Eşqİn doğuşu Həzrət Ayətullah Seyid Əli Xameneinin gənc cütlüklərə tövsiyələrindən seçmələr


"Məhəbbət əmr və sifarişlə olmur!"



Yüklə 0,63 Mb.
səhifə5/8
tarix02.10.2017
ölçüsü0,63 Mb.
#2942
1   2   3   4   5   6   7   8

"Məhəbbət əmr və sifarişlə olmur!"

Məhəbbət əmrlə, buyruqla və sifarişlə olmur, sizin özünüzün əlindədir. Siz həyat yoldaşınızın qəlbində öz məhəbbətinizi günbəgün artıra bilərsiniz. Necə? Yaxşı əxlaqla, münasib rəftarla, ona məhəbbət göstərməklə və vəfadarlıqla.3

Əgər qadın ərinin ona məhəbbət göstərməsini istəyirsə, gərək hərəkət edib çalışsın. Əgər kişi həyat yoldaşını onu sevməsini istəyirsə, gərək buna səy göstərsin. Məhəbbət çalışmağa və təşəbbüsçülüyə ehtiyaclıdır.4

Məhəbbət o zaman qalacaq ki, iki tərəf bir-birinin hüququna riayət etsin, ondan yayınmasın və hədləri keçməsin. Yəni əslində iki şərik olan və bir yerdə həyata başlayan bu iki tərəfin hər biri qarşı tərəfin qəlbində, zehnində və düşüncəsində öz yerini möhkəm və təsirli etməyə çalışmalıdır. Bu da mənəvi nüfuz, ər-arvad arasında mənəvi əlaqə deməkdir. İslam hüququ bunun üçündür.5

Əgər bu məhəbbətin qalmasını istəyirsinizsə, qarşı tərəfdən daim sizə məhəbbət göstərməsini ummaq yerinə öz qəlbinizdən istəyin ki, onun məhəbbət damlasını günbəgün artırsın. Məhəbbət təbii olaraq məhəbbət yaradır.1
"Eşq bir şeydir, nəfspərəstlik başqa bir şey!"

Bu gün dünyada məhəbbəti pis mənada işlədirlər. Dedikləri bu eşq həqiqi məhəbbət deyil. Bu, cinsi həyəcan halətidir. Onu xüsusi formada aşkar edirlər. Bunun çox yerlərdə qarşıya çıxması mümkündür, lakin dəyəri yoxdur. Dəyəri olan qız və oğlan arasında dərin, səmimi, ilahi və qarşılıqlı məsuliyyət hissi ilə yanaşı olan məhəbbətdir; onlar bilsinlər ki, bundan sonra bir bütövdürlər və bir məqsədi izləyirlər. Bu, əsasında ailənin formalaşdığı məhəbbətdir.2

İnsani təməllər əsasında olmayan zahiri məsələlər və ötəri ehtiraslar üzündən yaranan eşq və məhəbbətlərin çox da kökü və bünövrəsi yoxdur. Lakin Allah-Taalanın yaratdığı insani prinsipə əsaslanan, xüsusən də İslam nikahında deyilən və tövsiyə olunan şərtlərlə yanaşı olan məhəbbət günbəgün çoxalır.3
Birinci addım: Qarşılıqlı hörmət

Ər və arvad bir-birinin hörmətini saxlamalıdırlar; özü də zahiri və formal hörmət yox, həqiqi hörmət.4

Hörmətin mənası bu deyil ki, misal üçün, bir-birini ləqəblərlə və xüsusi formada çağırsınlar. Əslində kişi öz qadınına və qadın öz kişisinə qarşı ürəkdən hörmət bəsləməlidir.

Hörməti öz qəlbinizdə qoruyun. Bir-birinizə hörmət tanıyın. Həyatın idarəsində bu mühüm məsələdir. Ər və arvad arasında hörmətsizlik, təhqir və aşağılama olmamalıdır.5


İkinci addım: Etimad

Məhəbbəti qorumaq budur ki, ər və arvad bir-birinin etimadını cəlb etsinlər. Arxayınlıq yarandıqda məhəbbət möhkəmlənir və ünsiyyət əmələ gəlir.1

Məhəbbətin əsası etimaddır. Əgər ər və arvad arasında etimad ortadan götürülsə, məhəbbət yavaş-yavaş ortadan götürüləcək. Bir-birinizə etimadınız olmalıdır!2

Əgər tərəf-müqabilinizin sizə qarşı məhəbbətinin çox olmasını istəyirsinizsə, vəfalı olun, onun etimad hissini cəlb edin. Ailədə məhəbbəti bütünlüklə sıradan çıxaran amillərdən biri ər və arvadın bir-birinə qarşı etimadsızlığıdır.3

Məhəbbət elə bir şeydir ki, onun üçün şərait yaratmaq lazımdır. Şəraiti də budur ki, qız çalışıb ərinin etimadını cəlb etsin, oğlan da çalışıb yoldaşının etimadını cəlb etsin. Hər iki tərəfin etimadı yarandıqda hər ikisi bir-birinin vəfadarlığına arxayın olacaq, məhəbbət də çoxalacaq.4

Vəfadarlıq çox mühümdür. Əgər qadın ərinin ona vəfalı olduğunu və ər yoldaşının ona vəfalı olduğunu hiss etsə, bunun özü məhəbbət yaradan amildir. Məhəbbət yarandıqda ailə möhkəm olacaq, uzun illər davam edən möhkəm və güclü bir bina qurulacaq.5

Əgər qadın, yaxud ər yoldaşının qəlbinin ayrı yerdə olduğunu hiss etsə, əgər ona doğru demədiyini hiss etsə, əgər ikiüzlü rəftar etdiyini hiss etsə, əgər ortada səmimiyyətin olmadığını duysa, nə qədər məhəbbəti olsa da, məhəbbət zəifləyəcək.6
"Vəfadarlıq et ki, etimad qazanasan!"

Məhəbbət göstərmək elə bir işdir ki, əvvəldə Allah-Taala bunu sizə verir. Bu, nikahın əvvəlində Allahın qız və oğlana hədiyyət etdiyi bir sərvətdir. Onlar bir-birinə məhəbbət əldə edirlər. Bunu qorumaq lazımdır. Yoldaşınızın sizə məhəbbəti sizin əməlinizdən asılıdır. Əgər yoldaşınızın sizə qarşı məhəbbətinin qorunmasını istəyirsinizsə, öz rəftarınızı məhəbbətli etməlisiniz. İndi insanın məhəbbətinin məlum olması üçün nə iş görməli olduğu bəllidir; gərək vəfadarlıq edəsiniz, əmanətdarlıq göstərəsiniz, paklıq göstərəsiniz, öz gözləntilərinizi çox yüksəksəltməyəsiniz, həmkarlıq edəsiniz, sevgi bildirəsiniz. Bunlar məhəbbət yaradır. Hər ikisinin bir-birinə qarşı bu vəzifəsi var. Həyatda məhəbbət olmalıdır, həmkarlıq olmalıdır, eyib tutmaq və artıq istəmək olmamalıdır.1


"Etimad müqavilə ilə olmur!"

Etimad müqavilə işi deyil ki, gəl mən sənə etimad edim, sən də mənə. Belə deyil. Etimadı yaxşı əməllə, əxlaqla, ədəb-ərkanla, bəzi hədlərə və şəriət meyarlarına riayət etməklə qazanmaq lazımdır.2

Etimadsızlıq məhəbbətin təməlini sarsıdır. Bu etimadsızlığın yaranmasına qoymayın. Vəfasızlıq hissi məhəbbəti xora kimi yeyir və məhv edir.3

Əgər qadın ərinin, yaxud kişi yoldaşının onu aldatdığını hiss etsə, hər hansı biri digərinin məhəbbət bildirməkdə doğruçu olmadığını duysa, bu, məhəbbətin sütunlarını zəiflədəcək. Əgər məhəbbətin qalmasını istəyirsinizsə, etimadı qoruyun. Əgər həyatın möhkəm qalmasını istəyirsinizsə, məhəbbəti qoruyun.4


Kin-küdurətin məhəbbət içində əriməsi

Ər və arvad bir-birinə məhəbbət göstərməlidirlər. Bu qədər! Məhəbbəti azaldan işləri görməyin. Ehtiyatlı olun ki, sizdən sizi bir-birinizdən gileyli və uzaq edən işlər baş verməsin. Yaxşı baxın və görün sizin həyat yoldaşınız hansı məsələlər üzərində çox həssasdırsa, onlardan çəkinin. Bəzi adamlar diqqət yetirmirlər. Misal üçün, qadının kişinin bir adətindən acığı gəlir. Bu kişi də diqqət yetirmir və o adəti təkrarlayır. Bu pisdir. Eləcə də qadınlar; fərz edin özünün şəxsi istəklərini - filan şeyi alaq, filan yerə gedək və sair - ərinin rahatlığına və asayişinə tərcih edən qadınlar var. Buna nə lüzum var?! Əsas məsələ siz iki nəfərsiniz, bütün dünya ikinci dərəcəlidir. Bir-birinizə yaxşı baxın, bir-birinizlə mehriban davranın.5

Əgər nə zamansa, Allah eləməmiş, bir küdurət yaransa, məhəbbətin arasında əridin və məhv edin. Kiçik bir sözü böyütməməli və daim dartıb uzatmamalıdırlar. Bunlar olmamalıdır.1

Əgər ər-arvadlar bir-birinin hisslərinə qarşı etinasız və diqqətsiz olsalar və tədricən bir tərəfdə sevgisizlik halı yaransa, bu, yoluxucu xəstəlik olduğundan mütləq digər tərəfə də keçəcək. Belədir; buna imkan verməməlisiniz. Hər ikiniz çalışmalısınız. Bu əsas məsələdir.2


"Böyüklər də kömək etsinlər!"

Gənclərə yol göstərmək lazımdır, lakin həyatın onlara çətinləşməməsi üçün işlərinin xırdalığına çox qarışmaq lazım deyil.3

Olmasın ki, bəzi adamlar öz müdaxilələri ilə, bəziləri özlərinin anlaqsızlığı və uşaq xisləti ilə bu möhkəm binanı kiçik bir şeylə tərpətsinlər. Əgər öz dəxalətlərinin bu ər-arvadı bir-birinə qarşı soyutduğunu görsələr, daha qarışmağa haqları yoxdur.4

Böyüklər bu gənclərin rahat yaşamalarını istəyirlərsə, onlara nəsihət etməli və yol göstərməlidirlər, lakin dəxalət etməməlidirlər. Qoyun həyatlarını yaşasınlar.5

Olmasın ki, Allah eləməmiş, böyüklər gəlib cütlüyün birinin yanında o birisini pisləsinlər, bir söz deyib inciklik yaratsınlar. Əslində böyüklər bunları bir-birinə daha da yaxınlaşdırmağa, ürəklərini bir-birinə daha möhkəm birləşdirməyə çalışmalıdırlar.6

Məhəbbət yaratmaqda valideynin böyük rolu var. Qız və oğlanın valideynləri daim bunları bir-birinə qarşı məhəbbətli etməyə çalışmalıdırlar. Əgər tərəf-müqabildən xoşlarına gəlməyən bir şey görsələr, onu öz övladlarına deməsinlər. Bunların bir-birinə günbəgün daha yaxın və daha sevgili olmalarına imkan versinlər.7

Ata və analar çalışıb ər-arvadların - bu uşaqlarının, izdivac edən gənclərin məhəbbətini təmin etməlidirlər. Bəzən bir incikliyin yaranması mümkündür. Təcrübəli, böyük və ağıllı ata-analar bu incikliklərin gənc ər-arvadın bir-birindən soyumasına səbəb olmasına qoymasınlar.1

Üçüncü tövsiyə: İş bölgüsü məharəti
Giriş

Bizim iki əziz gəncimiz maddi və mənəvi təkamüldən ibarət olan müştərək məqsədlə və Allahın verdiyi eşq sərvəti ilə özlərinin yeni həyatlarına hazırlaşırlar. Hikmətli Allah ər və arvadı bir-birini tamamlayan etmiş və həyatın müxtəlf ehtiyaclarına uyğun olaraq fərqli yaratmışdır. Uğurlu və müvəffəqiyyətli bir ailənin və şirin bir həyatın formalaşmasında iş bölgüsü məharətinin böyük əhəmiyyəti var. Yəni hər biri öz bacarığına uyğun yükü götürsün, öz roluna əhəmiyyət verməklə yanaşı tərəf-müqabilinin rolunun əhəmiyyətinə və həssaslığına da inansın, öhdəsinə götürdüyü işi bütün bacarığı və yaxşı zövqü ilə yerinə yetirsin və öz yoldaşı ilə eyni vaxtda onun xüsusi rolunun həyata keçməsinə həmkarlıq və həmrəylik etsin.

İş bölgüsünün keyfiyyəti, daxil işlərin idarəsində evin xanımının xüsusi rolu, onun əhəmiyyət dərəcəsi, eləcə də evdən bayırdakı iş və fəaliyyət barədə fərqli fikirlər, müxtəlif və çoxlu suallar mövcuddur. Bizim hikmətli mürşidimizin bu barədə də gözəl və yolgöstərən məqamları var:

İşlərin bölgüsü

İki nəfər bir-birinin yanında və yoldaş olduqda bunların arasında müştərək olan bəzi vəzifələr yaranır; misal üçün, ailənin yükünü çəkmək və ailənin idarəsində təsirli olan müxtəlif həmkarlıqlar. Bunlar bir-biri ilə həmkarlıq etməlidirlər. Bu işlər qadın və kişi arasında müştərəkdir. Maksimum budur ki, iş bölünməlidir. Bəzən işləri bölmürlər də, amma yaxşısı budur ki, bölsünlər. İşlərin bir hissəsini qadın görsün, bir hissəsini də kişi; bütün həmkarlıqlar və bütün həmsəngərliklər kimi.1

Ailədə ər və arvad bir-biri ilə həmkarlıq etsinlər. Əgər ərin bir problemi, yaxud çətinliyi varsa, qadın onunla keçinsin. Əgər qadının evdə, işdə, yaxud hər hansı bir formada çətinliyi varsa, əri ona kömək etsin. Özlərini yoldaşlarının taleyinə şərik bilsinlər. Onların hər ikisi bunu Allah üçün yerinə yetirsinlər.2
"Bir-birinizdə xoş əhval-ruhiyyə yaradın!"

Həmkarlıq və kömək bəzən elə deyil ki, bir-birinin iş zonasına daxil olsunlar. Xeyr, bir-birinə mənəvi cəhətdən kömək etsinlər. Kişilər adətən cəmiyyətdə daha çətin məsələlərlə qarşılaşırlar. Qadınlar onlarda xoş əhval-ruhiyyə yarada, onların yorğunluğunu çıxara, gülərüzlülüklə onları ürəkləndirə bilərlər. Əgər qadınların da evdən bayırda işləri olsa, kişi də ona kömək etsin və onu gücləndirsin.3

Həmkarlıqda məqsəd psixoloji həmkarlıqdır. Yəni qadın kişinin zəruri ehtiyaclarını dərk etsin, ona əxlaqi təzyiq göstərməsin

Qadın kişinin zəruri ehtiyaclarını dərk etməli, ona psixoloji və əxlaqi təzyiq göstərməməlidir. Elə bir iş görməsin ki, məişət sahəsində aciz qalsın və Allah eləməmiş, düzgün olmayan yollardan istifadə etsin. Qadın onu həyat sahələrində möhkəm və müqavimətli olmağa həvəsləndirməlidir. Əgər onun işi misal üçün, məişət vəziyyətini bir qədər düzəldə bilməyəcək səviyyədə olsa, bunu daim onun üzünə vurmamalıdır. Bunlar mühümdür. Qadının zəruri ehtiyaclarını dərk etmək də kişinin vəzifəsidir; onun hisslərini anlamalı, onun halından xəbərsiz olmamalıdır.4


Uğur üçün şərait yaratmaq

Əgər oğlan qızın özünün İslam vəzifələrini yerinə yetirməkdə bir xeyirxah addım atmaq istədiyini görürsə, onun üçün imkan yaratsın və maneçilik törətməsin. Bəzi qızlar məsələn, təhsillərini davam etdirmək, din dərsi oxumaq, Quranla tanış olmaq, xeyir işlər görmək və bəzi xeyriyyə fəaliyyətlərində iştirak etmək istəyirlər. Ərləri bəzən bunlara qarşı pis rəftar edirlər, deyirlər ki, bizim belə işlərə hövsələmiz yoxdur, biz evlənmişik ki, yaşayaq. Bu qızı xeyir işlərlə məşğul olmağa qoymurlar. Əksinə, bəzi kişilər davamlı sədəqələr vermək, müxtəlif məsələlərdə iştirak etmək istəyirlər, amma qız mane olur.1


Qadınların ictimai fəaliyyətinin mühüm şərti

Bəzən bizdən soruşurlar ki, siz qadınların işləməsi ilə razısınızmı. Biz deyirik ki, əlbəttə, biz qadınların işsizliyinə qarşıyıq. Qadın ümumiyyətlə, işləməlidir. İş isə iki cürdür: biri evin daxilində, biri isə evdən bayırda; hər ikisi işdir. Əgər kiminsə evdən bayıra aid olan işlərə istedadı olsa, o işləri görməlidir və bu çox yaxşıdır. Lakin bir şərti var: bu iş - hətta evin daxilində olsa belə - ər-arvad münasibətlərinə zərbə vurmamalıdır. Bəzi qadınlar səhərdən axşama qədər özlərini öldürürlər. Kişi evə gələndə ona bir təbəssüm göstərməyə də hövsələləri olmur. Bu da pisdir. Evin işini görmək lazımdır, amma bu işin ailənin məhvi ilə nəticələnəcəyi həddə yox.2

Əgər qadın işləmək istəsə, bunun eybi yoxdur, İslam da mane olmur. Amma bu onun vəzifəsi, ona vacib və zəruri deyil. Ona vacib olan bütün ailəsi üçün gözəl mühit yaratmaqdan ibarətdir.3
Bir-birini xeyir işlərə həvəsləndirmək

Həmişə və bütün vəziyyətlərdə bir-birinizlə keçinin, bir-birinizə kömək edin, bir-birinizin yardımçısı olun; xüsusən də Allah yolunda və vəzifəni yerinə yetirmək yolunda. Əgər oğlan Allah yolundadırsa, qız ona kömək etsin. Əgər qız vəzifəsini yerinə yetirmək və Allah yolundadırsa, oğlan ona kömək etsin. Hansı çalışırsa, digəri ona kömək etsin.4

Əgər oğlan elm işindədirsə, İslam Respublikası orqanlarında çalışırsa, xanım onunla həmkarlıq etsin ki, işini asanlıqla görə bilsin. Kişi və oğlanlar həyat yoldaşlarına imkan versinlər ki, qadınlar da mənəviyyat yarışının bu sahələrinə daxil ola bilsinlər; əgər elm öyrənmək istəyirlərsə, bunu etsinlər; əgər ictimai işlərə qoşulmaq istəyirlərsə, bunu etsinlər.1

Ər və arvad çalışıb bir-birini Allah yoluna hidayət etsinlər, bir-birini doğru yolda saxlasınlar və qorusunlar. Müsəlmanlığın xüsusiyyəti və imanın ən önəmli səciyyəsi olan haqqa və dözümlülüyə tövsiyəni2 nəzərə alsınlar.3

Hər ikisi bir-birinin dindar olmasına və təqvaya riayət etməsinə kömək etsinlər. Yəni kişi həyat yoldaşının dindar olub təqvaya riayət edə bilməsinə yardım etsin, qadın da kişinin dindar olub, iffətli qalmasına və təqva ilə hərəkət edə bilməsinə yardım etsin.4

Kömək dedikdə məqsəd təkcə qab yumaq və digər bu kimi işlər deyil. Sözsüz ki, bunlar da köməkdir, lakin məqsəd daha çox psixoloji köməkdir, mənəvi və əqli köməkdir. İslam yolunda bir-birlərini möhkəm saxlasınlar, təqvaya, dözümlülüyə, dindarlığa, iffətə, qənaətcilliyə və sadə yaşayış tərzinə çağırsınlar. Ən yaxşı şəkildə yaşaya bilmələri üçün bir-birləri ilə həmkarlıq etsinlər.5


Qəmi bölüşmək - həqiqi yardım

Digərinə həqiqi yardım budur ki, iki nəfər bir-birinin qəm-qüssələrini aradan qaldırsınlar. Hər bir insan həyatında çətinlik görür, qəmlənir, problem yaranır, qaranlıq yaranır, tərəddüd yaranır. İki nəfərin hər biri belə bir zamanda həyat yoldaşının köməyinə tələsməli, ona yardım etməli, qəmini dağıtmalı, ona yol göstərməli, səhvini aradan qaldırmalıdır; əgər ondan bir xətanın baş verdiyini görürsə, qarşısını almalıdır.6


Evdar qadının idarəçiliyinin böyük əhəmiyyəti

Qadınların ev daxilindəki vəzifələrinin nə əhəmiyyəti bayırdakı vəzifələrdən azdır, nə də əziyyəti. Bəlkə əziyyəti daha çoxdur. Ailəni idarə etmək üçün onun da işləməyə və çalışmağa ehtiyacı var. Çünki evin daxili idarəçisi qadındır, ailə onun tabeliyində, nəzarəti, təşkilatçılığı və idarəsi altındadır. Bu çox əziyyətli işdir, çox zərif işdir. Təkcə qadın zərifliyi bu işin öhdəsindən gələr. Heç bir kişinin bu incəliklərə riayət etməsi mümkün deyil.1

Qadın evin işində bikar deyil ki. Bəzi adamlar güman edirlər ki, qadın evdə bikardır. Xeyr, qadın evin içində ən çox, ən çətin və zərif işləri görür.2

Bəzi adamlar elə bilirlər ki, qadının işi ev işindən ibarətdirsə, bu, qadına hörmətsizlikdir. Xeyr, heç bir hörmətsizlik yoxdur. Əksinə, qadın üçün ən əhəmiyyətli iş həyatı ayaqda saxlamaqdır.3


Övlad sahibi olmaq - böyük məharət

Evin bəzi işləri çox çətindir. Uşaq saxlamaq həmin çətin işlərdəndir. Siz çox çətin olan hansı işi təsəvvür etsəniz, uçaq saxlamağın qarşısında doğrudan da asandır. Uşaq saxlamaq çox böyük məharətdir. Kişilər bir gün də bu işi görə bilməzlər. Qadınlar diqqətlə, hövsələ ilə və incəliklə bu böyük işi görürlər. Allah-Taala onların instinktində bu bacarığı yaratmışdır. Amma bu uşaq saxlamaq işi insanı yoran və həqiqətən taqətini alan çətin işdir.4


İş və ailəni birləşdirmək

Allah yolunda çalışan gənclər evlənməklə, izdivac etməklə işlərini saxlamamalıdırlar.5

Biz həmişə kişilərə tövsiyə edirik ki, işləri və məşğuliyyətləri olanda evdən və həyatdan küsməsinlər. Bəzi adamlar səhər tezdən gedib gecə saat 10-a qədər bayırda qalırlar.

Xeyr! Biz adətən imkanı olan şəxslərə tövsiyə edirik ki, hətta günortalar gedib arvad-uşaqları ilə olsunlar, nahar yeməklərini ailə mühitində yesinlər, bir saat bir yerdə olsunlar, sonra işlərini ardınca getsinlər. Bununla yanaşı, mütləq münasib zamanda və gecənin əvvəlində gedib uşaqlarını görsünlər, həqiqi ailə görüşləri olsun.1


"Qadın kişidən daha güclüdür!"

Siz görürsünüz ki, bu kişilərin maşallah yalları-toppuzları var. Bunların hamısı zahirdə görünəndir. Cisim güclüdür, lakin zehni mürəkkəblik baxımından, eləcə də emosional və duyğusal sahələrdə qadın kişidən daha güclüdür, dözüm qüvvəsi çoxdur, yolları tanıyır. Qadının xisləti belədir. Qadınların əksəriyyətini deyirəm, sözsüz ki, bəzi qadınların belə olmaması mümkündür. Qərəz budur ki, xanımlar bu yoldaşlıq görüşündə soyuqluq amillərinə daha yaxşı zəfər çala bilirlər. Bir qədər güzəştə getməklə, bir qədər gözəl əxlaq göstərməklə, mövcud vasitələrlə bu işi görsünlər, kişini lazım olan yerə çəksinlər ki, həyat inşallah daha şirin olsun.2


"Həzrət Zəhraya (ə) baxın!"

Bu həzrət Zəhranın (ə) yaşayış vəziyyətidir: Nikah mərasiminin sadəliyi, sonra o həzrətin yaşayışı, o yoxsul və zahid həyat tərzi, o otaq, o döşənəcək... Yəqin ki, bütün bunları eşitmisiniz. Bütün həyatı boyunca iş və fəaliyyətlə məşğul olan həzrət Əmirəlmöminin (ə) kimi bir ərə dözmək və çoxlu fəaliyyətlər qarşısında evdə işləmək. Yəni nə zaman döyüş vardısa, Əli ibn Əbu Talib (ə) hamıdan öndə idi; harada mühüm bir iş vardısa, Əli ibn Əbu Talib (ə) hamıdan birinci və qabaqda gedirdi. Təxminən on il birgə yaşadılar. Diqqət yetirirsiniz? Bu on il ərzində siz görün bu gənc ər öz arvad-uşağı ilə bəşəri və adi mənada nə qədər məşğul ola bilmişdir. Belə bir həyata dözmək, o yoxsulluğa və çətinliyə dözmək, o böyük cihadı yerinə yetirmək, elə övladlar tərbiyə etmək və əziz Zəhranın (ə) yerinə yetirdiyi, sizin də bir qədərini eşitdiyiniz o böyük fədakarlıqların hamısı örnəkdir.

İndi bizim qızlarımız Fatimeyi-Zəhranı (ə) örnək seçməlidirlər. Bizim oğlanlarımız da həzrət Zəhranı (ə) və Əmirəlmöminini (ə) örnək seçməlidirlər.3

Dördüncü tövsiyə: Keçinmək
Giriş

İlkin eşqin qızğın çağında fərqlər özünü göstərmir. Gənc qız və oğlan öz yarına valeh və şirin röyalar dəryasına qərq olmuşdur. Onların hər biri özünün əziz həyat yoldaşının simasında qədim amallarını və arzularını görür, sevgili güzgüsündə sanki öz çöhrəsinə baxır. Lakin çox keçmədən bu röya vəhdəti və bu aşiqanə eynilik həyatın reallıqları və həyat yoldaşının fərqli şəxsiyyəti ilə qarşılaşıb rəngini itirir. Həyatın müxtəlif məsələləri ilə qarşılaşdıqda üslub və baxışların fərqi hər gün özünü daha artıq göstərir. Gənc yoldaşların reallıqlarla düzgün qarşılaşmasında təcrübəsizliyi və diqqətsizliyi həyatın həmin ilk günlərində onları çoxlu problemlərə düçar edə, onun təsirləri tərəflərdə illərlə narahatlıq və əziyyətin yaranmasına bais ola bilər. Bizim əziz gənclərimiz ideallardan vaz keçib həyat yoldaşının həqiqi şəxsiyyətini qəbul etməklə, bütün fərqlərə rəğmən, qarşılıqlı anlaşmanı gücləndirib, ilahi yardımla özlərinin müştərək həyatlarının təməlini hər gün daha möhkəm edə bilərlər. Bizim alim mürşidimizin tövsiyəsi həyatın enişli-yoxuşlu yolu üçün başqa bir azuqədir:

Bir-birinizlə keçinin...

"İmam buyurdur: "Gedin bir-birinizlə keçinin!"

Mən bir dəfə imamın yanına getdim. O, nikah əqdi oxumaq istəyirdi. Məni gördükdə dedi ki, gəl birinin vəkili sən ol. O, nikah əqdi oxuyanda bizim kimi uzun-uzadı danışmırdı. Əvvəl əqdi oxuyurdu, sonra iki-üç qısa cümlə deyirdi. Mən gördüm ki, o, əqdi oxuyandan sonra üzünü qız və oğlana tutub dedi: “Gedin bir-birinizlə yola gedin”. Mən fikirləşib gördüm ki, biz bu qədər danışırıq, amma imamın sözü “bir-birinizlə yola gedin” cümləsində xülasə olur.1


Keçinmək nə deməkdir?

Siz bütün həyatınız boyunca, xüsusən də ilk illərdə, birinci dörd-beş ildə bir-birinizlə keçinməyə səy göstərin. Belə olmasın ki, biri bir qədər hövsələsizlik göstərsə, digəri də mütləq onun qarşısında hövsələsizlik göstərsin. Xeyr, hər ikisi bir-biri ilə keçinsinlər. Əgər yoldaşınız hövsələsizlik etsə, siz keçinin. Bu, keçinməyin və güzəştə getməyin yaxşı olduğu yerlərdəndir.2

Keçinməyin mənası nədir? Mənası budur ki, qadın baxıb bu kişinin onun idealı olduğunu görüb onunla keçinsin? Yaxud kişi bu qadının kamil ideal və istədiyi ali şəxs olduğunu görüb onunla keçinsin? Əgər oyan-buyanı bir qədər əyri olsa, məqbul deyil? Keçinməyin mənası budur? Xeyr, əgər keçinmək bu olsa, öz-özünə təbii şəkildə baş verir və sizin iradənizə ehtiyac yoxdur. Sizin keçinməyinizi deyirlərsə, yəni siz mövcud olan və qarşıya çıxan hər bir vəziyyətdə keçinin. Keçinməyin mənası budur. Yəni həyatda bəzi məsələlər qarşıya çıxır. İndiyədək bir-biri ilə tanışlığı olmayan və bir yerdə yaşamayan iki nəfərdir. Onların mədəniyyətləri fərqli ola bilər, adətləri iki cür ola bilər. Əvvəldə bəzi uyğunsuzluqlar görmələri mümkündür. İzdivacın əvvəlində adam heç nə hiss eləmir. Bir qədər keçdikdən sonra bəzi uyğunsuzluqları hiss etməsi mümkündür. Burada bir-birindən soyuyub deməlidirlər ki, bu kişi, yaxud bu qadın daha mənə yaramır?! Xeyr, siz özünüzü bu vəziyyətlə uyğunlaşdırmalısınız. Əgər düzəldilməsi mümkündürsə, düzəldin, əgər mümkün olmadığını görsəniz, onunla keçinin.3

Ailədə keçinmək vacib şərtlərdəndir. Ər və arvad qərar verməməlidirlər ki, özləri nə desələr, o da olsun; öz bəyəndikləri və onların rahatlıqlarını təmin edənlər olsun. Xeyr, belə olmamalıdır. Gərək bir-biri ilə keçinməyə qərar versinlər. Bu keçinmək lazımi məsələdir. Əgər sizin məqsədinizin güzəştə getmədən təmin olunmadığını görsəniz, güzəştə gedin.1

Həyatda keçinmək həyatın davamının əsasıdır. Məhəbbət yaradan da budur. Bu, Allahın bərəkətlərinə səbəb olur, qəlbləri bir-birinə yaxınlaşdırır və əlaqələri möhkəmləndirir.2
Yaxşı bir Avropa ifadəsi

Nikah məsələsinin əsası iki varlığın həyatda bir-biri ilə anlaşmasından, ünsiyyətindən və birliyindən ibarətdir. Bu sözsüz ki, prinsipcə təbii bir məsələdir. Lakin İslam təyin etdiyi qatqılarla, təşrifat və adətlərlə, həmçinin nikah üçün qoyduğu hökmlərlə ona davam və bərəkət vermişdir.

Ər və arvad bir-birini dərk etməli, anlamalıdırlar. Bu bir Avropa ifadəsidir, lakin yaxşı ifadədir. Yəni hər bir kəs tərəf-müqabilinin dərdini və istəklərini anlasın, onunla yola gəlsin; buna dərk etmək deyirlər. Yəni necə deyərlər, həyatda qarşılıqlı anlaşma və dərk olsun. Bunlar məhəbbəti artırır.3
"Heç kim eyibsiz deyil!"

Əgər həyat yoldaşınızın bir eybi olduğunu – heç kim eyibsiz deyil – və ona dözməyə məcbur olduğunuzu görsəniz, dözün və bilin ki, o da eyni zamanda sizin bir eybinizə dözür. İnsan öz eybini anlamır, digərinkini isə anlayır. Odur ki, dözməyə çalışın.

Əgər düzəldilməsi mümkündürsə, düzəldin. Əgər bir iş görməyin mümkün olmadığını görsəniz, onunla keçinin.4
Ailə özülünün dağılmasının səbəbi

İslam ailə daxilini elə nizamlayıb ki, onun daxilindəki ixtilaf öz-özünə həll olunsun. Kişiyə əmr edib ki, bəzi məsələləri nəzərə alsın; qadına da həmçinin. Əgər bunlar baş versə, prinsip etibarilə heç bir ailə dağılmayacaq. Çox zaman ailələrin dağılması bu məsələləri nəzərə almamaqdan irəli gəlir; kişi riayət etmək yolunu bilmir; qadın ağıllı davranmağı bilmir. O hədsiz kobudluq və sərtlik göstərir, bu dözümsüzlük göstərir. Hamısı da nöqsanlıdır; onun kobudluğu da nöqsandır, bunun sərtliyi də. Əgər o kobudluq etməsə, əgər bir zaman səhv etdikdə o birisi sərtlik göstərməsə, bir-birini nəzərə alsalar, bir-biri ilə keçinsələr, heç bir ailə sona qədər dağılamayacaq və qalacaq.1


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə