21
Mən səni el bilirəm
Dağlarda göl bilirəm
Sənin qarğı məməni
Qurumaz sel bilirəm
Ismayıl xeyli gözlədi. Ona “hay” verən olmadı, bir də çağırdı. Gözəl bu dəfə onun
səsini eşitdi.
-
Oğlum, gör kimdir?
Qonşu həyətdə “sərçə ovçulari” qışqırırdılar.
-
Ə, bu çəpərə də baxaq!
-
O!.. Gör burda nə qədər quş var!
-
Şişi ver mənə görüm.
Uşaqlar əllərində cıraq həyət-bacaları dolaşır, qalın çəpərlərdə mürgüləyən
sərçələri işıqla çaşdırıb oradaca şişə keçirirdilər. Quşların civiltisi onları
gülüşdürürdü. Kərbəlayı Cəfərin oğlu Əbil də onların arasında idi. O bağıra-bağıra
yenə kiminsə sərçəsini əlindən alırdı:
-
Ver, mən görmüşəm! Ver deyirəm sənə!...
Sərçələr uçuşub Nəbigilin həyətindəki iydəyə doluşurdu. “Qoymaram bizim
həyətdə sizi tutalar”. Nəbi perikən sərçələrə baxa-baxa yolağaya tərəf getdi:
-
Kimsən?
-
Mənəm oğul.
-
Ismayıl əmi, nə deyirdin?
-
Oğul, elə səni axtarırdım. Bizim dana gəlib çıxmayıb axı... Əgər
gətirməmisənsə gedim Molla Əhmədə bir qurdağzı bağladım, canavar
dananı yeyər.
-
İsmayıl dayı, vallah, mən sizin dananı əlimlə gətirmişəm. Bəlkə Kərbəlayı
Cəfərgilin buzovlarına qarışıb? Bayaq Əbilgilin darvazasının ağzında
gördüm. Odur ey, Əbil çəpərdən sərçə tutur, ondan xəbər al.
-
Səni xeyir xəbər olasan, oğul. Qorxdum ki, dana qurd-quşa rast gələ. Ay
bala, bəs Məhərrəm hardadır ki, dana-buzovu sən otarırsan? Atan nə əcəb bir
o qədər heyvanı sənə ümid olub?
-
Məhərrəm naxoşdur.
Ismayıl kişi Kərbəlayı Cəfərgilə tərəf getdi. Nəbi isə anasının yanına qayıdıb
yenə “Qızıl” ın qaş-gözünü tumarlamağa başladı...
Gözəl inəyi sağıb qurtardı, buzovun buruntağını açdı:
-
Oğlum, bu, sənin ilk qazancındır, aparım evə yoxsa...
Nəbi dinmədi. Ana damın üstünə çıxdı. Oğlu çomağını sürüyə-sürüyə onun
arxasınca addımladı...
Alo, bacanın yanındakı daşın üstündə oturub bekarçılıqdan çubuq yonurdu.
Gözəl görək kimi bıçağını qatlayıb cibinə qoydu. Ayağa durub böyründəki
qalaylı mis qazanlara nəzər saldı.
-
Ay Gözəl, neyniyirsən bu südü gətirib? Onsuz da hamısı bizim evə gələcək
də!
Gözəl gülümsündü:
22
-
Sahibkar icazə vermir. Kişinin öz malıdır, bilmək istəyir ki, qazancı nə qədər
olub.
Gözəl südü qazana boşalda-boşalda oğlana baxdı. Nəbinin gözləri sevincdən
işıldayırdı.
-
Bərəkətli olsun, ay bala!
Nəbinin yaraşıqlı dodaqları qaçdı. Onun nəzəri qazanın dibində muncuqlanan
süddə qalmışdı. Gözəl oğlunun üzündən öpdü. Çənəsindəki çapıq oğlunun
sifətinə toxunanda ana diksindi, tez yaşmağını qaldırıb kövrəldi.
-
Başına dönüm bala əlacım olsa səni dana-buzova göndərmərəm. Bizim
çörəyimiz daşdan çıxır. Sənin tayların odey, sərçə tutur. Neynim, allah
kasıbçılığın üzün qara eləsin. Oğlunu ata da qucaqladı:
-
Nəbi, görək bu axşam sənə quzu kəsəydim. Elin dəbi belədir. Ilk qazanc
gətirən günü atam mənə çəpiş kəsmişdi... Özü də qazancım nə idi? Bir şələ
çırpı!...
Alo bu balaca, naxırçı oğlunu elə bil birinci dəfə görürüdü “Necə də tez
böyüyüb!... Maşallah..”
Nəbinin isə gözü yolda qalmışdı. “Bu arvadlar niyə gəlib çıxmadılar?”
-
Ata, bəs südü niyə gətirmirlər?
-
Darixma, mənim balam, indi gətirərlər.
-
Qoy çağırım.
-
Nə deyirəm..
Nəbi üzünü kəndə tutdu:
-
Ay arvadlar, südü gətirin!..
Uşağın alnındakı çapıq qan rənginə düşdü. O, atasına baxıb qızardı. Gözlərin
çomağınma dikdi. Handan-hana başını qaldırıb, atasında soruşdu:
-
Ata, keçən həftə Məhərrəmin bazar südü niyə çürüdü?
Anam deyirdi kimsə südə su qatıb, düzdür? Birdən mənim südümə də su
qatarlar ha!...
-
Oğlum, görünür, anan qazanı yaxşı yumayıb. Sənin südünə heç kəs su
qatmaz, camaatımız halal camaatdır.
Yolağda bir qaraltı göründü. Nəbi sevincək atasına baxdı:
-
Ata, gəldilər!
Arvadlar Alonu dövrəyə aldılar. Beli zənci tükü kimi qıvrılmış ağbirçək bir qarı
sərnici Aloya göstərib deyirdi:
-
Bura bir bax, oğlumun canı haqqı, “Dumanın” olan südü budur. Bizim
“Duman” bu gün-sabah qurudacaq. Allaha and olsun, yelinində nə vardı
hamısını çırtdım, balasına heç bir damcı da süd saxlamadım.
Alo başını yırğaladı.
- Ayıbdır, ay bacı, kim sənə deyir az süd gətirmisən? Nə qədərdir-allah bərəkət
versin, tök qazana. İl quraqlıq keçir, çöldə ot var ki, süd ola?!
Qarı sərinci boşaltdı.
-
Nə bilim, dedim, ürəyinizə başqa şey gələr. Bizim ev haram mal götürmür.
O bir arvadlar isə gətirdikləri südü Aloya göstərməyə utandılar.
- A kişi, allah oğlunun qazancından sənə xeyir versin! Allah bərəkətli eləsin!
23
- Çox sağ olun, allah sizin də balalarınızı saxlasın. Süd gətirənlərin biri gəlib,
biri gedirdi. Balaca naxırçının baxışı qazanlardan ayrılmırdı. Qazanın biri dolu,
o biri hələ yarımçıq idi. Alo əlini Nəbinin çiyninə qoyub, qazanlara işarə etdi:
- Özün de görüm, ilk qazancından sənə nə alım?
Nəbi fikirləşmədən dedi:
-
Ata mənə bir dayça al. Özüdə boz olsun. Əbilin boz dayçası kimi. Minib
onunla çapışım.
-
Ay oğul axı, iki qazan südə dayça verməzlər. Böyüyərsən, onda sənə
qaçağan bir at alaram. Əbili də ötərsən. Hələlik bu qazancından atan bir zol
gön alacaq, sənə qızqaytaran çarıq tikəcək. Naxırçıya əsas çarıq lazımdı.
Südün qalanını da yağ elətdirib verəcəyəm arpaya. Maşallah, daha yekə
oğlansan. Mən qocalıram, bundan sonra ailəni Məhərrəmlə sən
dolandıracaqsan. Mehdi hələ körpədir, üç yaşı var. Səkinə də ki, qız
xeylağıdır... yağ satmağa səni də özümlə Xocahan bazarına aparacağam.
Sənə fındıq alacağam, tökərsən cibinə, yeyərsən. Indi, oğul, ayaq üstə durma,
yorğunsan, get evə, gör anan sənə nə bişirib.
Nəbi atasından təzəcə aralanmışdı ki, Kərbəlayi Cəfərin uzun, qara eybəcər
qaraltısını gördü: “Bu, bizim həyətdə nə qayırır?”
Kərbəlayi Cəfər, gecə özündən də bədheybət görünən qarağac kötüyünün
arxasında dayanmışdı. O, Nəbini kinli nəzərlə süzdü: “Ədəbsizin forsuna
bax, siçan olmamış dağarcıq dibi yırtır! Indidən şeytançılığa başlayıb. Bu
boyu ilə bizə qara yaxır. Mən onun atası ilə danışaram. Hörmət elədikcə
adamın başına çıxırlar!”
Nəbi evə getdi. Kərbəlayı isə ayağını çəkə-çəkə damın üstünə qalxdı. Alo
ağasının gəldiyini görüb baş endirdi:
-
Xoş gördük, Kərbəlayı, necəsiniz?
Kərbəlayı Cəfər sir-sifətini zəhərləyib qızıl kəmərindən asılmış xəncərin hirslə
yana itələdi və qanlı-qanlı Aloya baxdı:
-
Rəiyyət cızığından çıxanda, ağanın kefi necə olar?
Alo Topalın qəzəbli baxışlarından gözlərini qurtarmaq üçün başını aşağı dikdi,
çarığının burnu ilə yeri eşməyə başladı. Kərbəlayı demisinin sapını Alonun
çənəsinə toxundurub rişxəndə qazana işarə etdi:
-
Hm... deyəsən, qudurmusan hə?! Oğlanların, deyəsən, səni kasıblıqdan
çıxarıblar! Həftədə iki qazan südü olan rəiyyət ağasının sözünə baxmaz də!.
Alo elə bir torpağın içində söz axtarırdı. Alo nə deyə bilərdi?! Topal davanı
satın almağa gəlmişdi.
-
Alo!
-
Qulağım səndədir, ağa.
-
Yəni bu qədər qudurmusan?!
-
Bu nə sözdür, ağa?!
-
Endirib çağırışa da gəlmirsən!
-
Allah eləməsin, ağa.
-
Sənin kimi bəndələr eləyəndən sonra allahın nə günahı?!
“Gözəlxan” da əkdiyin bostan əldən gedir, olan-qalan da tağın üstündə
quruyur. Bostana su vermək lazımdır...
Dostları ilə paylaş: |