24
-
Ağa, evdə yox idim. Kasıbçılıq eləyirdim. Uşaqların anası külfətin
boğazından kəsib bir az yağdan, pendirdən düzəltmişdi, aparmışdım
Xocaham bazarına dəyişəm arpaya. Azuqəmiz qurtarıb.
-
Belə də... həftə bazarından gəlibsən!... necə pud arpa ala bildin?
-
Iki pud ağa. Indi bazarda taxıl od bahasınadır. İl quraqlıq keçir deyə taxıl
satan yoxdur. Yavanlığın üzünə baxmırlar, camaat çörək axtarır.
-
Allah kəssin belə zəmanəni! Çörək verənin qədri-qiyməti qalıb ki?!
Topal demisinin gülünü boşaldıb barmaqları əsə-əsə toqqasına keçirtdi. O,
dürtməsini Alonun çənəsinin altına salıb başını qaldırdı.
-
Ay qurumsaq, gözünü niyə yerə dikirsən, üzümə bax de! Sənin o naxırçı
oğlun başından yekə qələt qırır! Onu bez kimi ortadan iki cıraram! Bilirsən ki,
cıraram! Bizim uşağın üstünə dəhrə çəkir, buna görə səni qoduqluğa
basdırmadım. Sən calsaqqal özünü qabağa verib qırx çubuqla canını qurtardın.
Deyəsən, çubuğun ağrısı yadından tez çıxıb, hə? Gör iş indi nə yerə çatıb ki,
sənin küçüyün mənim oğlumu oğru qayırır. Yetim İsmayıl acından günorta
durur. Kərbələyının oğlu da gedib onun danasını oğurlayır... Dağılasan
zəmanə!
Alo qəddini düzəltdi:
-
Kərbəlayı, sizə kim oğru deyib? Belə sözləri ayıb deyilmi danışırsınız?
-
Sənin... o adı nədir, tez-tez də yadımdan çıxır ey...
-
Nəbini deyirsiniz?
-
Hə, hə. Onu deyirəm. Indi bura gələndə qabağımdan keçdi. Atası yerdə
kişiyəm, heç saqqala salam da vermədi. Zənnim məni aldadıb. Nəbinin ağıllı
fərasətli başıaşağı uşaq bilirdim. Hələ onu nökər götürmək istəyirdim, sənə
də demişdim. Amma qoymaram qapıdan içəri girsin.
-
Kərbəlayı, uşaqların canı haqqı, mənim bu işdən xəbərim yoxdur. Nəyə
inanırsan and içim ki, mənim oğlum Nəbi Əbilə oğru deyə bilməz. Onun
ağzı nədir elə söz danışsın.
Kərbəlayı Alonun ağzını əydi:
-
Hə, oğru deyə bilməz, oğru deyə bilməz!... Mən sənin o küçüyünə yaxşı
bələd olmuşam. O günü də Xanalının o xallı qızı Həcərlə bizim bağı basıblar
sapanda. Ağacda meyvə qalamyıb. Balam, daha nə qədər dözmək olar?! Elə
eləməyin ki, kütünüzü kəsək!
Söhbətin bu yerində eşşək anqırdı. Sonra təpikləşən atların kişnərtisi eşidildi.
Kimsə hönkürürdü: “Bay öldüm! Bay başım partladı!”
Kərbəlayı nökərlərin arxasınca deyinməyə başladı:
-
Köpək oğlanları at-eşşəyi də bağlamırlar! Ayğırlar, yəqin uşaq vurdu!
Gedim görüm nə olub.- Kərbəlayı taytıya-taytıya barmağını Alonun üstünə
silkələdi:
- A köpək, səninlə sonra danışacağam!...
Elə bu zaman Nəbi əlində çomaq tövşüyə-tövşüyə atasının yanına gəldi:
-
Ata, Əbilgil bizim iydədən sərçə tuturdu. Dedim ki, iydəyə çıxmayın, ota od
düşər. Əbil sözümə baxmadı, acıqla çırağı otun üstünə atdı. Anamla güclə
söndürdük. Əbil məni döymək istədi. Mən də onun başına bir çomaq
ilişdirdim.
25
Kəlbəlayı Cəfər elə bil yerin altından çıxdı. Yalquzaq təki Nəbinin üstünə atılıb,
onun qulaqlarından yapışdı:
-
Qoduq, sən mənim oğlumu vurmusan?!- Topal gücü gəldikcə Nəbini
silkələdi, onu fırladıb süd qazanına basdı. - Bax səni burda boğaram!
-
Yer, göy Alonun başına fırlandı. O, əlini bıçağa atdı. “Ax!.. Mən nə edim:
özümü öldürüm yoxsa bu əzrayılı?!”
Nəbi süd qazandından çıxdı. Alo üst-başından süd axan oğlunun üzünə baxa
bilmirdi. Uşaq isə qəhərdən boğulurdu. Topalın iti dırnağı onun alnındakı çapığı
cızmışdı. O atasının qəzəbləndiyini görüb ürəkləndi və cəld yerdən bir ovuc
torpaq götürüb hirslə Toplanın üzünə atdı:
-
Sən mənim südümü tökdün?!
Kərbəlayı Cəfər belə şey gözləmirdi. O gözlərini ovuşdura-ovuşdura aradan
çıxdı.
-
Sənin başını yaracağam! Hara qaçırsan?
Nəbi onu daşa basdı.
Qaranlıqda yortan Kərbəlayı Cəfərin səsi eşidildi:
-
Vay kürəyim!... Küçük, gör səni necə boğacağam!...
Alo daha damın üstündə dayanmadı. Boş qazanları götürüb həyətə endi. Damın
navalçasından hələ də süd süzələnirdi...
Əbil əlində xəncər Nəbigilin həyətindəki qarağac kötüyünün dalında sinmişdi.
“Qorxaq, hünərin var, çıx bayıra! Mənə çomaq qaldırırdın?! Indi gəl boğazını sərçə
boğazı kimi üzüm!” Əbil papağını başına bərk-bərk basmışdı ki, yarasının sarğısı
düşməsin. O, çox gözlədi, lakin heç kəs gözə dəymədi, elə bil Alonun qapısına
qıfıl vurulmuşdur. Əbil qalxıb iydənin qabığını soymağa başladı: “ Mən sizə elə
dağ vurum ki... Admın atasını belə yandırarlar! Bu hələ harasıdır?!”
Qabıqları götürüb eyvana atdı. Külək iydənin çiçəklərini qanadına alıb evə sarı
uçururdu. Sanki Nəbini köməyə çağırırdı: “Oyan! Düşmən qisas alır, oyan!”.
İydənin səsini eşidən, yarasını bağlayan yox idi. Onun “göz yaşları” axır, hey
axırdı...
Külək dəli-dolu oğlanlar təki dodagında fit, gecənin qulağını deşirdi. Arabir
xoruzlar ağız-ağıza verir, Kərbəlayı Cəfərin “Çənbər” iti çənəsini boş qoyub
zingildəyirdi. Həkəri qırıq-qırıq oxuyurdu. Çəltik ləçəklərində gecələyən
qurbağalar haray salmışdı. Səmada qaynaşan buludlar sabun köpüyünə dönüb ayın
gözünə dolurdu. Ay gözünün “acısını silib” buludlara “od” vurduqca fəza
çiçəklənir, yerin qara pərdəsi çəkilirdi. Çayın qırağındakı bostanlığın başında
tikilmiş çardaq aydın görünürdü. Çəltik ləklərinin arası ilə çardağa sarı üç uşaq
gedirdi: ikisi oğlan, biri qız. Uşaqlar hərdən də dayanıb devikə-devikə, dörd gözlə
ətrafa baxırdılar.
-
Deyəsən gələn var.
-
Sss...
-
Yox çayın səsidir.
-
Balıqçılardır.
-
Birdən...
Həkəridə balıq ovlayan cavanların hay-küyü uşaqları qorxutmuşdu.
Nəbi qabağa düşdü:
Dostları ilə paylaş: |