Nizami Tağısoy
204
T.Kaipbergenov qaraqalpaq ədəbiyyatında yeni hadisə kimi
dəyərləndirilir. Onun «Katib», «Sağ ol, müəllim» («Мугаллимге
рахмет!»), «Buz damcı», «Sonuncu hücum» («Сонги хужим»),
«Qaraqalpaq qızı», «Yuxusuz gecələr», «Maman-biy əfsanəsi»
(«Маман биé ефсанàсы»), «Qaraqalpaqnamə» roman- essesı, «Qa-
raqalpaqlar haqqında dastan» trilogiyası və b. əsərləri oxucular ara-
sında geniş yayılmaqla, dünya xalqlarının dillərinə tərcümə olun-
muş, müəllifinə böyük şöhrət gətirmişdir.
Bədii yaradıcılığa T.Kaipbergenov XX əsrin 50-ci illərinin
ikinci yarısından «Amu-Dərya» jurnalında dərc olunan, hekayələr
və oçerklərlə başlamışdır. İlk iri həcmli əsəri («Katib») qaraqalpaq
aulunun müharibə illərindəki yaşam həyatına, ikinci povesti «Mu-
qallimqe raxmet!» adı çəkilən dövrün ən gözəl əsərlərindən biri ol-
maqla, qaraqalpaq xalq müəlliminin çətin və şərəfli işinə həsr olun-
muşdur. T.Kaipbergenovun «Muqallimqe raxmet!» əsərini qırğız
yazıçısı Ç.Aytmatovun «İlk müəllim» povestinin xeyli məqamları
ilə müqayisə etdikdə, bu əsərin özünəməxsus çalarlarla fərqləndiyi-
nin şahidi olarıq. T.Kaipbergenov müəllim mövzusuna hətta Ç.Ayt-
matovdan bir neçə ay əvvəl müraciət etmişdir (5, 352). Hər iki
povestin qəhrəmanlarının taleyi və mənəvi yaxınlığı da oxucunun
gözü qarşısında canlana bilir.
T.Kaipbergenovun qələmindən çıxmış bütün əsərləri son dərə-
cə maraqlı və təkrarolunmazdır. Çoxsüjetli və rəngarəng problemti-
kalı nəsr əsərləri ilə yanaşı onun «Xeopsun piramidası», «Yurtadan
dünyaya», «Allahın neçə adı var» və s. publisistik əsərləri müəllifin
adını daha geniş çevrədə məşhurlaşdırdı. Bu gün T.Kaipbergenov
Berdağ, Həmzə Niyazi, SSRİ Dövlət Mükafatları laureatı olmaqla,
Qapaqalpaqstan Respublikasının Xalq yazıçısı, Qaraqalpaqstan Ya-
zıçılar İttifaqının sədridir.
2008-ci ilin iyun ayının 3-də Bakı Slavyan Universiteti ilə Öz-
bəkistan Respublikası səfirliyinin Azərbaycanda birgə təşkil etdik-
ləri bu sətirlərin müəllifinin «Qaraqalpaq xalq nağılları» (tərcümə)
və «Qaraqalpaq ədəbiyyatı» kitabının geniş prezentasiyasından son-
ra «Cahan» İnformasiya Agentliyi vasitəsilə məlumat almış T.Kaip-
Etnos
v
ə epos: keçmişdən bugünə
205
bergenov, Berdağ adına Qaraqalpaqstan Dövlət Universitetinin rek-
toru Azat Matjanov, «Amu-Dərya» jurnalının baş redaktoru, Qara-
qalpaqstanın xalq yazıçısı Orazbay Abdiraxmanov BSU-nun rekto-
ru, prof.K.Abdullayevə birgə ünvanladıqları minnətdarlıq məktu-
bunda türk xalqlarının mənəvi mənbələrinin və dəyərlərinin birliyin-
dən söhbət açılır, qaraqalpaq və Azərbaycan ədəbiyyatları arasında
əlaqələrin intensivləşməsinə ümid bəslədiklərini ifadə edirlər.
1959-cu ildə T.Kaipbergenovun «Sonuncu hücum» («Sonqi
xujim») adlı ilk romanı işıq üzü görmüşdür. Əsərdə 20-30-cu illər
qaraqalpaq aulunun həyatı qələmə alınmışdır. «Muqallimqe rax-
met!» povestində olduğu kimi burada da yazıçını sosial problemlər
daha çox məşğul edir. Lakin «Sonuncu hücum» da hadisələr daha
böyük dramatizmi, antoqonist ziddiyyətlərin gəlirməsi ilə seçilir.
T.Kaipbergenova qədər də qaraqalpaq həyatının muxtəlif tərəflərini
yazıçılar qələmə almışdılar. T.Kaipbergenovdan fərqli olaraq, on-
ların əsərlərində təsvirçilik, yalnız informasiya ötürmə istəyi üstün-
lük təşkil etdiyindən qəhrəmanların xarakteri statik, cansız, psixolo-
gizmdən məhrum idi. T.Kaipbergenov isə öz sələflərinin üstün cə-
hətlərindən yaradıcı şəkildə istifadə etməklə, obraz və hadisələri ye-
ni təsvir vasitələri ilə zənginləşdirməklə, relyefli, panoramlı roman
yazır, qəhrəmanların davranışı və hərəkəti inandırıcı, konkret, fərdi-
ləşmiş eyni zamanda tipik ümumiləşdirmələrlə oxuculara təqdim
edilir.
«Yuxusuz gecələr» və «Buz damcı» povestlərinin də mövzu
və problematika palitrası rəngarəng və özəldir. Bu əsərlərin hər iki-
sində müəllif milli xarakterin açılmasında, xalqın tarixinə müraciət
etməklə müvəffəq olur, tarixi isə müasirliyin köməyilə göstərməklə
xalqın qəhrəmanlıq xarakterini relyefli detallarla oxucunun gözü
qarşısında canlandırır və göstərir ki, zəhmətkeş qaraqalpaqlar bütün
əzablara sinə gərməklə, təmkinli və inadkarlıqla öz məqsədinə
doğru irəliləmişlər.
T.Kaipbergenov yaradıcılığında digər əsərlərlə yanaşı «Qara-
qalpaqlar haqqında dastan» trilogiyası daha önəmli yer tutur. O, qa-
raqalpaq ədəbiyyatında ilk roman-epopeya müəllifidir. Bu əsərin
Nizami Tağısoy
206
araya-ərsəyə gəlməsi son dərəcə üzücü və əzablı olmuşdur (11,
247). XX əsrin 80-cı illərindən çox-çox əvvəl o, bu epopeya ilə bağ-
lı çoxsaylı eskizlər etmiş, qeydlər aparmış, özünün 40-illik qələm
təcrübəsini məhz «Qaraqalpaqlar haqqında dastan» trilogiyasında
realizə edə bilmişdir. Əsərlə tanış olduqda bu epopeyanın özünə-
məxsusluğunu, obrazların və bədii priyomlarda özəl yanaşma tər-
zindən istifadəni görməmək mümkün deyildir.
Bəs trilogiya hansı mövzuya həsr olunmuşdur?
Trilogiya doğma xalqın tarixinin acı səhifələridir.
Əvvəlki əsərlərinin əksəriyyətində olduğu kimi («Sağ ol, mü-
əllim», «Sonuncu hücum» və s.) T.Kaipbergenovun bu əsərində də
dramatizm, hadisələrin çevik dəyişkənliyi və s. mühüm yer tutur.
T.Kaipbergenov baş qəhrəman obrazını xüsusilə bacarıqla ya-
pır. Qeyd edək ki, belə yanaşma tərzi nəinki ədəbin «Qaraqalpaqlar
haqqında dastan», həm də «Sonuncu hücum», «Qaraqalpaq
qızı»nda Turebay Orazov, qadın şöbəsinin işçisi Cüməgül və d. da-
ha parlaq nümunədir. Onlar daim fəaliyyətdə, axtarışda, mənəvi-əx-
laqi inkişafda, mənəvi təkamüldədirlər. T.Kaipbergenovu qəhrə-
manlarının qəlbinin psixoloqu adlandıran tənqidçilər onu qırğız
Ç.Aytmatovla, qazax A.Nurpeisovla, azərbaycanlı İ.Hüseynov və
Y.Səmədoğlu ilə birləşdirən xeyli məqamları vurğulayırlar. Onun
«Qaraqalpaqlar haqqında dastan», «Sonuncu hücum», «Buz damcı-
sı», «Qaraqalpaqnamə» və digər əsərlərinin xeyli yerləri Ç.Aytma-
tovun «Gün var əsrə bərabər», «Ölüm kötüyü», «Öldürməli-Öl-
məli…», A.Nurpeisovun «Qan və tər», İ.Hüseynovun «İdeal»,
Y.Səmədoğlunun «Qətl günü» əsərləri ilə müqayisə oluna bilər (Ye-
ri gəlmişkən qeyd edək ki, «Öldürməli-Ölməli…» Ç.Aytmatovun
sonuncu əsərlərindən biri olmaqla, 2005-ci ildə qələmə alınmışdır.
Azərbaycan oxucusuna istedadlı mütərcim S.Məmmədzadənin tər-
cüməsində çatdırılmışdır. Bu sətirlərin müəllifi dövrü mətbuatda
çap olunmuş məqalələrindən birini məhz «Öldürməli - Ölməli…»
hekayəsinin bədii özünəməxsluğuna və məzmun özəlliyinə həsr et-
mişdir.
Dostları ilə paylaş: |