140
Arxın suyu ləpə-ləpə bağa tökülürdü. Çürümüş xəzəlin qoxusu havaya
yayılmışdı. Bu yerlər aranbasar olduğundan payızın gözəlliyi tez solmuşdu. Çılpaq
ağacların əlçatmaz haçalarında qara papağa bənzər qarğa, sağsağan yuvaları gözə
dəyirdi:
Qardaşların hamısı bağda idi. Əllərində bel, ağacların dibini təpirdilər. Dördü də
başına ağ dəsmal bağlamışdı. Əyinlərində isə ağ dizlik və yaxası açıq ağ köynək
vardı. Tüklü, yoğun qılçaları dizə qədər çırməkli idi. Üz-gözləri qolları, sinələri
tərdən işıldayırdı. Bu qardaşlar sanki bir alma imiş, kimsə onu dörd yerə bölmüşdü.
Sir-sifətdən, boy-buxundan bir-birinə elə oxşayırdılar ki, bəzən öz ailələrində də
belə onları ayırd etmək olmurdu.
Kərbəlayı Heydər bağa girdi əlində tüfəng Şahhüseynin üstünə yeridi. Nökərləri
onun arxasında idilər. Qardaşlar əllərində bel koxanın qabağına çıxdılar.
Kərbəlayı Heydərlə Şahhüseyn üz-üzə dayandılar:
-Bayquş göz köpəkuşağı, siz nə haqla mənim suyumu kəsmisiniz?! Mən
bu arxa bir ətək qızıl saymışam!
Dava-dalaş başlandı: söyüş, yumruq, sillə, dürtmə, təpik... kimin gücü nəyə
çatırdısa onu işlədirdi. Şahhüseyində, qardaşlarıda yaralanmışdı. Onların əl-
qolundan qan axırdı. Nökərlər suyu arxa döndərib, Şahhüseynlə qardaşları isə
bağa.
Təsadüfə bir bax! Həcər xanım beş atlı ilə böyürdən çıxdı. O gəlibmiş
Şahhüseyngilə eşidib ki, bağda dava var. Atı birbaşa sürüb bağa. Qardaşlar Həcər
xanımı görəndə daha da ürəkləndilər: - çıxın bağdan, yezidlər.
-Su bircə sizindir.
-Arx qazan bizim, su da bizik olmalıdır.
Həcər xanım atdan düşüb araya girdi və bir ağbirçək kimi davanı yatırtmaq
istədi: lakin koxa düşmənini görəndə dahada qızışdı. O yenə də qan-qan deyirdi: o
çuxasının altında gizlətdiyi xəncərini qınından çıxarıb Şahhüseynin üstünə cumdu.
Həcər xanım gördü ki, ağbirçəkliklə dava yatmayacaq, koxanın biləyindən
yapışıb acıqlandı: - Qoca, xəncəri at yerə! Yoxsa axırı yaxşı olmaz!
-Necə mən bağdan çıxım! Bilirəm anları yelləyən sənsən. Ölsəmdə suyu
aparacam!
Koxa biləyini Həcər xanımın əlindən güclə qoparıb, iti xəncərini Həcərə tuşladı:
-Rədd ol mənim kəndimdən! Mən sənə Cavad xan deyiləm! Əlimdən xəta
çıxmamış rədd ol get! O, Həcər xanımın üstünə cumdu. Həcər xanım xəncərini
çəkib qorunmağa başladı. O, koxanın xəncərini vurub yerə saldı. Sonra Həcər
xanım koxanın əlini biləkdən vurub arxa saldı. Koxa nökərlərinin qolları arasında
bağırırdı.
Şahhüseyn tez bərəni bağladı: - Bu itin qanı bağa axsa ağaclar quruyar. Qoy
öz qanı ilə öz bağını suvarsın.
Həcər xanımın dəstəsi neçə ay idi ki, at belindən düşmürdü. Onlar gah Bəzz
qalasında, gah Eynalı dağında, gah da Xurrəmyurd yaylağında gözə dəyirdi. Qışın
bu vaxtında dağlarda gecələmək Təbriz qazamatından da dəhşətli idi. Həcər xanım
Əhməd xandan uzaq olan bu sırsıra dağlarda puskuda dayanıb Araza gələn yolları
kəsmişdi. Qaçaqlar bir axşam Təbriz qazamatını dağıtmaq istəmişlər. Səhərə qədər