29
Gözəl onun əzilmiş papağını götürüb çırpdı, başına qoydu, çomağını, heybəsini
əlinə aldı. Qarışqalar heybədəki yağ dürməyinə daraşmışdı.
-Bir
az tez gəl, oğul.
Gözəl hərdən qanrılıb İlanlı dərəyə tərəf baxırdı: “Yaxşı qurtardıq. Bu axşam
gərək gedib pirdə çıraq yandıram. Seyidə nəzir demisəm”.
- Oğlum, gecə yatmayanda belə olar! Sənə kim demişdi gedib bostan
yolasan... Xanalı bilsə Həcəri öldürər. Birdə belə iş tutma! Gecələr oynamağıda
yığışdır. Nə qədər “süddü-sümük” oynayarlar, “qaça-qaça” oynayarlar! Sən o
biri uşaqlara baxma, onların peşəsi quş düşürməkdir. Dana-buzov səni əldən
salır. Bayaq doluşmuşdu Kərbəlayının bostanına. Güclə qovub çıxarmışam.
Ana-bala Topdaşdan kəndə enendə ilk dəfə Topalın söyüşünü eşitdilər:
Bu küçük hardadır?! Dana-buzov bağ-bağatı yenə viran eləyib. Belə də iş olar?!
Qoy bir əlimə keçsin!...
Gözəldə ürək qalmadı. O, titrək barmaqları ilə yaşmağını çapıq çənəsinə
qaldırıb alt dodağını dişlərinin arasına aldı: “Allah, sən bizi bu əzrayılın
qəzəbindən saxla!”
NƏBĠ MUZDUNA DAYÇA ĠSTƏYĠR
Bahar təzəcə gəlib. Budaqlara baxın! Heç bilmirsən ki, bu tumurcuqlar bala
quşlar təki dimdiklərini nə vaxt açdı. Meşələrə baxın, düzlərə baxın, çöllərə
baxın!... Heç bilmirsən ki, təbiət qış paltarını nə vaxt oğurlatdı. Heç bilmirsən
ki, bahar öz təzə donunu nə vaxt boyadı, nə vəxt geyindi. Danaqıranlar xınalı
qayaların dibindən baş qaldırır. Qar altından təzətər otlar qalxır. Qoyun-quzu
sürüləri dərələrə, düzlərə səpələnir.
Çobanların ağlayanıda vardı, güləni də. Muzdla çörək yemək məgər
asandırmı? Mollunun bə
,
zi insaflı ağaları sürüsünü qışdan salamat çıxaran
çobanların ürəyini almışdılar; ya bir zol öküz gönü, ya da iki-üç corablıq yun
vermişdilər. Belələrinə Kərbəlayı Cəfərin acığı tuturdu: “Çobanı başınıza
çıxarmayın! Nökəri qudurtsan, qurd olar”. Kərbəlayının on çobanı birdən
ölsəydi, uf deməzdi. Ancaq bircə axsaq çəpişinin dırnağına daş dəysəydi,
dünyanı uçurardı. O, gecə-gündüz var-dövlətinin üstündə əsirdi. Köçə az
qaldığından gecələr yata da bilmirdi. Yazın gözü açılar-açılmaz qoyun-quzu
sürülərini dönə-dönə sayır, var-dövlətinin hesabını dürüstləşdirirdi. Bədbəxtliyə
bir bax; çoban Kərimin otardığı sürüdən iki quzunu çalağan aparmışdı. “Mən,
maymağa çörək verə bilmərəm!” Kərbəlayı Cəfər muzd vermədən çoban
Kərimi dərhal qovmuş və onun yerinə Alonun oğlu Nəbini götürmüşdü. Balaca
çoban arxacda quzuları sayıb öz öhdəsinə alanda Kərbəlayı Cəfərin qarşısında
belə bir şərt qoydu:
-
Ağa, mənim muzduma
qoyun-keçi yox, bir dayça verəcəksən!
Kərbəlayı Cəfər səkkiz yaşlı nökərin bu qəribə şərtinə güldü:
-Ə, küçük, dayçanı neyniyirsən? Sənin xəstə atana keçi lazımdır, südünü əmib
dirilsin, bildin? Keçi, qoyun, südü çörək... Kasıba bunlar lazımdır, bala!
Nəbi ala-bəzək çomağını yerə döyə-döyə ağası ilə yaşına uyğun olmayan bir
tərzdə höcətləşdi: