Nizami Tağısoy
232
klassiklərimizin hər kəlməsinin qiymətini anladır. Təqdim olunmuş
şeirlərdə Anarın sözün birinci mənasında müdrik sənətkar olduğunu
yəqin edirsən. Düzdür, Anardan, onun yaradıcılığından danışdıqda
nə yazıçının özünü, nə də onun yaradıcılığına bələd olanları Anar
müdrikliyi ilə təəccübləndirmək mümkün deyil. Anar müdrikliyə
aparan yola lap erkən yaşlarından, hələ 20-yə çatmamış qədəm qoy-
muşdur. Bəlkə kimsə deyə bilər ki, o, başqa cür ola da bilməzdi.
Axı o, elə bir ailədə böyüyürdü ki, onun atası da (R.Rza), anası da
(N.Rəfibəyli) öz tövbəsində müdriklik yaşına öz yaşıdlarından daha
tez qədəm qoymuşdular. Bu fikirlə razılaşa bilərik. Axı atalarımız
«Ot kökü üstə bitər» deyiblər. Amma belə müsbət, hal heç də tez-
tez təkrar olunan deyil. Anarın yetişdiyi mikromühitlə (ailə), makro-
mühit (onun erkən yaşlarından Azərbaycanın tanınmış şair və yazı-
çıları ilə ata-anasının köməyi ilə tez-tez görüşməsi, ədəbi söhbətlə-
rin, bədii mübahisələrin iştirakçısı olması) münbit bitiş, inkişaf verə
bilmişdir.
Dediklərimizi biz onun, demək olar ki, «Adamın adamı», «Şə-
hərin yay günləri», «Səhər yuxuları», «Ağ liman», «Beş mərtəbəli
evin altıncı mərtəbəsi», «Dədə Qorqud», «Otel otağı» kimi özünə-
məxsus təhkiyə forması, hadisələr əlvanlığı. dramatizm xüsusiyyət-
ləri ilə seçilən əsərlərində görürük. Elə buna görə də Anarın əsərləri
işıq üzü görən andan oxucuların maraq»Azərbaycan ədəbi tənqidi-
nin isə təhlil və mübahisə obyektinə çevrilirdi.
Bədii həqiqət, onun həyat həqiqətlərinə münasibəti mürəkkəb
yaradıcılıq problemi olmasının sübuta yetirməsinə o qədər də ehti-
yac duyulmur. Hər bir sənətkar üçün bu problemin özünəməxsus ol-
duğunu da bilirik. Əlbəttə, burada hər şey yazıçının dünyagörüşün-
dən, həyat təcrübəsindən. yaradıcılıq imkanlarından, istedadından
daha çox asılıdır. Zənnimcə, Anar yaradıcılığını fərqləndirən sadala-
dığım bu cəhətlər onu bədii söz ustalarının ön sırasına çəkə bilmişdir.
Anarın əsərləri, bir tərəfdən, milli nəsrimizin müasir dövr ax-
tarışlarını təmin edibsə, digər tərəfdən, yazıçının dövrün, zamanın
hadisələrinə fərdi baxışı, onu dərki, bədii interpretasiyası ilə bağlı
olub. O, istər «Şəhərin yay günləri», «Səhər yuxuları», «Adamın
Etnos
v
ə epos: keçmişdən bugünə
233
adamı»nda, istərsə də digər əsərlərində yaradıcılıqda trafaretlərdən,
ştamplardan kənar düşündüyünü sübut edib. Bu əsərlər bir qayda
olaraq Azərbaycan ədəbiyyatşünaslarının tənqid hədəfi olub, onlar-
dakı kolliziyalar kontekstində dövrün mənəvi axtarışlarının aparıcı
aspektləri müəyyənləşdirilib. Məsələn, yadımızdadır, Anarın «Beş-
mərtəbəli evin altıncı mərtəbəsi» romanı 80-ci illərin əvvəllərində
nə qədər böyük əks-səda doğurdu. Əsər haqqında Azərbaycan tən-
qidçiləri ilə yanaşı (A.Məmmədov, V.Yusifli və b.), həm də digər
(rus ədəbiyyatşünasları Y.Surovsev və başqaları, alman ədəbiyyat-
şünasları F.Buxner və b.) fikir söyləyir, müzakirələrə həvəslə qoşu-
lurdular. Elə təsadüfi deyildir ki, yazıçının Təhminəsi müasir nəsri-
mizin ən cazibədar, dramatik obrazlarından biri kimi səciyyələndi-
rilmişdi. Bunları bir daha xatırlamağımın bircə səbəbi var: o da
Anar yaradıcılığının daim təkrarsız və əzəmətli olduğunu nəzərə
çarpdırmaq. Elə bədii nəsrində, dramaturgiyasında orijinal olduğu
kimi Anar «Klassik şeirlərdən səsləşmələr»də də bu orijinallığı sax-
laya bilmişdir. Anar epiqraf və yaxud təxmisamiz bəndlərdən yara-
dıcılıqla bəhrələnmədə təkrarsızdır, gözəldir, yaddaqalandır. Bəlkə
də klassiklərdən iqtibasların hər sözü, söz birləşməsi haqqında fikir
və mülahizələr söylənilib, onların yaradıcılıqlarının bütün (həm alt.
həm üst) qatları xırdalanıb, birər-birər ələnib ələkdən keçirilib. Anar
baxışında, Anar dərkində isə biz yenə də klassiklərimizin yaradıcılı-
ğında yaradıcı düşüncə üçün nə qədər açılmamış mətləblərin, hik-
mətlərin olduğunu anlaya bilirik.
Məsələn, İmadəddin Nəsiminin məşhur «Məndə sığar iki ca-
han...» qəzəlini öz «dəyirmanından» keçirən Anar bəlkə də məna və
sanbal etibarilə böyük klassiklərimizin anlamı və ifadələrindən geri
qalmayan beytlər təqdim edə bilir.
Biri söyər, biri döyər, haqq hardadır, nahaq harda
1
İtirdim haqq tərəzisin, yaxşı-yamana sığmazam...
1
Kursiv bizimdir – N.Т
Nizami Tağısoy
234
Neyləmişəm – cavabdehəm, vicdanımda yoxdu ləkə,
Heç vaxt istəmədim aman, çünki amana sığmazam...
İçim böyükdür özümdən, söylədiyim hər sözümdən,
Şəxsim, adım məni sıxır, adım Anara sığmazam.
Anar söz xatirinə, qafiyə xatirinə, beyt xatirinə bunları demə-
yibdir. Anar 60-cı illərə qədər cəmiyyətdə, dünyada, o vaxtkı Sovet-
lər İttifaqında, Azərbaycanda olan hadisələri, mənəvi-əxlaqi durumu
daha yaxşı dərk edir, anırdı, elə bu misralarda da o, andığını daha
yaxşı anlada bilir. Ona görə də haqla nahaqqın harda olduğunu, özü-
nün etdiklərinə «cavabdeh»liyini, «vicdanının ləkəsizliyini», buna
görə də heç kimdən «heç vaxt «... aman» «istəmədiyini» vurğulayır,
hər şeyi andığına görə də onu birinin söyməsinə, o birinin döy-
məsinə baxmayaraq içinin «özü»ndən, «söylədiyi»nin «sözü»ndən,
«şəxsi»nin, «adı»nın «Anara» sığmazlığından söhbət açır. Anar bu
fikirləri ilə heç də adi qafıyə yaratmaq yox, həm də müdrik kəlam-
lar, deyimlər səsləndirib, bizi hesabata çağırır.
Şah İsmayıl Xətaidən, bəhrələnib qələmə aldığı sətirlərdə isə
–
Əyə bilməz məni dövran, yolumdan sapmam heç zaman,
Xətainin ruhu vardır damarlarımda, qanımda...
Bir gün gələr məni anlar, məni anlar elim mənim,
İndi qürbətdəyəm sanki dövranımda, zamanımda –
deyərək biz Anarın əyilməzliyinin, Xətai bütövlüyünün, sınmazlığı-
nın sanki şahidi oluruq.
Məlumdur ki, Səfəvilər dövlətinin yaradıcısı və başçısı Şah İs-
mayıl Xətainin ömür yolu – hökmdarlığı, şairliyi və Azərbaycan
torpaqlarının birləşdiricisi kimi rolu bizim üçün örnəkdir. Xətayi öt-
kəm sərkərdə və hökmdar idi. Çaldıran müharibəsində məğlubiyyəti
o, özünə bağışlamadı. Lakin döyüş nə qədər qanlı olub, qüvvələr
Dostları ilə paylaş: |