34
tanışlığı belə olmuşdur: bahar yenə Yazının boz torpağına çiçəklərdən naxış
vurub-Həcər xalçaya naxış vuran təki. Qoyun-quzu sürüləri yenə yamaclara
səpələnib. Nəbi fikrilidir. Tütəyini toqqasına sancıb. Gözü qarakürə qoyundadır,
bir də onun körpəsində. Quzu əsir yumşaq dırnaqların torpağa güclə dirəyir
qalxmaq istəyir bacarmır. Qarakürə dili ilə balasının başını yalayır. Zəhmli bir
çalağan lap alçaqdan uçur kölgəsindən qarakürə hürkür. Mamır yaşmaqlı iri bir
qayanın dibində ocaq yeri qaralır. Dörd yana ütülmüş sünbüllər səpələnib. Bir
az əvvəl Nəbi həmin ocaqda həm kətəməz bitirmiş həm də sütül ütmüşdü.
Sürüdən xeyli aralı qızıl saçaqlı zəmilər xışıldayır. Mərzlər adamla dolur.
Oraqların səsi gəlir. Biçilmiş tər otun qoxusu mehə qarışır. Nəbi atını yoncalı
bir mərzdə hörükləyib. Qəmər dayın yanında başqa bir at da otlayır. Atlar arabir
dodaq-dodağa imsiləşir, kişnəyir.
Çalağan Nəbini əsəbləşdirib.
Alabaş bir yerdə dayanmır. Sürünü ürküdən çalağanın kölgəsini qovur. Arabir
kölgə ilə birlikdə qaratikan kollarına soxulur, hürür...
Amican, ağacı bir az yana yana...
“bu səs hardan gəlir?! Nəbi qalxır. Iki adamın yer ölçdüyünü görür. Ucaboy
arıq üz-gözünü tük basmış bir qoca əlindəki ala-bəzək ağacı gah sağ, gah da sol
yanında dik tutur. Həsir papaqlı sarışın oğlan isə belini yaya döndərə-döndərə
dəniz rəngli gözünü qıya-qıya nazik qılçalar üzərində qurduğu aparatını ala
ağaca tuşlayır.
-
Amican bir az sağa. Bax belə yaxşı yaxşı.
Alabaş düşməninin gölgəsini kolluqda itirib yer ölçənlərə cumur, Nəbi itə
acıqlanır:
-
Qayıq!
Alabaş geri dönür. Sahibinə şırmanır. Nəbi zəmini yara-yara yerölçənlərə
yaxınlaşır:
-Ey dost, salam!
Yerölçən gözünü aparatdan çəkir.
-Aleykuma salam.
-Məni tanıyırsan?
Vasili başını qaldırıb gözlərini təəccüblə Nəbiyə zillədi. Çobanın sağ qaşının
üstündəki çapıq ona tanış gəlirdi. “Odur: Kərbəlayı Cəfərin nökəri...”
-Ну, tanıyır, tanıyır.
-Adın nədir?
-Adın yadımdan çıxıb. Qaraq ki, sanınla elə bu kovşanda tanış olmuşuq. O
zaman soyladığın dayça da yadımda.
-Hə, yaxşı yaddaşın var.
-Sənin ağandan Zəngəzurda yoxdur. Zalım balası dünyanı min əlli
qarmalayıb. Bir qarış torpağa görə camaatın başına olmazın oyun açır. Bu
zəmini ildə neçə dəfə ölçdürsə yaxşıdır? Həftə səkkiz, mən doqquz, atlanıb
Gorusa şikayətə gəlir...
Qoca zəminin içində alma ağacına söykənib dincini alır, deyilənlərə qulaq
asırdı. “Yaxşı ki, Kərbəlayının xasiyyətinə Vasili də bələd olub. Köpəkoğlu lap
gölə qələmə sancandır”.