72
HƏSƏN ŞİRALI OĞLU SADIQOV
Həsən Şiralı oğlu Sadıqov 1928-ci ildə Qubadlı rayonunun Aşağı
Mollu kəndində anadan olmuşdur. Erkən atasını və anasını itirmiş, dayısı
Bəylər Əliyevin himayəsi ilə təhsil almağa başlamışdır. Lakin tale
tezliklə bu qayğıkeş insanı da onun əlindən almışdır. Kimsəsiz qalan
H,Sadıqov Gəncə şəhərinə gedir və baytar-feldşer ixtisasına yiyələnir.
Sonra Şuşa zoobaytar texnikumunda təhsilini davam etdirmişdir. Lakin
təhsilini yarımçıq qoyaraq ordu sıralarına gedir. Daha sonra öz arzusu ilə
Ukraynanın Xerson şəhərində hərbi məktəbində oxuyur, serjant və 2-ci
dərəcəli radist ixtisasına yiyələnir. Bu ixtisas üzrə Krım vilayətinin
Krasnoperekopski rayonunda hərbi işdə çalışır. 1953-cü ildə həmin
rayonda orta məktəbi başa vurur.
H.Sadıqov 1955-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji
Rus dili və ədəbiyyatı institutuna daxil olur və oranı qurtardıqdan sonra
Saatlı rayonunda müəllimlik edir.
1961-64-cü ildə Sumqayıt şəhərindəki 5, 7 və 9 nömrəli
məktəblərdə müəllim, sonra isə məktəb direktoru işləyir. 1964-cü ildə
Azərbaycan Elmlər Akademiyası Fəlsəfə və hüquq institutunun aspirantı
olur. Sonra Sumqayıt şəhəri partiya komitəsində işlyəir. Lakin elmə olan
böyük marağı onu partiya işindən ayırır.
73
H.Sadıqov 1968-ci ildə namizədlik, 1984-cü ildə isə doktorluq
dissertasiyası müdafiə edir və M.Əzizbəyov adına Neft və kimya
instiututunun fəlsəfə və elmi kommunizm kafedrasının əvvəlcə aspirantı,
sonra isə baş müəllimi işləyir. 1972-ci ildə həmin institutun Sumqayıt
filialının ictimai elmlər kafedrasının müdiri seçilir. O vaxtdan hal-hazıra
qədər dosent, professor kimi həmin vəzifədə işləyir. H.Sadıqovun fəlsəfə
elminin müxtəlif sahələrinə aid onlarla kitabı, yüzlərlə məqaləsi vardır.
Gənc kadrların hazırlanmasına da onun böyük xidmətləri vardır. Bu gün
də Azərbaycanda elmə qədəm qoyan gənclərin yetişdirilməsində Həsən
müəllim kimi müdrik alimlərimiz böyük rol oynayırlar. Bu kiçik yazını
Həsən müəllimin bir kiçik etirafı ilə tamamlamaq istəyirəm. O yazır ki,
mənim bu zirvəyə çatmağımda həmişə mənə dayaq olmuş, ailəmin
gündəlik qayğılarını öz üzərinə götürmüş ömür-gün yoldaşım həkim
Tamilla xanıma hədsiz minnətdaram.
74
İSAXOV MƏHƏMMƏD İSMAYIL OĞLU
İsaxov Məhəmməd İsmayıl oğlu yaxın keçmişimizin görkəmli
ictimai xadimi və xalq müəllimi kimi tanınmış bir şəxsiyyət olub. Çox
əzablı və keşməkeşli bir həyat yolu keçən bu insanın idealı həmişə xalqa
xidmət etməkdən ibarət olub.
O, ilk təhsilini o vaxt Qubadlı, Laçın və Zəngilan rayonlarını əhatə
edən rus məktəbində alıb. Bu məktəbdə təhsil aldıqdan sonra Bakıya
gəlmiş Nobel qardaşlarının mədənində fəhlə , telefonçu və kiçik kontor
işçisi olmuşdur. Sonra inqilabçılar sırasına daxil olaraq Sovet
hökumətinin düşmənlərinə qarşı mübarizə aparmışdır.
Bundan sonra yaşının çox olmasına baxmayaraq Bakıda fəhlə
fakültəsində təhsilini davam etdirir, sonra Azərbaycan Dövlət
Darülfünunun təbiət fakültəsində təhsil alır.
Ali təhsilinin başa vrduqdan sonra Azərbaycan xalq
müəllimlərinin sırasına daxil olur və ömrünün sonuna qədər şərəfli xalq
müəllimləri sırasında bir dönməz əsgər kimi dayanır.
Kəlbəcər və Qubadlı rayonlarında xalq maarif şöbələrinə rəhbərlik
edir və bütün biliyini bu yolda sərf edir.
Ömrünün son 13 ili ərzində Məhəmməd Sadıxov əvvəlcə Qiyabi
Pedaqoji İnstitutun direktoru, sonra isə Azərbaycan Elmi Tədqiqat
Pedaqoji İnstitutunda elmi işçi kimi fəaliyət göstərir. O, həmin illərdə
75
təlim-tərbiyə işinə həsr olunmuş bir sıra samballı əsərlər yazır. Pedaqoji
işi ilə yanaşı "Təbiyyat dərslərində ölkəşünaslıq işləri" mövzusunda
dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi adını alır.
O, xalq yazıçısı Süleyman Rəhimovun yaxın dostu olmuş və
böyük ədib bu dostluğu özünün "Aynalı" povestində vəsf etmişdir.
Məhəmməd İsaxovun keçdiyi həyat və mübarizə yolu böyük bir
məktəbdir.
76
ELMİRA MƏMMƏD QIZI RƏHİMOVA
Elmira Rəhimova xalqımızın ziyalı oğlu, görkəmli ictimai xadim,
xalq müəllimi İsakov Məhəmmədin qızı və xalq yazıçısı Süleyman
Rəhimovun gəlini olub.
Elmira Məhəmməd qızı atası kimi respublikamızda tanınmış, ən
ləyaqətli xanımlarımızdan biri olub.
Elmira Məhəmməd qızı Rəhimova 1933-cü ildə Bakıda anadan
olub. Elmira xanım orta təhsilini başa vurduqdan sonra 1951-ci ildə
Azərbaycan Sənaye İnstitutunun (indiki Neft Akademiyası) energetika
fakültəsinə daxil olmuş və 1956-cı ildə oranı bitirərək elektrik- mexanik
mühəndisi ixtisasına yiyələnib. Əmək fəaliyyətinə 1956-cı ildən
Sumqayıt Böru prokatı zavodunda prokat sexinin rəisi vəzifəsində
başlayıb.
Elmira xanımın sonrakı əmək faliyyəti isə çox zəngin olub. Belə
ki, o, 1957-1961-ci illərdə Neftkimyaavtomat ETİL-də, 1961-1966-cı
illərdə keçmiş Azərbaycan SSR Nazirlər Sovetinin Elmi-tədqiqat
işlərinin koordinasiyası üzrə Dövlət Komitəsində, 1967-ci ildən 1993-
cü ilə qədər Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat
institutunda işləmişdir.
Elmira xanım 1993-cü ildən ömrünün axırına qədər isə
Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işləmişdir. O, burada
Dostları ilə paylaş: |