Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə92/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   88   89   90   91   92   93   94   95   ...   114

 Nizami Tağısoy 
 
292
olmuşdur. Lakin tarixdən bu da məlumdur ki, Şahbəxt xana qədər 
burada (mərkəzi Səmərqənd olmaqla) hökmdar Hüseyn Bayqara 
(böyük özbək  şairi  Əlişir Nəvainin məktəb dostu, sonralar Nəvai 
onun sarayında vəzir işləmişdi — N.T.) idi (6, 39; 4, 8; 2, 256, 260; 
9, 68) və  Şeybanilər məhz Hüseyn Bayqaranı devirib hakimiyyətə 
gəlmişdilər. Vaxtilə Hüseyn Bayqara ilə  Şah  İsmayıl dövləti 
arasında münbit siyasi-ictimai, ədəbi-mədəni  əlaqələr də mövcud 
olmuşdu. Və  əgər, bir tərəfdən,  Şeybanilər bütün bunları 
bildiyindən  Şah  İsmayıla qarşı  qəzəbli idilərsə, digər tərəfdən, 
Şeybanilərin Xorasan və Heratı  ələ keçirdikdən sonra böyük 
imperiya iddialarına düşməsi  Şah  İsmayıla son anda pis təsir 
etmişdi, o, düşmən ordusunu Xorasandan vurub çıxarmış,  Şeybani 
qorxub Heratdan Mərvə qaçıb qalada gizlənsə də, Şah İsmayıl onu 
qaladan da bayıra atıb öldürmüşdür. Düzdür, bunlar tarixi 
təfərrüatlardır və  məsələnin daha konkret obyektiv çözümü ilə 
tarixçilər məşğuldurlar. Lakin «Yarımçıq  əlyazma»da  Şeybanilərlə 
olan müxtəsər məqamın özü də müəllifin tarixi fakt və hadisələrə 
dərindən bələd olduğunu sübut edir. Buna görə  də «Yarımçıq 
əlyazma»da o dövrdə  bədii yaradıcılıq zövqü olan hökmdarlar 
arasında nəinki siyasi, hərbi istiqamətdə, həm də  ədəbi-mədəni 
sahədə qarşılıqlı münasibətlərin olduğu oxucuların nəzər-diqqətinə 
çatdırılır. 
Əsərdə Osmanlı Sultan Səlimlə, Dağıstana,  Şirvana olan sə-
fərlərlə bağlı fraqmentlərdə  Şah  İsmayılın yenilməzliyi, cəsarətliyi 
öz  əksini tapmışdır. Çaldıran döyüşündə müəllif  Şahı belə  təsvir 
edir: «Şah özü döyüşə  rəhbərlik edir, sərkərdələri cinahlara bölür, 
hücum, yaxud geri çəkilmələri barədə  əmrlər verirdi. Çadır bir 
təpənin üstündə qurulmuşdu» (1, 142). Ümumiyyətlə,  Şah  İsmayıl 
obrazını müəllif böyük məhəbbətlə yaratmışdır. Onun təsvirində (bu 
tarixi mənbələrdə  də demək olar ki, elə belədir — N.T.) şah üçün 
qorxaqlıq,  şücaətsizlik yaddır. Müəllif bunu Şah  İsmayılla Xızrın 
mükaliməsində daha yaxşı aydın təqdim edir. 
«… Sən indi artıq daha, mənsiz, lələsiz, özün, ancaq özün çı-
xacaqsan meydana. Nə mən varam, nə də Hüseyn bəy lələ. Heç bir 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
293
şəxsində Xızrdan xəbəri yoxdur. Başa düş. Şah ölə bilməz. Heç bil-
məz. Mən isə ölməliyəm. Bir də ki, mən bu heyfi onda qoya bilmə-
nəm.  İndi bax mən vururam özümü savaşın  ən isti yerinə baş bir 
yana, leş bir yana. Ya mənə verən Allah, ya Səlimə verən Allah» (1, 
145). 
«… Ordu sındı…Mən isə… 
- Şahım, mürşidi-kamilim… 
- Kəsmə sözümü, mən bu boyda məmləkəti fəlakətdən saxlaya 
bilmədim. Amma bu işi eləməliyəm. Gedirəm. Bilirsən,  Şahim, 
(bunu  Şah  İsmayıl Xətayi özü Xızra deyir — N.T.), göydən səs 
gəldi sabah-sabah qulağıma. Elə bir az əvvəl o səsi dübarə eşitdim. 
«Sənin nə işin var oralarda, gədə?! — dedi o səs. — Sən ki öz işini 
görüb qurtarıbsan. — Şahi-Mərdanın səsiydi. — Gəl bura, - dedi, - 
səni axı burda gözlirlər. Hamı səni sevənlər burdadı». Odur ki, məni 
daha saxlamaq heç olmaz. Çıx, çıx çadırdan. Məni bir daha soraq 
eləmə. Cəsədimi də tapan olmayacaq. Baş bir yana, leş bir yana. 
Sən yaşa. Yaşa. Yaşasın Şah İsmayıl… 
– Bir də istirəm bunu biləsən. Mənim adım fəqət Şah İsmayıl-
dı. Mənim özüm Şah İsmayıl deyləm. 
Sonra qurban olduğum «allah-allah» deyə-deyə göz açıb yu-
munca yox oldu» (1, 146). 
Deməli, beləliklə biz əsərdə Xızr simasında üçüncü Şah İsma-
yıllada rastlaşırıq və belə bir xüsusi priyomdan istifadənin özü ta-
mamilə  fərqli yanaşma olmaqla, yazıçının fərdi bədii prinsiplərin-
dən doğandır. 
Yazıçı Hüseyn bəy Lələmin də sağ qalmasını maraqlı  təsvir 
edir. «Hamı bunu (Hüseyn bəy lələni-N.T.) Çaldıran döyüşündə hə-
lak olmuş bilirdi. İndi budu, dipdiri Vəzirin qabağında belə daya-
nıb… 
Vəzir əvvəl-əvvəl istədi özünü bir yüngülcə tanımazlığa vur-
sun…» (1, 214-215). Nəhayət, Vəzirlə Hüseyn bəy lələ arasında hər 
şey dəqiqləşir. Hər  şey də  Vəzirin yaddaşında lələnin keçmişinin 
çözələnməsi ilə konkretləşir. «Sən bir gənc oğlan idin, o zaman 
sadağa olduğumun  Şirvan səfəri vardı… Sənin ağan gəldi saraya, 


 Nizami Tağısoy 
 
294
mənim yanıma. Ağan Uzun Həsənin mirzələrindən olmuşdu. 
Ərdəbilin Qırxlar məhəlləsindəki evinizdə»... 
Əsərdə xalqın, ordunun içində torpaq yolunda, Şah yolunda 
candan keçib şəhid olanlarda var («Bir az əvvəl çıxanda özümü düş-
mənə vurdum. Bir şey qalmamışdı əsir düşəm. At büdrədi… Aya-
ğım əzildi. Düşmən dörd tərəfimi aldı. Sultanəli Mirzə Əfşarı tanır-
san. Yadında qalsın. «Şah mənəm,  şah mənəm», qışqırıb dürtdü 
özünü ortalığa, məni buraxıb düşmən daraşdı ona… Sultanəli düş-
mən əlindən qurtulsa, ona böyük ənam ver» (1, 114) «lələ yox oldu. 
Verdi özünü ölümün pəncəsinə lələ. Yeri behiştlik olsun») (1, 146), 
Qorçubaşı: - «Tez xəbər elə. Xəlil Sultan Zülqədər sol cinaha 
köməyə getsin». Bir qədərdən sonra yenə də qorçubaşı… «Pirim… 
sadağa olduğum… mürşidi-kamilim… Zülqədər xain çıxdı, Zülqədər 
qaçdı şahim. 
– Qaçdı? Məlun, Xaindən, xain törər» (1, 143). 
Yenə  də döyüş meydanı, yenə  də Çaldıran, Çaldıran da bir 
Çaldıran idi. Yenə də Sultanəli bəy Əfşar şahi-mərdan xətrinə mey-
dana atılır… 
«– Şah mənəm, Şah mənəm! — Sultanəli bəy Əfsar ortaya gi-
rib çığırdı, osmanlılar düşdü bunun dalınca, sadağa olduğum qurtul-
du… 
- Malbaşoğlu, çıx meydana, çıx ortaya, göstər hünərini, çəki-
lin, kənara çəkilin… Bah, Şah bir qılınca bu boyda pəhləvanı ikiyə 
necə böldü? Ah eyləməyə də macal tapmadı (1, 208)… 
Şah  İsmayıl dövrünü, Çaldıran döyüşünü bütün təfsilatı ilə 
təsvir etməyə çalışan müəllif xain məsələsinə toxunur. Elə xain də 
casus kimidir. Onların arasında xeyli oxşarlıqlar var. Və bu mənada 
K.Abdulla casusun da, xainin də yaşaya bildiyi məmləkətdə  oğu-
zun, türkün yağı düşmənlərdən qurtula bilməyəcəyinə eyham vurur. 
Çünki casuslar və xainlər içində olan xalq nə özünü, nə də torpağını 
axıra qədər qoruyub, ona sahib çıxa bilməz. 
Yuxarıda qeyd etdik ki, Kamal Abdullanın «Yarımçıq əlyaz-
ma»sında oğuz bəyləri arasında olan çəkişmələrə xeyli yer ayrılmış-
dır. Və zənn edirik ki, məhz bu «işarət»in özü də mənəvi durumu-


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə