Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə85/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   81   82   83   84   85   86   87   88   ...   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
271
qələmə alınması vasitəsilə  təsvirinin, ifadəsinin iki formasını qeyd 
edirlər. Bunları dinamik və statik psixologizm də adlandırırlar. 
Dinamik psixologizmdə insanın iç dünyasının zənginliyi və mürək-
kəbliyi təkamüldə verilir və onlar hadisələrin ümumi fonunda və ge-
dişində öz ifadəsini tapır. Statik psixologizmdə isə xarakterin özü-
nün mənəvi aləmi ilə yaşaması, özünün özü ilə söhbəti nəzərdə tutu-
lur. A.Rəhimovun həm "Taleyin hökmü", həm "Mənim qəribə ta-
leyim" povestlərində olduğu kimi "Cinayət və etiraf" romanında 
psixologizmin hər iki formasından geniş istifadə olunmuşdur. Bəzən 
(bu cəhət xüsusən "Cinayət və etiraf" romanında İqrarla gərilmələr-
də və sarsıntılarda daha çoxdur – N.T.) statik psixologizm öz fəallı-
ğı ilə bütün əsər boyu hərəkətini davam etdirir. "Cinayət və etiraf" 
romanı ilə tanış olduqda görürük ki, burada hansısa konkret vahid 
normativ də yoxdur. Bütün məsələlər müəllifin sənətkarlıq imkan-
larından və  məharətindən asılıdır. Buna görə  də A.Rəhimov bəzən 
adi kiçicik bir detalla və ya səciyyəvi epizodla zəngin və təkrarsız 
psixologizm, psixoloji ovqat yarada bilir. 
Dostoyevski də Raskolnikovun bütün hərəkət və  fəaliyyətini 
sərt psixologizmlər üzərində qurur. Lakin İ.P.Şeblıkinin qeyd etdiyi 
kimi Raskolnikovun içində baş qaldırmış "qiyam" insan əxlaqı ilə 
heç cür uzlaşmır. İqrarın "qiyamı", nifrət və qisası isə sırf obyektiv 
xarakter daşıyır. Raskolnikov vəziyyətdən çıxmaq üçün heç kimə 
lazım olmayan, heç kim üçün təhlükəli olmayan sələmçi qarını qətlə 
yetirirsə,  İqrar nəinki özü, ailəsi, yaxınları, həm də  cəmiyyət üçün 
təhlükəli olan qorxulu, fəlakətlər törətməyə, başlar kəsməyə, ailələr 
başsız qoymağa, insanların mənəviyyatına təcavuz edən adamları 
aradan götürməyə istiqamətlənir. Əgər Dostoyevskinin öz qəhrəma-
nı qan üstdən addımlayıb özünü təsdiq edən surət – insan kimi təq-
dim edilirsə və o, öz şəxsi ambisiya və maraqlarının müdafiəçisi ki-
mi qətl törətməyi məqsədəuyğun hesab edirsə, A.Rəhimovun İqrarı-
nın qətl törətməsi heç də yalnız korporativ maraqlarla bağlı deyildir. 
Cinayətin törədilməsi Raskolnikov tərəfindən antibəşəridirsə,  İqrar 
istintaq və  məhkəmə zamanı onun cinayətkar adlandırılmağının 
düzgün olmadığını böyük ustalıqla sübuta yetirir.  


 Nizami Tağısoy 
 
272
Rodion Raskolnikov qətl törətdikdən sonra böyük qorxu, təlaş 
keçirir, dünyaya başqa cür baxır, anasının, bacısının yanına getmək 
istəmir, özünü gücsüz hesab edir. Bəs  İqrar Kamilov necə  hərəkət 
edir? Əlməmmədi, Xətazadəni və Şər Müzəffəri bir-bir aradan gö-
türdükcə, o, anası, bacısı, oğlu, əmisi qızı, İlqar, Tuğay kişi, Gülər 
xala haqqında daha çox fikirləşir və hər dəfə növbəti qətldən sonra 
o, yeni qüvvə, güc nümayiş etdirir. Məhkəmə zamanı qarşı  tərəfin 
vəkilinə, prokurora, hakimə və başqalarına verdiyi cavab və replika-
larda sonsuz cəsarətlilik göstərir. O, yenilməz, sözü bütöv, vüqarlı, 
əzəmətli bir insan təsiri bağışlayır.  
A.Rəhimov "Cinayət və etiraf" romanında xararkterik cizgilə-
ri olan psixologizmlərlə dolu obrazlar yaratmışdır. O, bu romanda 
uydurma obraz yox, real həyat hadisələrinə, oxucuların böyük əksə-
riyyətinin bu və ya digər dərəcədə tanıdığı insanların ümumiləşdiril-
miş obrazını yaradır. Lakin yazıçı hamının tanıdığı  şəxsiyyətlərin 
xarakterinin, ömür yolunun elə  məqamlarına toxunur, elə hallarını 
işıqlandırır ki, çoxlarının tanıdığı  şəxsiyyətin çoxlarına bəlli olma-
yan keyfiyyətləri üzə çıxır. Yazıçı buna haqqında söz dediyi şəxsiy-
yətin, qəhrəmanın dəqiq, dolğun psixoloji portretini yaratmaqla nail 
ola bilir. 
A.Rəhimov xarakter etibarı ilə emosional olduğundan onun 
qəhrəmanları da digər yazıçıların qəhrəmanlarından olduqca fərqli-
dirlər. Bu cəhəti, bu xüsusiyyəti biz İqrar, İlqar və başqalarında ay-
dın görürük. Yazıçının "Cinayət və etiraf" romanında məkan və za-
man daxilində görümlü hərəkət, inkişaf yox dərəcəsindədir. Yazıçı 
hadisələri sanki dondurur və onun məqsədi hadisənin özünü deyil, 
ilk növbədə hadisə ilə bağlı təəssüratları və təfərrüatları qələmə al-
maq əhəmiyyətli olur. Buna görə də bu əsərdə statik psixologizmin 
imkanlarından geniş istifadə ön planda durur (məsələn, İqrarın, İlqa-
rın, lap elə Gilanın daxili əzab və iztirabları, bütün roman boyu ha-
disələrdə öz-özü ilə söhbəti və s. maraqlı şəkildə təsvirə cəlb edilir). 
A.Rəhimovun bu əsərinin digər maraqlı  cəhəti onun psixologizmi-
nin ikili xarakter daşımasındadır. Yəni yazıçı, bir tərəfdən, hadisə-
nin xarakterini, psixoloji portretini, mənzərəsini yaratmağa çalışırsa, 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
273
digər tərəfdən, bu hadisənin oyatdığı psixoloji ovqatı ifadə etməyə 
səy göstərir. 
Bir daha "Cinayət və  cəza" romanı ilə "Cinayət və etiraf"ın 
bəzi məqamlarını müqayisə etmək məqsədi ilə onlara diqqət yetirək.  
Raskolnikovun psixologiyasında mürəkkəb paradoksal hallar 
baş verir. O, öz ideyasının antibəşəri olduğu nəticəsinə  gəlir. Ras-
kolnikov qətl törədərkən özü üzərində  nəzarəti itirmiş olur, o, bu 
qətli hansısa xarici qüvvənin təzyiqi altında həyata keçirir və belə-
liklə, cinayət zamanı xaotik cələlər, torlar arasında oriyentirovkanı 
itirir. Bəs İqrar necə hərəkət edir? Onun hər üç qətlin törədilməsi ilə 
bağlı ölçülü-biçili, məntiqə söykənmiş, təfəkkürün lap dərinliyindən 
qidalanmış plan-proqramı vardır və hər bir qətldən sonra o, bu pla-
nın doğru-dürüst olduğunu yoxlayıb, növbətisi üzərində düşünür.  
Dostoyevski romana xüsusi olaraq izah olunmayası, irrasional 
insan davranışları və hərəkətləri əlavə edir. Lakin bununla belə, rus 
yazıçısı eyni zamanda cinayətin bütün gedişi zamanı insanın ictimai 
nəzəriyyələrə söykənib hər hansı  hərəkət etdikdə  məsuliyyətini və 
ehtiyatla davranmasını ön plana çəkir. A.Rəhimov isə  İqrarı tama-
milə başqa cür davranmağa sövq edir. Çünki yazıçı özü irrasional 
insan davranışını məqbul hesab etmir (o, İqrarı daim özündə-sözün-
də, məsuliyyətli və yüksək mənəvi-əxlaqi keyfiyyətləri ilə seçilən 
bir kişi kimi göstərir. Onda sapınmalar, kənarlaşmalar yox dərəcə-
sindədir – N.T). 
 Raskolnikov öz yalançı nəzəriyyə və ideyasının qurbanı olur, 
o, daxilən böyük vicdan əzabı  və sarsıntılar keçirir ki, sürgün, lap 
elə ömürlük həbs cəzası onun yanında olduqca yüngül görünür. İq-
rar isə məhkəmə zamanı Şər Müzəffəri öldürməklə fəxr edir. "Mən 
tutduğum hərəkətdən də…, törətdiyim cinayətdən də utanmıram, 
əksinə, fəxranəlik duyuram" , – İqrar belə deyir. 
"Cinyaət və etiraf" romanında müəllif qəhrəmanın əzablar do-
lu sarsıntılarını təsvir etməsinə baxmayaraq, həyat gerçəkliklərində-
ki həqiqət üstünlük təşkil edir. Romanda A.Rəhimov fərdi  şüurda 
gedən ikiləşmə – haçalaşmanı ardıcıl və psixoloji gərginliklərlə, 
ekstremal vəziyyətlər və hallarla verir. 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə