öz doğma kəndi Yuxarı Molluya təyinatla
işə gəlib, əvvəlcə müəllim, sonra isə məktəbə direktor təyin olunub.
1982-ci ildən isə kəndlərində Xalq Deputatları Soveti İcraiyyə
Komitəsinə sədrlik etməyə başlayıb.
İsmayılov Rafiq hansı vəzifədə işləməsindən asılı olmayaraq
bütün gücünü elinə-obasına sərf edib. Hələ rayonda olarkən həmişə
cəbhə xəttində olub, döyüşçülərimizin hərbi və maddi sursatla təmin
olunmasında əlindən gələni edib.
1993-cü il hadisələri onu da elindən-obasından ayrı salıb. Hazırda
Sumqayıt şəhərində yaşayan Rafiq müəllim həmyerliləri ilə sıx əlaqə
saxlayır və onların problemlərinə yaxından kömək edir.
İsmayılov Rafiq həm də nümunəvi ailə başçısıdır. İki oğul, iki qız
tərbiyə edib. Qızı Sevda jurnalist peşəsinə yiyələnib, digər qızı Famiyyə
Tibb Universitetində oxuyur. Oğlu Hüseyn İqtisad Universitetində
oxuyur və Prezident təqaüdçüsüdür.
92
SADIQOV ŞAMİ FƏRZƏLİ oğlu
Sadıqov Şamı 1941-ci ildə Qubadlı rayonunun Mollu kəndində
anadan olub. Orta təhsilini başa vurduqdan sonra 1960-cı ildə
Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olub və
1965-ci ildə oranı bitirib. Ali təhsilini başa vurduqdan sonra öz doğma
kəndi Molluda ixtisası üzrə müəllim işləyib. 1968-ci ildə Azərbaycan EA
Neft-kimya Prosesləri İnstitutunun aspiranturasına qəbul olub. 1974-cü
ildə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək kimya elmləri
namizədi alimlik dərəcəsinə yiyələnib.
1971-ci
ildən Azərbaycan Milli Elmlər Akademiyasının Sumqayıt
Polimer materialları institutunda əvvəlcə kiçik elmi işçi, sonra isə böyük
elmi işçi vəzifəsini tutur.
Hal-hazırda həmin institutun polimerlərin kimyəvi modifikasiyası
laboratoriyasına rəhbərlik edir. Onun polimerlər kimyasına dair bir sıra
əsərləri nəşr olunub. Bundan başqa polimerlərin kimyəvi
modifikasiyasına dair laboratoriyada alınan bir sıra nəticələrdə onun
əməyi böyükdür.
93
QAFAROV İNŞALLAH İXTİYAR oğlu
Qubadlı mahalından çıxmış alim-ziyalılardan biri də Qafarov
İnşallah İxtiyar oğludur.
Qafarov
İnşallah Qubadlı rayonunun Mollu kəndində anadan olub.
Orta təhsilini başa vurduqdan sonra 1981-ci ildə Bakı Dövlət
Universitetinin tarix fakültəsinə qəbul olub. Universitetdə əlaçı oxuduğu
və ictimai işlərdə fəal iştirak etdiyi üçün onu təhsilini davam etdirmək
üçün Leninqrad Dövlət Universitetinə göndərirlər. Leninqradda
oxuyarkən təhsil əlaçısı kimi fərqlənir və oxuya-oxuya elmi işə maraq
göstərir.
Leninqradda
təhsilini başa vurduqdan sonra Bakıya qayıdır və
elmi iş üzərində işləməyə başlayır. 1996-cı ildə "Şəxsiyyətin ictimai-
siyasi fəallığının sosioloji təhlili" mövzusunda namizədlik dissertasiyası
müdafiə edərək sosioloji elmlər namizədi alimlik dərəcəsi adını alır.
Dissertasiya işi müasir dövrün ən aktual problemlərindən birinə həsr
olunub, həm nəzəri, həm də praktiki əhəmiyyət kəsb edir.
Alimin
şəxsiyyət probleminə aid ondan artıq əsəri çap olunub.
Qafarov
İnşallah hazırda Bakı Dövlət Universitetində dərs deyir.
Ailəlidir, bir oğlu, bir qızı var.
94
CƏBRAYILOVA ARZU QƏHRƏMAN qızı
Arzı Cəbrayılova 1971-ci ildə Qubadlı rayonunun Mollu kəndində
anadan olub. Orta məktəbi Sumqayıt şəhərində qurtarıb. Orta məktəbi
qurtardıqdan sonra, 1987-ci ildə Sumqayıt şəhərindəki Soltan Hacıbəyov
adına musiqi texniumunun tar şöbəsinə daxil olub. Bu texnikumda orta
musiqi təhsili aldıqdan sonra 1991-ci ildə Üzeyir Hacıbəyov adına Bakı
Dövlət Konservatoriyasının (indiki Üzeyir Hacıbəyov adına Musiqi
Akademiyasının) tar şöbəsində təhsilini davam etdirib.
1991-ci
ildə xalq artisti, görkəmli müğənni Səkinə İsmayılova
Azərbaycanda ilk dəfə qadınlardan ibarət yaratdığı üçlüyün tərkibində
Arzu tarda Səkinə xanımı müşayət edir. Bu üçlük Fransa, Almaniya,
Rusiya və Türkiyədə konsertlər verir, Parisdə bu üçlüyün qızıl valı
buraxılıb.
Arzu xanım hələ orta məktəbdə oxuyarkən "Aşıq Pəri" məclisinin
fəal üzvü idi və dəfələrlə sazçı qızlar ansamblı ilə bütün Azərbaycanda
konsertlər vermişdi.
Arzu xanım Moskvada keçirilən IV respublika aşıqlar qurultayının
(1986-cı il) iştirakçısı olub, dəfələrlə fəxri fərmanlarla təltif olunub.
Arzu Cəbrayılova 1992-ci ildə Türkiyədə yaşayan və əslən
azərbaycanlı olan Mühsin Qurbanı ilə ailə həyatı qurub və hazırda
Ankara şəhərində yaşayırlar. Mühsin Qurbani 70-ci illərdə Bakıda İslam
Rzayevin ansamblında kamança çalan olub. Mühsin özü 70-ci illərdə
Dostları ilə paylaş: |