Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə80/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   76   77   78   79   80   81   82   83   ...   114

 Nizami Tağısoy 
 
256
Bozun ərazisində heç nə bu dəhşətli quraqlıqdan xəbər vermir-
di, yəqin ki, Boz da, qancıq da (və oradakı dırnaqlı heyvanlar da!), 
ümumiyyətlə, heç quraqlığın nə olduğunu bilmirdilər də». Doğru-
dan da canavarlar çox şeyləri bilməmişdilər, bəlkə də bu gün də bil-
mirlər. Elə ona görə  də bilməməkləri, bunu vaxtında hiss et-
məməkləri ucbatından başlarına xeyli bəlalar gəlmiş  və  gəlməkdə-
dir. Təsadüfi deyildir ki, latın müəlliflərindən biri «homo homini li-
pus», «insan insanın canavarıdır» deyimini təkrarlamış  və guya 
məhz buna görə də bu, qədim sivilizasiyanın məhvinə gətirib çıxar-
mışdır. Bəlkə elə Elçin də canavarları belə müstəvidə nəzərdən ke-
çirir?! Bu sualı birmənalı təsdiq, yaxud inkar edə bilməsək də, hər 
halda yazıçının bəşər övladını dərindən götür-qoy etməyə səslədiyi 
də mətndə görünməkdədir. 
Canavardan danışdıqda ilk növbədə göz qabağında güc, qüv-
vət, dözümlülük, qoçaqlıq simvolu canlanır. Yəqin elə buna görə də 
dünya xalqlarının mifoloji təfəkküründə canavar əski dövrlərdən da-
ha geniş yer tutmuşdur. Təsadüfi deyildir ki, tarixi mənbələrdə ca-
navar (türklərdə, iranlılarda, xəzəryanı skiflərdə, hind-Avropa xalq-
larında) etnonimi ilə bağlı xeyli maraqlı  məlumatlar mövcuddur. 
Bəzi müəliflər «dahae» latın və «daai» yunan sözlərinin İranlı sözü 
olub «canavara» uyğun gəldiyini iddia edirlər. Məşhur «Hyrcania» 
«canavarlar ölkəsi» adlandırılmışdır, samnit qəbilələri «lukane», 
«Herakla görə «lysos»da canavar adlanmışdır. Kiçik Asiyada uzun 
zaman kəsiyində mövcud olmuş Hett padşahlığında onun paytaxtı 
Hattusilidəki gil lövhələrdə e.ə.XVII əsrə aid yazılarda Hattusilinin 
əmrlərində əsgərlərinə «bir dəstədə canavar kimi birləşmək», «cana-
varlar kimi olmaq» göstərişlərinin verildiyi bildirilir. Qədim İranlı-
lar dahi-Kirin canavarlar tərəfindən yedizdirildiyini söyləmişdir. 
Canavarlar obrazı xeyli xalqın mifoloji təfəkküründə Mühari-
bə Allahlarının və qəbilə başçısının adı ilə assosiasiya olunur. Belə 
miflərin totem mənbələri də əksər xalqlarda tipoloji cəhətdən də uy-
ğun gəlir. Məsələn, Mərkəzi Asiyada mövcud olan miflərdən birin-
də canavarların bir xanımla evlənməsindən və bu nigahdan ya bütöv 
bir etnosun, ya da ki sülalənin yarandığı vurğulanır. Məsələn, Çin-


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
257
giz xanla bağlı olan geneoloji mifi buraya aid etmək olar. Bu əsatirə 
görə onun valideyni göydən yerə enib ceyranla birləşmiş (cütləşmiş) 
kül canavar olmuşdur. Bir çox xalqlarda qəbilə başçısının tərbiyəsi 
ilə də qancıq canavar məşğul olmuşdur. Kir, Romul və Rem-Mars 
allah-canavarın övladları kimi göstərilməklə, canavar tərəfindən ye-
dizdirildiyi bildirilir. Canavarlarla bağlı miflər İngiltərədə, İspaniya-
da, İrlandiyada, german xalqlarında da istənilən qədər vardır. Slav-
yan mifologiyasında da insanla canavar arasında xeyli yaxınlıqlar 
göstərilmişdir. Məsələn, slavyanlarda insan gah canavara, gah da itə 
çevrilir. Bu onu göstərir ki, canavar xeyli xalqlarda itlə yaxınlaşdırı-
lır. Bundan başqa german xalqlarında iki canavar müharibə Allahını 
müşayiət edirlər. Hind-Avropa xalqlarında canavarın itlə cütləşmə-
sinə də xeyli yer verilmişdir. Yunan mifologiyasında, orta əsr tarix-
şünaslığında qəbilələrdən söhbət getdikdə canavrla İtin yaxınlaşma-
sı göstərilir. Beləliklə, aydın olur ki, canavar xeyli xalqlar üçün to-
tem heyvandır. Burada xalqın öz etnonimini canavarlardan götür-
məsi dini məna kəsb etdiyindən bunu arxaik dini konsepsiya kimi 
də dəyərləndirmək olar. Hərbi yürüş və ittifaqlarda germanlar, iran-
lılar, keltlər, romanlılar, yunanlar canavar adından istifadə etdikləri 
də etnoqrafik-folklor ədəbiyyatında çoxdan məlumdur. 
Canavar totemi türk mifologiyasında daha əhəmiyyətli rola 
malikdir. Türklər daim özlərini boz canavarın övladları hesab etmiş-
lər. Rəvayətlərin birində qeyd olunur ki, doqquz yaşlı bir hun uşağı-
nın düşmənlər  əl-ayağını  kəsib bataqlığa atırlar. O, yalnız möcüzə 
nəticəsində sağ qalır. Oğlan böyüyür. Sonra qancıq canavarla ev-
lənir, canavar ondan doqquz uşaq doğur, uşaqlar böyüyüb türk tay-
fasına çevrilirlər. Yeri gəlmişkən türklərin Aşina, yəni canavar süla-
ləsinə  məxsusluğunu da mənbələr yerli-yataqlı saxlamış  və  qədim 
türklər bunun rəmzi olaraq bayraqlarında daim canavar başı  şəkli 
gəzdirmişlər. Digər qədim bir türk rəvayətində türklərin əcdadlarına 
Şimal-Qərbi Çindəki Qaoçan kəndi yaxınlığında düşmənlərin hü-
cum etdiyi bildirilir. Bu döyüşdə  əl-ayaqları dibindən kəsilmiş on 
yaşlı bir oğlandan başqa hamı məhv olur. Bu oğlanı da qancıq cana-
var yedizdirir. Canavarın qayğısı nəticəsində, çətinliklə də olsa oğ-


 Nizami Tağısoy 
 
258
lan böyüyür. O, canavarla evlənir, ondan on oğlu olur. Onlardan bi-
ri, daha bacarıqlısı elə  Aşina olmuşdur. Aşinanın övladı Asin-Şad 
da onun özü kimi qoçaq olur. O, öz qəbiləsini Turfan düzənliyindən 
Altaya çıxarır 
Bu rəvayətin dürüstlüyünü sübut edən Baqutda (581-587-ci il-
lər) daş plitə üzərində canavar və qarnının altında kiçik insan fiquru 
təsvir edilmişdir. Qədim xakas dastanı «Albınji» də  qəhrəmanın 
«Ax-Puur» adlı boz canavarı  yəhərləyib-yüyənlədiyi qeyd olunur. 
Poloves xanları Qzak və Konçak boz canavarla müqayisə olunurlar 
və s. 
Söylədiklərimiz canavarın digər vəhşi heyvanlardan insanlarla 
daha çox təmasda olduğunu göstərir. Bu faktın özü də canavarın şi-
fahi, folklor, etnoqrafik ədəbiyyatda olduğu kimi, yazılı ədəbiyyatda 
da nəzərdən keçirilməsi üçün münbit şərait yaratmışdır. Odur ki, 
Cek London, Çingiz Aytmotov, Farli Mouet, Alfredo Konde, Xoli 
Layl, Anna Li, Eliade Mirça, L.Vayzer, O.Xyofler, Ş.Vikander, 
Q.Videnqren, X.Janmer, J.Dümezil və b. canavarlar haqqında əsər-
lər yazması, onların prayd və digər obrazlı xüsusiyyətlərinə  nəzər 
salınması da təsadüfi deyildir. Bu, məsələnin xeyli təfərrüatları idi. 
Adlarını çəkdiyimiz müəlliflərdən fərqli olaraq, Elçin, biz deyərdik 
ki, canavarları daha dərindən həm heyvan kimi, həm sosium həya-
tında oynadığı rola, cəmiyyətdə tutduğu mövqeyə görə bizə daha 
dərindən tanıda bilir. «Qancıq böyrü ütsə uzanıb, həmin an elə bil 
ki, bütün bu Şərq yolçuluğunun işgəncəsindən zinhara gəlib, heç nə 
ifadə etməyən gözlərini Boza zilləmişdir. Boz…. Uzaqdakı quru 
kolluğa baxırdı. Orada - o quru kolluğun arxasında… nəsə vardı və 
Boz bilirdi ki, o kölgə….onları izləyən ac və kimsəsiz çaqqaldır. 
Boz canavar…. burasını da bilirdi ki, o ac və yalqız çaqqal onlar-
dan, yəni Bozun ailəsindən hansınınsa ölməyini gözləyirdi, gözləyir-
di ki, sağ qalanlar gedəndən sonra o cəsədlə qarnını doydura bilsin. 
Amma canavarlar dünyasının öz qanunları var idi. Bu qanun-
ları hətta o dəhşətli quraqlıq, o ac yolçuluq da poza bilməzdi… » 
«Canavarlar» hekayəsində müəllifin Şərqlə Şimalı (Şimal bu-
rada bəlkə də şərti, bu, elə Qərb deməkdir – N.T.) kontekstində bir-


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə