Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə83/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   79   80   81   82   83   84   85   86   ...   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
265
2006-cı ildə  nəşr etdirdiyi "Həmişə azadlıqda" romanın bir sıra 
franqmentləri ilə müqayisə edə bilərik və belə müqayisədə "Cinayət 
və etiraf" romanı xeyli xüsusiyyətləri ilə XXI əsrin bu illərinin ədə-
bi hadisəsi kimi də dəyərləndirilə bilər. 
F.M.Dostoyevskinin "Cinayət və  cəza" romanında, N.Nekra-
sovun "Rusiyada kim xoşbəxt yaşayır" poema-epopeyasında XIX 
əsrin 60-cı illərinin sosial-fəlsəfi, dini-mənəvi və bədii-estetik fikir 
və meylləri öz əksini tapmışdırsa, A.Rəhimovun "Cinayət və eti-
raf"ında XX əsrin sonlarında Azərbaycan gerçəkliyində gedən icti-
mai-sosial, hüquqi-siyasi, mədəni-estetik məsələlərə nəzər salınmış-
dır və onlar regionun və etnosun düşüncə tərzi, yaşam amalı psixolo-
giyasına uyğun nəzərdən keçirilmiş, dəyərləndirilmişdir. F.M.Dosto-
yevski və N.Nekrasov koloritli obrazlar yaratmaq baxımından digər 
müəlliflərdən fərqlənən sənətkarlardır. Elə A.Rəhimovun "Cinayət 
və etiraf" romanında da biz bunların şahidi oluruq. 
F.M.Dostoyevski "Cinayət və cəza" romanı üzərində, qeyd et-
diyimiz kimi, XIX əsrin 60-cı illərinin sonlarında işləmişdir. Bu, 
Rusiyanın son dərəcə qaranlıq, qeyri-müəyyən iqtisadi-siyasi və 
mənəvi-psixoloji durum dövrünə təsadüf edir. Ölkədə ictimai hərə-
kat vüsət almışdı, hökumətə qarşı inamsızlıq dalğası tüğyan edirdi. 
Azadlıq və demokratiya uğrunda mübarizə aparanların səsi boğdu-
rulurdu, heç kimin heç kimə, heç kimin heç nəyə inamı qalmayan 
bir dövr yaşanılırdı. Təsadüfi deyildir ki, elə məhz bu dövrlərdə ya-
şayan böyük yazıçı M.Saltıkov – Şedrin "Hara getmək?", "Nə axtar-
maq", "Hansı aparıcı  həqiqətlərə inanmaq?" kimi çoxsaylı suallar 
verirdi. Yəni o dövrdə Rusiyada vəziyyət gərginləşdikcə, kəskin xa-
rakter aldıqca, sosial ziddiyyətlər və böhran artıqca, cəmiyyətdə ilk 
ictimai-sosial və mənəvi-psixoloji xəstəliyin simptomlarının yaran-
dığı F.Dostoyevskinin nəzər-diqqətindən qaçmamışdı. O, dərin mü-
şahidəli sənətkar kimi görürdü ki, şəxsiyyət sanki mədəniyyətin 
"ekoloji" sistemindən kənarlaşmaqla, oriyentasiyasını itirir və belə-
liklə də fərdin, şəxsin həyatla və ətrafdakılarla özünü doğrultmayan 
mübarizəsi başlayırdı. F.Dostoyevski insan qəlbinin həssas bilicisi 
olan bir filosof və psixoloq kimi bu "xəstəliyin" səbəblərini, onun 


 Nizami Tağısoy 
 
266
morfologiyasını açmağa çalışırdı. A.Rəhimov romanının da episent-
rində təxminən fərqli yönümdə buna oxşar problemlər durur. F.Dos-
toyevskinin də, A.Rəhimovun da qəhrəmanları – həm Rodion Ras-
kolnikov, həm də İqrar İdrak oğlu Kamilov nəinki əsərlərdə gedən 
bütün hadisələrin iştirakçılarıdır, həm də hadisələri qiymətləndirən-
lərdir. Buna görə  də  bəzən müəlliflər  əsərlərdə bir qədər irəli 
gedərək, hadisələri, konflikti qabaqlayırlar.  
Lakin nə Rodion Raskolnikov İqrar İdrak oğlu Kamilov deyil
nə də İqrar İdrak oğlu Kamilov Raskolnikovu təkrarlamır. Onlardan 
hər birinin öz dünyagörüşü, öz həyat həqiqətləri, öz dünyanı dərki, öz 
davranışları və bu davranışların öz nəzəriyyəsi, öz motivasiyası var.  
Həm F.M.Dostoyevski "Cinayət və cəza", həm də A.Rəhimov 
"Cinayət və etiraf" romanında bilərəkdən, yaxud bilməyərəkdən baş 
qəhrəmanlara simvolik adlar vermişlər. 
Dostoyevskinin "Cinayət və  cəza" romanın baş  qəhrəmanı 
Rodion Raskolnikovdur. Onun soyadının rəmzi mənası  aşağıdakı 
kimi açılır. "Raskolnikov" "raskolnik" adından götürülmüşdür, mə-
nası "raskolçu" (raskol təriqətlərindən birinin üzvü). Cəmiyyətdə ni-
faq salan, təfriqə salan, ikitirəlik salan, ayrılıq salandır. "Cinayət və 
cəza"da onun biz belə, yaxud buna bənzər fəaliyyətini daim izləyir 
və görürük. Yazıçı özü göstərdiyi kimi, Raskolnikov xristian dini 
ideologiyasının daşıyıcısı, ilhamçısıdır.  
A.Rəhimovun "Cinayət və etiraf" romanının baş  qəhrəmanı 
isə İqrar İdrak oğlu Kamilovdur. "İqrar-etiraf", "özünü, yaxud olan-
ları təsdiq etmək olmaqla", "İdrak" – "şüur", "dərk", "qavrayış" və 
"intellekt"dir. "Kamilov" soyadına gəldikdə isə o "mükəmməlliy"in, 
"ləyaqət"liyin, "əqli cəhətdən yetkin"liyin ifadəçisidir. Deməli, gü-
man etmək olar ki, hər iki yazıçı  qəhrəmanlarının adındakı sim-
volikliyin də  əsərin məzmun və arxitektoniksında tutduğu yeri və 
oynadıqları rolu əvvəlcədən müəyyənləşdirmişdir. Hər necə olmuş 
olsa da bizim rəğbətimiz təfriqəçi və ikitirəlik salan Raskolnikov tə-
rəfində yox, mükəmməliyinə, əqli yetkinliyinə söykənib, ləyaqətini 
qoruyub, hər şeyi olduğu kimi etiraf etməyi bacaran İqrar İdrak oğlu 
Kamilov tərəfindədir. Onların hər biri üçün öz istəyi-amalı, öz haq-


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
267
qı-ədaləti qəbulu, həyat hadisələrinə münasibəti, etik-əxlaqi baxış-
ları, mənəviyyat ölçüsü xarakterikdir.  
Raskolnikov da öz adına, dünyanı dərkinə və dini baxışlarına 
görə həyatını öz nəzəriyyəsi əsasında qurmaq istəyir. Bu nəzəriyyə, 
hər şeydən öncə, onun xəstə durumuna "insafla qan tökmə" ideyası-
na əsaslanır. Raskolnikov qərara alır ki, tarixi tərəqqi və hər hansı 
inkişaf kimlərinsə əzabı hesabına başa gəlir və onun fikrincə, bəşər 
övladı iki kateqoriyaya bölünür. Bunlardan biri – fakt və hadisələri 
dinməz-söyləməz qəbul edənlər, digər hissəsi isə əxlaq normalarını 
pozan, ictimai qaydalara məhəl qoymayanlardır. Dostoyevskinin 
qəhrəmanı Raskolnikov hesab edir ki, dünyanı yaradan dahi şəxsiy-
yətlər likurq, Məhəmməd, Napoleon heç zaman boş-boşuna dayanıb 
durmamışlar. Əlbəttə, bu baxımdan Raskolnikov ideyası heç də yal-
nız sərsəmləmə ideyası kimi düşünülməməlidir. Lakin o, insanları 
iki kateqoriyaya böldüyündən, özünün hansı kateqoriyaya məxsus 
olmasını sübut etmək istəyir. O, sələmçi qarını öldürməklə özünü 
yoxlamaq və bununla da Napoleon ola biləcəyini, fərqli şəxs olaca-
ğını göstərmək, sübut etmək istəyir. Başqa sözlə desək, Dostoyevski 
öz qəhrəmanını müxtəlif eksperimentlərdən keçirmək istəyir. O, 
Raskolnikovun qəlbində qurduğu məhkəmə ilə tarix, cəmiyyət, bə-
şəriyyət, tərəqqi üzərində məhkəmə qurduğuna üstünlük verir və bu-
nunla bağlı əsərdə ciddi eyhamlar vurur. 
"Cinayət və etiraf" romanı və onun baş qəhrəmanı İqrarla ta-
nış olduqda isə biz tamamilə fərqli nəzəriyyənin şahidi oluruq. İqrar 
heç nədən,  Şər Müzəffərin  şərləməsi ucbatından türməyə düşüb, 
səkkiz il sərasər orada ömür çürüdüb, nəhayət, gün gəlib çatıb, onu 
azadlığa buraxıblar. Lakin türmədə yatdığı dövrdə ona qarşı atılan 
bu şəri, onun azadlıqda olan anasına, bacısına, arvadına qarşı törə-
dilmiş alçaqlıqları yadından çıxarmayıb, əksinə, hər an, hər dəqiqə, 
hər saat özünün orada çürüməsini cəmiyyətdə olan haqsızlıqlarla 
bağlayıb, düşmənlərinə (təkcə özünün yox, həm də bütün xalqa qar-
şı duranlara – N.T) qənim olacağını yaddan çıxara bilməyib. 
Əgər Rodion Raskolnikov sələmçi qarını öldürməyi qarşısına 
məqsəd qoyub öz nəzəriyyəsinin həyatiliyinə haqq qazandırıb Na-


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə