Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə89/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   85   86   87   88   89   90   91   92   ...   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
283
döndü isə yaşamasından yaşamaması daha şərəfli. Aruz Qoca gedir-
gəlir, açığına-saçığına bəylərbəylik keçir könlündən, elə belə də de-
yir: «Oğlum Basat olmasaydı. Təkgöz Oğuzu bir-bir yeyib bitirə-
cəkdi, hardaydı Qazan, hardaydı Qaragünə, hardaydı Beyrək?» ba-
ğırır. Başımıza qaxınc oldu bu Basat söhbəti qurtarmadı ki qurtar-
madı. Aruz oğlancığı  Qıyan Səlcuqun, Basat qardaşının intiqamını 
Təkgözdən almışlar, minnətini Qalın Oğuz çəkir. Beyrək hiylə edir, ad 
qazanır, Qazanın inağı olur… Bu yana da bu casus… Nə edəlim?!» (1, 
117-118) 
Göründüyü kimi, təhkiyənin tonu ifşaedici, sarkastik ifadələr-
lə müşayiət olunur. Müəllifin təhkiyə daxilindəki «mən»i dövrün 
epik bərpası ilə davam edir. 
Kamal Abdullanın qəhrəmanlarının köməyi ilə oxucu ilə söh-
bət əsərin mətnaltı mahiyyətini dərinləşdirməklə və aydınlaşdırmaq-
la, həm də  əsərin özünəməxsus strukturunun, onun üslubunun xa-
rakterik cəhətini göstərir. 
Biz Kamal Abdulla üslubundan danışdıqda onu heç də yalnız 
«Yarımçıq əlyazma» romanının forması ilə əlaqələndirmirik. Akad. 
M.B.Xrapçenko yazırdı: «Gerçəkliyin obrazlı  dərkinin ifadə olun-
ması, ideya-emosional təsir kimi başa düşülən üslub heç cür əsərin 
forması ilə qarışdırıla bilməz, bu, eyni ilə metodun məzmuna bəra-
bər tutulması mümkün olmayan kimidir. Bədii yaratmanın üslubu 
təşkilində nəinki forma özünəməxsusluğu, həm də məzmunun mü-
əyyən tərəflərinin özünəməxsusluğu əksini tapır» (3, 112). 
Dediklərimizin nə dərəcədə doğru-dürüst olduğunu «Yarımçıq 
əlyazma»nın kompozisiya-məzmun xüsusiyyətləri ilə yaxından ta-
nış olanlar artıq yaxşı görə bilmişlər. Kamal Abdullanın «Yarımçıq 
əlyazma»sı, hər şeydən öncə, bu müqəddəs abidədə olanların nağılı 
deyil. Yazıçı burada ümumiləşdirmələr etməklə, heç də o dövr hadi-
sələrinin xarakterik xüsusiyyətlərinin açıqlanması ilə kifayətlənmir. 
Əgər belə olsaydı, qarşımızda canlı, konkret, bizi düşündürməyə is-
tiqamətləndirən məzmun, obraz yox, sxem görərdik. M.Qorki vaxtı 
ilə qeyd edirdi ki, «ədəbiyyatda fotoqrafiyadan istifadə yersizdir», 
çünki fotoqrafiya adi hadisələrlə, bəzən hətta qeyri-səciyyəvi təsa-


 Nizami Tağısoy 
 
284
düfilərlə bağlıdır. Həyatdan götürülmüş hansısa bir fakt hələ də tam 
həqiqət demək deyildir. Bu yalnız əsil sənət həqiqətini oradan əridib 
ortaya çıxarmaq üçün lazım olan xammaldır… faktdan məna, ma-
hiyyət çıxarmağa çalışmaq lazımdır (7, 563). 
Təbiidir ki, «Yarımçıq əlyazma»da Kamal Abdullanın «Kita-
bi-Dədə Qorqud»la, İç Oğuz, Dış Oğuzla bağlı fantaziyası, intuisi-
yası, mətnlə özünəməxsus «oyunu» həlledicidir. Doğrudan da mü-
qəddəs mətnin bütün tərəflərini dərindən bilmək bir şeydir, onda 
olanları yenidən fikirləşib qurub yaratmaq başqa bir şey. Kamal Ab-
dulla yaradıcı eynindən keçən şeylərə, bəlkə də lap belə o dövr üçün 
ikinci dərəcəlilərə əhəmiyyət verib, onları mükəmməl formaya sala 
bilir. 
Müəllif romanda uzaqgörən sənətkar kimi gerçəklikdə Oğuz-
da heç də hər şeyin yaxşı olmadığını duyur və göstərir: «Oğuzda iş-
lər ürəyimizin istədiyi kimi deyildir. Münaqişə vardır və  bəylərin 
ədavəti şişib-şişib Oğuzu içindən partlatmasa yaxşıdır… 
… Casus kimdir, kim deyil — bu mətləb bir ayrı  mətləbdir. 
Oğuzu qarğışa salan kimdir? — əsas məsələ budur…» (1, 120-121). 
Müəllifin bütün əsər boyu verdiyi sual və ona cavab araması da elə 
bundan ibarətdir. 
Bəzi müəlliflər K.Abdullanı müqəddəs abidəmizlə bağlı orta-
ya qoyduğu bədii mübahisələri və mülahizələri ilkin mənbəmizə uy-
ğun  şəkildə verməməkdə  təqsirləndirirlər. Lakin bir daha nəzərə 
alaq ki, əksər folklor nümunələrində kontominasiyalar vardır (yəni 
bu nümunələrdə biz xeyli hallarda heç yerinə düşməyən, mətnin 
mahiyyətindən kənarda qalan hissələrlə rastlaşırıq — N.T.) … «Ki-
tabi-Dədə Qorqud» boyları da bu mənada istənilən tədqiqatçının 
təklif etdiyi düzülüş  sırasında uyğunsuzluqlardan tam azad olmur. 
Belə ki, abidədə elə uyğunsuzluqlar vardır ki, tədqiqatçılar onları 
yalnız fakt kimi qeyd edib yanından ötməyə, yaxud fraqmentar izah 
verməyə çalışırlar» (8, 127). Bu, «Mahabharata»dan tutmuş «İliada 
və Odisseya»ya «Manasa», «Alpamışa», «Uralbatıra», «Koroğlu»ya 
qədər gəlir və biz bu tipli ümumi mətnin struktur-kompozisiya, ide-
ya-məzmun xüsusiyyətlərinə uyğun gəlməyən məqamları  nəyə gö-


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
285
rəsə qəbul edir, bugünkü yazılı ədəbiyyatda isə ona özəl münasibəti 
qəbul etmək istəmirik. Bu nə ilə bağlıdır?  Əski dövrlərdə  tərtib 
olunmuş mətnlərə sirayət edə bilməməyimizlə, yoxsa onu daha sər-
bəst, milli psixologiyamızı və fəlsəfi düşüncəmizi vərəqləyə bilmə-
məyimizlə? Hər halda necə olmuş  olsa  da  bədii  ədəbiyyatda belə 
praktika var və ondan lazımınca yararlanan yazıçılarda. Məsələn, 
T.Kaipbergenovun «Qaraqalpaqlar haqqında dastan» trilogiyası nəşr 
olunduqdan sonra əksər tənqidçilər bu yazıçının qaraqalpaqların 
folklor mənbələrini təhrif etdiyini və xeyli hallarda folklor və etnoq-
rafik mənbələrdə olanların  əksinə getdiyini vurğulanmışdılar. Bu 
haqda T.Kaipbergenov özü isə qeyd etmişdir ki, bəzi məqamlarda qa-
raqalpaqların milli-tarixi simasını doğru-dürüst «yapmaq» üçün o, 
əsərində belə sərbəstliklərə yol verməyi məqbul saymışdır (5, 3-9). 
Kamal Abdulla «Kitabi-Dədə Qorqud»un motivləri  əsasında 
roman yazmaqla heç də əski tariximizdə olanlarla öyünməyə, papa-
ğımızı göyə atmağı  tərənnüm etmək istəmir. O, etnik-milli şüuru-
muzda özünə yer tutmuş bəzi məqamları oxuculara böyüdücü lupa 
altında verməyə  səy göstərir. Məsələn, Azərbaycan bədii təfəkkü-
ründə özünə yer tutmuş sənətkarlar tərəfindən həyatımıza, mənəviy-
yatımıza, əski «mən»imizə indiyə qədər müxtəlif münasibətlər bil-
dirilib. Biz Vaqifi, S.Vurğunu, Müşfiqi də sevirik, M.F.Axundovu, 
N.Vəzirovu, Sabiri də. Hər iki düşərgədə, qrupda olanlar xalqımızı, 
onun keçmişini də, özünü də sevib, hamıdan da çox xalqın problem-
ləri haqqında düşünüblər. Başqa sözlə, Sabir daim çatışmazlıqları-
mızı, Səməd Vurğun isə uğurlarımızı daha çox qələmə alıb, hər biri 
də öz yaradıcılıqları ilə Azərbaycana xidmət ediblər. Bir də  nə-
zərdən qaçırmamalıyıq ki, K.Abdulla nə tarixçi deyil, nə  də onun 
ayrı-ayrı mərhələlərini yenidən canlandırıb olduğu kimi bizə qaytar-
maqla məşğul deyil. K.Abdulla mifoloji mətndən faydalanmaqla, 
bədii əsər, tarixi roman yazır. Bədii əsər isə ilk növbədə öz bədiiliyi, 
eşitdiklərimizə, bildiklərimizə, oxuduqlarımıza özünəməxsus nəzər 
nöqtəsindən baxış ilə seçilməlidir. Burada K.Abdulla öz yolu ilə ge-
dir, öz fantaziyasının gücü ilə, yaratdığı romanla ilk növbədə öz il-
kin tələbatlarını ödəyir. Təbiidir ki, forma və məzmun yaradıcılığı o 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə