47
başıma nə oyun açır?!” Qab-qacağı həyət-bacaya səpələmiş öküz böyürüb
qəzəbli baxışları ilə dirəyə söykənmiş Alonu daha da hövsələdən çıxartdı. Kişi
acı tüstünü acgözlüklə sinəsinə çəkirdi. Bu saat dünyada Alonun bu dağal
öküzdən qorxulu düşməni yox idi. Heyvan onun gözünə Kərbəlayı Cəfərdən
də bədheybət görünürdü.
Gözəl eyvanda oturub uzun qıyıqla cehiz xurcununu gözəyirdi; öküz neştər
buynuzu ilə onu bir neçə yerdən dağıtmışdı. Xurcun istər-istəməz
Gözəlin gəlin
gəldiyi illəri yadına salmışdı: “ Bəxtəvər günlərim vardı. Bu xurcunu elə
həvəslə toxuyardım ki...”
Mehdi öküzü qarağac kötüyünə bağlayıb, çomağına söykənmişdi. Xam öküz
böyürüb çatını qırdı. “Hara qaçırsan?!” –Mehdi çomağı ilə heyvanın qabağını
kəsdi.
Həyətlərdəki hacıleylək yuvasına bənzəyən çardaqlar bomboş idi. Kərbəlayı
Cəfərin talvarında gecələyən cuvarlar sübhdən oyanmışdılar. Kimsə Topalın
kölgəsini qılınclayırdı:
-Allah onu vurub! Onun bağına ay su verdim ha!...
Başqa bir cuvar da müsahibinin sözünə qüvvət verirdi.
-Əgər onun çəltiyi su görsə, atamın oğlu deyiləm!
Cuvarların dərdi açılmışdı.
-Zalım balasının var-dövləti düzü-dünyanı alıb ağzına. Amma
dağa köçəndə
Bizə bir girvənkə yağ da vermədi şiləyə tökək.
-Neynək, verməsin, örkən nə qədər uzun olsa, axırda gəlib doğanaqdan
keçir. Şahın qaraçıya işi düşən bir gün olacaq.
-Kərbəlayı Cəfərə Nəbi qənim olsun. Qışda otunu paylayır camaata, yayada
da qoyun-quzusunu.
Uzaqdan at kişnərtisi eşidildi. Cuvarlar susdular.
-Olmaya köpəkoğlu qayıdır?!
Gələn Kərbəlayı Cəfər yox Nəbi idi. O, Qəmər dayın cilovunu qoluna
keçirib anasının boyunu qucaqladı:
-Yəqin, məni çox gözləmisən, ana!
Gözəl yaşmağı ilə çənəsinin çapığını qapadı:
-Çox, oğul, çox!..
Nəbi çəyitkə gələn günün sabahısı qabaqbinə ilə Atirizi yaylağına getmişdi.
Gözəl neçə həftə idi ki, oğlunu görmürdü. Ana sevinclə oğlunun saçını
qarışdırdı: “Boyuna qurban olum, ay bala”. Gözəlin barmmaqları aynalının
lüləsinə toxundu, oğlunun gümüş qınlı xəncərində gəzdi.
-Oğul, harda qalmışdın?
-Can, ana ağam qoymurdu gələm. Deyirdi, gecə vaxtı yolda oğru, əyri çox
olur, mərcanlılar sürünü çəkib apararlar. Onu güclə razı salmışam. Sürünü
tapşırmışam Məhərrəmə, oğurlatmasa yaxşıdır.
-Oğurlatmaz, bala, nigaran qalma... Atan lap dəli olub, yaxşı oldu gəlib
çıxdın. Tez ol, kömək elə, heyvanları yüklə, kənddən çıxaq. Qurd-quş bizi
basıb yedi.
48
Nəbi hamı ilə görüşdü. Alabaş sahibinin əl-ayağına dolaşdı. Anası Nəbinin
qulağına dedi:
-Oğul, bu dağal öküzü Həcər göndərib. Yoxsa bu köçhaköçdə Xanalının
heç yadına da düşməzdik. Karapet Xanalını bazarda görüb, şana verib ki,
çatdır Nəbiyə, Xanalı Şananı hirslə həyətə elə atdı ki, az qaldı Şana sına.
Nəbi başını tərpətdi:
-Eh, ay ana, sən hələ heçnə bilmirsən. Qabaq da çox seylər olacaq...
Deyirsən, atam yaman darıxıb, eləmi?
-Darıxıb da sözdür?! Canın haqqı, bir az da gec gəlsəydin, kişi az qala
partlamışdı.
Nəbi ərklə qolunu atasının boynuna saldı.
-Üz-gözünə nə olub?
-Ağcaqanad yeyib, ay oğul.
-Üz-gözünü sil, ata. Vallah, bilsəydim belə darıxmısan, lap dünəndən
özümü yetirərdim.
Alo əli ilə sifətini ovxaladı. Bir damcı göz yaşı diyirlənib onun tüklü üzündə
yoxa çıxdı. Oğlu özünü görməməzliyə vurdu...
-Ay, allah mənim bu nər balamı hardan yetirdin?
-Ana, oğlun hələ ölməyib ki, səni aranda qoya. Səni bax bu Qəmər dayın
tərkinə alıb bir göz qırpımında Çəmənyurda apararam.
-Sənə də qurban olum, atına da!
Nəbi atının belinə yüngül bir döşəkçə atıb anasını mindirdi. Cehiz xurcunu
ev şeyləri ilə doldurub qızıl düyənin belinə aşırdı. Xam öküzə isə ağır bir yük
çatdı.
-Hə, indi sürün heyvanları!
-Köç həyətdən çıxdı. Xam öküz Nəbinin qorxusundanmı, yoxsa tayların
ağırlığındanmı, daha dəcəllik etmədi. Alonun gözləri gülürdü.
-Ay oğul, deyirlər dəli dəlini görəndə çomağını yanına qısar. Bayaqdan bu
dağal öküz Kərbəlayı təki bizim başımıza müsibət açıb. Səni görən kimi
fir
,
onluğunu qoydu yerə. Görürsən, necə muma dönüb?!.
Nəbi anasına təbəssümlə baxmaq istərkən əsnədi. Əlini ağzına aparıb
üzünü yana tutdu. “Bəlkə oğlum acdır?”. Ana dərhal balaca qırmızı heybədən
bir xəmrəli çıxarıb Nəbiyə uzatdı.
-Oğul, al...
-Ana, bu nə yumşaq xəmrəlidi! Hamısını yeyəcəyəm. Elə tələsdim, çörək
çantam qaldı dağda.
-Anan, ölsün ay bala, demək dünəndən dilinə bir şey dəyməyib? Ye, bala,
ye. Axşam südlü şilə bişirmişdim. Dedim ki, gələrsən. Payın soyudu, axırda
verdim uşaqlara.
Budur, Alogilin köçü Topdaş yoxuşu ilə qalxır. Səkinə anasının tərkindədir.
Nəbi atın başını çəkir. Qorxur ki, at havalanıb anasını yıxa. Mehdi heyvanları
qabağına qatıb tez-tez çubuğunu havada yelləyir. Alo çomağını belinə verib
ağır-ağır addımlayır. Arabir xam öküz yükü əyir. “Bu heyvandan gözüm su
içmir, keçidlərdə uçmasa yaxşıdır. Bircə salamat gedib yaylağa çıxa
bilsəydik...” Alo yoldan iri bir daş tapıb yüngül taya sancdı.