Nizami Tağısoy
226
ri olduqca erkən parlamağa başlayır. Əsərlərinin hər birində orijinal
mövzu, təzə ideya, dövrün və cəmiyyətin problematikasını təhlilə
cəlb edən fikir və mülahizələr oxucuların ürəyinə yol tapır, Mir Cə-
lalı onlara sevdirə bilir. «Sağlam yollarda», «Mərkəz adamı», «Bos-
tan oğrusu», «Kağızlar aləmi» və s. hekayələri yazıçının əsərlərinin
mövzu əlvanlığı, problematika palitrasını göz önünə gətirir.
Mir Cəlalın yaradıcılığı günü-gündən püxtələşir, o, ədəbi ax-
tarışlarını və bədii tapıntılarını vərəqə köçürüb oxucuya fərqli müs-
təvidə təqdim edir. Yaradıcılığının bu istiqaməti Böyük Vətən Mü-
haribəsi illərində xüsusilə səciyyəvidir. O, bir-birinin ardınca «Ana-
ların üsyanı», «Vətən yaraları», «Mərcan nənə», «Havalı adam»,
«Silah qardaşları» kimi əsərləri qələmə alır.
Mir Cəlal həm də incə yumor hissi olan, satirik amplualı sə-
nətkar olduğundan məhz əsərlərinin bir sırasında cəmiyyətdəki ey-
bəcərliklər, çatışmazlıqlar, bədii sözün köməyi ilə tənqid atəşinə tu-
tulur. Onun «İmportnı xəstəlik», «Kələntərovlar ailəsi», «Anket An-
ketov» və s. əsərlərində biz ədibin belə ustalığının şahidi oluruq.
Mir Cəlalın hekayə və povestlərindəki sərt realizm onu tanınmış öz-
bək nasiri Abdulla Qəhharla müqayisə etməyə imkan verir. Yaradı-
cılığının müxtəlif illərində qələmə aldığı «Mərkəz adamı», «Təzə
toyun nəzarət qaydaları», «Həkim Cinayətov», «Havalı adam» və s.
hekayələri onu xeyli məqamlarda A.Qəhharın «Ədəbiyyat müəlli-
mi», «Şəhər bağı», «Oğrular», «Nar», «İkiüzlü» və s. əsərlərində
qaldırılmış problemlərlə yaxınlaşdırır. Yazıçıların bu əsərlərdə ma-
hiyyətin daha da dərinliklərinə enmələri, xalq həyatını daha geniş
şəkildə təhlil edə bilib obyektiv nəticələrə gəlmələri ilə bağlı müqa-
yisələr aparılsa, maraqlı nəticələrin şahidi olmaq mümkündür.
Mir Cəlalın əsərləri ilə yaxından tanış olduqda bu sənətkarın
özünəxas fərdi yaradıcılıq xüsusiyyətləri, onun şəxsi dünyagörüşü,
bədii əsərlərindəki təsvir, emosional-ekspessiv vasitələrdən uğurlu
istifadə, yazı manerası, dil-üslub əlvanlığı görmək olur. Mir Cəlalın
fərdi üslubu həm də eyni zamanda onu digərlərindən nəzərə çarpa-
caq dərəcədə fərqləndirir. Bizə belə gəlir ki, Mir Cəlal yazıçı fərdiy-
yətinin nə olduğunu nəinki praktik nöqteyi-nəzərdən yaxşı mənim-
Etnos
v
ə epos: keçmişdən bugünə
227
səmişdi, həm də o, bu məsələnin nəzəri xüsusiyyətlərini də «Ədə-
biyyatşünaslığın əsasları» kitabında kifayət qədər dərindən forma-
laşdırmışdı. «İki adamın xasiyyəti, hərəkəti, nitqi, səsi eyni ola bil-
mədiyi kimi, iki yazıçının yazı tərzi də eyni ola bilməz. Orijinallıq
güclü yaradıcılıq fərdiyyəti tələb edir. Sənətkarları bir-birinə ya-
xınlaşdıran müştərək amillər nə qədər güclü olsa belə, onların əsər-
ləri əlamətdar xüsusiyyətlərinə görə gərək hökmən fərqlənsin. Bu
fərqə ədəbiyyatşünaslıqda «üslub» deyilir. Üslub rəngarəngliyi ori-
jinallığın hər yazıçıya xas fərdi yaradıcılıq keyfiyyətlərinin təzahü-
rüdür» (Mir Cəlal, Xəlilov P. Ədəbiyyatşünaslığın əsasları. – Bakı,
Maarif, 1988, s.198). Doğrudan da əsl istedad sahibi olan yazıçı sə-
nət yollarında heç də ona qədər açılmış cığırlarla irəliləməmişdir. O,
daim nə isə yeni bir təqdimat, yeni bir görüntü, yeni bir dərk axtar-
mışdır. O, daim ədəbi prosesdə öz imzası, yeri və rolu ilə fərqlənən,
yazı, təhkiyə imkanları ilə görünən, dövrün tipik, eyni zamanda ak-
tual problemlərini qabartmaqla oxucu qəlbinə təsir edə bilən sənət-
karlardan idi.
Sadaladığımız bu cəhətlərinə görə də Mir Cəlal yaradıcılığı
zahiri dəbdəbədən kənar olmaqla, daim məsələnin mahiyyətinə va-
rır, əsərləri ilə ədəbi simasını cilalayır, bədii fəaliyyəti ilə digərlərin-
dən nəzərəçarpacaq dərəcədə seçilirdi. Bu gün ədibin yüzillik yubi-
leyi ərəfəsində onun yaradıcılığının Azərbaycan nəsrində tutduğu
yeri müəyyənləşdirməyə, onun bədii fərdiyyətini təhlil etməyə, də-
yərli vətəndaş olduğunu göz önünə gətirməyə məhz göstərdiyimiz
baxımdan ehtiyac var.
Mir Cəlalın müxtəlif dövrlərdə qələmə aldığı yumoristik, sati-
rik hekayələri, həyati problemlərimizi əks etdirən povestləri, realist
boyalarla zəngin romanları nəinki bədii nəsrimizin yeni çalarlar qa-
zanmasında, həm də milli-mənəvi dəyərlərimizin formalaşmasında
böyük əhəmiyyət kəsb etmişdir.
Mir Cəlal bədii nəsrində cəmiyyətdə mövcud olan ziddiyyət-
ləri, xalq həyatını, mənəvi-etik varlıqları, adi insanların müxtəlif şə-
raitlərdə psixoloji vəziyyətini özünəməxsus şəkildə əks etdirməyə
çalışmışdır. Elə buna görə də onun əsərlərinin mövzu dairəsi geniş
Nizami Tağısoy
228
və çeşidli, insan xarakterləri və obrazlar qalereyası rəngarəngdir.
Ədibin müxtəlif illərdə yazdığı «Əsgər oğlu», «Aqil», «İftixar»,
«Badam ağacları», «Oğul», «Sara», «Pərzad», «Bir gəncin mani-
festi», «Dirilən adam», «Yolumuz hayanadır?», «Təzə şəhər»,
«Açıq kitab» və digər əsərlərində adi görünən hadisələr xüsusi şə-
kildə mənalandırılır, zəruri təfərrüatlara varılır, ayrı-ayrı obraz və
surətlərin yalnız intim hissləri deyil, həm də ictimai əlaqələrinə diq-
qət yetirilir.
Mir Cəlal nəinki yaradıcılığı, həm də bütün varlığı ilə xalqa
bağlı sənətkar olmuş, onun xarakterik problemlərini təsvir və təhlil
edib oxuculara çatdırmağa çalışmışdır. Yəqin elə buna görə də Mir
Cəlal yaradıcılığının mayası xalq hikmətindən, xalq yaradıcılığın-
dan, əski türk təfəkküründən, atalar sözü və zərb məsəllərdən «su
içir». Bəlkə elə buna görə də ədibin «Sözün yeri var», «Gör fələk nə
sayır», «Yamanlığa yaxşılıq», «Az danışmağın faydası» və s. kimi
hekayələri xalq müdrikliyindən gələn başlıqlarla verilir. Təsadüfi
deyil ki, onun şifahi ədəbiyyatımıza dərindən bələd olması əsərlə-
rində özünəməxsus atalar sözləri əmələ gətirməsi və işlətməsi ilə
nəticələnir. Mir Cəlal xalq deyimlərimizi cilalaya-cilalaya, ovxala-
ya-ovxalaya, onlara əsərlərində naxış vura-vura yeni don biçir, yeni
qiyafəyə sala bilirdi.
Qeyd etdiklərimiz bir daha təsdiqləyir ki, Mir Cəlal yaradıcılı-
ğının xeyli tərəfləri ədəbiyyatşünaslığımızda daha geniş çevrədə
tədqiqatlara cəlb edilməli və yazıçının yaradıcılığının mahiyyətin-
dən doğan obyektiv nəticələrə gəlinməlidir.
2 aprel 2008-ci ildə Azərbaycan Beynəlxalq Universitetində
YUNESKO-nun 2008/2009-cu illərdə görkəmli şəxsiyyətlərin və
əlamətdar hadisələrin qeyd edilməsi proqramında 2008/2009-cu il-
lərdə yazıçı Mir Cəlal Paşayevin 100 illik yubileyinin Azərbaycan-
da dövlət səviyyəsində keçirilməsi ilə əlaqədar Azərbaycan Respub-
likası Prezidentinin verdiyi sərəncam əsasında qeyd edildiyi zaman
rektor E.Abdullayev, akad.H.Əhmədov, millət vəkili N.Cəfərov,
prof.T.Mütəllimov, prof.X.Əlmirzəyev, prof. H.Bayramov, xalq şai-
ri N.Həsənzadə, şair Ə.Əhməd və başqaları Mir Cəlalın doğrudan
Dostları ilə paylaş: |