105
səviyyəsinin müəyyən edilməsinə dair tədqiqatları elmi cəhətdən mühüm
əhəmiyyət kəsb edir.
F.Adıgözəlov apardığı tədqiqat işlərini yekunlaşdıraraq 1990-cı
ildə iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün yeni elmi
istiqamətdə yazdığı "Aqrar-sənaye istehsalında su resurslarından
istifadənin effektivliyi" mövzusunda dissertasiya müdafiə etmişdir. SSRİ
AAK-nın Ekspert şurası F.S.Adıgözəlovun doktorluq dissertasiyasını
yüksək qiymətləndirmiş və ona iqtisad elmləri doktoru alimlik dərəcəsi
verilmişdir. F.Adıgbzəlov, V.K.Papisov, E.Y.Uşakovdan sonra keçmiş
ittifaqda sudan istifadənin iqtisadi problemləri sahəsində iqtisadi elmləri
doktoru dərəcəsi alan üçüncü alim idi. Onun keçmiş ittifaqda bu sahədə
fəaliyyət göstərən elm və tədris müəssisələrinin alim və mütəxəssisləri
arasında böyük hörməti olmuşdur.
Professor F.S.Adıgözəlovun tədqiqatları 152 çap olunmuş
əsərlərində, o cümlədən 5 monoqrafiyasında əks olunmuşdur. Alimin
respublikadan kənarda da 10 əsəri çap olunmuşdur. O, dəfələrlə
respublika, ittifaq və beynəlxalq konfranslarda məruzələrlə çıxış
etmişdir.
F.S.Adıgözəlovun çap etdirdiyi monoqrafiyalara respublikamızın
tanınmış alimləri tərəfindən "Azərbaycanın xalq təsərrüfatı", "Kənd
həyatı" jurnallarında, "Kommunist", "Bakinski raboçi", "Azərbaycan"
qəzetlərində və digər dövrü mətbuatda yüksək rəylər verilmişdir.
106
F.S.Adıgözəlov mütəmadi olaraq elmi-tədqiqat işlərini tədrislə
əlaqələndirmişdir. O, nəzəri və metodiki cəhətdən elmi-tədqiqat
işlərindən əldə etdiyi nəticələri Azərbaycan Memarlıq və İnşaat
Universitetində tikintinin və onun sahələrinin iqtisadiyyatından dərs
dediyi fənlərin mühazirələrində və bu fənlərin tədris proqramlarında əks
olunmuşdur . O, təhsil sahəsində aparılan islahatlarda yaxından iştirak
etmişdir. 1992-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində
bazar münasibətlərinin tələblərinə cavab verən idarəetmə strukturu və
yeni ixtisasların açılması zərurətini vermişdir. Bu təkliflər hazırkı dövrə
qədər kadr hazırlığında istifadə olunur.
Prof. F.S.Adıgözəlovun rəhbərliyi ilə 8 nəfər namizədlik
dissertasiyası müdafiə etmişdir. Hazırda 7 nəfər aspirant və dissertanta
rəhbərlik edir, 2 doktorluq işinin məsləhətçisidir. O, 50-yə qədər
doktorluq və namizədlik işlərinə rəsmi opponentlik etmişdir.
Prof.F.S.Adıgözəlov 1995-1998-ci illərdə Respublika Təhsil
Nazirliyinin Tikinti və Memarlıq sahəsində Metodik Şuranın, 1994-
1997-ci illərdə Respublika Elm və Texnika Komitəsinin Tikinti və
Memarlıq sahəsində Ekspert Şurasının üzvü olmuş, tikinti işlərinə aid bir
sıra problemlərə öz münasibətini bildirmişdir.
Fikrət müəllim həmçinin respublikamızda dövlət qanunlarının
işlənməsində də öz əməyini əsirgəməmişdir. O, 1994-2000-ci illərdə
Milli Məclisin Aqrar siyasəti və Yerli özünü idarəetmə komissiyalarında
107
"Su məcəlləsi haqqında", "İrriqasiya və meliorasiya", "Bələdiyyə
suları"na dair qəbul olunmuş qanunların hazırlanmasında yaxından
iştirak etmişdir.
Professor F.S.Adıgözəlov respublikamızda makroiqtisadi və
mikroiqtisadi sahədə tədqiq olunan problemlərin həlli yollarını ayırd
etməyi bacaran alimlərdən biridir. O, tədqiqatçıların elmi işinə
opponentlik etdiyi zaman onlara olan öz hörmətini bildirir, işlərində olan
müsbət cəhətlərlə yanaşı, çatışmamazlıqları da prinsipial mövqedən
dəqiq açıb göstərməyi bacarır.
Prof.F.Adıgözəlovu tanıyanlar gözləri önündə onu nəinki istedadlı
bir alim, eyni zamanda səmimi, qayğıkeş, haqqı-ədaləti qoruyan,
təzyiqlərə dözən, ali məqsədə nail olmaq üçün axıra qədər mübarizə
aparan bir alimi canlandırırlar. Fikrət müəllimin dostları onu başqalarının
əzabına sevinməyən, öz kədərini gizlədib başqasının SEVİNCini
bölmək, kiçiklərə güzəşt etmək, böyüklərə isə ehtiram göstərmək, əldə
etdiyi nailiyyətdən süni surətdə istifadə edərək özünə ad qazandırmağı
şəxsiyyətinə sığışdırmayan, sözübütöv, təmiz, sadə bir insan kimi
tanıyırlar. Onun keşməkeşli həyat yolunun bələdçiləri bu böyük alim
haqda sadaladığımız müsbət keyfiyyətlərin heç də hamısı olmadığını
yəqin edərlər.
Zəhmətdən zövq alan, yorulmaq bilməyən Fikrət müəllim eyni
zamanda gözəl ailə başçısıdır. Həyat yoldaşı Molludan olan qohumu
108
Əsmayə tibbi işçisidir. Övladlarının təhsilinə, tərbiyəsinə böyük diqqət
yetirmiş F.S.Adıgözəlov beş övlad böyüdüb başa çatdırmışdır. Böyük
qızı Əminə ingilis dili müəllimidir, ortancıl qızı Gülnarə hüquqşünas,
kiçik qızı Elnarə mühəndis, böyük oğlu Samir iqtisadçı, kiçik oğlu Anar
isə orta məktəbin 9-cu sinfində oxuyur.
İstedadlı alim, müəllim, əqidəli vətəndaş, bütün bunlar Fikrət
müəllimin həyatda qazandıqlarıdır. Hələ bu ömrün yaşayıb yaradacaq
günləri çoxdur. Təki Allah can sağlığı versin.
109
ADIGÖZƏLOVA KLARA SALAM qızı
Adıgözəlovlar ailəsində dünyaya göz açan ilk övlad Klara xanım
olub. Bu xanımın kim olması və Azərbaycan cəmiyyətində necə mövqe
tutması barədə aşağıda danışacağam. Lakin ilk növbədə məni
düşündürən odur ki, necə olmuşdur azərbaycanlı ailəsində Klara adı
özünə yer tapmışdır. Bəlkə də səhv edirəm, mənə belə gəlir ki, Klara adı
məhz Salam kişinin ailəsində azərbaycanlı qızına verilən ilk ad olub. İndi
isə bu ada çox rast gəlinir. Lakin o dövrdə belə ada bəlkə də təsadüf
olunmayıb. Bu da var ki, ailənin ilk övladına belə bir ad heç də təsadüfən
verilməyib.
Böyük
şəxsiyyətlərin adi insanlardan fərqi ondadır ki, onlar
gələcəyi başqaları ilə müqayisədə daha yaxşı, dərindən görə bilirlər.
Klara Setkin dünya miqyasında tanınmış mətin inqilabçı bir qadın olub.
Elə ailənin başçısı Salam kişi də öz qızının Klara Setkin kimi igid bir
qadın olmasını arzu edərək ona bu adı verib. Nə fərqi var, inqilabçı
olma, başqa bir peşə sahibi ol. Ancaq cəmiyyət üçün faydaa verən bir
insan ol.
Salam
Adıgözəlovun arzusunu onun əziz övladı Klara xanım
doğrultdu. O, elə bir peşəyə yiyələndi və elə bir səviyyəyə qalxdı ki, bu
peşə ilə cəmiyyətə daha çox fayda verə bildi. Daha insan üçün can
sağlağından əziz nə ola bilər? Klara xanım da bu amala xidmət edir, özü
Dostları ilə paylaş: |