Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə87/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   83   84   85   86   87   88   89   90   ...   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
277
Dustaqlıq elə bir yuxu ki, onun səhəri bir gecənin deyil, tü-
kənməz illərin arxasındadır".  
İqrardan fərqli olaraq Qüdrətin arvadı yoxdur və o, çirkin yola 
da qurşanmamışdı. Evləndiklərindən az keçmiş Qüdrət türməyə dü-
şür və 6 il səkkiz ay, on beş gün orada ömür çürüdəsi olur, elə məhz 
o, türmədə olarkən yoldaşı Ruhiyyə dünyasını dəyişir. Qüdrət də İq-
rar kimi qeyrətli, haqq-ədaləti tapdamayan, onun uğrunda çalışan, 
mübarizə aparan, sözü düz danışan, heç kimə pislik etməyən, sər-
bəstliyi, azadlığı, mənəvi tamlığı hər şeydən üstün tutandır və, heç 
şübhəsiz ki, Qüdrətlə  İqrarın belə kristal xarakteri yazıçıların – 
A.Rəhimovun və S.Əhmədlinin – özlərinin daxili mənəvi bütövlüyü 
ilə əlaqələndirilməlidir. Buna görə də A.Rəhimov İqrarın mənəvi re-
abilitasiyasını düşmənlərini məhv edib, öz "mən"ini təsdiqləmədə 
görürsə, S.Əhmədli də "– Dustağı buraxanda deyirlər: "Həmişə 
azadlıqda. 
– Dustağın azadlığı ilə yazıçı azadlığı bənzərdir", – deyir. 
A.Rəhimov "Cinayət və etiraf" romanında zəngin və  rənga-
rəng obrazlar qalereyası yaratmışdır. Bunlar müsbət düşərgədə Mə-
tin, Əfsun, İlqar, Tuğay kişi, Gülər xala, Nurlan xala, Sənubər qarı, 
Miriş kişi, Mirvari və başqalarıdırsa, o biri qütbdə Əlməmməd, Ay-
tac, Gilan, Şər Müzəffər, Bilal Xatazadə, Əbdüləzəm, Xatirə, Həm-
zə, Eldar, Qunduz və başqalarıdır. Onların hər birinin mənəviyya-
tına görə öz nitqi, öz davranış normaları, öz xarakterləri vardır. İstər 
mənfi, istərsə də müsbət obrazları danışdırdıqda, yazıçının nitqi di-
namikliyi, polifonikliyi, emosionallığı, sadəliyi, yaxud kobudluğu 
ilə seçilir. A.Rəhimov hadisələri təsvir etdikdə  və obrazları danış-
dırdıqda təsvirə laqeyd deyildir. İnsan psixikasının dərin qatlarını 
açmağa çalışan yazıçı, oxucunun diqqətini geniş ictimai-sosial və 
hüquqi-əxlaqi  əhəmiyyət daşıyan hadisələrə yönəldə bilir. Belə ol-
duqda yazıçı zahiri şəraitdə, peyzaj təsvirinə daha çox yer ayırır və 
bütün bunların hamısı  əsərin mahiyyətinin, ideya-məzmun qatları-
nın adekvat dərk edilib qavranılması üçün şərait yaradır.  
Bundan başqa İqrarın, İlqarın, Tuğay kişinin, Gülər xalanın və 
onlar kimi başqalarının əsərdə tez-tez Allahı çağırmalarını, ona mü-


 Nizami Tağısoy 
 
278
raciəti, onun hər hansı kəsin cinayətinə görə cəzasını verməsini eşi-
dirik və bunun özü də yazıçının Allahla, məsələlərə haqla, ədalətlə 
çözüm verməsini sübut edir. 
 "Cinayət və etiraf"dakı hər bir surət dünyaya baxışın özünə-
məxsus nəzər nöqtəsidir. Buna baxmayaraq, əsərdəki polifonizm nə-
inki təhkiyəni mürəkkəbləşdirib hadisələri qarışdırır,  əksinə, bu 
polifonizm eyni zamanda əsərin mahiyyətində  rəngarənglik yarat-
maqla, oxucunu özünə daha çox cəlb edir.  
"Cinayət və etiraf" heç də məhkəmə xronikasını, cinayəti əks 
etdirən, ona görə kəsilən cəzanı göz önünə gətirən əsər deyil, həm 
də sosial anomaliyalar doğuran halları göstərən ictimai-fəlsəfi, mə-
nəvi-əxlaqi dəyərləri ön plana çəkən əsərdir və o sosial-estetik, mə-
nəvi-hüquqi konsepsiya və baxışların zidiyyətini ifşa edən roman 
kimi səciyyələndirilməlidir. 
A.Rəhimov yaradıcılığının pafosu – insanı, onun mənəvi gü-
cünü, yaradıcı imkanlarını, özünə inamını, haqq-ədalət və onların 
təntənəsi uğrunda mübarizəni, cəmiyyətdə, dünyada, ölkədə gedən 
bütün proseslərə görə məsuliyyəti, özünün yerini görməyi əsas kimi 
ortaya qoyur. Yazıçı hər sözünün, hər cümləsinin öz yerinə düşmə-
sini istəyir. Hər cümlədə onun qarşıya qoyduğu mərkəzi, başlıca 
motiv və məqsədin səmərə kəsb etməsini zəruri hesab edir. 
Nəticə olaraq onu demək istərdik ki, A.Rəhimov "Cinayət və 
etiraf" romanı ilə  cəmiyyətdə gedən proseslərə elə realistcəsinə, 
ümumiləşdirilmiş  və tipikləşdirilmiş münasibət  əks etdirmişdir ki, 
bu əsərdə qoyulan və həll edilən problemlərin müasir durumumuzda 
yerini və rolunu görməmək mümkün deyil. Bu baxımdan "Cinayət 
və etiraf"ın müasir dövrümüz üçün mahiyyəti üzərində düşünməli 
və romanda qoyulan problemlərə cavab tapmaq lazımdır. Ədəbi tən-
qidin bu əsərə daha geniş müstəvidə müraciətinə əminik. 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
279
 
ETNİK-MİLLİ KEÇMİŞİMİZ VƏ BU GÜNÜMÜZ 
 
K.Abdulla. «Yarımçıq əlyazma» romanı 
 
Özünəməxsus yaradıcılıq palitrası ilə seçilən tanınmış nasir 
K.Abdulla Azərbaycan  ədəbiyyatına janr, kompozisiya, süjet və 
məzmun baxımından bir-birindən ciddi şəkildə fərqlənən bədii nü-
munələr bəxş etmişdir. Onlardan biri də spesifik struktur, mövzu, 
süjet və arxitektonikası ilə seçilən «Yarımçıq  əlyazma» romanıdır. 
«Yarımçıq əlyazma» ədəbi dövriyyəyə buraxılandan üzü bəri (2004-
cü il) — N.Cəfərov, R.Kamal, Ə.Xələfli, E.Hüseynbəyli, Ə.Cahan-
gir, T.Salamoğlu və digərləri tərəfindən müxtəlif yönümlərdən təhlil 
olunmuşdur. «Yarımçıq əlyazma»nı təhlilə cəlb edənlər onun daha 
çox janr, süjet, kompozisiya və məzmun xüsusiyyətləri ilə bağlı bir 
sıra maraqlı və fərqli ümumiləşdirmələr etməyə çalışmışlar. Bəziləri 
«Yarımçıq əlyazma»da postmodernist düşüncə tərzinin əks olundu-
ğunu, bəziləri müəllifin indiyə qədər özünün təqdir və təbliğ etdik-
lərinə qarşı  çıxdığını, bəziləri mifik təfəkkürümüzdən süzülüb bu 
günümüzə  qədər çatmış klassik obrazlarımızın başqa qiyafədə ini-
kas etdirilməsini ön plana çəkirlər və s. Bununla belə bu əsərdə olan 
ən başlıca məqam sanki nəzərdən qaçırılır. Bu, fikrimizcə, bir tərəf-
dən «Kitabi-Dədə Qorqud»da əksini tapmış münasibətlər və obraz-
lara təkrarsız dəyər vermə, onları yaradıcılıq süzgəcindən keçirmə
onların yeni interpretasiyada dərki ilə əlaqələndirməlidir. Digər tə-
rəfdən,  əgər «Yarımçıq  əlyazma» mütəxəssislər tərəfindən bədii 
əsər kimi dərk və qəbul olunursa, deməli, bədii yaradıcılıq qanuna-
uyğunluqlarına görə K.Abdullanın müraciət etdiyi mətni özü dərk 
və qəbul etdiyi şəkildə interpretasiya etməsi də yol veriləsidir. Nə-
zərə almalıyıq ki, yaradıcı insan daim «hadisələr» dünyası ilə, «ma-
hiyyətlər» dünyası arasında özünə mənəvi «rahatlıq», «azadlıq» ara-
yır, o, bunu real həyatda tapmadıqda yaradıcı  təfəkkürünü pər-
vazlandırır və burada (sənətdə) sənətkar sərbəst, azad olduqda özü-
nün yaradıcı imkanlarını da tam şəkildə açmağa müvəffəq olur. 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə