Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə62/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   58   59   60   61   62   63   64   65   ...   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
197
atasının düşmənə necə divan tutmasını dinlədikcə Sergey gah cəb-
hədə düşmənlərini öldürəcəyinə, gah da öldürməyəcəyinə üstünlük 
verir, daim odla su arasında qalırmış. Sergeyin içində ikili çırpıntı, 
ikili hisslər yaşayır. Yazıçı oxucuya bu ikili hissləri çatdırmaqla, 
ona münasibəti hər kəsin öz ixtiyarına verir. Oxucu da öz qənaətlə-
rini edir, müvafiq nəticəni çıxarır. 
«…Öldürməli… Ölməli…» hekayəsini oxuduqdan sonra bu 
əsərin xeyli məqamlarını Azərbaycan yazıçılarından V.Babanlının 
«Ana intiqamı» povesti və A.Rəhimovun «İkili dünyam» romanın-
dakı baş  qəhrəmanların davranış  və  hərəkətlərilə birbaşa üst-üstə 
düşdüyü qənaətinə gəldim. 
V.Babanlının «Ana intiqamı» povesti 1997-ci ildə  qələmə 
alınıb.  Əsər sırf müharibə mövzusuna həsr olunmuşdur. Povestdə 
yeganə oğlunu cəbhəyə göndərən ana çox keçmir ki, onun tabutunu 
qarşılamağa məcbur olur. Oğlunu dəfn etdikdən sonra mütləq silaha 
sarılıb cəbhəyə, oğlunun intiqamını almağa yollanacağını  qərarlaş-
dırır və belə  də edir. Döyüşlərin lap ön sırasına gedən ana erməni 
əsgərləri ilə az qala əlbəyaxa mövqedə dayanır. Avtomatın tətiyini 
çəkərək ağacın arxasında durub gözləyir. Ona tərəf gələn erməni əs-
gərinə atəş aça bilmir ki, bilmir. Onun analıq hissi hər şeyi üstələyir. 
Fikirləşir ki, erməni olsa da, onun da yolunu gözləyən ana var, onu 
da cəbhəyə ana yola salıb. İnsan ömrünə qıymaq, onu məhv etmək 
yolverilməzdir. Azərbaycanlı ana erməni əsgərini vurmur, lakin er-
məni əsgəri ananı qanına qəltan edir. 
Beləliklə, yazıçı azərbaycanlı ananın necə böyük hisslər da-
şıdığını olduqca inandırıcı boyalarla verə, onun daxili mənəvi alə-
mini açmağa müvəffəq ola bilmişdir. 
Müharibənin yazıçı A.Rəhimov traktovkası da özünəməx-
susdur. Məsələn, onun «İkili dünyam» romanının baş  qəhrəmanı 
Valeri  İsakov Rusiyada ali hərbi təhsil almış mütəxəssisdir. Baş 
qərargah Valerini Ermənistanda xidmət etməyə, orada azərbaycanlı-
lara qarşı vuruşmağa göndərir. Valerinin atası azərbaycanlı, anası 
rusdur. Valeri azərbaycanlı  oğlu olduğunu bilməsinlər deyə, güclü 
manevrlər, çox götür-qoy edir. Lakin yenə  də V.Babanlıda olduğu 


 Nizami Tağısoy 
 
198
kimi A.Rəhimovda da azərbaycançılıq qalib gəlir. Valeri İsakov 
Azərbaycana, Azərbaycan  əsgərinə, Azərbaycan torpağına, haqqa-
ədalətə xidməti daha üstün tutur. 
Bununla belə Ç.Aytmatov kimi həm V.Babanlı, həm də 
A.Rəhimov müharibənin mahiyyətini bütün əsər boyu açmağa, də-
rin psixologizmlər yaratmağa tam müvəffəq olurlar. Bu mənada öz 
qırğız həmkarlarından heç geri də qalmırlar. 
Ç.Aytmatovun «…Öldürməli… Ölməli…» hekayəsi də oxu-
cuda dərin və özünəməxsus psixoloji ovqat və  gərginlik yaradır. 
Əsərdəki psixologizmi həm müharibə dəhşətlərinin yaradılmasında, 
həm Sergeyin, əsgərlərin, onları cəbhəyə yola salan insanların hiss 
və duyğularında, Sergeyin ata və anasının müharibəni dərk və ona 
münasibətində, həmçinin digər məqamlarda aydın görmək olur. 
Əsər boyu sətiraltı  mənalarla müharibə  lənətlənir, pislənir. Ç.Ayt-
matovun  əsərinin  əsas məqsədi də  məhz insanda müharibəyə belə 
münasibət aşılamaqdan ibarətdir. 
 
 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
199
 
QARAQALPAQ ƏDƏBİYYATI 
 
Tulepbergen Kaipbergenovun yaradıcılığı 
 
Sak-sarmat-massaget-peçeneq və türk genetik, mədəni ənənə-
lərindən başlanğıc götürən qaraqalpaqlar zəngin, eyni zamanda mü-
barizə  və dramatizmlə dolu bir tarixi yol keçmişlər. «Qaraqalpaq» 
etnonimi ilk dəfə elmi və tarixi ədəbiyyata XVI əsrin sonlarından 
məlumdur. Buxaralı Abdulla xan (1583-1598) tərəfindən imzalan-
mış bir sənəddə qaraqalpaq adı (1598) Buxara və ona yaxın ərazilər-
də oturaq, yarımoturaq və köçəri qəbilə və tayfalar sırasında çəkilir. 
Bu etnosun adı türk etnonimi «qaraqalpaq» olmaqla «qara papax» 
mənasını verir. Ərəb tarixçiləri qaraqalpaqları «kaum-i kul-i sia», 
məşhur türkoloq Dosson «Monqolların tarixi» kitabında «qaraqal-
paq xalqı» adlandırır. Bu nəzər nöqtəsini professor N.C.Berezin də 
«Batının yürüşü» əsərində müdafiə edir. XIV əsr ərəb tarixçisi Ən-
Nüveyri isə Qızıl Ordada yaşayan on bir qıpçaq qəbiləsindən birini 
«Qarabörklü» adlandırır və bu etnonim rus salnamələrində adı  çə-
kilən «çyorniye klobuki» etnoniminə uyğun gəlir. Macar türkoloqu 
A.Vamberi isə onları peçeneqlərin yaxın qohumu adlandırır. Hər 
neçə olursa olsun əlimizdə olan çoxsaylı mənbələrə söykənərək, qa-
raqalpaqların  əcdadları sak-sarmat-massaget-peçeneq mənbələrinə 
dirənsə də, burada özünü büruzə verən ən mühüm göstərici qaraqal-
paqların, qıpçaq türklərinə  məxsusluğudur. Bununla belə apardığı-
mız araşdırma və təhlillər göstərir ki, qaraqalpaqların (oxu qaraqal-
paqların) etnik tərkibində oğuz komponentinin də olduğunu nəzər-
dən qaçırmaq olmaz. Bunu biz Pokrovskaya, F.Kırzıoğlu, Z.Bünya-
dov və b. müəlliflərin araşdırmalarına söykənərək söyləyə bilərik. 
Qaraqalpaqlar etnik kökə son dərəcə sayqı  və sevgi ilə yanaşan 
xalqdır. Ona görə də hələ uzaq əsrlərdən mövcud olan tayfa-qəbilə 
bölgüsü bu gün də bu xalqın içində yaşamaqdadır. Məsələn, bu tay-
falar - kuyın, boklı-xıyta, qırx, çeruçi, aytəkə, aralbay, beşsarı, qay-
çılı, iki şeyx, qazayaxlı (müqayisə et «qazaxlı» Azərbaycanda, «ka-


 Nizami Tağısoy 
 
200
zayaklı» Qaqauziyada), qıpçaq, tiyəkli, irqaklı, uyqur, aşamaylı, qo-
şadamğalı, xəndəkli, kıyat, qaramayın, keneqes, manqıt, kunqrat və s. 
Qaraqalpaqlar tarixin bütün zaman kəsiklərində milli birlik 
müstəqillik uğrunda mübarizə aparmış, Sibir, Orta Asiya və Qaza-
xıstanın müxtəlif  ərazilərinə  səpələnmiş qaraqalpaqlar öz doğma 
əraziləri ata yurduna («Ata jurtı») qayıtmaq üçün min bir məhru-
miyyətlərə düçar olmuş, müxtəlif tayfalararası müharibələrdə xalqın 
sayı  nəzərəçarpacaq dərəcədə azalmışdır. Bununla belə tarixi qay-
naqlar qaraqalpaqların Amu-Dərya və Sır-Dərya arasına İtil (Volqa) 
çayı sahillərindən gəldiklərini deyir. Peçeneq soyundan gələn qara-
qalpaqların  əsli qıpçaqlar IX-XI əsrlər arasında xəzərlərlə birlikdə 
ruslara qarşı müharibələrdə iştirak etmişlər. XV-XVI əsrlərdə qono-
ğay və qazaxlarla Qızıl Orda dövləti tərkibində birlikdə olmasına 
baxmayaraq, öz aralarında gedən etnik savaşlar nəticəsində onlar 
bir-birindən ayrılmışlar. Məhz bundan sonra Ceyhun və Seyhun ara-
sında yerləşmişlər. Qaraqalpaqlar Amu-Dərya və Sır-Dərya çayları-
nın arasını «Ata yurdu» hesab edirlər. Muxtəlif tarixi dövrlərdə qa-
raqalpaqlar Xarəzm, Buxara, Fərqanə, Orta və Böyük Cuzun tərki-
bində olmuş, cunqarlar (kalmıklar) və Nadir şahın qoşunları ilə mü-
haribələr aparmışlar. Sonuncu ikilərlə olan qanlı müharibələrlə bağlı 
xeyli məqamlar qaraqalpaqların «Qırx qız» qəhrəmanlıq dastanında 
da özünə yer almışdır.  
Yalnız XX əsrdə qaraqalpaqlar əvvəl Muxtar vilayət, sonra 
Qaraqalpaqstan Muxtar Respublikası, XX əsrin 90-cı illərində Öz-
bəkistan Respublikası ərazisində müstəqil Qaraqalpaqstan Respubli-
kası qurmağa nail olmuşlar. 
Qaraqalpaqlar bu gün nəinki Qaraqalpaqstanda, həm də ondan 
kənarda – Özbəkistanda, Qazaxstanda, Türkmənistanda,  Əfqanıs-
tanda, İraqda, Rusiya Federasiyasında, digər ərazi, bölgə və ölkələr-
də yaşamaqdadırlar.  
Amu-Dərya və  Sır-Dərya hövzəsində yerləşən qaraqalpaqlar 
burada  əkinçiliklə (darıçılıq, çəltikçilik) heyvandarlıqla bərabər, 
həm də Aral gölündə balıq ovlamaqla məşğul olmuşlar. Türk xalq-


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə