Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə25/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   21   22   23   24   25   26   27   28   ...   101

 
53 
canavar  tükü kimi çallaşmışdı. Danışanda dili ağzında qalmış uzun dişləri arasında 
dolaşırdı. Kipikləri tamam tökülmüşdü. 
Cavan  qonağın  kürən  sifətinə  hələ  ülgüc  dəyməmişdi.  Zorba  əlləri  ayaqları 
donqar kürəyi vardı. Danışanda pişik burnuna bənzər burnunu tez-tez çəkirdi. 
Hər  ikisi  tüfəngin,  patorndaşını,  xəncərin  açıb  yastıqların  böyrünə  tullamışdı. 
Şallaqaları  isə  çəkmələrinin  boğazında  idi.  Qoca  yasavul    Tuğayın  hövsələsi 
çatmırdı: 
-
 
Ə, İsmayıl, qonağı burda qoyub deyəsən indi də qəzyanlı çoban Ələkbərin 
arvadı Gilə kimi loğmanlıq eləyirsən?! 
Ə,  sən  avamın  birisən,  səndən  loğman  çıxmaz.  O  naxırçı  köpək  oğlunu  buraxın 
getsin xarabasına! Bilirəm o hansı törəmədəndir! Çırağı gətir, qalmışıq qaranlıqda, 
heç bilmirik çayı necə içirik. 
-
 
Bu  saat,  başınıza  dönüm.  Qoyun  yaranı  sarıyaq.  Quduz  dəymiş  uşağın 
qılçasını dağıdıb. 
Zəhra tələm-tələsik çırağı gətirib qonaqların böyründəki ağac çıraqdana qoydu. 
Pərvanələr işığa doldu. 
-
 
Başına dönüm, çay süzümm? 
-
 
Ay  qarı,  qarnımızda  paltar  yumuruq!  Get  o  plovu  gətir  görək!  Iyi  bizi 
öldürdü. 
-
 
Dəmə qoymuşam başınıza dönüm, bir az gözləyin.. 
Zəhra  tələsik  dama  keçdi.  “Bunlar  nə  üzlü  qonaqdır.  Balası  ölmüş  Kərbəlayı 
Cəfər gərək harda qarunqulu var, ötürə bizə!” 
-
 
Ay İsmayıl atlara arpa verməsin, ya yox?-deyə Tuğayı yenə amiranə tərzdə 
soruşdu.-Bizi ac qoydun qoymağına barı atlardan müğayat ol. 
-
 
Vermişəm başınıza dönüm... 
İsmayıl  kişi  ömründə  belə  abırsız  qonaqlara  rast  gəlməmişdi.  Kişi  xəcalətdən 
yerə  girirdi.  O,  tələsik  Məhərrəmin  qolundan  yapışdı  və  onu  yolağaya  qədər 
ötürdü: 
-
 
Di  get  evinizə  oğul  yaranı  sarıdıq,  daha  qorxusu  yoxdur.  Bir  azdan  ağrısı 
çəkilər.  Qonağımız  olmasaydı  səni  evinizəcən  aparardım.  Görürsən  də 
ağaların acığı tutub. 
-
 
İsmayıl  əmi  çox  sağ  ol.  Özüm  gedərəm.  Sən  zəhmət  çəkmə.-  Məhərrəm 
axsaya-axsaya evlərinə yollandı. 
Çağrılmamış qonaqların sir-sifəti plovun üstündəki çolpalar kimi qızarırdı. Kürən 
balaca burnunu bir neçə dəfə çəkdi. Tuğay kürənə yenə göz vurub donquldanmağa 
başladı: 
-
 
A  kişi,  səni  xəsis  bilirdik,  ta  bu  qədərdə  yox.  Iki  nəfərə  iki  çolpa?!    Pah 
atonnan,  lap  deyilmişkən  varmışsan.  Kərbəlayı  Cəfərə  nə  deyim,  bizi  atıb 
sənin  kimi  xəsisin  xarabasına  özü  də  gedib  Gorusa,  təzə  naçalnik  Səlim 
bəyin mübarəkbadlığına. 
İsmayıl  palazın  üstündə  bardaş  qurub  samovardan  çay  süzürdü.  Utandığından 
pörtmüşdü.  Süfrə  üstündə  qonağına  nə  deyə  bilərdi?  Hərdən  öfkəyə  dönmüş 
dodaqlarını dişləyib hirsini güclə çilovlayırdı. 
“Qonaqlar”  çolpanın  sür-sümüyünü  gəmirir,  Nəbi  isə  çəpərin  dibində  şir  kimi 
vurnuxurdu.  Yasavullar  onu  görmürdülər.  “Deməli,  məni  tutmağa  bunlar 


 
54 
gəliblər?!  Ölmüsən,  ay  Nəbi!...  Kərbəlayı  Cəfər  elə  bilir  ki,  mən  də  ona  çoban 
Kəriməm, başıma istədiyi oyunu aça bilər!” 
Nəbi bir göz qırpımında yasavulları yaxaladı... 
-
 
Azğınlar  kimi tutmağa gəlmisiniz? Məni? Al gəldi!.. 
  Elə bil yasavulların başına dolu yağırdı. Çomaq çomaq dalınca! 
Ara qarışdı.  Zəhra arvad haray-həşir qoparmışdı. Kənd tökülüb gəldi... Yasavullar 
quruya  atılmış  balıq  kimi  eyvanda  çapalayırdılar.  Kərim  də  qolunu  çirməyib 
meydana atılmışdı... 
-
 
Bax  belə  olarsınız,  ilan  ulduz  görməsə  ölməz!  Ismayılın  çörəyi  bu 
burnunuzun iki deşiyindən gəlsin! 
Məhərrəm yarasının ağrısını unutmuşdu. Çomaqla Tuğayı yun təki çırpırdı: 
-
 
Çörək  itirən  köpəkoğlu!  Adamın  atasını  belə  yandırarlar  ey.  Siz  qardaşımı 
tutmağa gəlmişdiniz?! 
Ismayılla  Alo  araya  girməsəydi,  Nəbi  yasavulları  çoxdan  cəhənnəmə 
göndərmişdi.. 
Gözəl oğlunu güclə saxlayırdı: 
-
 
Başına dönüm Nəbi, daha onlarla işin olmasın! Qoy rədd olsub gedsinlər! 
Nəbi  yasavulları  dirəyə  sarıyıb  silahlarını  adlı,  atlarını  isə  birini  qardaşı 
Məhərrəmə, o birini Mehdiyə verdi. 
Səhər  açılanda  Molu  kəndinə  pıçapıç  düçdü.  Hərənin  ağzından  bir  söz 
eşidilirdi: 
-
 
Yaxşısı  budur  ki,  Kərbəlayı  Cəfər  indidən  kəlməşəhadətini  Molla  Əhmədə 
oxutdursun. 
-
 
Əgər oxutdurmasa Nəbi onu gecənin birində murdar eləyəcək. 
 
SƏLĠM BƏYĠN HƏCƏRƏ VURLUMASI 
 
Xanalının  bağ-bağçalı  həyətinə  yəhərli-yüyənli  bir  neçə  silahlı  hökümət  atlısı 
düşdü. Ev sahibi dostu Kərbəlayı Cəfərlə bu qonaqların yolunu çoxdan gözləyirdi. 
-
 
Xoş gəlmisiniz ağalar, bu kasıb komamız sizə qurbandır. 
-
 
Çox sağ olun! 
-
 
Ala Mahmud bəy  sən də buradasan? əşi gəl bir görüm. 
Vallah sən olmasaydın Yazıda çəyirtkə bizi yemişdi. 
Kərbəlayı  Cəfər  mizrabı  sarı  simə  vura-vura  atdan  düşən  bəyləri  bir-bir 
qucaqlayırdı. 
-
 
O... Səlim  bəy... Səlim  bəy...    Mən  kimi  görürəm?!  Həmişə  siz  gələsinizi!- 
Elə bil o, otuz il itkin düşmüş doğma qardaşı ilə görüşürdü. – Görün bizim 
Molluya kimlər təşrif buyurub?! Biz çox şadıq! 
-
 
Məmməd bəy sizi də xoş gördük! 
Ayaqyalın, başıaçıq uşaqlar tərli atların quyruqlarını açıb həyətdə gəzdirirdilər. 
Atlar  arabir  əllərini  yerə  döyüb  fınxırır,  başlarını  silkələyib  cilovu  gəmirirdi. 
Qonaqlar isə  yolağanın ağzına yığışmışdılar. Isti onları karıxdırmışdı. 
Ala  Mahmud  bəy  əlini  alnına  tərəf  aparıb  gözünü  qıydı.    Günəş  kirpikləri 
tökülmüş iri domba gözünü qamaşdırdı. 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə