77
Xarici Sərmayələr idarəsində məsul vəzifə yerinə yetirmişdir. Həyat
yoldaşı xalq yazıçısı Süleyman Rəhimovun oğlu Arif Rəhimovdur. Belə
xanımlarımızın həyat yolu həqiqi mənada bir məktəbdir.
78
BAHADIR ASLAN oğlu HƏZİYEV
Bahadır Həziyev Qubadlının Qəzyan kəndində anadan olub. Hələ
uşaqlıqdan fiziki cəhətdən tay-tuşundan fərqlənən Bahadır Həziyev
1946- 1949-cu illərdə hərbi xidməti başa vurub idman ustası kimi
respublika yığma komandasına cəlb olunur.
İdman ustası Bahadır Həziyev on dəfə Azərbaycan çempionu
adına layiq görülüb. Sonra Yunan-Roma güləşi, sərbəst güləş, milli
güləş, ağır atletika üzrə SSRİ idman ustası adını alır. Bundan başqa xalq
arasında çıxışları ilə xalq pəhlivanı adına layiq görülür.
1949-cu ildən isə Qubadlı rayonunda idmanın inkişafı, bu sahəyə
yeni qüvvələrin gəlməsi üçün böyük əmək sərf edir. Əməkdar məşqçi
Bahadır Həziyev Qəzyanda yerləşən evinin birinci mərtəbəsində güləş və
atletika zalı yaradır və gənclərin bu işə cəlb olunmasına başlayır.
1952-ci ildən başlayaraq idman sahəsində bir sıra məsul vəzifələri
yerinə yetirir. Qubadlı rayon idman komitəsinin, Ovçuluq cəmiyyətinin,
DOSAAF-ın, Məhsul Könüllu İdman cəmiyyətinin sədri vəzifələrində
çalışır.
Əməkdar idman ustası, dünya çempionu, Afina olimpiadasının
gümüş mükafatçısı Məmmədəliyev Heydər Nurəddin oğlu, Avropa
çempionu, hərbçilər sırasında dünya çempionu Məmmədov Elsevər
79
Yusif oğlu, yenə də Avropa çempionu, beynəlxalq dərəcəli idman ustası
Məmmədov Məhəmməd Dilən oğlu və bir çoxları Bahadır Həziyevin
yaratdığı Yunan-Roma güləş məktəbinin yetişdirmələridir.
Hazırda Bahadır Həziyevin övladlarından və digər gənclərimizdən
ibarət böyük bir dəstə onun işini davam etdirir. Ruhu şad olsun!
80
SƏRXAN BABAŞ oğlu QULİYEV
Beynəlxalq dərəcəli qrossmeyster Sərxan Babaş oğlu Quliyev
1968-ci ildə Qubadlı rayonunun Mollu kəndində anadan olub. Orta
təhsilini başa vurduqdan sonra 1985-ci ildə Azərbaycan Dövlət İqtisad
Universitetinə qəbul olmuş və 1992-ci ildə oranı bitirərək mühəndis-
iqtisadçı ixtisasına yiyələnmişdir.
1994-cü ildə "Rusiya Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyası"nda oxumuş və 1996-cı ildə oranı bitirərək "Ali dərəcəli
məşqçi" rütbəsini almışdır. 1997-ci ildə isə həmin Akademiyanın şahmat
kafedrasında aspiranturaya qəbul olunmuş və eyni zamanda orada
müəllim işləmişdir.
1992-ci ildə Beynəlxalq usta, 1995-ci ildə isə Beynəlxalq
qrossmeyster rütbəsinə yiyələnmişdir. Moskva-1994, Elista-1998
ümumdünya şahmat olimpiadasında və Pula-1997 Avropa komanda
birinciliyində Azərbaycanı ləyaqətlə təmsil etmişdir. Sonra Veloreçensk
–1991, Fridik – Mistik – 1992, Çessko-Budoyovistsa – 1992, Minsk-
1994, Vladivostok – 1994, Moskva – 1995, Tehran – 1999, 2000, İzmir
– 2000, Bakı – 1994-cü il beynəlxalq yarışlarının qalibi olmuşdur.
Sərxan Quliyev 17 dəfə müxtəlif səviyyəli yarışlarda Azərbaycan yığma
komandasının tərkibində çıxış etmişdir.
81
Sərxan Quliyev həm də şahmat nəzəriyyəçisidir. "Namizədlikdən
qrossmeystrliyədək" (Moskva, 1997), "Şahmat dərs vəsaiti" (Tehran,
2002), "Standart şahmat sonluqları" (Bakı, 2002) və daha bir sıra
kitabların müəllifidir.
O, Türkiyə və İran milli yığma komandasının baş məşqçisi
vəzifəsində də işləmişdir.
Azərbaycanın idman şərəfini göylərə qaldıran Sərxan Quliyevə
yeni-yeni uğurlar arzulayırıq.
82
ƏMƏKDAR MÜƏLLİM ƏLİF İSMAYILOV
İsmayılov Əlif Qulu oğlu 1919-cu ildə Qubadlı rayonunun Mollu
kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan
Dövlət Universitetinin tarix fakültəsinə qəbul olub və 1953-cü ildə oranı
bitirib. Universitet təhsilini başa vurduqdan sonra əvvəlcə tarix müəllimi
və sonra isə kəndlərində məktəb direktoru vəzifəsində işləyib.
Yaxşı müəllim və yaxşı məktəb direktoru kimi respublika
müəllimlər qurultayının iştirakçısı olub. Rayon partiya komitəsi
plenumlarının, konfranslarının iştirakçısı olub, büro üzvü seçilib. Rayon
ictimaiyyəti arasında böyük nüfuz qazanıb. Bütün bu işlərinə görə bir
neçə ordan, medal və fəxri fərmanla təltif olunub. Onun əməyinə verilən
ən şərəfli ad isə "Əməkdar müəllim" adıdır. Əlif İsmayılov deyərdi ki,
mən bu mükafatlardan daha çox yetişdirdiyim tələbələrlə fəxr edirəm.
Bu doğrudan da belədir. Onun yetişdirdiyi gənclərin sorağı
respublikamızın hər yerindən gəlir. Fəxr etdiyi işə layiq olub, Əlif
müəllim!
Əlif müəllim ailə başçısı kimi də nümunəvi bir insan olub. İki
oğul, dörd qız tərbiyə edib, hamısına təhsil verib. Belə insanların həyat
və fəaliyyəti bir məktəbdir. Bu məktəbin dərslərini unutmaq olmaz.
83
MƏHƏRRƏMOV MİRZƏ MEHDİ oğlu
Məhərrəmov Mirzə 1940-cı ildə Qubadlı rayonunun Mollu
kəndində anadan olub. Hələ kiçik yaşlarından təbiətin gözəlliklərinin
vurğunu olub. 1959-cu ildə hərbi xidmətə yollanır. Elə hərbi xidmətdə
olarkən ilk yazısı 1961-cı ildə Zaqafqaziyada Hərbi Dairəsinin orqanı
olan " Krasnaə Zvezda" qəzetində dərc olunur. Bu yazı onu yazıb-
yaratmağa həvəsləndirir. 1962-ci ildə hərbi xidməti başa vurub Sumqayıt
şəhərinə qayıdır və həmişəlik taleyini bu şəhərlə bağlayır. Sumqayıt o
dövrdə qaynar qazana bənzəyirdi. SSRİ-nin hər yerindən bu şəhərə
gənclərin axını başlamışdı. Mirzə müəllim də bu axına qoşularaq
gələcəyə yol açmaq barədə düşünür. Sumqayıta gələn kimi işə qəbul
olunur və işləyə-işləyə fəhlə-gənclər orta məktəbində təhsil alır. 1966-cı
ildə orta məktəbi başa vuraraq sənədlərini o zamankı V.İ.Lenin adına
Azərbaycan Dövlət Pedaqoji İnstitutuna verir və həmin institutu 1973-cü
ildə qurtarır. Bundan sonra onun yaradıcılıq qabiliyyəti daha da parlayır.
"Sosialist Sumqayıtı", "Avanqard", "Gənc müəllim" qəzetlərində
müxtəlif mövzulara həsr edilmiş məqalələrlə çıxış edir.
Yaradıcılıqla yanaşı əsl peşəsi olan müəllim kimi fəaliyyətini
davam etdirir. İndi onun bu sahədə 36 illik təcrübəsi var.
Dostları ilə paylaş: |