28
şumur bizdən şübhələnib... Ora bax, dana-buzov dolur bu əzrayılın bostanına.
Davaya düşməsək yaxşıdır... ”
Gözəl qarışıq fikirlər içində suata endi.
Suatda heç kəs yox idi. Nəbi hər günorta dana-buzovu bura endirəndə Gözəl
ona çörək gətirərdi. Ana-bala arxın qırağındakı çinarın kölgəsində oturub birgə
nahar edərdi. Dana-buzov isə çaylaqda yatışıb sərinlərdi. Elə ki, gün sındı,
balaca naxırçı dana-buzovu kövşənliyə haylardı. Anası oğlundan ayrılanda onu
xəbərdar edərdi: “Nəbi, başına dönüm, qurddan-quşdan muğayat ol ha, Yazıda
ilan çoxdur. Yuxun gəlsə, barmağını dişlə, mahnı oxu”.
Gözəl tumanının ətəyini yığıb çəpərdən bostana adladı. Dana-buzovu qovub
çıxartdı. Güc-bəla ilə çinarın kölgəsinə yığdı: “Mən başıma indi haranın daşını
salım? Eh, ay Alo, sənə nə deyim, bu tifilin nə vaxtı idi onu dana-buzova
göndərdin?!”
Ana bilmirdi nə etsin: oğlunu axtarmağa getsin, yoxsa suatda dana-buzovu
güdsün. Duruş gətirə bilmədi. “Yox, gedim görüm uşaq harda qaldı...”
Yazı düzü təndir kimi alovlaırdı. Gözə dəyən yox idi. Qovurğa kimi
qovrulan yer ərinin köhnə çarıqlarını isladıb geymiş Gözəlin ayaqlarını
yandırırdı. O, qara kəlağayısının uclarını gümüş kəmərinə sancıb, uzun
tumanının ətəklərini əlində dəstələmişdi. Qaratikan kolları arabır onun
ətəyinndən, koftasından, uzun hörüyündən yapışıb saxlayırdı. “Bunlar məndən
nə istəyir?” Gözəl hirsindən çəkib paltarını cırır, cığırlara, düzlərə baxırdı. Yer
elə bil nizələnmişdi. Hər addımbaşı bir ilan yuvası: “Bu nədir?! Görəsən, Nəbi
dana-buzovu bura gətirir?!” Ləpirlər Gözəli İlanlı dərəyə aparıb çıxartdı. Onun
qorxunc səsi dərəyə yayıldı:
-
Nəbi hey!.. Nəbi hey..
Ana o yan-bu yana baxa-baxa ətrafı dinşədi. “Bu uşaq bəs harda ola? Bəlkə
Kərbəlayı Cəfər
bilib ki, bostanını Nəbi yolub. Birdən uşağı...”
Ananın gözləri dörd olmuşdu. Hündür qaratikan kolunun dibində qızıl rəngli
bir suca quyruğu üstə dayanıb onu qaralamışdı... az qaldı Gözəlin ürəyi getsin.
O, əlləri ilə üzünü qapadı. “Vay!...” Gözəl istədi qaçsın, ancaq fikrindən döndü:
“Suca qırmızı rəngin aşiqidir. Qabağından qaçsam, məni qovub tutacaq...”
Gözəl:
-
Ay allahın heyvanı,- dedi,- mənim dərdim özümə bəsdir, çıx get!
Ilan sanki dil bilirdi. Başını bir azda qaldırıb, haça dilini oynatdı, kolun dalına
çəkildi.
Ananın gözü ilanda qalmışdı. Gördü ki, həmin kolun dibində bir şey qızarır,
irəli atılmaq istədi. Lakin bayaqkı ilan balaca naxırçanın boğazına dolanıb qızıl
çomaq kimi havaya millənəndə dizləri tutuldu. Ilan ananın gözlərində necə bir
yalvarış, necə bir təlaş gördüsə Nəbinin boynundan açılıb dərəyə süründü.
Gözəl, oğlunun üstünə cumub onu bağrına basdı. Nəbi səksəndi. Onu sanki
qaynar qazandan təzəcə çıxarmışdılar: qan-tərə batmışdı.
Ananın sevinci Yazıya sığmırdı. Uşaq ayıldı, gözlərini ovuşdurub qalxdı.