45
Əvəzində isə sənə yanı qulunlu bir madyan verirəm. – Xanalı diksinib əlini
çəkmək istədi. Tacir irişib buraxmadı. – Pis qiymətdi?
Tacir ağa, əlimi burax, mənim belə dolaşıq sövdadan başım çıxmaz. Sən
bazarda dedin ki, xalçanın çeşnisinə baxmaq istəyirsən. Mən də ona görə razı
oldum. Yoxsa
bilsəydim bu niyyətlə gəlmisən, heç sənə zəhmət verməzdim. Bu,
qızımın cehizidir. Bir yanı qulunlu madyan nədir, lap bütün mal-dövlətini
versən də sövdəmiz baş tutmaz.
Tacir kirpiklərini bir neçə dəfə çırpıb dişlərini ağartdı:
-Xanalı kişi, əməlli-başlı fikirləş! Sonra peşman olarsan ha!.. Bir illiyə
müftə yerdən yanı qulunlu bir madyan alacaqsan. Bu qiyməti sənə heç kəs
verməz!
-Tacir ağa, dedim ki, mənim belə sövdədən başım çıxmaz. Əlimi burax!
Tacirbaşı pərt halda həyətdə mıxa bağlanmış yorğa atını açıb əlini ingilis
yəhərinə atdı.
-Ya allah!
Xanalı tez atın cilovundan yapışdı.
-Yacir ağa, bir
tikə çörək yeyərdin, nə olub belə tələsirsən?
Tacir cavab verməyib üz-gözünü qırışdırdı. Qaş-gözlər sual-cavaba başladı:
“ – Sənin Çörəyin adamın boğazını deşər! Belə bilsəydim heç səndən düyü
almazdım”.
“ – Peşman olmusan? ”
“ – Heyif, dəvələr yola düşüb...”
...Kəndin qanıq itləri tacirin atını qovub obadan uzaqlaşdırdı. Xanalı tacirin
arxasınca nifrətlə baxdı: “ Get, quzğun köpəkoğlu! Ölmüş eşşək axtarır nalını
söksün. Allah səni də vurub, sənin madyanınıda da! ”.
CAMAAT DAĞA KÖÇÜR
Camaat dağa köçür:
-Dəh...dəh!..
-Toşa...toş!..
-Hoho...Ho!..
Həyət-bacalar, bağ-bağçalar, çəltik ləkləri cin-cin boşalır. Bir azdan günəş
doğacaq. Mığmığanın, ağcaqanadın əlindən tərpənmək olmur. Ağcaqanadlar
duman təki sıxlaşıb həyətlərə hopur. Cırcıramaların elə bil ətini kəsirlər.
Çəltik ləklərində gecələyən qurbağalar yenə ağız-ağıza verib, caqqallar
qamışlıda şahlıq edir. Arabir at kişnəyir. Uzaqdan it səsi eşidilir. Kimsə
axşamdan hinə saldığı touq-cücələri tutub çığırda-çığırtda qanad-quyruğunu
yolur...
Bu səs Xanalının həyətindən gəli:
-Ay qız, Həcər, tez ol atın başını çək! Heyvanı yük altında saxlamazlar.
-Ata, sən Lətifin canı, get, Alo dayıya kömək elə.
-Qız çox danışma. Dedim, atın başını çək! Aloya bir öküz vermişəm bəs
deyil, hələ gedib ona nökərçilikdə eləyəcəm?! “Kərbəlayı Cəfər bu qızın
üstündə mənə o qədər tə
,
nə vurub ki... haqqı da var. Bircə bünü ağıllı bir yerə