Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə79/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   75   76   77   78   79   80   81   82   ...   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
253
sında həyat gərçəkliklərinin təcəssümü süjetin təhkiyə marağı ilə 
birgə bədii ustalıq kriteriyalarından mühümü olaraq qalır. 
 
* * * 
 
Elçinin daramturji yaradıcılığından danışarkən onun pyesləri-
nin bədii dilinin özünəməxsusluğundan söhbət açmamaq düzgün ol-
mazdı. Bu baxımdan «Ağ  Dəvə» tədqiqatçılar üçün daha zəngin 
material verir. Bu əsərdə Həsənağa əmi, Əzizağa əmi, Səfurə xala, 
Firuzə xala, Məşədi xanım, Ələkbər, Balakərim, Şövkət, İbadulla və 
başqalarının dilindəki yerli koloritin özünü əks etdirməsinə daha 
tez-tez rast gəlirik. Elçinin dram əsərlərində  bədii dilin bu cəhəti 
xalq-məişət dilinin özəlliyini oxucuya (tamaşaçıya) dürüst çatdırma-
ğa istiqamətlənmə ilə bağlıdır. Məsələn, «Ağ  Dəvə» də  Həsənağa 
əminin dilinə diqqət yetirək: «Alə, biz ölmüşük bəyəm ki, belə  iş 
görür bu oğraş?! Biz nəyik bəyəm, alə?! Kişi-zad göyülük ki, bu 
zaraza belə rəftar eləyir biznən?!» Yeri gəlmişkən qeyd edək ki, El-
çinin nəinki dramaturgiyasında, həm də nəsr əsərlərində xalq-məişət 
dilinin zənginliyindən istifadə onun yaradıcılığının danılmaz tərəfi-
dir. Elçin bir sənətkar kimi yaxşı bilir ki, hər hansı əsərin obrazları-
nın xarakterik xüsusiyyətlərini nümayiş etdirən bu detal milli kolo-
ritin daha qabarıq təzahür etdirilməsinə xidmət edir.  
Elçin dram əsərlərində personajların dilini bilərəkdən  ədəbi 
çərçivəyə salmır. Onun obrazlarının hər biri özünə xas olduğu şəkil-
də düşünməyi, danışmağı bacarır.  Əgər Elçin personajların dilində 
formalaşmış ifadələrə «ütü vurmaq» istəsəydi, bu zaman onlar milli 
koloritdən çıxıb amorf bir görkəm qəbul edərdi və beləliklə də, özü-
nəməxsusluq itərdi. Bu dram əsərlərində biz nəinki Elçinin, həm də 
onun hər bir personajının öz davranışını görür, öz səsini eşidirik. 
Məlumdur ki, əsil bədii əsər hər hansı xalqın xarakterik xüsusiyyət-
lərini, onun dil-özünəməxsusluğunu, adət-ənənələrini, mədəniyyəti-
ni, yaşam tərzini əks etdirməlidir. Məhz buna görə də yüksək milli 
kolorit nümayiş etdirən əsər bədii cəhətdən də son dərəcə mükəm-
məl olur. Bu mənada Elçin yaradıcılığı xüsusi «çəkiyə» malikdir. 


 Nizami Tağısoy 
 
254
Milli formanın, milli məzmunun, milli xüsusiyyətin  əks olunması 
heç də əsərdə personajların dilinin təhrif olunması ilə verilə bilməz. 
Milli xüsusiyyəti xalqın milli və sosial həyatına dərindən bələd ol-
maqla vermək olar. Bu baxımdan Elçin «Ağ Dəvə» pyesində Bakı 
koloritini, bakılıların spesifik düşüncə tərzini dil vasitəsi ilə çatdır-
mağa son dərəcə yaxşı müvəffəq olmuşdur. Personajların dilinə belə 
münasibət həm də xalqın psixoloji və eyni zamanda fərdi xüsusiy-
yətlərini oxucu (tamaşaçı) qarşısında nümayiş etdirmək, onu yadda-
şa həkk etmək imkanı verir.  
Elçinin dram əsərlərinin xeyli cəhətləri nəinki  ədəbiyyatşü-
naslar, teatrşünaslar, həm də dilçilər, kultoroloqlar tərəfindən müx-
təlif bucaqlardan təhlil edilməyə layiqdir. Bu yazıda yaradıcılığının 
bəzi cəhətlərinə  nəzər saldığımız Elçinin sənətkarlığı  tənqidçiləri 
bunu etməyə sövq edir. P.S. Elçin yaradıcılığı ilə bağlı fikir və mü-
lahizələrimizi yenicə yekunlaşdırıb yazını kompüterə vermişdik ki, 
“525-ci qəzet” in 4 aprel 2009-cu il sayında gözümüz yazıçının 
“Canavarlar” hekayəsinə sataşdı. Fərqli üslub və mövzuda qələmə 
alınmış bu əsər bizi lap ilk səhifələrdən özünə cəlb etdi. Düşünürük 
ki, hekayə Elçin yaradıcılığının tənqidçilər tərəfindən yeni çalarları-
nın ortaya çıxarılması üçün zəruri impuls verəcəkdir. 
  
 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
255
 
CANAVARLIĞIN ANATOMİYASI 
(ƏDƏBİ-BƏDİİ İNTERPRETASİYA 
FƏLSƏFİ-SOSİOLOJİ YÖNÜMDƏ) 
 
Xalq yazıçısı Elçinin əsərlərinin mündərəcəsinə diqqət yetir-
miş olsaq, daim mövzu-ideya-problem cəhətdən rəngarəngliyin şa-
hidi olarıq. Qeyd etdiklərimiz bu sənətkarın yaradıcılığının danıl-
maz xüsusiyyəti olsa da, düzü, onun son vaxtlarda çap etdirdiyi 
«Canavarlar» hekayəsi öz üslub və sintaksisi, hadisələrə tamamilə 
bənzərsiz münasibətilə bizimüçün gözlənilməz oldu. Bu hekayə sö-
zün  əsil mənasında Elçin əsərləri arasında tamamilə  fərqli modern 
dəst-xətlə qələmə alınmışdır. 
Bəs necə oldu ki, Elçin «Canavarlar» mövzusuna müraciət et-
di? «Canavarlar» yazıçıya içində hansı qaynayanları oxucuya çatdır-
mağı zəruriləşdirdi? Yeri gəlmişkən qeyd edək ki, «canavar» nəinki 
bədii ədəbiyyatın, həm də folklorun, mifologiyanın aparıcı atributu 
və obrazı kimi lap əski zamanlardan öyrənilsə də (bioloqlar, fizio-
loqlar, sanitarlar, heyvandarlar, ovçular, folklorşünaslar, mifologiya 
ilə məşğul olanlar və b.) bu günə qədər onların xarakteri, davranışı, 
prayd içində tutduğu mövqe heç də lazımınca öyrənilib açıqlan-
mamışdır. Elçinin müşahidəliyi də elə ondadır ki, o, canavarı bədii, 
fəlsəfi və sosioloji yönümdə  nəzərdən keçirir. Canavarın bu və ya 
digər tərəf və xüsusiyyətlərini təfərrüatı ilə  işləyən yazıçı - dərin 
müşahidəçi təsiri bağışlayır. Heç şübhəsiz ki, bu da onun təfəkkürü-
nün zənginliyi, hadisələrə praqmatik baxışı, öyrəndiyi predmetin 
mahiyyəinə nüfuz edə bilmə istəyi ilə əlaqədardır. Elçin «Canavar-
lar»da nəinki etno-genetik problemləri, mifologiyanı, folkloru bədii 
şəkildə bacarıqla incələyən yazıçı  həm də, filosof , sosioloq kimi 
təqdim edir. Canavarların indiyə  qədər az məlum olan açılmamış 
xüsusiyyətlərinə, xislətinə nəzər salır: «Boz canavar bütün bu ərazi-
nin qorxunc və zəhmli sahibi, mahir ovçu kimi qancığı ilə bərabər 
neçə illər idi ki, özü kimi sağlam və güclü canavar nəsillərini böyü-
düb təbiətə ötürürdü. 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə