Etnos
v
ə epos: keçmişdən bugünə
201
larının tarixində məhz bu ovla ilk olaraq qaraqalpaqların məşğul ol-
duğu bildirilir.
Qaraqalpaq dili noğay və qazax dillərinə çox yaxındır. XIX
əsrin sonuna qədər onların dili bütün Türküstanın istifadə etdiyi türk
dilidir (3, 473).
Qaraqalpaqlar zəngin və rəngarəng epik əsərlər müəllifidirlər.
Onların şifahi yaradıcılıq arsenalında çoxsaylı (əllidən artıq) qəhrə-
manlıq və məhəbbət dastanları «Qırx qız», «Alpamış», «Koblan»,
«Şəhriyar», «Şirin-Şəkər», «Bozaman», «Ger Kosay», «Qurban-
bek», «Yer Ziuar», «Anadil» xalq və tarixi nəğmələr, nağıl, əfsanə,
lətifə, atalar sözü, zərb məsəllər və s. vardır. Bu nümunələrin əksə-
riyyəti jırau, baksı, akınların viruoz ifaçılığı sayəsində yazıya alına-
raq günümüzə gəlib çatmışdır.
Müəllifli bədii ədəbiyyat nümunələrinin yaranması XVIII-
XIX əsrlərə aiddir. İlk qaraqalpaq şairi (jırçı, jırau) Jiyen Jırau əzə-
mətli yaradıcılığı ilə qaraqalpaqların zəngin poetik və estetik duyum
tərzindən xəbər verir. Sonralar Jiyen Jırau dəst-xətti Günxoca,
Hacıniyaz və b. yaradıcılığında ustalıqla davam etdirilmişdir.
Qaraqalpaq poeziyasının zirvəsində Berdağ yaradıcılığı təşkil
edir. Qeyd edək ki, qaraqalpaq şairləri və yazıçılarından yalnız Ber-
dağın yaradıcılığı xalq şairi Hüseyn Arif tərcümələrində Azərbay-
can oxucularına çatdırılmışdır (2). Düzdür, XX əsrin 70-ci illərinin
sonlarında qaraqalpaq qəhrəmanlıq dastanı «Qırx qız» istedadlı şair
Ələkbər Salahzadə tərəfindən A.Tarkovskinin rus dilinə etdiyi sər-
bəst tərcümə mətnindən dilimizə tərcümə olunsa da, mütərcim onun
sosial sifariş olduğunu, orijinala uyğun olmadığını qeyd etməklə,
Azərbaycan oxucusunun tələblərinə cavab vermədiyini bizimlə söh-
bətində dəfələrlə qeyd etmişdir.
Qaraqalpaq yazılı ədəbiyyatının inkişafı XX əsrin 20-ci illə-
rindən başlayır. Bütün zaman kəsiklərində poeziya qaraqalpaqlarda
iki – türk və şərq ədəbi-mədəni ənənələri kontekstində yaranmış və
inkişaf etmişdir. Bununla belə XX əsrdə yaranan qaraqalpaq ədəbiy-
yatı, bir tərəfdən, folklora, klassik türk və şərq ədəbiyyatına söykə-
nirdisə, digər tərəfdən, onun inkişafına rus poeziyasının və rus poe-
Nizami Tağısoy
202
tik sisteminin də təsirini diqqətdən kənarda qoymaq olmaz. XX əsr
qaraqalpaq poeziyası yeni janr, ideya, növ, şəkil və formalarla zən-
ginləşirdi. Sovet hakimiyyəti dövründə qaraqalpaq ədəbiyyatında
poema janrı xüsusilə inkişaf edir, gerçəkliyin bədii dərkinin yeni
prinsipləri formalaşırdı. Qaraqalpaq tarixi və ədəbiyyatının yorul-
maz tədqiqatçısı akad. M.K.Nurmühəmmədov doğma ədəbiyyatda
poema janrının inkişafına ayrıca monoqrafiya həsr etmişdir (10,
158).
Poeziyaya nisbətən qaraqalpaq nəsri son dərəcə zəif inkişaf
edirdi. İlk dövrlərdə onun inkişafını şərtləndirən amillər sırasında
oçerk, korrespondensiya, publisistik əsərlərin rolu qeyd edilməlidir.
Nəsr əsərləri yalnız 30-cu illərdə hekayələrin dövrü mətbuatda nəşri
ilə başlayır. Povest 30-cu illərin ikinci yarısından, roman janrı isə
50-ci illərdən yaranır.
Qaraqalpaqlarda dramaturgiya və teatra gəldikdə isə, onların
öz başlanğıcını Dördgöl şəhərində və digər regionlarda fəaliyyət
göstərən dram dərnəklərindən götürdüyünü qeyd etmək zəruridir.
30-cu illərdən başlayaraq qaraqalpaq teatrının və səhnə sənətinin in-
kişafına digər müəlliflərlə yanaşı Ü.Hacəbəyovun «Arşın mal alan»
komediyasının və M.S.Ordubadinin «Beş manatlıq gəlin» pyesinin
təsir etdiyini mütləq qeyd etmək lazımdır.
Bu məlumatları biz T.Bayandiyevin «K.S.Stanislavski adına
Qaraqalpaq Dövlət Teatrı (1930-1967). Tarixi oçerk» kitabında teatr
tamaşalarını 38 il ərzində əks etdirən siyahıdan ala bilirik (1, 193-
199).
XX əsr qaraqalpaq ədəbiyyatının qət etdiyi şərəfli yola nəzər
saldıqda, burada Abbaz Dabılovun, Seyfulqabit Majitovun, Ayap-
bergen Musayevin, Sadık Nurumbetovun, Mirzaqali Daribayevin,
Jolmurza Aymurzayevin, Tolıbay Kabulovun, Həsən Begimovun və
d. rolu son dərəcə önəmli görünür. XX əsr qaraqalpaq ədəbiyyatını
qazax ədəbiyyatı kimi onun «qızıl dövrü» adlandırmaq olar. Sayca o
qədər də böyük olmayan qaraqalpaqların bədii söz sənətinə bu qədər
ürəkdən yanaşmaları xalqın estetik zövqündən və bədii sözə olan
ehtiyacından irəli gəldiyini qeyd etmək yerinə düşər.
Etnos
v
ə epos: keçmişdən bugünə
203
Qaraqalpaq yazıçılarının əsərləri dünya xalqlarının dillərinə, o
cümlədən özbək, qazax, türkmən, qırğız, rus, eston, ukrayna, Avro-
pa, Anadolu türkcəsinə və b. tərcümə olunsa da, təəssüf ki, yuxarıda
qeyd etdiyimiz kimi, yalnız Berdağın bir sıra şeirləri deyilsə bu ədə-
biyyatın heç bir nümunəsi, Azərbaycan dilinə tərcümə olunmamış,
Xəzərin o biri sahillərində yaşayan bu türk xalqının ədəbiyyatı və
mədəniyyəti haqqında bizim regionda bilgilər zəif olmuşdur. Bunu
nəzərə alaraq iyirmi ilə yaxın bir zaman kəsiyində materiallar topla-
yaraq Azərbaycanda üç il bundan öncə ilk dəfə olaraq ali məktəblər
üçün «Qaraqalpaq ədəbiyyatı» (9) kitabını araya - ərsəyə gətirib
oxucuların ixtiyarına verdik.
Yuxarıda qeyd etdiyimiz kimi, XX əsr qaraqalpaq ədəbiyyatı
çoxsaylı sənətkarlar tərəfindən yaradılmışdır. Buna görə də qaraqal-
paq yazıçılarının hər birinin əsərləri haqqında oxuculara məlumat
vermək yerinə düşər. Çünki Bakıda keçirilmiş Türk xalqlarının X İş
Birliyi qurultayında (noyabr, 2007) bu xalqlar arasında siyasi, iqti-
sadi, mədəni, ədəbi yönümdə inteqrasiyasından geniş danışılmaqla,
türk xalqları arasında əlaqələrin daha mühüm müstəvilərdə aparıl-
masına toxunulmuşdur. Təəssüf ki, adı çəkilən qurultaydan iki ildən
artıq keçmiş müddət ərzində yenə də bu əlaqələr (xüsusən ədəbi əla-
qələr) arzu olunan səviyyəyə qaldırılmamışdır.
Maliyyə çətinlikləri ucbatından biz hələ də «Qaraqalpaq ədə-
biyyatı» kitabının Azərbaycan dilində variantını çap etdirə bilmirik.
Qeyd edək ki, hələ 2006-cı ildə süjet və tematik baxımından rənga-
rəng «Qaraqalpaq xalq nağılları»nı tərcümə edib kitab şəklində nəşr
etdirmişik. Lakin volontyorluq səviyyəsində aparılan bu işlər maliy-
yə yardımı olmadan sistemli və ardıcıl həyata keçirilə bilməz.
Bununla belə mümkün qədər qaraqalpaq ədəbiyyatının Azər-
baycanda, və Azərbaycan ədəbiyyatının Qaraqalpaqıstanda təbliğ
olunması istiqamətində işlər görmək lazımdır. Qaraqalpaq ədəbiy-
yatı XX əsrdə xeyli istedadlı yazıçılarla zəngindir. Əgər XIX əsrin
sonu XX əsrin əvvəlləri bu ədəbiyyatın zirvəsini Berdağın yaradıcı-
lığı təşkil edirdisə, XX əsrin 80-cı illərindən estafet böyük roman
ustası Tulepbergen Kaipbergenovun əlinə keçmişdir.
Dostları ilə paylaş: |