49
-Dünyanın işi belədir: yük əyməsə daş qəribliyə düşməz.
-Düz deyirsən, a kişi. Vallah, heç bilirsən Nəbi üçün necə qəribsəmişdim?!
Külfəti dolandıra bilsək, onun qan düşmənimizin qapısında nə işi var! Neçə
ildir uşağın üzünü əməlli-başlı görə dı bilmirəm.
Alo başqa cür cavab verməyə söz tapmadı: “Haqq sözə nə deyim?”
Nəbi atasının əvəzindən dilləndi:
-Ana, üreyini sıxma. Daha tez-tez görüşəcəyik...
Gözəl çənəsindən sürüşən yaşmağını tez yuxarı qaldırdı: “Oğlum fikir
eləyər,qoy görməsin”.
Köç İlanlı dərəyə çatanda suca əhvalatı Gözəlin yadına düşdü. Istədi oğluna
söyləsin. Nədənsə yenə fikrindən daşındı:
-Oğul, daha istəmirəm Kərbəlayı Cəfərə nökərçilik eləyəsən. Neçə ildi
gecə-gündüz ilan-çəyanın içindəsən. Vallah, gecələr də rahat yata bilmirəm.
-Ana, Kərbəlayı Cəfərlə mənimkinə az qalıb. Daha mən də dözə bilmirəm.
Üzülüşəcəyik.
Köç yazıya çıxdı. Yolları üzərriyin xoş qoxusu ətirlənmişdi.
Gözəl kiçik oğlunu səslədi:
-Mehdi, qadan canıma, o üzərrikdən bir dəstə yığ ver mənə. Mehdi yolun
kənarından çoxlu üzərrik yolub atın boynundan asdı. Iri bir dəstə də bağlayıb
anasına verdi.
-Bəsindi?
-Bir
az da yol, oğul. O qədər bədnəzər göz var ki! Dirəyimizdən asacağam.
Köç hamar bir düzlə irəliləyirdi. Qızıl düyənin üstündən asılan toyuq-cücələr
dillərini çıxarıb gözlərini döyür, arabir qanadlarını yelpic təki çırpırdı. Qaşqa
buzov isə tez-tez anasını yanlayıb dümsük vururdu. Alabaş ləhləyə-ləhləyə
hərdən quyruğunu Nəbiyə toxundurur, hərdən də hənirti alıb hürə-hürə
qaratikanlığa cumurdu. Alo çomağını sürüyə-sürüyə, hovur-hovur addımlayırdı.
Ailə şad halda dağ yolunun damarını qırırdı. Alonun dərdi-qəmi yox olmuşdu,
çoban oğlu ilə söhbət etməkdən zövq alırdı. Arabir qanrılıb qaratikan qırdığı,
əhəng yandırdığı, əvəllik, çiriş, yemlik yığdığı dərələr, zəmi biçdiyi yerlərə,
Nəbinin qoyun-quzu otardığı düzlərə baxırdı.
Günəş üfüqdə Alonun demisi təki közərirdi. Tüstü onun ürəyindəki ağrını sanki
çəkib çıxarırdı. Səhərin nəfəsi qocanın dumanlanmış beynini xeyli təmizləmişdi.
– Alo çomağını fırlayıb, yoldan çıxan öküzə acıqlandı: - Ay allahın heyvanı,
vurub buynuzunu sındıraram, yoluna düz getsənə! Belə də öküz olar?! Gör
özünü kol-kosa necə soxur?!. Bir də, oğul, kasıba nə dağ, nə aran!..cuvar
olanda
yarı canım qalırdı yanınızda, bilmirdim ac qalırdınız, susuz qalırdınız. Düzü, el
töhməti olmasa heç kənddən tərpənmərəm. Dağ mənim nəyimə yaraşır, a bala!..
-Həmişə belə olmayacaq! Vaxt gələr biz də bir gün görərik.
Xam öküz qızıl düyəyə pəl vurdu. Toyuqlar cükküldəşdilər. Alo oğlunu
səslədi:
-Ə, Mehdi, sıçra min o öküzün belinə! Deyəsən, o yenə azğınlaşıb.
Mehdi quş təki öküzün belinə qondu. Öküzün soncuqladısa da Mehdini yıxa
bilmədi.
50
-Oğul, cınqırını çıxarma, heyvan xamdı, səsdən ürkür... Bax belə kirimişcə
otur.
Xam öküz dilini bir qarış çıxarmışdı. Ağzından köpük axırdı. Alo da bunu
istəyirdi.
-Bax, belə zərb zəyərəkdən yağ çıxarar!
...Mollunun köçü Atrizi meşəsini keçib Çayzəminin kənarına düşmüşdü.
Alogil də gəlib özlərini köçə yetirdilər. Gövdəsini mamır basmış hündür palıd,
vələs, fısdıq, ulas ağacları meşəni çətirləmişdi. Çayzəminin kənarı ilə cır alma,
armud, fındıq, alça, zoğal ağacları sıralanırdı. Meşə çayla birləşib günəşin
odunu xeyli söndürmüşdü. Əlçatmaz budaqlarda alabaxtalar quruldaşırdı.
Adamın beynini deşən cırcıramalar sanki xəstəlikdən təzəcə durmuşdu.
Həcər gövdəsi yanmış qoca bir palıd ağacının kölgəsində samovar odlayırdı.
Ağzından alov püskürən samovar buğlanır, yerində dingildəyir, sanki yeriməyə
ayaq axtarırdı.
Uzun köç yolundan sonra aran adamları Çayzəminin sərin meşəsində iştah
açmışdı. ağac qaşıqların səsi gəlirdi. ovduğun doğramacın başqa ləzzəti vardı.
Camaaat şirin yemək-içməkdə olduğundan naxır sürüyə, sürü naxıra qarışmışdı.
Çayboyu dağlara qalxan elatın dəvə karvanları, ilxıları, qoyun-quzu sürüləri hey
daşdanırdı. Yad köpəklər bir-birini dəridən çıxarır, ağız deyəni qulaq eşitmirdi.
Ayaqyalın, başıaçıq uşaqlar əllərində çomaq hay-küylə itlərin üstünə atılırdılar:
-Ə, Cəmbəri çağır, iti boğar!
-Bozdarı burax, qoy onları qulaqlasın!
-Qurdbasanı qoyma, itləri öldürəcək!
Alabaş da istədi davaya qoşulsun. Nəbi acıqlandı İt itaətkarlıqla geri döndü.
Otu yenicə biçilmiş çəmənlikdən bulağa sarı təzə cığırlar açılırdı.
Çömçəbulağı qız-gəlinlə dolu idi. Həcər bulağın aynasına baxıb saçlarını
düzəldirdi. Oğlanlar yorğun atlarını balaca göllərdə çimizdirirdilər. Bir neçə
uşaq baldırğandan suatan düzəldib bir-birinin üzünə su çiləyirdi. Balaca qızlar
isə ağacların kölgəsində evcik-evcik oynayırdılar. Nadinc uşaqlar hərdən
sürülərə soxulub keçiləri tutur, heyvanların əmcəklərini sıxıb südü suatan kimi
qızların üzünə fışqırdırdılar.
Şeşəbuynuz keçilər, dəcəl çəpişlər xirik qurduna dönüb qayalara
darmaşmışdı. Çobanlar keçiləri, çəpişləri qovub pöhrəlikdən çıxarırdılar. Dinc
dayanmaqdan xoşlanmayan keçilər daşların üstündən tullanıb youln
kənarındakı bostana doluşurdu. Qırmızıyanaq, totuq erməni cavanlarının gər
səsi meşəni götürmüşdü.
-Ərə hey, ərə hey!..
Çobanlar keçilərə tolamaz da atırdılar.
-Ay damazlığı kəsilmiş, belə çıx!
Nəbi atını hörükləməyə aparırdı. Həcəri görüb atını düz ona tərəf sürdü. Qız
başını aşağı salıb turac kimi biçənəyin içi ilə səkdi. Nəbinin nəfəsini duymuşdu.
Aralanmağa çalışırdı: “Məndən əlcək istəyir. Eh, kimdir ona əlcək toxuyan, heç
barışacağam ki!..”
Həcər Nəbinin gözünə bugünkü qədər qəşəng görünməmişdi. Bir cüt qönçə
qanovuz koftanın altında uçunurdu. Saçından ayrılan bir salxım teli allanmış