Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə84/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   80   81   82   83   84   85   86   87   ...   114

 Nizami Tağısoy 
 
268
poleon olmaq istəyirsə, İqrar belə iddiadan çox-çox kənardadır. O, 
sadəcə olaraq haqsızlığa qarşı barışmazdır və onun fikrincə nə qədər 
Şər Müzəffər kimilər cəmiyyətdə yaşayacaqlar, insanlar olmazın 
haqsızlıqlarla üzləşəcəklər. Buna görə də İqrar Şər Müzəffər kimilə-
ri məhv etməklə, təkcə özünün gələcək təhlükəsizliyini təmin etmək 
yox, həm də digər qeyrətli vətən oğullarını Şər Müzəffərlərin çirka-
bından qorumağa can atır və, zənnimizcə, bu nəzəriyyə Raskolniko-
vun Napoleon olmaq nəzəriyyəsindən daha üstün, daha güclüdür, 
daha aktualdır. Düzdür, hər iki əsəri yaxşı bilənlər etiraz edə bilərlər 
ki, həm "Cinayət və cəza", həm də "Cinayət və etiraf" konkret tarixi 
şəraitin, zaman kəsiyinin və cəmiyyətdə gedən proseslər və gerçək-
likdə olan hadisələrdən qaynaqlanır. Əslində biz də bu yöndə düşü-
nənlərlə şərikik. Lakin hər iki əsərin səthində duran eynilik və ox-
şarlıqlara baxmayaraq, onların mahiyyətində yatan ideyalar və prob-
lematika bu əsərləri bir-birindən fərqli və fərdi şəkildə nəzərdən ke-
çirməyə əsas verir. 
F.M.Dostoyevskinin seçilmiş  əsərlərinə "Dahi rus yazıçısı" 
başlıqlı ön sözündə ədəbiyyatşünas N.Yakuşin yazır ki, bu romanda 
F.M.Dostoyevski "bir sıra — sosial-mənəvidən başlamış, fəlsəfiyə 
qədər çoxsaylı problemləri həll etməyə çalışır". Yazıçının qarşıya 
qoyduğu məqsəd "bu romanda bütün məsələləri qazıyıb ortaya 
çıxarmasından" ibarətdir. Dostoyevski özü isə vaxtı ilə qeyd 
etmişdir ki, bu "əsər qoca qarını qətlə yetirmiş kasıb tələbə Rodion 
Raskolnikovun cinayət işinin psixoloji hesabatıdır". Lakin bu da var 
ki, bu adi cinayət işi deyil, ideoloji cinayətdir, icraçısı isə cinayətkar 
– mütəfəkkir, cinayətkar – filosofdur. "Cinayət və etiraf" romanın 
problematika və  məzmununu da diqqətlə izləyib ortaya qoysaq, 
görəcəyik ki, A.Rəhimov romanda çoxsaylı ictimai, sosial, mədəni, 
mənəvi, fəlsəfi, psixoloji, tərbiyəvi, hüquqi problemləri çözələyir və 
qəhrəmanı  İqrarın köməyi ilə onlara cavab tapmaq istəyir. Müəllif 
"Cinayət və etiraf"da bir sıra həlli olduqca çətin ziddiyyətləri çıl-
paqlığı ilə göstərir. Burada maddi çətinliklərlə dolu olan insan hə-
yatı, hüququna yiyələnə bilməyən, insanlıq ləyaqəti ayaqlar altına 
atılıb tapdanmış şəxslər, alçaldılıb təhqir edilmişlər, mənəvi haqqın-


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
269
dan kənar düşmüşlər, haqqını tələb edə bilməyib Şər Müzəffərlərin 
istər cismani, istər fizioloji, istər fiziki, istər psixoloji və istərsə də 
mənəvi qurbanı olmuşlardır.  İqrar da belə qurbanlardan biridir, la-
kin digərlərinə qarşı (insanlıqdan, haqdan kənarlaşanlara qarşı – 
N.T.) o, susmağa üstünlük vermir. Yazıçı onun şəxsiyyətini, "mən"-
ini, insanlara münasibətini, mənəvi aləmini təsvir edərkən dəfələrlə 
yüksək mənəviyyat daşıyıcısı olduğunu qeyd edir. İqrarın içində 
ziddiyyətlər yaşayır: biri onu baş verənlərlə barışmağa, oğlu ilə əl-
ələ verib sakit yaşamağa, düşmənləri unutmağa, qisas, intiqam his-
sini birdəfəlik içində məhv etməyə, boğmağa; digəri isə onu narko-
tik maddə satmaqda şərləyən, ailəsini dağıdan, bir-birinin ardınca 
ailəsində faciələr törədən qatillərdən qisasını almasını və sonra ye-
nidən öz "mənzilinə" (yəni türməyə – N.T) qayıdıb rahatlanmağa 
çağırır. "İqrar çox götür-qoy etdi, nəhayət, nadan, azğın düşmənləri-
nin cinayət törədən qapılarını bağlamaq yolunu seçdi… İqrar gələ-
cəkdə intiqamını almaq naminə türmədə hazırlanan uzun tiyəli, düy-
məylə açılıb bağlanan bir bıçaq da götürmüşdü" .  
İqrar vicdanlı adamdır, qəlbi çox incədir, hamının halına ya-
nandır. Lakin arvadı Aytacı, bacısı Gilanı, oğlu Əfsunu, anasını və 
ətrafdakı nadürüstlərin, alçaqların törətdiyini düşünəndə onda öz 
"mən"ini təsdiqləmə ideyası daha da güclənir, qan tökməyə sanki 
tamamilə haqlı olaraq hüquq qazanır. İqrarın bütün xarakteri ziddiy-
yətlərdə olur, o, şübhələr burulğanlarına atılır, onda, bir tərəfdən, 
yumşaqlıq, məğrurluq, qeyrət, cəsarət baş qaldırır, digər tərəfdən, 
sərtlik, qəddarlıq, soyuqluq, laqeydlik özünü göstərir. İqrarın natu-
rasında fikirlər tez-tez pırtlaşır, dolaşıq düşür. Çox götür-qoydan 
sonra "Şər Müzəffər, mənə çalın-çarpaz dağlar çəkmisən. Məni için-
için yandırmısan. Mənən ağlatmısan. Məni zülmə, məşəqqətlərə at-
mısan… Səndən qisasımı almasam, insan kimi ölməyə haqqım da 
yoxdu. Allahsızsan. Sənin qanını içəcəm. Ölümünü boynuma qoya 
bilsələr, qətlində izim tapılsa, onda girərəm türməyə. Düşünərəm 
məni də anam bura üçün doğubmuş… Allah məni türmə üçün yara-
dıbmış… Hərənin öz qisməti var. Mənim də taleyim belə ya-


 Nizami Tağısoy 
 
270
zılıbmış… Yaxşı deyiblər: "Yazıya pozu yoxdu", – deyərək, fikrini 
qətiləşdirir. 
Raskolnikovdan fərqli olaraq İqrar fanatik əhvali-ruhiyyə ilə 
köklənməyib. Buna görə də o, nə sərsəmləmir, nə yolunu azmır, nə 
də imkanlarını olduğundan artıq qiymətləndirmir. İqrar nəzəriyyəni 
sınaqdan keçirmək fikrində deyildir və o, təfriqəçi Raskolnikovdan 
fərqli olaraq naturaca cinayətkar da deyildir. Onu xeyli müsbət 
keyfiyyətlər fərqləndirir – mərddir, sözü üzə deyəndir, haqsızlığa 
meylli deyil, bacarıqlıdır, zəhmətsevərdir, ailəcanlıdır, böyük-kiçik 
yeri biləndir,  ədalətsizliyə göz yummağı bacarmır, öz "mən"inə 
təcavüzü bağışlamır, insanlara hörmətlə yanaşmağı üstün tutur və s. 
və .i.a. Lakin Raskolnikov kimi bütün roman boyu İqrarın bir qəhrə-
man kimi davranışının motivirovkası haçalaşır, onun içində sanki 
iki can, iki insan yaşayır – biri onu cinayətə təhrik edir, sürükləyir
digəri cinayətdən çəkindirir. Və sanki bu ikiləşmənin, haçalaşmanın 
özü də Raskolnikovdakından fərqlidir. Məsələn,  əgər Raskolniko-
vun dostu Razumixin Rodionda bir-birini növbələşə-növbələşə 
əvəzləyən iki zidiyyətli xarakter olduğunu görüb, duyursa, İqrarın 
hərəkət və fəaliyyətində nə onun lap yaxın dostu İlqar, nə də başqa-
ları belə bir şeyi sezə bilmirlər. 
Raskolnikov cəmi bir cinayət törədir, lakin onu ört-basdır edə 
bilmir, İqrar isə biri-birinin ardınca üç olduqca təhlükəli cinayətkarı 
izsiz-tozsuz aradan götürməyə müvəffəq olur və bundan heç kəs 
xəbər tuta bilmir. Biz yuxarıda hər iki müqayisəyə  cəlb etdiyimiz 
əsərlərdə  gərgin psixoloji manevrlər olduğundan danışmışdıq. 
Burada isə bir daha qeyd edək ki, "Cinayət və etiraf" romanında 
gerçəkliyin təsvirində psixologizmin özünəməxsus xüsusiyyətlərinə 
diqqət yetirmək yerinə düşər. Bu mənada psixologizmin özünəməx-
susluğuna baxmayaraq, A.Rəhimov onun prinsiplərinə söykənərək, 
vasitələrindən yeri gəldikcə məharətlə istifadə edə bilməni yaxşı nü-
mayiş etdirir. Elmi-nəzəri fikirdə psixologizmin insanların – xarak-
terin və personajların daxili mənəvi aləminin, emosional yaşantıla-
rının, hiss və həyəcanlarının, düşüncələrinin və s. zahirən müşahidə 
edilən, gözə görünən əlamətlər vasitəsi ilə və düşüncələrin birbaşa 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə