Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə86/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   82   83   84   85   86   87   88   89   ...   114

 Nizami Tağısoy 
 
274
A.Rəhimov "Cinayət və etiraf"da heç də detektiv süjetə meylli 
deyildir. Lakin insafən qeyd edək ki, əsərdə bu tərəf də olduqca mə-
harətlə işlənilmişdir. "Cinayət və etiraf" romanı – sosial-fəlsəfi, psi-
xoloji-əxlaqi romandır. Onun realist fırça ilə çəkilmiş epizod və ha-
disələri nəinki konkret ailə-məişət problemlərini, həm də ictimai-
hüquqi məsələləri bütün dolğunluğu ilə əks etdirir. Roman XX əsrin 
sonu – XXI əsrin əvvəllərində Azərbaycan üçün qorxulu, həyəcanlı 
və vahiməli məsələlərlə doludur. Yazıçı insan qəlbinin (İqrarın 
qəlbinin – N.T) ekstremal anlarında xüsusi gərginlik yaşadığını, 
affekt vəziyyətini qələmə alır. Buna görə  də romanın  əvvəlindən 
axırınadək biz çoxsaylı dramatik səhnələrlə rastlaşır, qəhrəmanın 
özünün özü ilə,  İlqarla,  Əlməmmədlə,  Şər Müzəffərlə, Bilal 
Xatazadə və başqaları ilə mübahisələrini, söhbətlərini görürük.  
Əgər Dostoyevskinin "Cinayət və  cəza" romanında biz Ras-
kolnikovun aktyorluq faciəsini görürüksə və o, öz davranışını rasio-
nal nəzarətdə saxlaya bilmirsə, İqrar A.Rəhimov tərəfindən mükəm-
məl qəhrəman kimi təqdim olunur. Onun hərəkət və davranışlarını 
konkret ideyaya tabe edən, bu ideyanın inandırıcılığını və tamlığını 
görürük. İqrarın hərəkətlərində ağıllı insan davranışı, hər şeyin "yüz 
ölç, bir biç"lə həyata keçirilməsinin şahidi oluruq. 
Raskolnikov cinayəti ört-basdır etməklə, yalandan yaxa qurta-
ra bilmir. O, konkret şəraitdə ədaləti mühafizə edən qəhrəman təsiri 
bağışlamır. Öz törətdiyi cinayətinin morfologiyasını əsaslandıra bil-
mir. İqrar isə tamamilə başqa cür çıxış edir, törətdiyi qətli, hətta, ən 
yaxın dostu İlqardan belə sirr saxlaya bilir və heç kimə yalan da 
danışmır.  Ən son məqamlarda  İlqarın  əbəs yerə suçlandığını gör-
dükdə, özü orqanlara təslim olur, qətllərin həqiqətən də hansı səbəb 
üzündən onun tərəfindən həyata keçirildiyini boynuna alır. Özünün 
cinayətkar yox, qətl törətdiyini etiraf edir, başını uca tutur, öz haqq 
işini müdafiə edir, özünün və vəkilinin köməyilə bəraət qazanır. 
Hakim müttəhimi və onun vəkilini dinlədikdən sonra məşvə-
rətdən qayıdıb aşağıdakıları bildirir. "Hər bir citnayətkar öz cəzasını 
almalıdır". Lakin "böhtanlara, iftiralara məruz qalan günahsız  şəxs 
səkkiz il müddətinə azadlıqdan məhrum olur… Mən müttəhimin hə-


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
275
rəkətlərini təqdir eləmirəm… Hüquq tarixində belə cinayət işinin 
analoqu olmayıb… Biz mürgü döyən vicdanımızı oyatmalıyıq… 
Müttəhimin narkotik maddə alverçisi kimi şərlənərək istintaqa cəlb 
olunması, müstəntiqin saxtakar, istintaq araşdırmaları… məhkəmə-
nin qərarının qeyri-obyektivliyi; Heç nədən müttəhimin səkkiz il 
həbsxana həyatına atılması, ailəsinin və özünün aramsız fiziki və 
mənəvi təzyiqlərə və təqiblərə məruz qoyulması… Nəzərə alsaq ki, 
bu adam indi bəraət qazanıb, onda o zamankı hüquq mühafizə orqa-
nı işçilərinin fəaliyyətinə nə ad vermək olar?… Onlar qanunla məh-
kəmə məsuliyyətinə cəlb olunmalıdırlar. Təəssüf ki, bizdə belə qa-
nun da yoxdur. Qanunlar çox zaman təcrübəyə əsaslanmadığından, 
müttəhimin dediyi kimi, nəzəri xarakter daşıyır. Boşluqlar meydana 
çıxır… 
Hüquq qanunlarını  və humanizm prinsiplərini nəzərə alaraq 
məhkəmə hökm edir: birinci, İqrar  İdrak oğlu Kamilov 22 dekabr 
1992-ci il tarixdən ağır cinayət törətdiyinə görə səkkiz il müddətinə 
azadlıqdan məhrum edilsin; ikinci, müttəhimin bu gün aldığı  cəza 
26 oktyabr 1983-cü il tarixdə keçirilən məhkəmənin hökmüylə al-
dığı cəzayla kompensasiya olunsun və İqrar İdrak oğlu Kamilov zal-
dan azadlığa buraxılsın! Hökm qətidi, hökmdən kassasiya şikayəti 
qəbul olunmur".  
"Cinayət və etiraf"ın bütün mətni bu tipli psixologizmlərlə do-
lu olsa da, İqrarın istintaqı və məhkəməsi prosesində o dəfələrlə ar-
tır. Elə yuxarıda gətirdiyimiz fraqment və mükalimələrdə, eyni za-
manda məhkəmə məşvərətə gedəndən sonra İqrarın içində sarsıntı-
lar, haldan hala düşmə, özünü yenidən psixoloji baxımdan türmə 
həyatına hazırlama və s. məqamlar A.Rəhimovun bu bədii priyom-
dan lazımınca yararlana və bununla da oxucuya daha güclü şəkildə 
təsir edə bilmə bacarığını göstərir. Ümumiyyətlə, psixologizmlərdən 
əsərlərində istifadə A.Rəhimov yaradıcılığı üçün səciyyəvi cəhətdir. 
Biz bununla "Canavar balası", "Qırmızı qar" kinossenarilərində, 
"Qoşa qanad", "İkili dünyam" romanlarında, "Gəlinqayada qoşa mə-
zar", "Taleyin hökmü", "Mənim qəribə taleyim" povestlərində, "Əs-
gər anası", "Haray" pyeslərində çox rastlaşmışıq. A.Rəhimov ger-


 Nizami Tağısoy 
 
276
çəkliyi, hadisə  və insanların özünəməxsus xüsusiyyətlərini  əks et-
dirməkdən ötrü bir-birini üzvi şəkildə tamamlayan bədii təsvir üsul-
larından da bacarıqla istifadə edir. Bu nəinki konkret obyekt üçün, 
həm də subyektin özü üçün aşkar olan və olmayan daxili aləmi, mə-
nəvi təmizliyi,  əxlaqi bütövlüyü, cəsarəti, zidiyyətləri, qəddarlığı, 
daxili nitqi (məsələn, İqrarın, Gilanın və digərlərinin nitqini – N.T) 
qəhrəmanın özünün özü ilə söhbətini, xəyallarını, xatirələrini, dü-
şüncələrini, yuxu, məktub və s. vasitələrlə əyaniləşdirib oxucu qar-
şısında müvəffəqiyyət qazanır.  
A.Rəhimov nəsrinin, o cümlədən "Cinayət və etiraf" 
romanının başlıca cəhəti onun qələmə aldığı mətləbi orijinal planda 
işıqlandırmağa və  mənalandırmağa üstünlük verə bilməsidir.  Ədə-
biyyatşünas alim V.Kompanets bədii  əsərdə psixologizmdən bəhs 
edərkən onun formalarına – psixoloji, psixofiziki, yaxud psixofizio-
loji paralellizm məsələsinə toxunur. V.Kompanets psixoloji paralel-
lizmi iki müxtəlif motivin müqayisəsi, bir-birini izah etməsi, aydın-
laşdırması kimi götürür və peyzajı insanın hiss-həyəcanının ifadə-
çisi, obrazın ürəyinin fiziki durumunu psixofizioloji paralellizm he-
sab edir.  
Bu kiçik parçada yazıçının yaratdığı səmərəli psixologizm göz 
qabağındadır və A.Rəhimov yaradıcılığındakı bu tipli psixologizm-
lər heç də Dostoyevskinin "Cinayət və cəza" romanında olan psixo-
logizmlərdəki daxili sarsıntılardan zəif deyildir. 
Yuxarıda qeyd etdiyimiz kimi A.Rəhimovun "Cinayət və eti-
raf" romanın xalq yazıçısı S.Əhmədlinin "Həmişə azadlıqda" roma-
nı ilə  səsləşən bir sıra motivləri də vardır. "Həmişə azadlıq"da ro-
manının baş qəhrəmanı Qüdrət də türmədən çıxıb (6-cı islah əmək 
müəssisəsindən) Ağdama gücləndirilmiş düşərgəyə göndərilib. O da 
İqrar kimi türmədə özünü aparmağı, davranışını nəzarətdə saxlama-
ğı bacarır. Orada hesabdar işləyir. Məhkumluq müddəti qurtaranda 
Qüdrətə sənədlərini təqdim edən türmə rəisi: " – Uğurlu yol, Qüd-
rət! Get, buraları unutmağa çalış", – deyir. Qüdrətin fikrincə "islah 
hər hansı qanlı cərrahiyədən işgəncəlidir. 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə