Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə94/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   90   91   92   93   94   95   96   97   ...   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
299
bamın gen yaddaşına girməliydim, uzun illər bizi kabus kimi izlə-
yən lənətin kökünü tapmalıydım», – deyir. (s.7) «Mən babamın ya-
şantılarını… burnumda yovşan qoxusu kimi hiss etməli, onu dövrə-
ləyən auraya soxulmalı.., ora girmək üçün yaddaşımın hər küncünü 
qurdalamalıydım, yatan duyğuları, mamırlamış hissləri oyatmalıy-
dım.., xatirələrim təzəcə evlənmiş sevgililər kimi gözlərini yavaş-
yavaş  səhərə  və üfüqdən çıtlayan günəşə açmalıydı» (s. 8-9). Və 
doğrudan da biz sonra romanda bütün bunların onun taleyini müəy-
yənləşdirən bədii magistrala çevriləcəyinin şahidi olacağıq. 
«Yovşan qağayılar»ın irili-xırdalı iyirmi iki fəsli var. Bu fəsil-
lərin hər biri öz-özlüyündə orijinaldır. Məsələn, «Do-re-mi», yaxud 
«lənət notu», «Maralın yaddaşında nələr var», «Kisəçilər məhəlləsi-
nin uşaqları, sınıq metro jetonu, dələnin ölümü…», «Dəri pul ki-
səsi…», «At», «Yovşan qoxulu sandıq», «Sevgisini suya danışan 
adam», «Qətl», «Fahişələrin ərə getmək ümidi», «Çəyirtkə mühari-
bəsi», «Yaddaş insanın kölgəsidir», «Nəhlət daşı», «Sarı müəllimin 
hermofrodit yaddaşı» və s. 
Bəri başdan deyək ki, «Yovşan qağayılar»ı avtobioqrafik ro-
man kimi də  səciyyələndirmək olar. Çünki romanda yazıçının öz 
obrazı əvvəldən axıra qədər qızıl xətt kimi keçir. Bir də əsərin adın-
dakı «yovşan» türk qövmlərinin kimlik pasportudur. Bu barədə 
daha geniş bilgiləri digər mənbələrlə yanaşı biz tanınmış türk təəs-
sübkeşi Murad Avçının «Qıpçaq çölünün yovşanı»ı, «Türklər. Av-
ropa. Böyük çöllük» və başqa əsərlərindən ala bilərik. Murad Avçı 
haqlı olaraq göstərir ki, yovşanlı çöllükləri neçə yüzilliklər ərzində 
qorumuş türklər bir-birinin ardınca milli şücaət göstərib nəinki Asi-
yanı, həm də bütün Şərqi, Qərbi Avropanı tutmuşdular. At belində 
zəfər yürüşləri edib, ad qazanmışdılar. Onların qəhrəmanlıqlarından 
dünya ağızdolusu danışmışdı. Elə Elçin Hüseynbəylidə  də yovşan 
bir yandan birbaşa bu şücaətin, rəşadətin simvoludursa, digər tərəf-
dən (bu, əlbəttə, bizim qənaətimizə görə belə  nəzərdən keçirilir – 
N.T.) yovşan qağayılar Azərbaycanın büsbütün aran ərazilərində 
qurulmuş qaçqın, köçkün düşərgələrinin kənardan baxdıqda qeyri-


 Nizami Tağısoy 
 
300
adi bənzətməsidir. Təbii ki, bu adın başqa yozumları da ola bilər və 
biz onların heç birini şübhə altına almaq fikrində deyilik. 
Babası Mahmud bəyin yaddaşına girmək üçün əsərin qəhrə-
manı-müəllif çoxsaylı priyomlardan istifadə edir. Və yaddaşın çözə-
lənməsi üçün öz nənəsinə dinclik belə vermir. Nənə nəvəsinə babası 
haqqında hər şeyi demək istəməsə də, nəvə ondan özü üçün lazım 
olanları sanki kəlbətinlə  çıxarır. Bütün bunları bilmək müəllifə – 
əsərin qəhrəmanına ona görə lazım idi ki, nəinki onun özünü, həm 
də xalqımızı, millətimizi kabus kimi izləyən lənətin kökünü tapmaq 
mümkün olsun. 
Elçin Hüseynbəylinin yaratdığı əksər obrazlar koloritlidir. La-
kin hamısından daha dolğunu Mahmud bəy obrazıdır. Mahmud bə-
yin bütün vücuduna, «mən»inə varmaqla, müəllif onun bütöv xarak-
terini yaradır. Həm nənənin söyləmə və söhbətlərində, həm digərlə-
rinin mükalimələrində biz Mahmud bəyin qeyrətli, namuslu bir türk 
kişisi olduğunun  şahidi oluruq. Müəllif göstərir ki, Mahmud bəyə 
namərdlik yaddır. O, düşmənini düşmən kimi qiymətləndirməyi ba-
carır, ona arxadan zərbə endirməyi özünə  sığışdırmır. Düşmənlə 
mərdi-mərdanə danışmağa üstünlük verir. Elə Elçin Hüseynbəyli də 
əsərdə «görüm səni düşmənsiz qalasan» ifadəsini məhz bu kontekst-
də işlədir. 
Elçin Hüseynbəyli babasının yaddaşına girmək üçün ən müx-
təlif vasitələrə əl atır və bunu daha əsaslı etmək üçün atasının kömə-
yinə ehtiyac duyur. Müraciət etdikdə görür ki, atası və ona məxsus 
şeylər-əşyalar da onun karına gəlmir. Müəllif atasına məxsus əşya-
ların onun köməyinə nəyə görə çatmadığını belə izah edir: «Qarda-
şım onları satmışdı. Nənəm isə atamın şeylərini kimə gəldi bağışla-
mışdı» (bax, s.26). 
Elə biz özümüz torpaqlarımızın bir hissəsini kimlərəsə satıb, 
kimlərəsə bağışlamamışıqmı?! Bəlkə, elə buna görə də Qarabağdakı 
torpaqlarımızı ermənilərin əlindən alıb geri qaytarmaq bu qədər dü-
yünə düşmüşdür. Daha sonra müəllif belə bir epiqrafa da yer verir: 
«Şəxsən mən uşaq olanda böyük qardaşımın və  mənimlə yaşıd 
uşaqların acığına evimizdə olan qədim  əşyaların hamısını  dəyər-


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
301
dəyməzinə satmışdım. Bu mənada mən biznes sahəsinin qaranquşla-
rından idim… Əfsuslar ki, həmin əşyalarla birgə babamı da satdığı-
mı düşünməmişdim. Bunun altını isə böyüyəndən sonra çəkdim. 
Babamın ruhu və yaddaşı ilə birlikdə torpaqlar da satıldı» (bax, 
s.26-27). Yazıçı burada varisliyi də xüsusi vurğu ilə mənalandıraraq 
yazır ki, o, atasını sağlığında sevə bilmədiyindən babasının enerjisi 
ilə qovuşa bilməmişdi. Bütün bunlarla da yazıçı tarixi yaddaşımızı 
necə itirməyimizi və sonra da gecikməyimizə heyfsilənməyimizi 
vermək istəmişdi. Və qeyd edək ki, əsərdəki bu məqamlar ustalıqla 
qələmə alınmaqla yanaşı, həm də burada real Azərbaycan gerçəklik-
lərinin bədii yaradıcılıqda özünü adekvat əks etdirməsi kifayət qə-
dər inandırıcıdır. Əlbəttə, yazıçı təfəkkürü heç də yalnız onda olan 
məlumatlar çevrəsində qapanıb qalmır, o, Azərbaycan reallığının 
daha dərin qatlarına nüfuz edir, oradakı mahiyyətə toxunur, dərin-
liklərə varır. Belə olduqda ictimai, mədəni, mənəvi, etik, estetik qat-
lar, plastlar daha yaxşı görünür. 
«Yovşan qağayılar» real həyatımızın mühüm tərəflərinin ge-
niş mənzərəsini verir. Yazıçı əsərdə eləcə Azərbaycan reallığını əks 
etdirməyi qarşısına məqsəd qoymamışdı, onun əsas məqsədi daha 
geniş ideyaya-Vətən taleyinə xidmət etməkdir. 
Elçin Hüseynbəylinin «Yovşan qağayılar»ında real gerçəkli-
yin xarakterik cəhəti fərdi ilə ümuminin vəhdətində götürülür, təza-
hür olunur. Belə ki, müəllifin fərdi narahatlığı, hissləri, fikir və dü-
şüncələri, ürək çırpıntıları, davranışı, hadisələrə münasibəti heç də 
yalnız özü üçün deyil, həm də onu əhatə edən insanların əksəriyyəti 
üçün xarakterikdir. Belə olduqda, hər bir fərddə olan xarakterik xü-
susiyyətlərin məcmusu insanın bütöv xarakterindən xəbər verir və 
elə bu cəhət də sanki ümuminin ifadəsinə çevrilir. Bizə görə belə 
yanaşmanın nəticəsidir ki, müəllif «Yovşan qağayılar»da həm öz 
obrazını, həm Mahmud bəy obrazını, həm də nənəsinin, Arazın və 
digərlərinin obrazını gözəl yarada bilmişdi. 
Bütün bunların bədii ifadəsində, heç şübhəsiz ki, yazıçının 
dünyagörüşü, həyata baxışı, onu dərki mühüm rol oynamışdır. Mə-
lumdur ki, bədii obraz obyektiv aləmin subyektiv obrazıdır. Lakin 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə