43
Xanalı da sübh tezdən bazarda idi. O Kərbəlayı Təhcədən aldığı cövhər
düyünçələrini arxalığının cibinə doldurub düyü taylarına söykənmişdi. “Kaş
allah mənə yağlı bir müştəri yetirərdi...”
Xanalının lap böyründə qollu-qanadlı, üzünə ülgüc vurdurmamış yekəburun
bir oğlan gəlib-gedən alıcıların ətəyindən yapışırdı:
-A müsəlman qardaş, massab haqqı, su eləmişəm. Asma bu xocahan
bazarında belə cüt tapmazsan ey... ağac deyil, dəmirdir. On boyun kəl qoş,
sınsa-gəl pulunu verim. Yaxşı şana apar...
Xanalı Karapete tərs-tərs baxıb əlini ona sarı yumruqladı:
-Ay dığa, boğazının yoğun yerinə salmısan, bəsdi də, başqulağımız getdi!
-Xanalı kibrə, ara bazardı da. Asma mənim səsimi Kabla Capar almayıb
ki?-Karapet yadına nə düşdüsə satdığı şanalardan birini seçib Xanalıya uzatdı:-
A kibrə, zəxmət olmasa bunu ver Nəbiyə. Keçən bazar özü istəyib. Asma
deyərsən gələ bilməycak. Malı getmir. Dağda görüşərik.
Xanalı hirsli-hirsli əlini yaxında bağladığı atına uzatdı:
-Apar şananı sanc atın alığına.
-Atan rəxmət...
“Bu ermənilərə üz verəndə astar da istəyirlər. Keçən bazar Qarababalı
hampa Sərkisin nökəri Arakel də sakkız təki yapışmışdı yaxamdan: “A kibrə,
sən məsəp, bu çömçəni çatdır keçəl Kərimə”. Vallah, Kərbəlayı Cəfər bilsə,
yenə məni xoruza yüklər... Nahaq bu dığanın yanına düşdüm. Gör matahını
necə tə
,
rifləyir ey! Mən burada ənbərbu düyüsünü sata bilmirəm, buna bax, elə
bil quş dimdiyində bir-bir gətirib, dərmana içində bir gimrik tapmazsan. Alo da
düyü torpağını yaxşı vurub. Elə bil düyü şüşədi, adamın üzünə gülür”. Xanalı əl
atıb çuvaldan bir ovuc düyü götürdü.
-Gəl ey müştəri, yoxdu qabaq dişləri. Ucuz verəcəyəm, gəl apar!...
“Deyəsən, o cavan tacir mənə sarı gəlir! Tez gəl görüm. Camaat süpürgənin
üstə necə dava salır ey... ” Xanalı düyünü çuvala atıb əlini çırpdı.
Dəmir arşınını qırmızı qurşağına keçirmiş qarasaqqal tacir qaz kimi yan
basa-basa Xanalıya yaxınlaşıb salamsız-kəlamsız soruşdu:
-Mollu Xanalı sənsən?
-Bəli.
-Əşi , mən səni çoxdan axtarırdım. Səni tapmaq olur ki!.. İndi eşitdim
bazardasan. Deyirlər, qızın qəşəng xalça toxuyub.
-Bəli, necə bəyəm?
-Elə-belə, Kərbəlayı Cəfər sənə bir söz deməyib ki?
-Xeyir.
Tacir arşının qurşağından çəkib havada oynada-oynada özünü nişan verdi:
-Mən ordubadlı tacirbaşı Hacı Fərəcoğluyam. Məni tanımırsan?
-İsmini eşitmişəm. Nə qulluq?
-İstəyirəm o xalçanı bir görüm, olarmı?
-Niyə olmur. Üç gəviz düyüm qalıb, dəyişim buğdaya, sonra gedib
baxarıq.
-Ay pir olmuş, ilin-günün bu vaxtı, bu köçhaköçdə kimdir düyüyə baxan?
Camaat çörək axtarır.
44
Xanalı yuxudan ayılan kimi oldu. “Bu yağdil taciri niyə evimə də
,
vət
etdim?”
-Tacir ağa, xeyir ola, neyniyirsən xalçaya baxıb?
Tacir arşının ətli peysərinə vura-vura irişdi:
-Lə
,
nət şərə, mən molla deyiləm, ölü üstünə gedəm. Mənimki alıb-
satmaqdır. Özüm də dünyanın bütün bazarlarında alış-veriş eləyirəm. Parisdən
tutumuş Londana kimi Avropanın bütün şəhərləri əlimdədir. O şəhərlərdən qız
gəlinlərə əntiqə daş-qaşlar tapıb gətirirəm. O şəhərlərə də Təbriz, Türkmən,
Xanlıq xalçaları alıb aparıram. Istəyirəm sizdəki xalçanın çeşnisinə baxam.
Deyirlər, əntiqə şeydir. Xoşuma gəlsə o çeşindən yüz dənə xalça
toxutduracağam. Avropada bizim xalçaların üstündə baş yarırlar.
Tacir qızıl toqqasından asdığı hörümçək toruna bənzər qara xrom kisəsinin
ağzını açdı. Ordan bir ovuc gümüş pul çıxarıb bir-bir Xanalının ovcuna saydı.
-Al, bu bir şahı, bu iki şahı, bu üç şahı... Say gör düzdü? Görürsən də,
Xocahan bazarında heç kəs düyüyə baxmır. Çəyirtkə bu il Araz qırağında zəmi
qoymayıb: Deyirlər, Qıraxtində diş qurtdamağa bircə çöp də yoxdur. Həkəri,
Bərgüşad camaatı bazara o qədər ənbərbu düyüsü töküb ki... Hamısı da taxıla
dəyişir. Məni sənə allah göydən yetirdi... Görürsən, odur ey bizim nökərlər
bazar başında dəvələrin yükünü tuturlar. Di yubanma, onlara de, gəlib düyünü
çəkib aparsınlar. Mən də bu günlərdə arvad-uşağı göndərəcəyəm. Çəmənyurd
yaylağına elə yaxşı oldu dost düyüsü aldım.
Xanalı tələm-tələsik pulları saydı. Düzdür, tacir bir yerdən düyünü bazar
qiymətindən çox ucuz götürmüşdü, lakin Xanalı narazı qalmamışdı. Kişinin
alverdə sərişdəsi yox idi. O, yer şumlamağa, taxıl becərməyə, çəltik əkməyə
adət etmişdi. “Gedək, salamat yaylağa çıxaq, orda pulla taxıl taparam, aranda
bu boyda yolu yük eləyib aparmağım da özümə qalar”.
Həcərin xalçası hələ hana da idi, bu günsabah kəsəcəkdi. Tacir xalçaya
baxanda sevincdən gözləri dörd oldu. Lakin özünü o yola qoymadı. Koramala
bənzər ətli barmağını naxışlara sürtə-sürtə sallaq dodaqlarını büzdü:
-Əşi, sizin o Kərbəlayı Cəfər nə küyçül adam imiş. O qədər tərif elədi ki,
mən də dedim bəs, görəsən, necə şeydir. Sizin bu qonşu xanlıqda mən bundan
da əntiqə xalça almışam.
Xanalı altdan-altdan tacirin hərəkətlərinə göz qoyurdu. Tacir isə aldadıcı
dilini işə salmışdı.
Həcər bu xalçanı bir ilə toxumuşdu. Düz bir il onun həvəsinin, kirkidinin
səsi evdəkiləri yuxusuz qoymuşdu. Kərbəlayı Təhcə bu xalçanın ipini xüsusi
həvəslə özü boyamışdı. Zümrüd, yaqut, bənövşə rəngləri hər çiçəyin bir ləçəyi
idi. Xalçadakı cürbəcür çeşnilər, təbiət təsvirləri taciri yaman tutmuşdu.
Çəmənyurd elə bil bu xalçaya köçmüşdü. Fatma xala hanasını sanki göydə yox,
bu xalçanını üstündə asmışdı.
Tacir sərraf gözlərini daha geniş bərəldirdi. “Bunu Xanalıdan qopara
bilsəydim... Parisdə beş qat bahasına satardım”.
Tacir laqeydliklə iri yumşaq əlini Xanalıya uzatdı:
-Kişi, əlini ver sövdələşək. – O, Xanalının əlini gücü çatdıqca silkələdi. –
Sənin bu xalçan bir il bizdə qalacaq, onun çeşnilərini götürtdürəcəyəm.