134
Arvad-uşaq bir-birini basa-basa evə doluşdu.
Əhməd xan atdan enib Şeyxlə düşmən kimi göz-gözə dayanmışdı. Adama
elə gəlirdi ki, xan bu saat oğlunun qanına Şeyxdən alacaq.
-Xan sağ olsun, üstümüzdə allah var! Günahım nədir? Həcər hara, mən
hara!
Bu mənim ev-eşiyim, bu da siz. Axtaran, əgər tapsanız-boynumu vurun.
Şeyx elə toxtaq, elə səbirlə danışırdı ki, guya onu heç bir hadisə gözləmirdi. Xan
atının cilovunu Şeyxin boğazına dolayıb əlində tapanca evə soxuldu. Sərbazlar
onun arxasınca cumdular.
-O, çəltik səbətində olacaq!
Sərbazlar cəld səbətə düşdülər.
-Yoxdur, xan.
-Xaralın ağzını açın!
-Açdıq xan özünüz baxın...
-Girin un anbarına!
-Burda da yoxdur, xan!
-Buxarıya da baş soxun!
Buxarıdan çıxan boynu fır bağlamış qırmızıburun, qurdgöz sərbaz çox
gülməli görünürdü. Onun bircə gözləri ağarırdı, sir-sifəti his içində idi. Sərbazlar
bic-bic gülümsəyirdilər. Çırağın işığı zəif olduğundan Əhməd xan onların
təbəssümünü görə bilmirdi.
Bir o qalmışdı ki, sərbazlar gəlinlərin yorğanını qaldırsınlar. Araz istədi
ağlasın, gəlin çox fərasətli tərpəndi; huş aparan dərmanla körpəni yuxuya verdi.
Uşaq uyudu.
Əhməd xan həyətdəki hinə özü baş soxdu. Qazlar elə çığırışdılar ki, elə bil
kimsə onların ətini diri-diri şişə çəkirdi. Xan hirslənib hinə iki güllə boşaltdı. Lakin
qazların səsi kəsilmədi.
Şeyx yenə ürəkli-ürəkli danışırdı:
-Tapsanız – boynumu vurun! Mən Həcərgili görməmişəm!
Sərbazlar atları çardağın dirəklərinə bağlamışdılar. Yorğun tərli atlar fınxırıb
dəhnələri gəmirir, ayaqlarını yerə döyüb boyunlarını çardağın dirəklərinə sürtürdü.
Çardaq yüyrək təki yırğalanırdı. Gözəl özü də bilmədən gələninə sığınırdı.
-Aman allah!..
-Sss!.. eşidərlər...
Əhməd xan əmr etdi ki, qonşuların həyət-bacalarıda axtarılsın. Böyründə
dayanmış öz-gözü hisli sərbaza əmr etdi:
-Çıx çardağa!
-Bəçeşm, ağa!
Sərbaz iri çəkmələrini şappıldada-şappıldada çürük nərdivanla ağır bədənini
güclə qaldırırdı. Birinci gözdə ayaq saxladı. Şehli ot tayasına əl atarkən sərçələr
pırıldadı... sərbaz devikdi. Sonra özünü yığışdırıb söyə-söyə tayanı eşələməyə
başladı: “Babam, iynə deyil ki, otun arasına düşə. Yoxdur də! Nə qədər axtarmaq
olar?!”
Əhməd xan sərbazın deyindiyini eşitdi:
135
-Ey, pədər soxtə, orda az gumbuldan! Qalx ikinci gözə! Ikinci gözdə də
almayoncadan taya vurulmuşdu. Sərbaz ağasının gözünə girmək üçün yonca
bağlarını bir-bir götürüb həyətə tullayırdı. Atlar ota tərəf dartınırdı.
Sərbaz xanın bir də əmr verməsini gözləmədi; çardağın üçüncü gözünə
qalxmaq istədi. Çürümüş artırma sındı, sərbaz ikinci gözə diyirləndi:
-Vay, belim!...
Əhməd xanın hökümlü səsi onun qulağını batırdı:
-Ey, gudul qurd, bəsdir orda eşələndin! Tez ol tayay od vur, biz gedirik,
sən də bir
azdan gələrsən, eşidirsənmi?
Sərbaz dizlərini qucaqlayıb ufuldayırdı. O, qorxusundan ağrısını unudub
cibindən çaxmaq-qov çıxartdı.
-Bəçeşm, ağa!
Sərbazlar Şeyxin qollarını köpəyin zənciri ilə çardağın dirəyinə sarıyıb
ağzına da odlu bir qəlyan verdilər: “Şək, ürəyin soyusun!”
Xanın atlıları həyətdən çıxdılar.
Şeyx qəlyanı ağzından yerə salıb tayaya od vuran sərbazı hədələdi:
-Ey, məlun, allahın qəzəbindən qorxmursan?! Söndür o tayanı!
-Şeyx, mən əmr quluyam.
Əvvəlcə tayadan qatı tüstü qalxdı, sonra alov gözünü işıldatdı. Sərbaz
əlindən axan qanı görüb hirsləndi:
Bu paslı mıx hardan əlimə pərçim oldu?!
Həcər xanım çardağın üçüncü gözündən aşağı boylandı. Onun Aynalısı
sərbazın iri kəlləsinə tuşlanmışdı. Atmaq istəyirdi ki, alov sərbazın üzünü yaladı.
Sərbaz qəzəblənib təzəcə alovlanan yonca bağını təpiklə vurdu; ot göydə alışıb
yerə səpələndi.
-A gəlin, deyəsən..
-Yaxşı qurtardıq, xala!
-Allah, sən bizi bu bəladan xilas elə!
Şeyx paslı zənciri hirslə dartıb qırdı. Arvad-uşaq haraya gəldi. Hərə bil çalğı
götürdü Yanğın söndürüldü.
Əhməd xanın atlıları qəbiristanlığın içi ilə Qaradağa qalxırdı. Elə bil
qaranlıq xanın qəzəbindən qorxub dağın boğazına sığınmışdı. Araza tərəf gedən
yol isə get-gedə ağarırdı. Gözləri orda-burda olan xan özünü danlayırdı: “Eh,
mənim kəlləm, mənim kəlləm!.. o vaxt Kərbəlayı Cəfərin sözünə qulaq assaydım,
başıma heç belə müsibət gəlməzdi”.
Başdaşları xanın gözünə sataşanda vahimələnirdi. Sanki hər başdaşı bir
adama
çevrilir, Həcər xanımın atlılarının yanına, xanın üstünə hücum çəkirdi.
Qəbiristanlığın qurtaracağına üstü cır-cındırla dolu alçaq bir nar kolu vardı.
Kolun dibinə çoxlu daş qalaqlanmışdı. Xanın atı qulaqlarını qoşaladı:
-Vurun o cadukunu!
Sərbazlar çaşıb qalmışdılar heç kəs atəş açmadı.
Xan batıq ovurdunu gəmirdi: “demək, məni də qara basırmış! Mən – Əhməd
xan... sayıqlayıram! Pirə cadukun deyirəm. O qatilin ərinin burun-qulağını kəsib
ovcuna qoymasam, ürəyim soyumaz, dünyadan nakam gedərəm!..”.