Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə64/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   60   61   62   63   64   65   66   67   ...   114

 Nizami Tağısoy 
 
204
T.Kaipbergenov qaraqalpaq ədəbiyyatında yeni hadisə kimi 
dəyərləndirilir. Onun «Katib», «Sağ ol, müəllim» («Мугаллимге 
рахмет!»), «Buz damcı», «Sonuncu hücum» («Сонги  хужим»), 
«Qaraqalpaq qızı», «Yuxusuz gecələr», «Maman-biy əfsanəsi» 
(«Маман биé ефсанàсы»), «Qaraqalpaqnamə» roman- essesı, «Qa-
raqalpaqlar haqqında dastan» trilogiyası və b. əsərləri oxucular ara-
sında geniş yayılmaqla, dünya xalqlarının dillərinə  tərcümə olun-
muş, müəllifinə böyük şöhrət gətirmişdir. 
Bədii yaradıcılığa T.Kaipbergenov XX əsrin 50-ci illərinin 
ikinci yarısından «Amu-Dərya» jurnalında dərc olunan, hekayələr 
və oçerklərlə başlamışdır. İlk iri həcmli əsəri («Katib») qaraqalpaq 
aulunun müharibə illərindəki yaşam həyatına, ikinci povesti «Mu-
qallimqe raxmet!» adı çəkilən dövrün ən gözəl əsərlərindən biri ol-
maqla, qaraqalpaq xalq müəlliminin çətin və şərəfli işinə həsr olun-
muşdur. T.Kaipbergenovun «Muqallimqe raxmet!» əsərini qırğız 
yazıçısı Ç.Aytmatovun «İlk müəllim» povestinin xeyli məqamları 
ilə müqayisə etdikdə, bu əsərin özünəməxsus çalarlarla fərqləndiyi-
nin şahidi olarıq. T.Kaipbergenov müəllim mövzusuna hətta Ç.Ayt-
matovdan bir neçə ay əvvəl müraciət etmişdir (5, 352). Hər iki 
povestin qəhrəmanlarının taleyi və  mənəvi yaxınlığı da oxucunun 
gözü qarşısında canlana bilir. 
T.Kaipbergenovun qələmindən çıxmış bütün əsərləri son dərə-
cə maraqlı və təkrarolunmazdır. Çoxsüjetli və rəngarəng problemti-
kalı nəsr əsərləri ilə yanaşı onun «Xeopsun piramidası», «Yurtadan 
dünyaya», «Allahın neçə adı var» və s. publisistik əsərləri müəllifin 
adını daha geniş çevrədə  məşhurlaşdırdı. Bu gün T.Kaipbergenov 
Berdağ, Həmzə Niyazi, SSRİ Dövlət Mükafatları laureatı olmaqla, 
Qapaqalpaqstan Respublikasının Xalq yazıçısı, Qaraqalpaqstan Ya-
zıçılar İttifaqının sədridir. 
2008-ci ilin iyun ayının 3-də Bakı Slavyan Universiteti ilə Öz-
bəkistan Respublikası  səfirliyinin Azərbaycanda birgə  təşkil etdik-
ləri bu sətirlərin müəllifinin «Qaraqalpaq xalq nağılları» (tərcümə) 
və «Qaraqalpaq ədəbiyyatı» kitabının geniş prezentasiyasından son-
ra «Cahan» İnformasiya Agentliyi vasitəsilə məlumat almış T.Kaip-


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
205
bergenov, Berdağ adına Qaraqalpaqstan Dövlət Universitetinin rek-
toru Azat Matjanov, «Amu-Dərya» jurnalının baş redaktoru, Qara-
qalpaqstanın xalq yazıçısı Orazbay Abdiraxmanov BSU-nun rekto-
ru, prof.K.Abdullayevə birgə ünvanladıqları minnətdarlıq məktu-
bunda türk xalqlarının mənəvi mənbələrinin və dəyərlərinin birliyin-
dən söhbət açılır, qaraqalpaq və Azərbaycan ədəbiyyatları arasında 
əlaqələrin intensivləşməsinə ümid bəslədiklərini ifadə edirlər. 
1959-cu ildə T.Kaipbergenovun «Sonuncu hücum» («Sonqi 
xujim») adlı ilk romanı  işıq üzü görmüşdür.  Əsərdə 20-30-cu illər 
qaraqalpaq aulunun həyatı  qələmə alınmışdır. «Muqallimqe rax-
met!» povestində olduğu kimi burada da yazıçını sosial problemlər 
daha çox məşğul edir. Lakin «Sonuncu hücum» da hadisələr daha 
böyük dramatizmi, antoqonist ziddiyyətlərin gəlirməsi ilə seçilir. 
T.Kaipbergenova qədər də qaraqalpaq həyatının muxtəlif tərəflərini 
yazıçılar qələmə almışdılar. T.Kaipbergenovdan fərqli olaraq, on-
ların əsərlərində təsvirçilik, yalnız informasiya ötürmə istəyi üstün-
lük təşkil etdiyindən qəhrəmanların xarakteri statik, cansız, psixolo-
gizmdən məhrum idi. T.Kaipbergenov isə öz sələflərinin üstün cə-
hətlərindən yaradıcı şəkildə istifadə etməklə, obraz və hadisələri ye-
ni təsvir vasitələri ilə zənginləşdirməklə, relyefli, panoramlı roman 
yazır, qəhrəmanların davranışı və hərəkəti inandırıcı, konkret, fərdi-
ləşmiş eyni zamanda tipik ümumiləşdirmələrlə oxuculara təqdim 
edilir.  
«Yuxusuz gecələr» və «Buz damcı» povestlərinin də mövzu 
və problematika palitrası rəngarəng və özəldir. Bu əsərlərin hər iki-
sində müəllif milli xarakterin açılmasında, xalqın tarixinə müraciət 
etməklə müvəffəq olur, tarixi isə müasirliyin köməyilə göstərməklə 
xalqın qəhrəmanlıq xarakterini relyefli detallarla oxucunun gözü 
qarşısında canlandırır və göstərir ki, zəhmətkeş qaraqalpaqlar bütün 
əzablara sinə  gərməklə, təmkinli və inadkarlıqla öz məqsədinə 
doğru irəliləmişlər. 
 T.Kaipbergenov yaradıcılığında digər əsərlərlə yanaşı «Qara-
qalpaqlar haqqında dastan» trilogiyası daha önəmli yer tutur. O, qa-
raqalpaq  ədəbiyyatında ilk roman-epopeya müəllifidir. Bu əsərin 


 Nizami Tağısoy 
 
206
araya-ərsəyə  gəlməsi son dərəcə üzücü və  əzablı olmuşdur (11, 
247). XX əsrin 80-cı illərindən çox-çox əvvəl o, bu epopeya ilə bağ-
lı çoxsaylı eskizlər etmiş, qeydlər aparmış, özünün 40-illik qələm 
təcrübəsini məhz «Qaraqalpaqlar haqqında dastan» trilogiyasında 
realizə edə bilmişdir.  Əsərlə tanış olduqda bu epopeyanın özünə-
məxsusluğunu, obrazların və  bədii priyomlarda özəl yanaşma tər-
zindən istifadəni görməmək mümkün deyildir. 
Bəs trilogiya hansı mövzuya həsr olunmuşdur? 
Trilogiya doğma xalqın tarixinin acı səhifələridir.  
Əvvəlki əsərlərinin əksəriyyətində olduğu kimi («Sağ ol, mü-
əllim», «Sonuncu hücum» və s.) T.Kaipbergenovun bu əsərində də 
dramatizm, hadisələrin çevik dəyişkənliyi və s. mühüm yer tutur. 
T.Kaipbergenov baş qəhrəman obrazını xüsusilə bacarıqla ya-
pır. Qeyd edək ki, belə yanaşma tərzi nəinki ədəbin «Qaraqalpaqlar 
haqqında dastan», həm də «Sonuncu hücum», «Qaraqalpaq 
qızı»nda Turebay Orazov, qadın şöbəsinin işçisi Cüməgül və d. da-
ha parlaq nümunədir. Onlar daim fəaliyyətdə, axtarışda, mənəvi-əx-
laqi inkişafda, mənəvi təkamüldədirlər. T.Kaipbergenovu qəhrə-
manlarının qəlbinin psixoloqu adlandıran tənqidçilər onu qırğız 
Ç.Aytmatovla, qazax A.Nurpeisovla, azərbaycanlı  İ.Hüseynov və 
Y.Səmədoğlu ilə birləşdirən xeyli məqamları vurğulayırlar. Onun 
«Qaraqalpaqlar haqqında dastan», «Sonuncu hücum», «Buz damcı-
sı», «Qaraqalpaqnamə» və digər əsərlərinin xeyli yerləri Ç.Aytma-
tovun «Gün var əsrə  bərabər», «Ölüm kötüyü», «Öldürməli-Öl-
məli…», A.Nurpeisovun «Qan və  tər»,  İ.Hüseynovun «İdeal», 
Y.Səmədoğlunun «Qətl günü» əsərləri ilə müqayisə oluna bilər (Ye-
ri gəlmişkən qeyd edək ki, «Öldürməli-Ölməli…» Ç.Aytmatovun 
sonuncu  əsərlərindən biri olmaqla, 2005-ci ildə  qələmə alınmışdır. 
Azərbaycan oxucusuna istedadlı mütərcim S.Məmmədzadənin tər-
cüməsində çatdırılmışdır. Bu sətirlərin müəllifi dövrü mətbuatda 
çap olunmuş  məqalələrindən birini məhz «Öldürməli - Ölməli…» 
hekayəsinin bədii özünəməxsluğuna və məzmun özəlliyinə həsr et-
mişdir. 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə