Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə60/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   56   57   58   59   60   61   62   63   ...   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
191
sözündən çaşıb qalır. Oğlan Ç.Aytmatovun tutulduğunu hiss edir. 
Bir qədərdən sonra sözünə davam edərək: «Mən sizin «Ağ  gəmi» 
povestinizin qəhrəmanı olan Uşağam. Bəli, mən o vaxt həmin əfsa-
nəvi çaylarla İssık-Kuldan keçib, üzərək buraya gəlmişəm. İndi Pe-
kində oxuyuram». 
Fikir verin, XX əsrin 70-ci illərində Ç.Aytmatovun ağlına 
belə gəlməzdi ki, yad ölkədən olan oxucusu onun əsərləri və qəhrə-
manları ilə tanış olsun. Hətta oxucular özlərini bəzi qəhrəmanların 
yerində  də görürdülər. Çünki Ç.Aytmatov bütün əsərlərində  həyat 
həqiqətlərini qələmə alıb, oxucuya çatdırmağa çalışır. Bunu biz həm 
də müəllifin Hüsenbala Mirələmova əlyazma şəklində verdiyi və ta-
nınmış tərcüməçi Səyavuş Məmmədzadənin dilimizə çevirib oxucu-
lara çatdırdığı «Öldürməli… Ölməli…» («Ubit – ne ubit…») heka-
yəsində də yaxşı görürük. Hekayənin özü, onun tərcümə dili və sə-
viyyəsi haqqında ayrıca məqalə yazmaq fikrində olsam da, əv-
vəlcədən deyim ki, Çingiz Aytmatov öz hekayəsindəki hadisələrin 
ölkəmizdən kənarda cərəyan etdiyini göstərsə belə, onun əsas kon-
turlarının məhz Azərbaycandan götürüldüyünü güman etmək müm-
kündür. Sadəcə olaraq təsvir olunan yerlər və personajlar azərbay-
canlılar deyildir. Yenə  də  bəşəriyyət, xalqlar, müharibə, insanların 
müharibəyə münasibəti, onlarda müharibə ilə bağlı yaranmış mənfi 
assosiasiyalar, müharibələrin insan daxilində təlatümlər, ikili hiss və 
düşüncələr, münasibət və  dəyərlər yaratması – bunların hamısı 
Ç.Aytmatovun  əsərlərində daim həyatı, həyat həqiqətlərini bütün 
rəngləri ilə təqdim edə bilməsi ilə bağlıdır. 
Bu fikri burda vurğulamağa ona görə ehtiyac duydum ki, 
doğrudan da dünya ədəbiyyatında özünə sağlığında abidə ucaldan 
sənətkarların həyatı, onların hazırkı dövrdə yaradıcılıq işlərinin və-
ziyyəti barədə məlumat almağın özü də az iş deyildir. Bax, bu mə-
nada «Kredo» qəzetində dərc olunmuş yazının ədəbiyyat aləmində 
olan bilgilərimizin genişlənməsinə səbəb olduğunu söyləmək istəyi-
rəm. Bu görüşün təəssüratı  həm də müasir türk dünyasının canlı 
klassiki olan Çingiz Aytmatovun türklər barədəki fikirlərinə müna-
sibət bildirməyə  də kömək edir. Təəssüratlarda belə bir məqam da 


 Nizami Tağısoy 
 
192
vurğulanır ki, dünya türkləri indən belə inteqrativ proseslərə daha çox 
istiqamət götürməlidirlər ki, gələcəkdə bu proseslər bütün dünyada 
ümumi türk evinin tikintisi üçün əsas təməl daşına çevrilsin. 
Hüseynbala Mirələmovun təəssüratlarından görünür ki, əv-
vəlki dövrlərdən fərqli olaraq Çingiz Aytmatov məhz bu gün türklü-
yünü, türk dünyasına yaxından bağlılığını daha bariz nümayiş etdi-
rməyə çalışır: «Mənim üçün çox vacibdir ki, türk xalqları bir-birinə 
yaxınlaşsın. Biz bir kökdənik, bir ağacın budaqlarıyıq, dilimiz nə 
qədər doğmadır bir-birinə» («Kredo» qəzeti, yenə orada).  
Əksər əsərlərini rus dilində yazan Çingiz Aytmatovun Azər-
baycan yazıçısı ilə  qırğızca danışmağa üstünlük verməsi, yəqin ki, 
həm də türklərə, türk dünyasına, öz türklüyünə yaranmış məhəbbət-
dən irəli gəlir. Bəlkə  də çox keçməyəcək ki, daim orijinal mövzu 
tapmağı  və onu özünəməxsus  şəkildə «tərcümə» etməyi bacaran 
Çingiz Aytmatov türk xalqlarının monolitliyini əks etdirən zəngin 
türk epik təfəkkürünə  və türk qaynaqlarına müraciət edərək, daha 
monumental  əsərlər yaradacaqdır. Məhz bu tipli əsərlərin bu gün 
türk gənclərində yüksək ideallar yaratmağa, duyğular oyatmağa və 
onlar uğrunda mübarizə aparmalarına münbit zəmin hazırlayacaqdır. 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
193
 
ÇİNGİZ AYTMATOV VƏ MÜHARİBƏ 
 
/«…Öldürməli… Ölməli…» hekayəsi haqqında qeydlər/ 
 
XX  əsrin 70-80-ci illərindən bəri Çingiz Aytmatov yalnız 
qırğız və rus ədəbiyyatlarında və ədəbi tənqidində deyil, həm də bü-
tün dünya ədəbiyyatında, ədəbi tənqidində diqqəti daha çox cəlb et-
miş yazıçılardandır.  İlk baxışda gözlənilmədən  ədəbiyyata gəlmiş 
(o, əvvəl zootexnikumu, sonra kənd təsərrüfatı institutunu, nəhayət 
ikiillik Ali Ədəbiyyat kurslarını bitirmişdir) Çingiz Aytmatov «Cə-
milə» (1958) povesti ilə həm qırğız, həm də rus və digər dünya ədə-
biyyatlarına yeni obraz, yeni baş qəhrəman gətirməyə müvəffəq ol-
muş, oxucular arasında özünə və əsərlərinə böyük hörmət qazandır-
mışdır. Təxminən elə bu dövrdən «Üz-üzə», «Qırmızı yaylıqlı qova-
ğım mənim», «Köşək gözü», «İlk müəllim», «Əlvida, Gülsarı», 
«Ağ  gəmi», sonralar isə  «Əsrə  bərabər gün», «Qiyamət» və digər 
əsərlərin müəllifi kimi məşhurlaşa bilmişdir.  Əsərlərinin, demək 
olar ki, dünyanın bir çox dillərinə tərcüməsi, onların ictimaiyyət tə-
rəfindən qəbul edilməsi və sevilə-sevilə oxunması onu tez bir vaxt-
da tanıtdırmış, 35 yaşında Sovet İttifaqında verilən  ən ali – Lenin 
mükafatına layiq görülmüşdür. 
Çingiz Aytmatov yüksək dəbdəbəli salonlarda, fəxri kürsü-
lərdə görünər, ona böyük hörmət və ehtiram göstərilərdi. O, nəinki 
qırğız və rus ədəbiyyatını, həm də bütün dünya ədəbiyyatını ümum-
bəşəri dəyərlər hesab edilən uzaqgörənlik, gələcəyə ümid, faciəvi-
lik, insan, onun kosmosda, Yerdə rolu və mövqeyi və s. taleyüklü 
anlamlarla zənginləşdirmişdir. 
Ç.Aytmatov, demək olar ki, bütün əsərlərində böyük rus 
mütəfəkkiri N.Nekrasovun qəhrəmanı Qrişa Dobrosklonov kimi hə-
qiqətin, xoşbəxtliyin sorağı ilə  gəzməklə, insanları haqqa, ədalətə 
çağırmağı qarşısına məqsəd qoymuşdur.  Əksər  əsərlərində ya bir-
başa («Cəmilə», «İlk leyləklər»), ya da dolayısı ilə müharibə möv-
zusunu, onun dağıdıcı və faciəvi cəhətlərini, şəxsi və ailə həyatları-


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə