Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə81/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   77   78   79   80   81   82   83   84   ...   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
259
məşdirməsi, yaxud ayırması da mühüm simvolik əhəmiyyət kəsb 
edir. Belə ki, Elçin dünya sivilizasiyasının inkişaf istiqamətlərini və 
mərhələlərini dərindən bilən filosof və sosioloq kimi, Şərqlə Qərbin 
öz yolu, öz koloriti, öz xüsusiyyəti olduğunu vurğulamaq istəyir. 
Kiplinqin hələ  nə  qədər öncə  «Şərq  Şərqdir, Qərb isə  Qərb, onlar 
heç zaman birləşməyəcəkdir» fikrini də özünəməxsus  şəkildə açır: 
«Ana canavarın bayaqdan bəri heç nə ifadə etməyən gözlərinin ifa-
dəsi bircə anın içində dəyişdi və o gözlərin, o baxışın o an nə dedi-
yini, yəqin, ancaq Boz canavar başa düşürdü. 
Və Şərqə tərəf yolçuluq təzədən başlayırdı…». 
«…nəhayət, qurumuş çör-çopün arasında bir neçə insanın köl-
gəsi göründü. 
Onların səmti başqa idi – Şimala tərəf gedirdilər… Boz və 
qancıq üçün bir şey tamam aydın idi ki, o insanlardan barıt qoxusu 
gəlmir. 
Boz da, qancıq da barıt iyini dərhal hiss edirdilər, bilirdilər ki, 
bu qorxulu qoxu qana aparıb çıxarır və Boz da, Bozla birlikdə ova 
çıxan qancıq da gizlənib, o barıt iyi verən insanları pusurdu…, on-
ları izləyirdilər»… 
Ancaq bu dəfə Şimala doğru gedən o insanlardan barıt iyi gəl-
mirdi, hətta barıt iyi gəlsəydi belə, Bozun əvvəlki ustalıqla barıt qo-
xusu gələn insanları izləməyə… gücü çatmayacaqdı…çünki onun 
uzaqdan uzağa Şimala tərəf addımlayan o insanlara dikilmiş gözlə-
rində tamam bir biganəlik var idi və bunu, əlbəttə, qancıq da hiss 
edirdi. 
Yazıçı canavar dünyasının təfərrüatlarını açmaqda davam et-
məklə yazır: «Boz canavar… heç zaman beləcə bütün içi ilə ulama-
mışdı və onun budəfəki ulamağı bu tərəflərə yox, yavaş-yavaş dü-
şən gecənin özünün ölümdən-itimdən,  əlacsızlıqdan xəbər verən 
səsli vahiməsi idi». 
Canavarlar dünyasının qanunlarını dərindən açmağa və simvo-
likalardan yerli-yerində istifadə etməyə müvəffəq olan yazıçı on-
ların xüsusiyyət, xislət və davranışlarını heç bir halda diqqətdən kə-
narda qoymur. Boz gözlərini geniş açıb, başını dikəltdi… od saçan 


 Nizami Tağısoy 
 
260
gözlərini qancığa tuşlayıb, ağzını geniş açdı… bədəninin bütün hü-
ceyrələrindən qopub gələn qorxunc qəddar bir mırıltı ilə qancığın 
üstünə  mırıldadı. Həmin an Boz yenə sağlam, güclü və zəhmli bir 
canavar idi və onun bu qəddar mırıltısı da, heç şübhəsiz ki, əmr idi 
– Boz canavar əmr edirdi: məni parçalayın və yeyin! – və bu qəzəbli 
əmri pozmaq mümkün deyildi». 
Bundan sonra qancıq Bozun xırıltısına məhəl qoymadan qarnı-
nın nazik dərisini dişlərinə keçirib, onu cırıb dağıdır. Bozun arıqla-
yıb boşalmış qarnından qanla bərabər, boş bağırsaqları da quru tor-
pağın üstünə tökülür və qancıq ağzını Bozun qarnının içinə soxub, 
köpək dişləri ilə ürəyini dartıb qoparanacan Boz canavar hələ sağ 
idi, dağıdılmış boğazı ilə nəfəs alırdı… 
«…Bozun boğazından axan qanı yalayan küçüklər analarının 
o baxışları altında yerlərində donub, boyunlarını  qısıb dayandılar, 
sonra qancığın gözlərindəki o zəhmdə hansı bir işarə hiss etdilərsə
Bozun ürəyinin-qanının içində yerə düşüb qalmış isti ət parçasının 
üstünə atıldılar…sonra… ikisi də birdən qana bulaşmış başlarını 
Bozun qarnına soxdular. 
«…qancıq asta addımlarla cəsədə daha da yaxınlaşıb, budun 
adda-budda ağaran sümüklərini yalamağa başladı, sonra yavaş-ya-
vaş küçüklərin dişlərinin batmadığı və sümüklərdə qalmış əti yedi, 
bud sümüklərini tamam təmizləyib, cəsədin bel sümüklərini sümürt-
dəyib, gəmirib dayandı». 
«Qancıq Boz canavarın cəsədinin qalıqlarını dişlərinə alıb irə-
lidə, küçüklər isə analarının ardınca Şərqə tərəf gedirdi… Bozun əti 
onlara güc vermişdi, bədənləri ətə-qana dolmuşdu…onların hərəkət-
ləri, baxışları, qulaqlarının, tüklərinin, quyruqlarının titrəyişi-tərpə-
nişi dəyişmişdi». 
«Doymamış küçüklər hirslə  mırıldaya-mırıldaya cəsədə  tərəf 
nə qədər həmlə etsələr də, Ana canavarın pəncələri arasında Bozun 
ətinə yaxınlaşa birmirdilər…». 
Aclıqdan təngə gəlmiş küçüklər artıq yol gedə bilmirdilər. Kö-
məksiz qancığı acıqlandırırdılar. Küçüklər dillərini ananın qupquru 
qurumuş, qaysaq bağlamış əmcəyinə sürtürdülər. Daha yeriməyə ta-


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
261
qətləri qalmamışdı. Qancıq mırıldayıb onları çağırsa da küçklər tər-
pənə bilmirdi… 
Ana canavar bununla da sonun yetişdiyini özü üçün yəqin etdi. 
Şərqə  tərəf gedən yol isə bitib-tükənmirdi. Ana canavar küçüklərə 
yaxınlaşıb onların sifətlərini, gözünü, ağızlarını yalamağa başladı. 
Küçüklər hərəkətsiz idilər. 
«Qancıq quyruğunu o tərəf bu tərəfə bulaya-bulaya diqqətlə 
küçüklərə baxırdı və o dəm onun o diqqətli baxışları ilə nə dediyini, 
yəqin, yalnız özü, bir də küçüklərin gen yaddaşı başa düşürdü». 
Bundan sonra qancıq Boz kimi özünü küçüklərin ayaqları al-
tına atır, küçüklər geri çəkilsələr də birdən birə onlar irəli atılıb ana-
larının boğazından yapışırlar. Elçin sətirbəsətir effekti daha da güc-
ləndirir; oxucu nə baş verəcəyini səbrsizliklə gözləyir: «Küçüklər 
dişləri ilə Ana canavarın boğazından yapışıb, nə qədər sıxsalar, nə 
qədər cəhd etsələr də, dərini yırta bilmirdilər… Ana canavar sövq-
təbii istəyirdi ki, hər şey tez qurtarsın, bitsin, amma onların daxilin-
dən çəkilib getməmiş instinktiv məhəbbət imkan vermirdi ki, kü-
çüklər analarının boğazını yırtsınlar, onu boğsunlar». Bununla belə 
yazıçı müşahidələrini daha da dərinləşdirməklə göstərir ki, küçüklə-
rin Ana canavarın boğazından gələn təzə qan təmi onlara hərislik 
gətirdiyindən artmış ehtirasla Ana canavarın boğazını  gəmirməyə 
başladılar. Ana canavar bütün əzablara dözərək sərt hərəkətlə boğa-
zını küçüklərin dişlərindən çəkib çıxardı, böyrü üstə uzanaraq qarnı-
nı küçüklərin ağzına tərəf qabartdı». 
«Ana canavar təhtəlşüur olaraq küçüklərə kömək etmək istə-
yirdi». Yazıçı canavarın ikili mövqeyini bütün elementləri ilə açma-
ğa daha çox yaxınlaşır. Bədii təsvir güclənir. Oxucu donur. 
Nəhayət, ana canavar sonuncu dəfə mırıldamaqla, qarnını kü-
çüklərin ağcına tərəf verdi və onlar Ana canavarın nə dediyini başa 
düşdülər və qancığın qarnının dərsini gəmirə-gəmirə dartışdırıb yırt-
dılar və başlarını yırtıqdan içəri soxdular, «Ana canavarın qara ciyə-
rini didib dağıdaraq, ağızları qana, şirəyə bulaşa-bulaşa qopardığı ti-
kələri acgözlüklə təpişdirməyə başladılar….Ana canavara elə gəldi 
ki, küçüklər onu əmir…- sonra isə həyatı sona yetdi». 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə