Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə82/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   78   79   80   81   82   83   84   85   ...   114

 Nizami Tağısoy 
 
262
Elçin analitik təfəkkürü nəhayətsiz filosof və sosioloq kimi 
əsəri son dərəcə düşündürücü sonluqla başa vurur: «…yemiş, doy-
muş, güc toplamış iki canavar küçüyü bir-birinin dalına düşüb ge-
dirdi…. 
Sövq-təbiiləri, onları  Şərqdən gələn rütubət qoxusuna doğru 
aparırdı». 
Göldüyümüz kimi, Elçin canavarların taleyinin xüsusi faciəvi-
liyini göstərir. Canavar doğrudan da vəhşidir. Biz əsərdə onların bu 
xisləti ilə  dərindən tanış ola bildik. Məşhur «canavarı ayaqları ye-
dizdirir» məsəli bu əsərdə heç də özünü doğrultmur.  Əsərdə cana-
varların düşmənçiliyini, amansızlığını oxucu relyefli görür. Elçin bu 
əsərdə canavar nəslinin daxili anatomiyasını  bədii  şəkildə  uğurlu 
əks etdirməklə, həm də burada cəmiyyət, bəşəriyyət həyatı ilə səslə-
şən motivləri simvollarla yaxşı incələyir. Belə təqdimat isə «Cana-
varlar»ı tamamilə  fərqli rakursdan qiymətləndirmək üçün səmərəli 
şərait yaradır. Uzaq yola-Şərqə üz tutmuş canavarlar, əgər, bir tərəf-
dən, ulaşmaqla öz yoldaşlarının, balalarının kədərinə, qəminə, aclı-
ğına (Bozun və qancığın ulartısında biz dəfələrlə bunun şahidi olu-
ruq) şərik olur və bu balalarının aclıq keçirməsi, Bozu, Ana canava-
rı olduqca narahat edirsə, digər tərəfdən, canavarların bir-birinə 
dostluğu qırılmaz olduğu kimi, düşmənçiliyi də qəddar olur və bü-
tün bu məqamlara yazıçı lazımınca yer ayırır. 
Analoji xüsusiyyətləri elə insanların haqqında da demək olar. 
Əsərdən belə bir fikir də hasil olur ki, gedən mübarizəni də elə iki 
canavar arasında gedən mübarizəyə bənzətmək olar. Canavarlardan 
biri ambisiyası, xudpəsəndliyi, eqoizmi, paxıllığı, bədliyi, riyakar-
lığı ilə seçilirsə, digəri xeyiri, sevgisi, hörməti, insanlara sədaqəti, 
həyata inam hissi ilə  fərqlənir. Deməli, kim içində hansı canavarı 
bəsləyirsə, o canavar da qalib çıxır. 
Elçin «Canavarlar» hekayəsində məhz belə bir bəşəri problem 
qoymaqla, onu bioloji, fəlsəfi, sosioloji aspektlərdə müvəffəqiyyətlə 
həll edir. «Canavarlar» hekayəsi Elçinin böyük yaradıcılıq uğuru ki-
mi dəyərləndirilməlidir. 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
263
 
SÜJETİN İNKİŞAF DİNAMİKASINDA 
PSİXOLOGİZMİN TƏZAHÜR FORMALARI 
 
A.Rəhimov. “Cinayət və etiraf” romanı 
 
A.Rəhimov məhsuldar işləyən yazıçılardandır. Onun son 
vaxtlarda qələmə aldığı maraqlı əsərlərindən biri də "Cinayət və eti-
raf" romanıdır. İlk baxışda konkret vahid problematikaya həsr olun-
muş bu əsərin məzmunu ilə tanış olduqda onda cəmiyyətimiz üçün 
həlli vacib olan problemlər "çələng"ini görürük. Yazıçı bu əsərdə 
hadisə  və  hərəkətlərin sərt fabula üzrə inkişafı  tərəfdarı kimi çıxış 
etməklə, qəhrəmanlarını mürəkkəb, əksər hallarda bir-birini rədd və 
inkar edən ziddiyyət və konfliktlərlə üzləşdirir və bəzən də onların 
həyatını sirlərlə, müəmmalarla doldurur, zənginləşdirir. 
A.Rəhimovun "Cinayət və etiraf" romanında süjetin inkişafı-
nın dinamik başlanğıcı  bəzən dağıdıcı ideyaya önəm verilməsi ilə 
başlayır. Məsələn, "Cinayət və etiraf" romanının baş qəhrəmanı İq-
rar türmədən evə buraxılarkən daxili ziddiyyət keçirməklə, içi qisas-
çılıq hissi ilə doldurulur. "İqrar yaxşı bilirdi ki, türmə həyatının bun-
dan da qəliz qərəzli müəmmaları var və o müəmmalardan kimsə sı-
ğortalana bilməzdi… Bütün ailəm dağılıb. Yəqin ki, indi o atamdan 
qalma komam da uçulub tökülüb. Orada onsuz da gözləyənim yox-
du. Kimsə məni qarşılamayacaq… Mənə adicə "Xoş gəlmisən" de-
yən də tapılmayacaq. Ümid yerim, gözü yolda qalanım  əmim qızı 
Mirvari, bir də oğlum Əfsundu. Zərnigar xaladan da xəbərsizəm… 
Bilirəm, türmədən xudahafizləşmişəm… Oradakı  vəziyyətim necə 
olacaq deyəmmərəm, Gəncəyə salamat gedib çıxsam, qarşımda iki 
yol açılacaq; azadlıq, yoxsa yenə türmə. Azadlıq yolu aydındı. Tay-
batay qapılar açılır üzümə, iş tapıram, başımı aşağı salıb işləyirəm, 
kimsəylə işim olmur. "Öl" desələr ölməliyəm, "qal" desələr qalmalı-
yam. Məni bu vəziyyətə salanlarla barışmalıyam. Beləcə oluram 
sərbəst. Bəs türmə? İkinci dəfə bura qayıtma? Bu dəfə cani-dillə ci-
nayət törədirəm, düşmənlərimdən qisasımı alıram, başqa sözlə, on-


 Nizami Tağısoy 
 
264
lara yerlərini göstərirəm, cinayətkar titulunu bilərəkdən öz istəyimlə 
üzərimə götürürəm… Aha… İkincinin həyəcanı, qorxusu, təlaşı, va-
himəsi… Adam öldürmək, insanı qətlə yetirmək!!! Bəs insanları fə-
lakətlərə düçar eləyən Şər Müzəffər necə? Evlər yıxan, günahsız in-
sanları qətlə yetirən Müzəffəri öldürmək də cinayətdimi? Allah ve-
rən canı bir göz qırpımındaca almaq?! Nə böyük dəhşət?! Nə böyük fə-
lakət?! Bu insanlara nifrətdən doğmurmu?!" .  
Türmədən yenidən çıxmış, orada narkotik maddələrin satışı 
ilə məşğul olduğundan şərlənən və ona görə də dəmir barmaqcıqlar 
arasında səkkiz il ömür çürüdən İqrar, gətirdiyimiz nümunədən gö-
ründüyü kimi, haqqın, ədalətin zəfər çalmasını hər şeydən üstün tu-
tur. O, ona qarşı atılmış çirkaba, bacısına, arvadına qarşı yönəldil-
miş alçaqlığa cavab verməməyi özünə  sığışdıra bilmir. Buna görə 
də qəhrəmanın mənəvi azadlığı, əxlaqi təmizliyi hər şeyi üstələyir. 
"Taleyin hökmü", "Mənim qəribə taleyim" povestlərində  və 
bunlardan  əvvəlki  əsərlərdə  də müəllif qəhrəmanlarının daxili alə-
minə, insanların durumuna, ovqatına, psixologiyasına nəzər salmış, 
psixologizmlərdən gen-bol istifadə etmişdir. Lakin yaradıcılığını və 
bu yaradıcılığın inkişaf dinamikasını sətirbəsətir, səhifəbəsəhifə iz-
lədiyimiz A.Rəhimov "Cinayət və etiraf" romanında olduğu kimi di-
gər əsərlərində də son dərəcə tez dəyişkən psixologizmlərdən istifa-
də etmişdir. Romanın olduqca maraqlı süjet xətti və  məzmun dol-
ğunluğu, oxucunu özünəcəlbetmə arxitektonikası və dili vardır. Bu 
mənada "Cinayət və etiraf" romanı  fərqli romandır və bu cəhət, 
zənn edirik ki, ədəbi tənqidin diqqətini cəlb edəcəkdir. Çünki ro-
manda qoyulmuş problematika müasir dövrün tələblərini özündə 
daha bariz şəkildə əks etdirir.  
A.Rəhimovun yaratdığı bu əsər bir sıra parametr və göstərici-
lərinə görə onun digər əsərlərindən köklü şəkildə fərqlənməsi ilə ya-
naşı, həm də müasir ədəbiyyatımızda orijinal əsər kimi səciyyəvidir. 
Əlbəttə, həyat hadisələrinə, ictimai-sosial, mədəni-iqtisadi,  əxlaqi-
etik problemlərə münasibətdə biz bu əsərin F.M.Dostoyevskinin 
"Cinayət və  cəza" romanı, N.Nekrasovun "Rusiyada kim xoşbəxt 
yaşayır" poema-epopeyasının bəzi məqamları  və S.Əhmədlinin 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə