Etnos
v
ə epos: keçmişdən bugünə
207
T.Kaipbergenov yaradıcılığı üçün müxtəlif tarixi dövrlərdə
xalqa görə bütün məsuliyyəti öz üzərinə götürən şəxsiyyət axtarışı
mühüm idi. Bu baxımdan adını çəkdiyimiz trilogiyanın birinci «Ma-
man biy əfsanəsi» səciyyəvidir ki, burada xalq həyatının tarixi bir
dövrü bədii nöqteyi- nəzərdən təhlil və tədqiq edilir.
Tarixi mövzulara həsr olunmuş T.Kaipbergenovun əsərlərində
təhkiyənin obyektiv prinsipi inkişaf etdirilir, sosial-siyasi kon-
kretliyi üstələməyən formalaşan şəxsiyyət təsvir edilir. Belə prinsip
təsvir olunan hadisələrin məna və mahiyyətini daha dərindən açma-
ğa kömək edir.
Bəs XX əsrin 50-ci illərinə qədər roman janrı inkişaf etməmiş
bir ədəbiyyatda tarixi mövzuya – epopeya janrına müraciət necə
mümkün olmuşdur? Belə maraq nədən qaynaqlanır? Qeyd edək ki,
XX əsr ədəbiyyatının və sənətkarlarının tarixi hadisələrə və tarixi
şəxsiyyətlərə marağı nəzərəçarpacaq dərəcədə güclənmişdir. Bəhs
etdiyimiz dövrdə rus ədəbiyyatında A.Çapligin «Razin Stepan»,
S.Zlobin «Salavat Yulayev», O.Forş «Radişşev», A.Tolstoy
«Birinci Pyotr», N.Yan «Çingiz xan», Y.Tınyanov «Kyüxlya» və
«Puşkin», V.Şişkov «Yemelyan Puqaçov», V.Kostılyov «Kuzma
Minin»; qazax ədəbiyyatında M.Auezov «Abay» və «Abay yolu»
roman-epopeyası A.Nurpeisov «Qan və tər», İ.Yesenberlin «Köçə-
rilər»; qırğız ədəbiyyatında T.Kasımbekov «Sınmış qılınc», T.Sı-
dıkbekov «Dağlar arasında»; Azərbaycan ədəbiyyatında A.Haqver-
diyev «Köhnə nəsil», M.S.Ordubadi «Dumanlı Təbriz», «Qılınc və
qələm», «Gizli Bakı», Y.V.Çəmənzəminli «Qan içində» və s. nəsr
əsərləri ilə yanaşı, həm də Nizami, Nəsimi, Nəvai, Uluqbəy, Vaqif,
Qacaq Nəbi, Şevçenko digər şəxsiyyətlərin həyat və fəaliyyətini
işıqlandıran dram əsərləri yazılmışdır. Yerinə düşər qeyd edək ki,
bu gün müasir Azərbaycan nəsrində tarixi şəxsiyyətlər - Don Juan,
Nadir şah, Şah Abbas və b. fəaliyyətini adekvat işıqlandırmağa çalı-
şan E.Hüseynbəyli, J.Oğuz və b. bu istiqamətdə məhsuldar işləmək-
də, qələm təcrübələrini püxtələşdirməkdədirlər.
«Qaraqalpaqlar haqqında dastan» epopeyasında T.Kaipberge-
nov tarix, fəlsəfə, psixologiya, mentalitet, etnik mənsubiyyət, böyük
Nizami Tağısoy
208
tarixi xadimlərlə onların müasirləri arasındakı münasibətlər müşa-
hidəli sənətkar duyğusu ilə qələmə alnır.
T.Kaipbergenov bu trilogiyada qaraqalpaqların tarixi konsep-
siyasını, xalqın keçmişinə münasibəti, müasir həyatını və gələcəyə
aparan yolu arayaraq bədii nöqteyi-nəzərdən mükəmməl şəkildə ini-
kas etdirir. Əsərin aparıcı motivi qaraqalpaqların birliyi məsələsidir.
Bu məsələni bədii şəkildə əks etdirərkən, müəllif hadisələri idealizə-
ləşdirmir. Onun köməyinə bədii təfəkkürün tarixiliyi gəlir. Sənətkar
XVIII-XIX əsrlərdə qaraqalpaq həyatını modernizələşdirmir. Trilo-
giyaya daxil edilən «Maman biy», «Aramsız», «Müəmmalı» roman-
larından hər biri Maman bəyin, Aydos bəyin və Yernəzər Alagözün
xalqla gələcək uğurunda mübirzələrini əks etdirir. Adları çəkilən
qəhrəmanların hər biri qaraqalpaq tarixinin mühüm səhifəsini təşkil
edir. Onlardan hər biri qaraqalpaqlar arasında tayfa-qəbilə nifaqının
dayandırılması, Xivə, Xarəzm xanlarına qarşı mübarizədə birləşmə-
də əvəzsiz rol oynamışdır. Lakin heç də qəhrəmanlardan hər biri
xalq tərəfindən bütün fəaliyyətində doğru-dürüst başa düşülməmiş,
bəzi hallarda satqın adlandırılmışdır. Bütün bunlara baxmayaraq,
qəhrəmanlar öz fəaliyyətində daim ardıcıllıq nümayiş etdirmişlər.
Baş qəhəramanların ölümü, onların kişi qeyrətli xanımlarının dul
qalması və s. məqamlar da trilogiyada inandırıcı şəkildə təsdiqini ta-
pır. Müəllif epopeyada faciəviliyə qədər yüksələ bilir. O, qaraqal-
paqların hətta yer üzündən silinə bilmə təhlükəsini elə detallarla ve-
rir ki, oxucu bu məqamları həqarətsiz oxuya bilmir. Trilogiyanın bi-
rinci cildinə müqəddimədə müəllif yazır: «Keçmiş indiki zamanın
müəllimidir. Müəllimin səhvlərini təkrarlamasın deyə, şagird o
səhvləri son dərəcə yaxşı bilməlidir… Səhvlərə baxıb öyrənirik» -
bütün zamanların və xalqların müdrikləri söyləmişlər.
Kim öz xələflərinin qəbrini daşlayırsa, gələcək nəsil onun
özünü məzardan baiyıra atacaqdır. Buna görə də keçmişə ədəblə,
nəzakətlə, göz bəbəyi kimi münasibət göstərmək lazımdır. Bir də
yaddan çıxarmamalıyıq ki, elə ölülər var ki, onlardan daim canlı ru-
hu gəlir və, əksinə, - elə canlılar da vardır ki, onlar daim ölü kimi
qoxuyurlar». Və daha sonra: «Keçmişin üstündən atlanmaq, hop-
Etnos
v
ə epos: keçmişdən bugünə
209
panmaq, hətta şütüyüb yan keçmək belə olmaz. Keçmiş elə keçmiş-
dir. O daim onunla qayğılı davranmağı sevir, diqqətli baxış tələb
edir» (8, 7).
Uzun zaman kəsiyində folklor əsərlərində yaşayan bu xalqın
tarixi şəxsiyyətləri T.Kaipbergenovun «Qaraqalpaqlar haqqında
dastan» trilogiyasında yazılı həyat əldə etdi, onları nəinki Orta Asi-
ya xalqları, həm də dünyanın digər xalqları tanıdı. Trilogiya qəhrə-
manlarından hər biri öz xalqı qarşısında tarixi missiyasını yerinə ye-
tirmişdir. Rus tənqidçisi T.Davıdova trilogiyanı təhlil edərkən haqlı
olaraq yazırdı: «T.Kaipbergenov tərəfindən məhz belə qəhrəmanla-
rın seçimi onun ictimai-fəal şəxsiyyət idealı ilə sıx surətdə bağlıdır.
Maman və Yernəzər obrazlarında öz idealını əks etdirən yazıçı, həm
də eyni zamanda onların fərdi, təkrarolunmaz insan xarakterlərini
göstərir» (4, 234).
Trilogiyanın birinci kitabının baş qəhrəmanı Maman-biy əgər
qaraqalpaq qəbilələrinin birləşdiricisi kimi çıxış edirsə, ikinci kita-
bın baş qəhrəmanı Aydos-biy qaraqalpaq tarixinin yeni səhifəsini
əks etdirir. Xalqa bağlılıq onu istismardan xilas Aydos-biyi hətta
Xivə xanının sarayına gətirir. Burada Aydos özünün yox, xalqın
marağına uyğun olaraq çıxış edir. Lakin xalq Aydos-biyi anlamadı-
ğından onun taleyi dramatizmlərlə müşayiət olunur.
Epopeyanın üçüncü kitabı sanki ilk iki kitabların təcrübəsini
sintez edir. Bu hissənin qəhrəmanı Yernəzər biydir. Əgər ilk iki
kitabların qəhrəmanları xalqın birləşməsini təmin edə bilməmişlər-
sə, Yernəzər biy bu vəzifənin öhdəsindən layiqincə gəlir. Bu onunla
bağlıdır ki, bir tərəfdən, Yernəzəar özü əvvəlki qəhrəmanlardan so-
sial aktiv şəxsiyyət kimi fərqlənir, digər tərəfdən, xalqın özü də xey-
li dərəcədə fəallaşmışdır. Üçüncü kitabda Yernəzər – uzaqgörən,
dözümlü və cəsarətli siyasi xadim təsiri bağışlayır.
T.Kaipbergenovun «Qaraqalpaqlar haqqında dastan» triologi-
yası çoxşaxəli və çoxproblemli əsərdir. Əlbəttə, bu epopeyada mü-
əllif psixologizmdən ustalıqla istifadə edə bilməsəydi, heç də tutarlı
və dərin məzmuna malik yetkin xarakterli realist boyalarla zəngin
Dostları ilə paylaş: |