Academic Views
1
Azәrbaycanın İqtisadi İnkişafında Bank Sektorunun Rolu
Osman Nuri Aras vә Elçin Süleymanov
Giriş
Ölkә iqtisadiyyatında fon artığı yığım sahiblәri ilә fon ehtiyacı olanlar arasındakı fon
axımını tәnzimlәyәn qurumlar, axımı saxlayan vasitәlәr ilә bunları tәnzimlәyәn hüquqi vә
inzibati qaydalardan meydana gәlәn bazarların mәcmusuna maliyyә sistemi deyilir. Muasir
iqtisadi sistemlәrin әn mühüm amillәrindәn biri olan maliyyә sistemindә, iqtisadiyyatdakı
fәrqli orqanlar tәrәfindәn alınan yığım vә yatırım qәrarları vaxt, miqdar vә müddәt
baxımıdan әn mükәmmәl bir sәviyyәdә tәnzimlәnmәkdә vә bu qәrarların bir biri ilә ahәngli
şәkildә inkişafı tәmin edilmәkdәdir. Belәliklә maliyyә bazarında fon tәlәb vә tәklif
edәnlәrin müddәt, risq vә mәnfәәt mövzularındakı seçimlәri uyğunlaşdırılaraq, iqtisadi
inkisaf naminә ehtiyatlar әn mәhsuldar lazımi sahәlәrә istiqamәtlәndirlmәkdәdir.
Qloballaşan dünyada, xüsusi ilә 1980-ci illәrdәn sonra beynәlxalq maliyyә bazarları
arasında inteqrasiya prosesi başlamışdır. Nәticәdә beynәlxalq kapital hәrәkәtlәri mühüm bir
hәcmә çatmışdır. Belә ki, beynәlxalq valyuta axımları, mal vә xidmәt axımlarını xeyli
qabaqlamışdır. Maliyyә bölmәsindә әn mühüm qurumlar şübhәsiz ki, banklardır.
İnformasiya vә xәbәrlәşmә texnologiyalarındakı inkişafın nәticәsindә, müasir dövrdә
ticarәt bankları әnәnәvi borc vermә vә әmanәt yığımı xidmәtlәrini inkişaf etdirәrәk,
mәhsulları inkişaf etdirmәklә maliyyә sistemindә daha da güclәnmәkdәdirlәr. Mәrkәz
Bankları isә, iqtisadi sabitlik vә inkişaf baxımından әn tәsirli şәkildә iştirak etmәk mәqsәdi
ilә, maliyyә qurumlarının әn mühüm qurumları olan ticarәt bankları arasında tәşkilatlanma
mәsәlәlәrini hәll etmәkdә vә bәzi vasitәlәrlә müxtәlif siyasәtlәr müәyyәnlәşdirmәkdәdir.
İqtisadi problemlәri hәll etmәk vә iqtisadi inkişafa nail olmaq mәqsәdi ilә hazırlanan
iqtisadi proqramların әn mühüm hissәsini bank bölmәsi vә pul siyasәtinin alәtlәri tәşkil
etmәkdәdir. Belә ki, hazırkı dövrdә iqtisadi problemlәrin әsasını xüsusi olaraq bank, ümumi
olaraq isә maliyyә sektorunun meydana gәtirdiyi problemlәr olduğu ümumi qәbul edilәn bir
fikirdir. SSRİ-nin parçalanmasından sonra müstәqilliyini әldә edәn Azәrbaycanda isә,
geridә qalan 20 ildәn çox bir müddәtdә iqtisadiyyat liberal bir nöqteyi-nәzәrdәn sәrbәst
bazar iqtisadiyyatı şәrtlәrinә görә yenidәn canlandırmağa çalışılmışdır. Yenidәnqurma
prosesi, hәm real bazarlarda, hәm dә başda bank bölmәsi olmaq üzrә maliyyә bazarlarına
dönük olmuşdur.
Maliyyә bazarının әsas qurumu olan bank bölmәsinә aid hüquqi, inzibati vә s. normativ
әsaslarla iqtisadi inkişaf prosesindә Azәrbaycanın böyük ehtiyac duyduğu maliyyә
mәnbәlәrinin zaman, miqdar vә müddәt baxımından әn mәhsuldar şәkildә
qiymәtlәndirilmәsi üçün әn münasib şәrait meydana gәtirilmәyә çalışılmışdır.
Bank Bölmәsi ilә Әlәqәdar Hüquqi Tәnzimlәmәlәr
Azәrbaycanda bank sisteminin hüquqi әsasını “Azәrbaycan Respublikasının İqtisadi
Müstәqilliyinin Әsasları” haqqında 25 may 1991-ci il tarixli Konstitusiya Qanununun
“Bank sistemi vә Pul dövrüyәsi” adlı 14-cü maddәsi tәşkil etmәkdәdir. Bu maddә ilә
Osman Nuri Aras vә Elçin Süleymanov İyun 2013
Azәrbaycanda müstәqil bank sisteminin vә mәrkәzi pul vahidinin әsasları, Mәrkәzi Bankın
statusu vә öhdәliklәri müәyyәnlәşdirilmişdir. Mәrkәzi Bank 11 fevral 1992-ci ildә
qurulmuşdur. Bank vә Mәrkәzi Bankın fәaliyyәtlәrinin tәnzimlәnmәsi üçün “Mәrkәzi Bank
Haqqında Qanun” ilә “Banklar vә Bankların Fәaliyyәti Haqqında Qanun” ardıcıllıqla qәbul
olunmuşdur. 1992-ci ilin dekabr ayında Azәrbaycan Respublikası Mәrkәzi Bankının
nizamnamәsi qәbul edilmişdir. Qәbul edilәn qanunlarla ölkәdә Mәrkәzi Bank vә başqa
banklardan meydana gәlәn bir bank sisteminin qurulması hәdәflәnmişdir. “Azәrbaycan
Respublikası Mәrkәzi Bankı” haqqında qanun әn son variantı ilә 10 iyun 1996-cı ildә qәbul
edilmişdir. Eyni qanunlara 1997, 1998, 2001, 2002 vә 2004 illәrdә dәyişikliklәr vә әlavәlәr
etmişdir. 4 mart 2005-ci il tarixli, 6 mart 2007-ci il tarixli, 17 aprel 2007-ci il tarixli, 19
oktyabr 2007-ci il tarixli, 2 oktyabr 2008-ci il tarixli, 26 may 2009-cu il tarixli, 30 iyun
2009-cu il tarixli, 5 mart 2010-cu il tarixli, 30 sentyabr 2010-cu il tarixli, 17 may 2011-ci il
tarixli qanunlara әsasәn dәyişikliklәr vә әlavәlәrlә Azәrbaycan Respublikasının
Konstitusiyasına әlavәlәr vә dәyişikliklәr edilmәsi haqqında” 18 mart 2009–cu il tarixli
Azәrbaycan Respublikasının Referendum Aktının qüvvәyә minmәsi ilә әlaqәdar olaraq
“Azәrbaycan Respublikası Milli Bankı” “Azәrbaycan Respublikasının Mәrkәzi Bankı”
adlandırılmışdır.
Bununla әlaqәdar olaraq “Azәrbaycan Respublikasının Mәrkәzi Bankı
haqqında” Qanuna vә digәr qanunvericilik aktlarına müvafiq әlavә vә dәyişikliklәr
edilmişdir. Hәmçinin, 16 yanvar 2004-cü ildә qәbul edilmiş “Banklar haqqında”
Azәrbaycan Respublikası Qanunu da 30 mart 2004-cü ildә qüvvәyә minmişdir. “Banklar
haqqında” yeni Qanun beynәlxalq standartlara, o cümlәdәn bank nәzarәti üzrә Bazel
prinsiplәrinә tam uyğun olmaqla ölkәnin bank sisteminin etibarlılığının artırılması
istiqamәtindә әsaslı islahatların aparılmasına tәkan vermiş, әmanәtçilәrin vә kreditorların
maraqlarının daha sәmәrәli qorunmasına zәmin yaratmışdır. Bank qanunvericiliyi tarixindә
ilk dәfә olaraq inzibatçıların mәnәvi keyfiyyәtlәri ilә bağlı tәlәblәr önә çәkilmişdir. Bu da
inzibatçıların “mәqbul vә lazımi keyfiyyәtlәrә malik şәxs” vә “vәtәndaş qüsursuzluğu”
göstәricilәrinә malik olmasını vә bank sistemi üçün daha layiqli namizәdlәrin seçilmәsini
şәrtlәndirir. 2005-ci il ipoteka kreditlәşdirilmәsi sektoru üçün uğurlu başlanğıc ili oldu. 15
aprel 2005-ci ildә “İpoteka haqqında” Azәrbaycan Respublikası Qanunu qәbul edildi vә
ipoteka kreditlәrinin әsasını tәşkil edәn girov tәminatının bütün hüquqi aspektlәrinin
tәnzimlәnmәsini, o cümlәdәn tәminat hüquqlarının ipoteka kağızı ilә rәsmilәşdirilmәsi
qaydalarını müәyyәn etdi. Azәrbaycan Respublikası Prezidentinin 16 sentyabr 2005-ci il
tarixli fәrmanı ilә Azәrbaycan Respublikasının Mәrkәzi Bankı nәzdindә Azәrbaycan
İpoteka Fondu yaradıldı, daha sonra ipoteka kreditlәrinin, o cümlәdәn güzәştli ipoteka
kreditlәrinin verilmәsi qaydaları tәsdiq edildi. Azәrbaycan İpoteka Fondunun (AİF)
yaradılmasında әsas mәqsәd Azәrbaycan Respublikasında әhalinin yaşayış sahәsi ilә
uzunmüddәtli ipoteka kreditlәşmәsi vasitәsilә tәmin edilmәsi mexanizmlәrini yaratmaq,
ipoteka kreditlәşmәsinә yerli vә xarici maliyyә resurslarının cәlb olunmasına kömәklik
göstәrmәk idi. Ölkәdә ipoteka krediti sisteminin davamlığını tәmin etmәk mәqsәdilә
hazırda dövlәt büdcәsi vәsaiti hesabına sosial ipoteka kreditlәşdirmә mexanizmlәrini
tәkmillәşdirmәklә, bütövlükdә kommersiya sekyuritizasiya sisteminә keçid üzrә tәdbirlәr
işlәnib hazırlanır. Bank rәqabәtinin güclәnmәsi, bank xidmәtlәrinin çeşidinin artırılması,
investisiyaların genişlәnmәsi vә bank xidmәtlәri bazarında bu kimi digәr meyllәrin artması
bankları müxtәlif mәnbәlәrdәn vәsait cәlb etmәkdә maraqlı edir. Belә bir şәraitdә
әmanәtçilәrdәn cәlb edilmiş vәsaitlәrinin etibarlı qorunması xüsusi aktuallıq kәsb edir. Bu
Academic Views
3
mәqsәdlә әmanәtlәrin sığortalanması mexanizmlәrinin yaradılması üçün görülәn tәdbirlәrin
nәticәsi olaraq 29 dekabr 2006-cı ildә “Әmanәtlәrin sığortalanması haqqında” Azәrbaycan
Respublikasının Qanunu qәbul edildi. Adı çәkilәn Qanun Azәrbaycan Respublikasında
fәaliyyәt göstәrәn banklarda fiziki şәxslәrin әmanәtlәrinin kollektiv icbari sığortalanması
sisteminin yaradılması vә fәaliyyәti, o cümlәdәn әmanәtlәr üzrә kompensasiya
mexanizmlәrini müәyyәn edir. Qanunun 1-ci maddәsinә uyğun olaraq, әmanәtlәrin
sığortalanması sisteminin yaradılmasının mәqsәdi banklar vә xarici bankların yerli filialları
ödәmә qabiliyyәtini itirdikdә, fiziki şәxslәrdәn әmanәtә qәbul olunmuş pul vәsaitinin
itirilmәsi riskinin qarşısını almaq, maliyyә vә bank sisteminin sabitliyini vә inkişafını tәmin
etmәkdir. 2007-ci ilin avqust ayının 12-dәn Әmanәtlәrin Sığortalanması Fondu artıq
fәaliyyәtә başlamışdır. Cinayәt yolu ilә әldә edilmiş pul vәsaitlәrinin vә ya digәr әmlakın
leqallaşdırılması vә terrorçuluğun maliyyәlәşdirilmәsinin qarşısının alınması sahәsindә dә
Azәrbaycanda mühüm işlәr hәyata keçirilmişdir. Bununla bağlı olaraq, “Cinayәt yolu ilә
әldә edilmiş pul vәsaitlәrinin vә ya digәr әmlakın leqallaşdırılmasına vә terrorçuluğun
maliyyәlәşdirilmәsinә qarşı mübarizә haqqında” Azәrbaycan Respublikasının Qanunu
qәbul edilmiş vә 2009-cu il 25 fevral tarixindәn qüvvәyә minmişdir. Qanunun tәlәblәrindәn
irәli gәlәrәk Azәrbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli fәrmanına
uyğun olaraq Azәrbaycan Respublikasının Mәrkәzi Bankı yanında Maliyyә Monitorinqi
Xidmәti yaradılmışdır vә әsasnamәsi, strukturu, ştat cәdvәli 2009-cu ilin iyul ayında tәsdiq
edilmişdir. Hazırda Maliyyә Monitorinqi Xidmәti bütün sahәlәr üzrә funksional fәaliyyәtә
başlamış vә beynәlxalq әmәkdaşlığın müstәqil subyektinә çevrilmişdir. Pul vә bank
bölmәsindә siyasәtlәrin müәyyәnlәsmәsindә, nәzarәt sәlahiyyәti Mәrkәzi Bankına aid
olmuşdur. Kapitalının hamısı dövlәtә aid bir qurum olan Mәrkәzi Bank maliyyә bazarında
sәrt bir nәzarәt sistemini davam etdirmәkdәdir. Sәrbәst bazar iqtisadiyyatında keçidin ilk
illәrindә Azәrbaycanda bank sisteminin meydana gәtirilә bilmәmәsi sәbәbi ilә banklar
üzәrindә sәrt vә ciddi nәzarәt olmamaşıdır. Hüquqi çatışmazlıqlardan istifadә edәn
kommersiya bankları sürәtlә artmağa başladı. Açılan bankların çoxu spekulativ fәaliyyәtlәr
hәyata keçirirdilәr. Banklar qanunu, muasir dövrdәki bütün bank faaliyyәtlәrini әhatә
etmәkdә, lakin iqtisadiyyatın tam mәnası ilә sәrbәst bazar iqtisadiyyatı sisteminә
keçmәmәsi vә bank sisteminin lazımi sәviyyәdә tәşkil olunmaması sәbәbi ilә qarşıya
qoyulan mәqsәdlәrә nail olunmamışdır.
Azәrbaycanda Bankların İnkişaf Mәrhәlәlәri
Ölkәdә Mәrkәzi Bank, kapitalı dövlәtә aid olan banklar, özәl investisiyalı yerli banklar vә
xarici investisiyalı banklar fәaliyyәt göstәrmәkdәdir. Azәrbaycanda bank bölmәsinin
inkişaf mәrhәlәsini 3 hissәyә ayırmaq olar;
1. Birinci mәrhәlә 1990-92 illәri arasında Mәrkәzi Bank sisteminin tәşkil edilmәyә
çalışıldığı,
2. 1992-94-cü illәrdә hiper infilyasiya vә qeyri sabit bir şәraitdә bank bölmәsini inkişafı,
3. 1994-cü ildәn sonrakı makro iqtisadi sabitliyin әldә edildiyi şәraitdә bank sisteminin
inkişafına çalışıldığı mәrhәlә.
Osman Nuri Aras vә Elçin Süleymanov İyun 2013
1991-ci ildәn sonra bütün banklarda beynalxalq muhasibat sistemi әsas alınmağa
başlanmışdır. Azәrbaycanda maliyyә bazarının vasitәlәri vә bank xidmәtlәri bir o qәdәrdә
inkişaf etmәmişdir. Lakin xarici banklarla rәqabәt edәbilmәk üçün yerli investisiyalı
banklar, xidmәt növlәrini vә keyfiyyәtini artırmağa çalışmışlardır. Bankların sayı vә
nizamnamә kapitalı ilә әlaqәdar tәnzimlәmәlәr sonrasında 2001-ci ildә 158 olan bank sayı
vә bank xarici kredit qurumlarının sayı 2002-ci ildә 116-ya düşmüşdür. 2005-ci ilin
başından etibarәn 114 lisenziyalı kredit qurumu fәaliyyәt göstәrmişdir. 2013-cü ildә
xalqdan әmanәt toplamaq üçün 44, xarici valyuta ilә bank faliyyәtini hәyata keçirәn 43,
qiymәtli mәdәnlәrlә fәaliyyәt göstәrmәyә icazә verilәn qurumların sayı 2, tәminat vә
qarantiya vermәk üzrә 41, plasmas kartlarla fәaliyyәt göstәrәn 30 kredit qurumu lisenziyaya
sahib olaraq fәaliyyәt göstәrmişdir. Azәrbaycandakı bank sayının artımı 1995-ci ilә qәdәr
davam etmişdir. 1996-cı ildәn sonra isә bankların sayında azalma başlamışdır.
Xüsusi ilә müstәqilliyin ilk illәrindә bankların ilkin kapitallarının az olmağı bankların
sayının artmasına sәbәb olmuşdur. Daha sonra yaşanan bank iflasları ilә bәrabәr Mәrkәzi
Bankın ilkin kapitalın miqdarını mәrhәlәli olaraq artırmağa başlaması bankların da sayının
mәrhәlәli olaraq azalması ilә nәticәlәnmişdir. 1 oktyabr 1997-ci ildә hәyata keçirilәn
dәyişikliklәrlә banklar üçün 800.000 dollar olaraq müәyyәnlәşdirilmişdir. Bu prosesin
nәticәsindә fәaliyyәt göstәrәn kiçik banklar öz işlәrini dayandırmışdırlar.
1 yanvar 2000-ci il tarixindә bank sisteminin güclәndirilmәsi mәqsәdi ilә bankların
minimum kapitallarının 2 milyon dollara, yeni qurulan bankların ilkin kapitallarının isә 5
milyon dollara qәdәr yüksәldilmәsinә qәrar verilmişdir. 2002-ci ilin iyul ayında isә
fәaliyyәt göstәrәn bankların nizamnamә kapitalı 2.5 milyon dollara yüksәldilmişdir. Bunun
nәticәsindә dә bәzi kommersiya banklarının birlәşmәsi, bәzi bankların isә öz fәaliyyәtlәrini
dayandırmaları daha әvvәl kifayәt qәdәr çox olan bank sayını nisbәtәn azaltmışdır. 2002-ci
ildә nizamnamә kapitalını 2.5 milyon dollarla yüksәltmәyәn 8 bankın lisenziyası geri
alınmışdır. 2003 ilindә dә bankların nizamnamә kapitallarını artırma prosesi davam
etmişdir. Mәrkәz bankı özәl bankların nizamnamә kapitalını 2003 ilin iyul ayında 2.5
milyom dollardan 3 milyon dollarla qәdәr artırmağa qәrar vermişdir. Bu isә daha әvvәlki
illәrdә olduğu kimi lazımi nizamnamә kapitalına sahib olmayan bankların bağlanmasına
sәbәb olmuşdur. 2012 ci ildә bu hәcm 50 milyon manata qәdәr artırılmışdır. Bank
bölmәsindә ilkin kapitalın artırılması isitqamәtindә verilәn qәrarların nәticәsindә 2001-ci
ildәn etibarәn 50 bank öz fәaliyyәtini dayandırmışdır. Nәticәdә 1990-cı ildә kredit
qurumları tәrkibindә 204 bank fәaliyyәt göstәrirdisә, bu say 2001-ci ilin başında 59, 2013-
ci ilin başında isә 42 olmuşdur. Bu bankların 2-si dövlәt, 40-ı isә özәl banklar olmuşdur. Bu
dövürdә tәrbiq edilәn sәrt pul siyasәtinin bankların sayının azalmasına böyük tәsir
göstәrdiyini dә qeyd etmәk lazımdır. 2013-cü ilin axırında bankların nizamnamә
kapitallarının ümumi hәcmi bir әvvәlki ilә nisbәtәn 41.3 % artaraq 17 milyard manat
olmuşdur.
Bankların Şöbә Sayı
Fәaliyyәtdә olan bankların şöbә sayı 2002-ci ilin әvvәlindә 191 ikәn bu sayı, 2013-ci ildә
isә 450 olmuşdur. Bankların sayı vә nizamnamә kapitalı ilә әlaqәdar tәnzimlәmәlәr 2001-ci
Academic Views
5
ildә 158 olan bank sayı vә bank xarici kredit qurumlarının sayı 2002-ci ildә 116- ya
düşmişdür. 2005-ci ilin başından etibarәn 114 lisenziyalı kredit qurumu fәaliyyәt
göstәrmişdir. 2004-cü ildә xalqdan әmanәt toplamaq üçün 42, xarici valyuta ilә bank
faliyyәtini hәyata keçirәn 43, qiymәtli mәdәnlәrlә fәaliyyәt göstәrmәyә icazә verilәn
qurumların sayı 2, tәminat vә qarantiya vermәk üzrә 41, plastik kartlarla fәaliyyәt göstәrәn
30 kredit qurumu lisenziyaya sahib olaraq fәaliyyәt göstәrmişdir. Azәrbaycandakı bank
sayının artımı 1995-ci ilә qәdәr davam etmişdir. 1996-cı ildәn sonra isә bankların sayında
azalma başlamışdır. Xüsusi ilә müstәqilliyin ilk illәrindә bankların ilkin kapitallarının az
olması bankların sayının artmasına sәbәb olmuşdur. Daha sonra yaşanan bank iflasları ilә
bәrabәr Mәrkәzi Bankın ilkin kapitalın miqdarını mәrhәlәli olaraq artırmağa başlaması
banklarında sayının da mәrhәlәli olaraq azalması ilә nәticәlәnmişdir. 1 oktyabr 1997-ci ildә
hәyata keçirilәn dәyişikliklәrlә bәrabәr yeni açılan banklar üçün nizamnamә kapitalının
miqdarı 1.250.000 dollara, fәaliyyәt göstәrәn banklar üçün isә 800.000 dollar olaraq
müәyyәnlәşdirilmişdir. Bu prosesin nәticәsindә fәaliyyәt göstәrәn kiçik banklar öz işlәrini
dayandırmışlardır. 1 yanvar 2000 tarixindә bank sisteminin güclәndirilmәsi mәqsәdi ilә
bankların minimum kapitallarının 2 milyon dollara, yeni qurulan bankların ilkin
kapitallarının isә 5 milyon dollarla qәdәr yüksәldilmәsinә qәrar verilmişdir. 2002-ci ilin
iyul ayında isә fәaliyyәt göstәrәn bankların nizamnamә kapitalı 2.5 milyon dollara
yüksәldilmişdir. Bunun nәticәsindә dә bәzi kommersiya banklarının birlәşmәsi, bәzi
bankların isә öz fәaliyyәtlәrini dayandırmaları daha әvvәl çox olan bank sayını azaltmışdır.
2002-ci ildә nizamnamә kapitalını 2.5 milyon dollarla yüksәltmәyәn 8 bankın lisenziyası
geri alınmışdır. 2003 ilindә dә bankların nizamnamә kapitallarını artırma prosesi davam
etmişdir. Mәrkәz bankı özәl bankların nizamnamә kapitalını 2003 ilinin iyul ayına 2.5
milyon dollardan 3 milyon dollarla qәdәr artırmağa qәrar vermişdir. Bu isә daha әvvәlki
illәrdә olduğu kimi lazımi nizamnamә kapitalına sahib olmayan bankların bağlanmasına
sәbәb olmuşdur. Mәrkәz Bankı eyni zamanda özәl bankların nizamnamә kapitalınını hәr
altı ayda bir 0.5 milyon dollar artıraraq 50 milyon dollara qәdәr artırılmışdır. Bank
bölmәsindә ilkin kapitalın artırılması isitqamәtindә verilәn qәrarların nәticәsindә 2001-ci
ildәn etibarәn 50 bank öz fәaliyyәtini dayandırmışdır. Bu dövrdә tәtbiq edilәn sәrt pul
siyasәtinin bankların sayının azalmasına böyük tәsir göstәrdiyinidә qeyd etmәk lazımdır.
Sektora әmanәt qoyuluşunu stimullaşdırmaq vә әhalinin sektora etibarını artırmaq
mәqsәdilә, 2007-ci ildә әmanәtlәrin sığortalanması sistemi yaradıldı, 2009-cu ildә
Әmanәtlәrin Sığortalanması Fondu tәrәfindәn qorunan әmanәtlәrin mәblәği 6 dәfә
artırılaraq 30000 manata çatdırıldı. Bank-maliyyә sektoru uğurla hәyata keçirilәn inkişaf vә
modernizasiya strategiyası, hәmçinin böhranqabağı preventiv idarәetmә vә “maliyyә
immunizasiyası” tәdbirlәri nәticәsindә 2008-ci ildәn başlayan qlobal böhranla
qarşıdurmada kifayәt qәdәr dayanıqlılıq nümayiş etdirәrәk öz müvazinәtini itirmәdi.
Böhranın kәskinlәşdiyi dövrdә isә reallaşmış әlavә tәdbirlәr nәticәsindә bu hazırlığın daha
da güclәnmәsi ölkәdә maliyyә sabitliyinin etibarlı qorunmasına şәrait yaratdı. Belәliklә,
Azәrbaycan bank sistemi qlobal böhranı yüksәk kapitallaşma sәviyyәsi, maliyyә
ehtiyatlanması vә likvidlik göstәricilәri ilә qarşıladı. Dünyanın әksәr ölkәlәrindәn fәrqli
olaraq Azәrbaycanın bank sektorunda hәr hansı iflas vә xüsusi gәrginlik halı qeydә
alınmadı, sektor öz ölçülәrini vә sabitliyini qorudu. Regionlarda әhalinin maliyyә bank
xidmәtlәrinә çıxış imkanlarının artırılması mәqsәdilә әnәnәvi poçt xidmәtlәri ilә yanaşı
maliyyә xidmәtlәri göstәrmәsi üçün 1200-dәn çox regional poçt filial vә şöbәlәrinә malik
Osman Nuri Aras vә Elçin Süleymanov İyun 2013
“Azәrpoçt” MMC yenidәn qurularaq maliyyә xidmәtlәrinin göstәrilmәsi üçün müvafiq
lisenziya verildi. Günümüzdә banklar geniş çeşidli xidmәtlәr göstәrir vә pәrakәndә bank
xidmәtlәri sürәtlә inkişaf edir. Artıq müştәrilәrә bank mәhsulları internet-bank, mobil-bank,
avtomatlaşdırılmış bank köşklәri kimi әn müasir texnoloji vasitәlәrlә tәklif edilir. Bank
sisteminin regional şәbәkәsi vә maliyyә xidmәtlәrinә çıxış imkanları da sürәtlә genişlәnir,
banklar beynәlxalq maliyyә bazarlarında aktiv fәaliyyәtә başlayır. Belә ki, 1 aprel 2010-cu
il tarixindә Bankların xaricdә fәaliyyәt göstәrәn strukturlarının sayı 9-a çatmışdır. Bundan
başqa dünyanın nüfuzlu maliyyә qurumlarının 3 nümayәndәliyinin ölkә daxilindә
fәaliyyәtinә icazә verilmişdir ki, bu da dünyanın әn qabaqcıl bankçılıq texnologiyalarının
Azәrbaycanda tәtbiq olunmasına imkan verәcәkdir. 1 aprel 2010-cu il tarixindә
Azәrbaycanda 47 bank, 631 bank filialı fәaliyyәt göstәrirdi. Hazırda Banklardan 1-i dövlәt
kapitalının, 23-ü isә xarici kapitalın iştirakı ilә tәsis olunmuşdur. 1 aprel 2013-cu il
tarixindә banklarla yanaşı respublikada 100 bank olmayan kredit tәşkilatı fәaliyyәt
göstәrirdi. Әhalinin real pul gәlirlәrinin artımı, bank sisteminә olan inamın inkişafı,
kreditorların vә әmanәtçilәrin maraqlarının müdafiәsinin hüquqi әsaslarının
tәkmillәşdirilmәsi, xüsusilә dә “Әmanәtlәrin Sığortalanması Fondu” nun fәaliyyәtә
başlaması әhalinin әmanәtlәrinin sürәtli artımını şәrtlәndirәn amillәrdәn olmuşdur. 1 aprel
2013-cu il tarixindә әhalinin banklardakı әmanәtlәri 4 mlrd. manat tәşkil edir ki, bunun da
33,3%-i uzunmüddәtli әmanәtlәrin (1 ildәn yuxarı) payına düşür. Әhali ilә yanaşı
korporativ müştәrilәrin dә banklardakı depozitlәri artır. 1 aprel 2013-cu il tarixә korporativ
müştәrilәrin banklardakı depozitlәri 3 mlrd. manat tәşkil edir. Bankların xüsusi vә cәlb
edilmiş vәsaitlәrinin hәcminin dinamik inkişafı aktiv әmәliyyatların genişlәndirilmәsi üçün
әlverişli şәrait yaratmışdır. Nәticәdә bank aktivlәrinin hәcmi davamlı artım göstәrәrәk 1
aprel 2013-cu il tarixә 14 mlrd. manata çatmışdır.Bank aktivlәrinin strukturunda kredit
qoyuluşları xüsusi çәkiyә malikdir. 1 aprel 2013-cu il tarixindә bankların müştәrilәrә
kreditlәri 10 mlrd. manat tәşkil edir ki, bu da bank aktivlәrinin 70,5%-i demәkdir. Kredit
qoyuluşlarının strukturunda özәl sektorun xüsusi çәkisi isә 82%-dir (7 mlrd. manat).
Ölkәdә fәaliyyәt göstәrәn bankları şöbә sayılarına görә tәdqiq etdiyimiz zaman görülür ki,
özәl bankların şöbә sayı 223, dövlәt banklarının şöbә sayı isә 127 olmuşdur ki, bu da özәl
bankların üstünlüyünü meydana çıxartmış olur.
Dövlәt Bankları
1995- ci ilin axırında 4 dövlәt bankı, Aqrobank, Sәnayi Bankı, Әmanәt Bankı vә
Beynalxalq Bank ümumi bank aktivlәrinin 80%-ni, geri ödәnilmәyәn kreditlәrin 85%-ni,
әmanәtlәrin 75%-i, şöbәlәrin 65 %-i, bank bölmәsindә işlәyәnlәrin 70%-ni öz әllәrindә
cәmlәşdirmişdirlәr. 2005-ci ildәn etibarәn isә ölkәdә 2 dövlәt bankı qalmışdır. Bunlar
Azәrbaycan Beynalxalq Bankı vә Kapital Bankdır. Daha sonra Kapital Bank
özәllәşdirilsәdә Azәrbaycan Bank sektorunun lokomativi olan Beynәlxalq Bank hazırda
Mәrkәz Bank xaricindә yeganә dövlәt sәhmli bankdır. Sovet dövründә, yәni 1988-ci ildә
Azәrbaycanda açılan ixtisas bankları Aqrobank, Sәnayi Bankı, vә Әmanәt Bankının 2000-
ci ildә birlәşmәsi ilә Birlәsmis Universal Bank (BUS Bank) sәhimdar cәmiyyәtinә
çevirilmişdir. 2004-cü ildә isә bu bankın adı Kapital Bank olaraq dәyişdirilmişdir.
Azәrbaycan Beynalxalq Bankı isә Sovet dövründә qurulan Vıneseconombank şöbәsinin
1992-ci ildә dövlәt bankına çevirilәn bir başqa dövlәt bankıdır. Ümumiyyәtlә dövlәt
Academic Views
7
nәzarәtindә olan bank bölmәsi, xüsusi olaraq Azәrbaycan Beynalxalq Bankının
dominantlığındadır. Azәrbaycan Beynalxalq Bankının nizamnamә kapitalının hәcmi 50
milyon manatdır. Azәrbaycan Beynalxalq Bankının aktivlәri 2012-cü ildә ümumi bank
aktivlәrinin 50%-ni tәskil etmişdir. Bu rәqәmin bir әvvәlki ilә nisbәtәn 7 bal artması xeyli
diqqәt çәkicidir.
Xarici Banklar
Azәrbaycanda fәaliyyәt göstәrәn bankların 15-i xarici investitsiyalı vәya müştәrәk
banklardır. Azәrbaycanda eyni zamanda qurulan Türkiyә bankları ilә bәrabәr bәzi xarici
bankların şöbәlәri fәaliyyәt göstәrmәkdәdir. Ölkәdә xarici banklar 100%-li xarici
investisiya vәya müştәrәk olaraq qurula bilirlәr. Bank bölmәsindә xarici bankların sayı
25%, 30% vә 50 % olaraq artırılmış, lakin son tәnzimlәmә ilә bu mәhdudiyyәt ortadan
qaldırılmışdır. Bir çox ölkә ilә müqayisә edildiyi zaman, xarici bankların bank bölmәsindә
üstünlüyә sahib olduğu görülür. Yerli bankların kapital imkanlarının az olması, xarici
banklarla rәqabәt imkanın xeyli mәhdudlaşdırır. Bundan basqa yerli vә xarici bankların
tәşkil etdiklәri xüsusi әlaqәlәr vasitәsi ilә dünyanın bir çox ölkәsindә pul ilә әlaqәdar
әmәliyyatları daha sürәtli hәyata keçirdirlәr.
Kredit vә Kredit Faiz Dәrәcәlәri
Bank bölmәsinin iqtisadi hәyatdakı rolu hәr keçәn gün artmaqla banklara olan etimadın
yüksәlmәsi ilә әmanәt vә kredit hәcmidә artım göstәrmәkdәdir. Verilәn kreditlәrdә hәr
keçәn il özәl bölmәnin payının artdığı müşahidә edilmәkdәdir. 2002-ci ildә verilәn ümumi
kreditlәrin 35%-i özәl banklar tәrәfindәn verilirkәn, bu miqdar 2012-cü ildә 46% olmuşdur.
Dövlәt banklarında isә bu göstәrici 45% olmuşdur. Bank xarici kredit qurumlarının
kreditlәr içindәki payı 2002-ci ildә 15%-ә yaxın ikәn 2012-cü ildә 20% olmuşdur. Verilәn
kreditlәrdә xarici valyutanın üstünlük tәşkil etdiyi müşahidә olunmuşdur. 2002-2013-cü
illәr arasında verilәn kreditlәrin 45%-i manat, qalan hissәsi isә xarici valyutadan ibarәt
olmuşdur. Özәl bölmәyә ayrılan kredit miqdarlarında da artım görülmüşdür. Daha çox qısa
müddәtli olan ümumi kreditlәrin 2002-ci ildә 70%-i özәl bölmәyә daxil olduğu halda, bu
miqdar 2013 ilindә 76% olmuşdur. Dövlәt bölmәsinә gedәn kredit miqdarı 2002-ci ildә
ümumi kreditlәrin 30%-ni tәşkil etdiyi halda, 2012-cü ildә 20 % olmuşdur. Bundan başqa
verilәn kreditlәrdәn ticarәt, xidmәtlәr, nәqliyyat vә xәbәrlәşmә bölmәlәrinin daha çox pay
aldığı görülmüşdür. Faiz dәrәcәlәri bazar tәrәfindәn müәyyәnlәşdirilmiş olub, xәzinәnindә
qiymәtli kağızlarının satıldığı bir bazarı fәaliyyәtә başladaraq maliyyә bölmәsinin
inkişafına tәkan verilmәyә çalışılmışdır. Qısa müddәtli kredit faiz dәrәcәlәri 2001-ci ildә
19.53%, 2002-ci ilin başında 19.74, 2013-cü ilin başında 14,17 % olmuşdur. Uzun müddәtli
kredit faiz dәrәcәlәri isә 2001-ci ilin başında 21.60, 2002-ci ilin başında 20.70 % vә 2013-
cü ilin başında isә 18.86 % olmuşdur. Banklararası Birjada üç aylıq kredit faiz dәrәcәlәri
2001-ci ilin başında 20.3 %, 2002-ci ilin başında 19.75 vә 2012-ci ilin başında 12.67 %
olmuşdur. 2004-cü ildә isә kreditlәr üçün nominal faiz dәrәcәlәri artırılmışdır. 2003-cü ilin
sonunda 14.91 % olan Manatla kredit faiz dәrәcәlәri 2004-cü ilin sonunda 15.55 %
olmuşdur. Ancaq son illәrdә infilyasiya hәddinin 5-10 olduğu diqqәtә alındığında real faiz
hәddinin 9.76 % azaldığı görülmüşdür.
Osman Nuri Aras vә Elçin Süleymanov İyun 2013
Әmanәt vә Әmanәtin Faiz Hәddi
Әmanәtlәrin böyük bir hissәsinin xarici valyuta olaraq yatırıldığı görülmüşdür. 2002-ci ildә
2001-ci ilә görә 5 % artımla әmanәtlәrin 85 % kimi böyük bir hissәsi, 2004-cü ildә isә 80
%-i xarici valyuta olaraq hәyata keçirilmişdir. Manat olaraq qoyulan әmanәtlәrin dәrәcәsi
2002-ci ildә 15 %, 2012-dә isә 52 % olmuşdur. Bundan başqa әmanәtlәrin böyük bir hissәsi
dövlәt banklarında cәmlәşmişdir. Bu vәziyyәt dövlәt banklarına olan etibarın artdığını
göstәrir. 2012- ci ildә banklara qoyulan әmanәtlәrin miqdarı 67.9 % artaraq 10 Milyard
manat olmuşdur. 2012-ci ildә әmanәtlәrin 47.6%-i özәl bankların payına düşmüşdür. Sәxsi
qısa müddәtli әmanәtlәrin 53.5%, uzun müddәtlilәrin isә 66.5% artmağı xalqın banklara
olan etimadının artmağı şәklindә qiymәtlәndirilә bilәr. Bundan başqa xarici valyuta ilә
qoyulan әmanәtlәrin miqdarı 63.8% artarkәn, Manatla olan әmanәtlәrin miqdarının 86.6%
artmış olması isә yerli pul vahidinә olan etibarın artdığını göstәrir. Әmanәt faizlәrininin
2004-cü ildә aşağı yuxarı sabit qaldığı görülmüşdür. Manat ilә olan әmanәtlәrin orta
hesabla faiz dәrәcәsi 2004 ilinin axırında bir әvvәlki ilә nisbәtәn 6.5%-dәn 6.93 %-ә qәdәr
yüksәlmiş, xarici valyuta ilә qoyulan әmanәtlәrin orta faiz dәrәcәsi isә 10.08 %-dәn 9.43%-
ә qәdәr azalmışdır.
İqtisadi İnkisafda Bankların Rolu
1. Mikro kreditlәrin verilmәsi:
Mikro maliyyәlәşdirmә ölkәdә yoxsulluğun azaldılması üçün әn münasip yollardan biri
olaraq görülmәkdәdir. Mikro kredit verilmәsi üçün Azәrbaycanda geniş ehtiyatlar vә böyük
imkanlar vardır. Ölkәdә mikro kredit verәn qurumlardan biri dә Azәrbaycan Mikro Maliyyә
Bankıdır. Azәrbaycan Mikro Maliyyә Bankı (AMMB) 2002-ci ilin oktyabr ayında
Beynalxalq Maliyyә Qurumu, Avropa Yenidәn Qurma vә İnkişaf Bankı, Qaradәniz Ticarәt
vә İnkisaf Bankı, vә LFS maliyyә sistemi tәrәfindәn tәşkil edilmişdir. AMMB, Avropa
İttifaqının texniki yardım proqramı vә Alman dövlәti tәrәfindәn yardım edilmәkdәdir.
Azәrbaycan Mikromaliyyәlәşdirmә Bankı (AMMB) QSC 29 oktyabr 2002-ci ildә Bakıda
fәaliyyәt göstәrmәyә başlayıb. 8 sentyabr 2008-ci il tarixindәn Bank adını dәyişdirәrәk öz
fәaliyyәtini “AccessBank” olaraq davam etdirmәyә başlayıb. Bank qısa müddәt әrzindә
sürәtlә inkişaf edәrәk nәticәdә böyük nailiyyәtlәr әldә edib. Aşağıda әn zәruri inkişaf
mәrhәlәlәri göstәrilir
.
Azәrbaycan Mikro Maliyyә Bankı fәaliyyәtә basladığı tarixdәn aprel
2013 tarixinә qәdәr texminәn 5 milyard dollar hәcmindә 120 min mikro kredit vermisdir.
100-125.000 dollar arasında verilәn kreditlәrin illik faizi 18-36 % olmuşdur.
2. Sahibkarlığa Kömәk Mәrkәzi Fondunun kreditlәrinә vasitәçilik
Sahibkarlığa Kömәk Mәrkәzi Fondunun kreditlәri 19 tәmsilci bank vә 5 bank xarici kredit
qurumu vasitәsi ilә verilmişdir. Sonuncu dәyişiklik nәticәsindә Fond tәrәfindәn verilәn
kreditlәrin hәcmi 500.000 min dollardan 1 milyon dollarla çıxardılmışdır. Faiz dәrәcәsi 7%
olan kreditin müddәti 5 ildәn 8 ilә çıxardılmışdır. 2004 ilindә olduğu kimi 2005 ilindә dә
Fond vasitәsi ilә 200 milyard manat kreditin sahibkarlara verilmәsi diqqәtә alınmışdır.
Academic Views
9
3. Kredit yarmarkalarının tәşkili
Bankların İqtisadi İnkişaf Nazirliyi ilә bәrabәr Şәki, Quba, Lәnkaran, Gәncә, Migәçevir,
İmişli vә Naxçıvan kimi ölkәnin fәrqli rayonlarında kredit yarmarkalarının tәşkil edilmәsi,
bu bölgәlәrdә sahibkarların kredit ilә tәmin edilmәsindә böyük rol oynamışdır.
4. Beynalxalq maliyyә qurumlarının kredit ehtiyatlarından istifadә edilmәsi
Ölkәnin yeni kredit imkanlarını әldә etmәsi mәqsәdi ilә beynalxalq maliyyә qurumlarının
ehtiyatlarının ölkәyә cәlb edilmәsi prosesi müvәffәqiyәtlә davam etmәkdәdir. Banklar
müstәqil bir sәkildә 28.7 milyon dollar vә 18.3 milyon Avro hәcmindә bir ehtiyatı ölkәyә
kredit olaraq qazandırmışdır.
5. Bölgәlәrdә şöbә şәbәkәsinin inkişafı ilә bank xidmәtinin tәklifi
Banklar öz xidmәtlәrini daha çox insanlara çatdırmaq mәqsәdi ilә Bakı xaricindәki
rayonlarda bank sayının çoxaldılması ilә әlaqәdar son illәrdә xeyli iş görülmüşdür.
Bölgәlәrdә fәaliyyәt göstәrәn bankların sayı 150-yi keçmişdir.
6. Hüquqi tәnzimlәmәdә iştirak edilmәsi
Başda banklar olmaq üzrә, ümumi olaraq maliyyә sistemi ilә vergi mövzularında ölkәdә
hәyata keçirilәn hüquqi tәnzimlәmәlәrdә Banklar Asossasiyası vasitәsi ilә iştirak
edilmәkdәdir.
7. Maliyyә bölmәsi ilә әlaqәdar dövlәt vә özәl bölmәnin qurumları ilә әlaqәlәrin
artırılması
Bank xidmәtlәrinin inkişafı vә bank fәaliyyәtlәrindә sәmәrәliliyin artırılması mәqsәdi ilә
bank fәaliyyәtlәri ilә birbaşa әlaqәdar olan dövlәt vә özәl bölmәnin qurumları ilә qarşılıqlı
işbirliyini artıraraq davam etdirilmәsi dә bank bölmәsinin inkişafında rolunu artıran bir
addım olaraq qiymәtlәndirilә bilәr.
Bank Xarici Kredit Qurumları
Bank xarici kredit qurumlarının sayı 2001-ci ildә 99 olduğu halda, 2002-ci ilin başında 63-
ә, 2003-cü ildә isә 47-yә düşmüşdür. Bank xarici kredit qurumlarının sayı 2005-ci ildә
takrar artaraq 70 olmuşdur. Bank xarici kredit qurumlarının 25 şöbәsi fәaliyyәt
göstәrmәkdәdir. Bank xarici kredit qurumlarının inkişafı ilә әlaqәdar bәzi problemlәr
mövcuddur. Başlıca problemlәrdәn biri tәşkilati infrastrukturdur. Bundan başqa kiçik
hәcimli kreditlәrin verilmәsi Azәrbaycanda tam olaraq başa düşülmәmәkdәdir. Bu
qurumların 100-1000 dollar arasındaki verdiklәri kreditlәr, keçid dövrü ilә әlaqәdar bir
yardım olaraq qiymәtlәndirilmәkdәdir. Әslindә kiçik hәcimli kreditlәrin verilmәsi,
bankların bu sahәdә lazımi şәkildә yer almaması vә hәyat sәviyyәsinin aşağı olması sәbәbi
Osman Nuri Aras vә Elçin Süleymanov İyun 2013
ilә Azәrbaycanda kiçik sahibkarlığın inkişafı baxımından böyük әhәmiyyәt kәsb
etmәkdәdir. Bir başqa problem dә bu qurumlar tәrәfindәn verilәn kredilәrin, iqtisadi
inkisafa bir o qәdәr dә tәsir etmәdiyi fikridir. Azәrbaycanda “ACDI/VOCA”, “ADRA”,
“FINCA”, “NNE”, “NRC” “MC”, “OXFAM”, “IOM”, “SCF, VE “WVI” kimi müxtәlif
beynalxalq kredit qurumları fәaliyyәt göstәrmәkdәdir. Ölkәdә mikro kredit vermәk mәqsәdi
ilә 15 bank xarici qurum fәaliyyәt göstәrmәkdәdir. AMMA 2001-ci ilin dekabr ayında 8
mikro maliyyә qurumu tәrәfindәn qurulmuşdur. 2004-cü ildәn etibarәn rәsmi qeydiyyatdan
keçәn AMMA tәrkibindә beynalxalq tәşkilatların meydana gәtirdiyi kredit qurumları,
Azәrbaycan Mikro Maliyyә Bankı Alman–Azәrbaycan Fondu vә bank xarici kredit
qurumları vardır. Ölkәdә faliyyәt göstәrәn mikro maliyyә qurumları, 2004-ci ilin axırına
görә, 54 fәrqli bölgәdә 47 min kiçik vә orta hәcimli sahibkara bәzi proyektlәrin
maliyyәlәşdirilmәsi mәqsәdi ilә kiçik hәcimli kredit vermişdir. Verilәn kreditlәrin miqdarı
100 ilә 1.000.000 dollar arasında dәyişmişdir. 2013-cü ilin sonunda bu rәqәmin 10 milyard
dolları keçәcәyi planlaşdırılmaqdadır.
Bank Bölmәsindәki Әsas Problemlәr
Azәrbaycanda maliyyә bölmәsi struktur etibarı ilә zәifdir. Әhalinin ticarәtә daha çox
meyilli olduğu görülmәkdәdir. Lakin bunun üçün lazımi qәdәr maliyyә vәsaiti yoxdur.
Ölkәdә daha әvvәl yaşanan böhranlardan sonra xalqın banklara olan etibarı xeyli
azalmışdır. Bu sәbәblә dә maddi vәziyyәti yaxşı olanlar bu imkanı bank xarici vasitәlәrә
istiqamәtlәndirirlәr. Bir qisim insanlar bankların kredit vermә funksiyasınıda hәyata
keçirirlәr. Bank bölmәsinin problemlәrinin başında likidite (nağd pul) mәsәlәsi
gәlmәkdәdir. Bu sahәdә lazımından artıq olan kommersiya bankları, tәk şöbәli vәya geniş
şöbә şәbәkәsinә sahib olmayan bu banklar eyni zamanda mәhdud kapital imkanlarına
sahibdirlәr. Bundan әlavadә bank bölmәsindә dövlәt banklarının ağrılığı mövcuddur.
Problemlәrin hәlledilmәsi ilә әlaqәdar fәaliyyәtlәr isә xeyli yavaş irәlilәmәkdәdir.
Azәrbaycan öz bank sistemini meydana gәtirmәyә çalışırkәn, dövlәt bankları ilә әlaqәdar
yenidәnqurma fәaliyyәtlәridә davam etmәkdәdir. Sovet dövründәn qalan әsas dörd bankdan
üçünün birlәşmәsi ancaq 2000-ci ildә mümkün olmuşdur. Xüsusilә iqtisadiyyatda böyük
әhәmiyyәtә sahib olan banklarda özәllәşdirmәnin tәrkibinә daxil edilmişdir. Lakin
Beynәlxalq Bankın tam özәllәşdirilmәsi 2013 ilindәdә nәzәrdә tutulmamışdır. Bank
Bölmәsindәki İslahatlar dövlәt banklarında hәyata keçirilәn islahatlar; idarәetmәinin
inkişafı, yeni xidmәtlәr vә bazarların inkişafı, bankların tәşkilatlanmasının inkişafı mәqsәdi
ilә Dünya Bankının SAC proqramına görә hәyata keçirilmәkdәdir. 16 Fevral 2001-ci ildә
Mәrkәzi Bank, banklar tәrәfindә ölkә daxilindә daha sürәtli istifadә etmәk vә on-line
sistemdә tәtbiqi üçün AZIPS sistemini qurmuşdur. Bu sistem beynalxalq standartlara uyğun
olaraq SWIFT әsasında qurulmuşdur. Bank bölmәsindәki nöqsanların hәll edilmәsi
mәqsәdi ilә, hökümәt 1999-cu ildә Dünya Bankı vә Beynalxalq Valyuta Fondunun iştirakı
ilә program hazırlamışdır. Bu strategiyanın әsas mәqsәdi: dövlәt banklarının yenidәn tәşkili
vә özәllәşdirilmәsi, özәl bankların birlәşdirilmәsi, Mәrkәzi Bankın tәnzimlәyici, nәzarәt
edici vә bank hәcminin artırılması vә yoxlanılması, muhasibat da daxil olmaqla sağlam
tәsirli vә rәqabәtә dayanan infrastrukturalı, inkişaf edәn bir bank bölmәsinin
infrastrukturunun tәşkil edilmәsidir. Ölkәdә kiçik vә orta hәcimli müәssisәlәrdә maliyyә
yardımının artırılması istiqamәtindә bank islahatların hәyata keçirilmişdir. Rәqabәtin
Academic Views
11
artması mәqsәdi ilә xarici investisiyanın bank bölmәsinә istiqamәtlәndirilmәsi prosesi xeyli
azaldılmışdır.
Bank bölmәsinin inkişafı üçün bu sahәdә infarastruktur fәaliyyәtlәri xeyli artmışdır.
Azәrbaycanda bank sisteminin inkişafına-әlverişli şәraitin meydana gәtirilmәsi, bu sahәyә
texnalogiyanı vә iş praktikasını çәkmәk bu kimi yatırımları artırmaq mәqsәdi ilә
Azәrbaycan Beynalxalq Bankının ilkin kapitalını 20 %-nin Avropa İnkisaf Bankının
satınalması planlaşdırılmaqdadır.
Azәrbaycanın bank bazarında nağd olmayan ödәnişlәrә keçiş prosesi getdikcә
sürәtlәnmәkdәdir. Nağd olmayan ödәmәlәrә keçişin dünya tәcrübәsi, xalqın maliyyә
imkanlarının banklara cәlb edilmәsi ölkәdәki iqtisadi vәziyyәti keyfiyyәt baxımından
yaxşılaşdırıldığını vә bunun da xalqın sosial vәziyyәtini yüksәltdiyini göstәrir. Bank
sistemindә 2005-ci ilin yanvar ayından etibarәn Azәrbaycanda “İnternet Bankçılığı” vә
“Mobil Bankçılıq” ödәniş sistemlәri tәtbiq edilmәyә başlamışdır. Bu fәaliyyәtlәr Dünya
Bankının vә Beynәlxalq Valyuta Fondunun tövsiyәlәrinә әsasәn hәyata keçirilmişdir. Hal
hazırda Azәrbaycanın bank bazarında müştәrilәrin imkanları inkişaf etmәkdә vә onların
tәlәblәrinә görә beynәlxalq xidmәtlәr tәtbiq edilmәkdәdir. Ölkәdә bank bölmәsinin inkişaf
etmәsә vә xalqın banklara olan etibarını yenidәn әldә etmәk üçün әmanәt sığorta fondu
qurularaq әmanәtlәrin sığortalanması haqqında qanun qәbul edilmәlidir. İslahatlar daxilindә
әmanәtlәrin sığortalanması üçün bәzi fәaliyyәtlәr hәyata keçirilir. Әmanәtlәrin
Sığortalanması Fondunun qurulması vә fәaliyyәti ilә әlaqәdar qanun 2005-ci ildә
çıxardılmışdır. Başqa bir tәrәfdәn әmanәtlәrin sığortalanması fondunun tәşkilindәn
meydana gәlәn problemlәr üçün dә Mәrkәzi Bankın, basqa bankları maliyyә hasablarını
hәqiqәtә uygun açıqlamaq istiqamәtindә siyasәt tәtbiq etmәlidir. Bank bölmәsindә
infrastruktur çalışmaları, ödәmә sistemi, muhasibat sistemi, bank nәzarәt vә hüquqi
infrastruktur kimi çalısmalarda davam etmәkdәdir. Bank bölmәsinin inkişafı isә özәl bölmә
baxımından, xüsusi ilә hәm asan kredit imkanı әldә etmә baxımından, hәm dә fәrqli bank
xidmәtlәrindәn istifadә edilmәsinә imkan verәcәkdir. Bank bölmәsinin inkişafı vә sistemә
etibar edilmәsi, fәrdlәrin әllәrindәki nağd imkanları banklara istiqamәtlәndirmәkdә tәsirli
olacaqdır.
Nәticә vә Tәkliflәr
Müstәqillikdәn bügünә qәdәr keçәn müddәtdә Azәrbaycanda artıq müstәqilliyin ilk
illәrindә hüquqi vә idarәetmә boşluqlarından meydana gәlәn mәnfi hallar ortadan
qaldırılmış vә bank bölmәsinin Mәrkәzi Bankın müşahidә, nәzarәt vә koordinasiyasında
sürәtlә inkişaf etdiyi görülür. Bir başqa tәrәfdәn hәr keçәn il bank bölmәsinin verdiyi
xidmәtlәr növ olaraq artmaqda, keyfiyyәt vә hәcmi olaraqda yüksәlmәkdәdir. Ancaq hәyata
keçirilәn hüquqi vә idari tәnzimlәmәlәrin daha da tәkmillәşdirilmәsi, verilәn xidmәtlәrin
növ vә keyfiyyәtinin artırılması vә bu sahәdә fәrqli ölkәlәrin tәcrübәsindәn istifadә
olunması olduqca zәruri bir mәsәlәdir.
Bank bölmәsindә:
Osman Nuri Aras vә Elçin Süleymanov İyun 2013
- Texniki infrastruktura,
- Ödәniş sisteminә,
- Muhasibat sisteminә,
- Bankların müşahidә vә nәzarәtinә vә
- Hüquqi infrastruktur ilә әlaqәdar fәaliyyәtlәri davam etdirmәk lazımdır.
Ayrıca olaraq bu istiqamәtdә:
- Dövlәt banklarının özәllәşdirilmsi,
- Әmanәtlәrin sığortalanması,
- Kadr siyasәti,
- Maaş siyasәti,
- Banlar arası iş qaydalarının müәyyәnlәşdirilmәsi vә
- Xidmәt siyasәtinin (xalqla әlaqәlәr vә reklam) mövzularınında gözdәn keçirilmәsi,
yaxşılaşdırılması vә müsbәt adımların atılması zәruridir.
Xüsusi ilә 2005-ci ilin axırında Bakı-Tiflis-Ceyhan boru xәttinin fәaliyyәtә keçmәsindәn
sonra, 2006-cı ildәn sonra ölkәyә neft gәlirlәrinin daxil olmasında mühüm bir artım olması
ilә bәrabәr bank bölmәsidә sürәtli inkişaf etmişdir. Basqa bir tәrәfdәn ölkәdәki sabit
iqtisadi vәziyyәtin, beynalxalq maliyyә mәnbәlәrinin ölkәyә cәlb edilmәsi dә bank
bölmәsinin inkişafına tәkan verәcәkdir.
Academic Views
13
Әdәbiyyat:
1. “Azәrbaycan Respublikası Bank Sistemi Haqqında Mәlumat Mәcmuası”
(Azәrbaycan Banklar Assosiyası Nәsriyyatı, Bakı, 2000).
2. “İllik
Hesabat”,
Azәrbaycan
Respublikası
Mәrkәzi
Bankı,
2012;
(http://www.nba.az). Giriş tarixi 2 Mart, 2013.
3. Nuri Aras, Osman, Azәrbaycan İqtisadiyyat –Makro İqtisadi vә Sektoral Analiz
(Qafqaz Arasdırmaları Mәrkәzi, Bakı, 2003).
4. Süleymanov, Rәsad, “Azәrbaycan Mikro Maliyyә Assosiasiyası Dasınmaz Әmlakın
Tәmirinә dә Kredit Verir”, 525-ci Qәzet, No: 43 (1900), 5 mart 2005.
5. Eyyuboğlu, S., “Qeyri-Bank Kredit Tәskilatları Bazarda Hökmüranlıq Edir”, 525-ci
Qәzet, 4 Yanvar 2003.
6. “Entrepreneurs to Get Loans up to $1m”, Azernews, No: 10 (400), 8-15 Mart 2005.
March 8 – March 15, 2005.
7. “Mikromaliyyәlәsdirmә Bankı On Mininci Kreditini Verdi”, 525-ci Qәzet, No: 57
(1914), 29 Mart 2005.
8. “Two Local Banks Merge”, Azernews, No:09(399), 1-7 Mart 2005.
9. Süleymanov, Elçin vә Zeynalov, Ayaz, “Azerbaycan Ekonomisinin Bagimsizlik
Sonrasi Makroekonomik Gostericilerinin Ekonomik Istikrar Acisindan Genel
Degerlendirilmesi”, Journal of Qafquaz University, No. 26, 2009.
Dostları ilə paylaş: |